Çox cəlbedici rənglərlə bəzənmiş bu balığın ən maraqlı xüsusiyyəti Allahın ona yaşaması üçün seçdiyi yerdir. Təlxək balıqlar, “dəniz şakayığı” adı verilən bitkiyə oxşar bir canlının budaqları arasında yaşayarlar. Dəniz şakayığının budaqlarında zəhərli kapsulalar vardır və bunlara dəyən balıqlar ya zərər görərlər ya da ölərlər. Halbuki, təlxək balığı dəniz şakayıqlarından heç zərər görməz. Hətta bunların arasına girərək özünü qoruyar. Çünki bu balıqların xüsusi olaraq ifraz etdiklrəri maddələr var və bunun sayəsində yandırıcı kapsulalardan təsirlənməzlər.
Xəyalınızda ardıcıllıqla düzün. Deməli, bir balıq digərlərindən fərqli olaraq bir maddə ifraz edir. Bu da yaşadığı mühitdəki zəhərli kapsulalardan zərər görməsinə mane olur. Sanki, balıq da zərər görməyəcəyini bilirmiş kimi təhlükə anında dərhal zəhərli kapsulaların arasında gizlənər. Yaxşı, digər balıqların bura yaxınlaşa bilməyəcəklərini və özü kimi maddə ifraz edə bilməyəcəklərini haradan bilir?
Təbii ki, kiçik bir balığın nə beyni, nə də qabiliyyətləri özünə belə bir xüsusiyyət qazandıra bilməz. Ancaq bunları ona öyrədən bir güc vardır ki, o güc hər şeyin hesabını ən yaxşı bilən, yeri, göyü və ikisinin arasındakıları yaradan Rəbbimizdir.