Bu hissədə Allahın sevimli sincabları yaradarkən onlara verdiyi bəzi maraqlı xüsusiyyətləri öyrənəcəksiniz. Yoldaşlarınız bu kiçik, sevimli canlılar haqqında öyrəndiklərinizə çox təəccüblənəcəklər.
Sincablar daha çox Avropa qitəsindəki meşələrdə yaşayarlar. Boyları 25 sm, yəni sizin əllərinizlə iki qarışdır. Bədənlərinin arxasında az qala öz boyları qədər uzun, dik duran, geniş və gur tüklü quyruqları var. Hər şeyi bir məqsədlə yaradan Allahın sincaba belə bir quyruq verməsinin də, əlbəttə, bir səbəbi var: Sincab bu quyruq sayəsində tarazlığı pozulmadan ağacdan-ağaca tullanar.
Sincab kiçik iti dırnaqları sayəsində ağaclara dırmaşa bilər. Bir budağın üstündə qaça bilər, başıaşağı sallana bilər və o şəkildə irəliləyə bilər. Xüsusilə boz sincablar bir ağacın ən ucdakı budağından 4 metr uzaqdakı başqa bir ağacın budağına rahatlıqla tullana bilərlər. Havada uçarkən də qollarını və ayaqlarını açaraq sanki bir planer kimi hərəkət edərlər. Bu əsnada yastılaşan quyruqları isə həm tarazlıqlarını təmin edər, həm də istiqamətlərini nizamlayan bir sükan funksiyası yerinə yetirər. Hətta özlərini 9 metr yüksəklikdən boşluğa buraxıb dörd ayaq üzərində yerə yumşaq eniş edə bilərlər.
İndi bu sevimli sincabların nələr etdiyini bir daha düşünək... Artıq siz də bilirsiniz, sincablar bir ağacdan digərinə yıxılmadan və diyirlənmədən tullana bilmək və üstəlik tullanarkən ağacın lap nazikcə budaqlarını seçib tam üstündə dayana bilməyi bir sirk kəndirbazı kimi bacarıqla yerinə yetirə bilərlər.
Yaxşı amma necə? Bax elə bütün bunlar sincabın arxa ayaqlarını, məsafələri çox yaxşı nizamlaya bilən iti gözlərini, güclü pəncələrini və tarazlıq qurmasına yarayan quyruğunu istifadə etməsi sayəsində olar. Amma heç düşündünüzmü, görəsən sincaba bu xüsusiyyətləri verən və bunları istifadə etməsini öyrədən kimdir, sincab bu şəkildə yaşamalı olduğunu haradan bilir? Sincabların ailəlikcə əllərinə xətkeş götürüb meşədəki hər ağacın hündürlüyünü və ya ağac budaqlarını ölçmələri mümkün olmadığına görə sincablar ağacdan-ağaca tullanarkən məsafələri necə nizamlayırlar? Bundan başqa, sincablar necə olur ki, heç bir yerlərini yıxılıb şikəst etmədən, ya da yaralanmadan bu qədər sürətli hərəkət edərək hoppanıb düşə bilirlər?
Heç şübhəsiz, bu sevimli heyvanları sahib olduqları bu xüsusiyyətlərlə birlikdə yaradan və onlara bu xüsusiyyətlərini istifadə etməyi öyrədən Rəbbimiz olan Allahdır.
Üstəlik, sincablar yüksək ağacların təpələrində yetişən qoz, şabalıd, fındıq və şam fıstığı kimi sərt qabıqlı qidalara çata bilmək üçün lazım olan bütün qabiliyyətlərə və fiziki xüsusiyyətlərə sahibdirlər. Allah təbiətdəki bütün heyvanlar kimi sincablarıda ehtiyac duyduqları yeməkləri asanca əldə edə biləcək şəkildə, xüsusi olaraq yaratmışdır.
Sincablar qışda yemək tapmaqda çox çətinlik çəkərlər. Buna görə yay aylarında qış üçün yemək yığarlar. Sincablar qışda yeyəcəkləri qida maddələrini qabaqcadan yığan canlılardandır. Ancaq yemək saxlayarkən çox diqqətli olarlar. Meyvələri və tapdıqları ətləri qışa saxlamazlar. Çünki bu yeməklər tez xarab olar, onda da sincablar qışda ac qalarlar. Buna görə sincablar qışa yalnız qoz, fındıq və qoza kimi gec xarab olan dənələri saxlayarlar.
Sincablara doğulandan bu məlumatı verən və bu şəkildə qidalanmalarını təmin edən isə Allahdır. Burada Allahın xüsusiyyətlərindən birini görürük. Bu, Allahın "ruzi verən", yəni "yaratdığı hər canlıya yemək verən" xüsusiyyətidir.
Qış üçün yemək yığan sincablar müxtəlif yerlərə basdırdıqları fındıqlarını mükəmməl qoxu bilmə hissindən istifadə edərək taparlar. Belə ki, 30 sm-lik qarın altında gizlədilmiş fındıqların belə qoxusunu duya bilərlər.
Yemlərini kisələrində daşıyan sincablar bunları yuvalarına apararlar. Bu sığınacaqlarda birdən çox yerdə qida saxlayarlar. Lakin çoxunun yerini daha sonra unudarlar. Ancaq bunun xüsusi bir səbəbi var. Allah bu vəziyyəti də xüsusi olaraq yaradar. Sincabların unudub yeraltında qoyduqları dənələr vaxt keçdikcə meşənin içində cücərib inkişaf edərək təkrar yeni ağaclar meydana gətirər.
Bütün bunlarla yanaşı sincabların da bir çox canlıda olduğu kimi öz aralarında istifadə etdikləri xəbərləşmə üsulları var. Məsələn, qırmızı sincablar düşmən gördüklərində quyruqlarını yelləyər və həyəcanlı səslər çıxarmağa başlayarlar. Bu xəbərləşmə üsullarından başqa yüksək budaqlarda qaçaraq hərəkət edə bilən sincablar quyruqlarını tarazlıqlarını qorumaq üçün də istifadə edərlər. İstiqamətlərini də quyruqlarını çevirərək dəyişdirərlər. Sincabların quyruqları bir gəminin sükanı ilə eyni işi görər. Sincabların bığları da tarazlıqlarını qorumaq üçün əhəmiyyətli bir vasitədir. Bığları kəsilən sincablar tarazlıqlarını qoruya bilməzlər. Eyni zamanda sincablar bığlarını gecələr gəzərkən ətrafda olan obyektləri hiss etmək üçün də istifadə edərlər.
Uşaqlar! Sincabların bir də uçan növlərinin olduğunu bilirdinizmi? Avstraliyada yaşayan və boyları 45 sm ilə 90 sm arasında dəyişən "uçan sincablar"ın bütün növləri ağaclarda yaşayar. Əslində etdikləri tam olaraq uçmaq deyil. Bir ağacdan digərinə olan uzun məsafələri tullanaraq hərəkət edərlər. Ağaclar arasında bir planer kimi uçaraq hərəkət edən bu canlılarda qanad yoxdur, uçma pərdəsi var.
Uçan sincabların bir növü olan "şəkər planer"in uçma pərdəsi qabaq ayaqlardan arxa ayaqlara doğru uzanır. Bu uçma pərdəsi dardır və qotaza bənzər uzun tükləri var. Bəzi növlərində isə uçma pərdəsi kürklü bir dəridən ibarət olan bir pərdə halındadır. Bu pərdə ön ayağın biləyinə qədər uzanır. Uçan sincab bir ağacın gövdəsindən tullanar və dartılaraq açılan dərinin (uçma pərdəsinin) planerə bənzəyən təsiriylə bir səfərdə təxminən 30 m-lik bir uzaqlığa uça bilər. Hətta bəzən ard-arda 6 dəfə tullanaraq 530 m-lik bir məsafə qət etdikləri müşahidə edilmişdir.
Balaca bədənli kiçik heyvanlar hərəkət etməsələr bədən temperaturları sürətlə azalar və donma təhlükəsi ilə qarşılaşarlar. Bu da onlar üçün, xüsusilə yuxuda olduqları vaxtlarda bir təhlükə meydana gətirər. Amma Allah hər canlı növü üçün ətraf mühitin mənfi şərtlərindən təsirlənməmələrini təmin edəcək qorunma üsulları yaratmışdır. Məsələn, sincab kimi canlılar qalın bir kürkə bənzəyən quyruqlarını bədənlərinin ətrafına dolayıb, bir top kimi qıvrılaraq yatarlar. Sincabların quyruqları eynilə bir palto kimidir. Soyuq havalarda yatdıqlarında quyruqlarına dolanaraq donmaqdan xilas olarlar.
Bu sevimli canlılara Allah ehtiyacları olan bütün xüsusiyyətləri vermiş və necə istifadə edəcəklərini də öyrətmişdir. Onlar da Allahın ilhamı ilə hərəkət edərək həyatlarını rahatlıqla davam etdirərlər.