Nəticə

İndi bura qədər saydığımız heyvanlar haqqında öyrəndiklərinizi belə düşünün. Artıq balasını qoxusundan tanıyan ağ quzulardan, hər biri ayrı simmetriyaya və formaya sahib olan pijamalı zebrlərə qədər, bir çox heyvan haqqında yeni məlumatlar öyrəndiniz. Amma bu kitabda öyrəndiyiniz ən əhəmiyyətli məlumat bu heyvanlara sahib olduqları xüsusiyyətləri verənin Allah olduğudur.

Mirket

Kitab boyunca hər nümunədə gördüyünüz kimi, yer üzündəki bütün canlıları yaradan Allah onların həyatları üçün də lazım olan məlumatları onlara öyrətmişdir. Allah bu məlumatların bəzilərini canlılara doğuşdan verər.

Məsələn, siz bu an bu sətiri oxuyarkən gözünüzü açıq saxlamanız lazım olduğunu bilirsiniz. Ancaq görə bilməyiniz üçün yalnız gözünüzü açıq saxlamalı olduğunuzu bilməyiniz kifayət etmir. Gözünüzün bir çox əməliyyatı eyni anda reallaşdırması lazımdır. Bunu bir kompüter oyununa bənzədə bilərsiniz. Oyunun çalışması üçün yalnız başlat düyməsini basmağınız lazımdır, amma bu hərəkətlə birlikdə kompüterin içində minlərlə qarışıq əməliyyat başlayar və beləcə siz də keflə oyununuzu oynayarsınız. Bax, eynilə bir kompüterin öz-özünə meydana gəlməsinin qeyri-mümkünlüyü kimi, gözünüzün görməsi üçün lazımlı bütün parçaların da öz-özlərinə ortaya çıxmaları qeyri-mümkündür. Hər şeyi olduğu kimi gözümüzü və bütün bədənimizi də qüsursuz və mükəmməl bir şəkildə yaradan Allahdır.

Yavru hayvanlar

Məhz, sonsuz məlumat sahibi olan Rəbbimiz sizə də fiziki xüsusiyyətlərinizi doğuşdan işləyə biləcək bir şəkildə hədiyyə etmişdir. Onsuz da bunun üçündür ki, bizim də Onun bu hədiyyəsinə şükür etməyimiz, yəni təşəkkür etməyimiz lazımdır. Ağıl sahibi hər insanın bu məlumatları öyrəndikcə Allaha olan inancı, Onun elminə və gücünə olan hörməti artar. Əslində, bir canlının tək bir xüsusiyyəti belə bizə dərhal Allahı xatırladar. Təkcə canlılar deyil, ətrafımızdakı bütün varlıqlar, olub bitən hər şey Allahın varlığının açıq bir dəlilidir. Bir ayədə bu əhəmiyyətli gerçəyi Allah belə vurğulayır:

Ördek yavrusu

Həqiqətən də, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birilə əvəz olunmasında, insanlara fayda verən şeylərlə yüklənmiş halda dənizdə üzən gəmilərdə, Allahın göydən endirdiyi, onunla da ölmüş torpağı diriltdiyi suda, Onun bütün heyvanatı yer üzünə yaymasında, küləklərin istiqamətinin dəyişdirilməsində və göylə yer arasında ram edilmiş buludlarda, başa düşən insanlar üçün dəlillər vardır. (Bəqərə surəsi, 164)

O halda siz də əsla, Rəbbimiz olan Allahın sonsuz gücünü və sahib olduğunuz bütün nemətləri verənin O olduğunu unutmayın. Ətrafınızda gördüyünüz bütün gözəlliklərin Allahın yaratmasıyla mövcud olduğunu ağılınızdan çıxarmayın.

... Sən pak və müqəddəssən! Sənin bizə öyrətdiklərindən başqa bizdə heç bir bilik yoxdur! Həqiqətən, Sən Bilənsən, Müdriksən! (Bəqərə surəsi, 32)

Yavru Hayvanlar

"Sən pak və müqəddəssən!
Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik.
Hər şeyi bilən, hökm və hikmət sahibi Sənsən"
("Bəqərə" surəsi, 32)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Qozu Sevən Sincablar
  • Kökü Sevən Dovşanlar!
  • Sadiq Dostlarimiz: İtlər
  • Kiçik Ağ Quzular
  • Vəfali Dostumuz: Atlar
  • Pijamali Atlar: Zebrlər
  • Xalli Qüllə : Zürafə
  • Nəhəng Fillər
  • Buynuzlariyla Məşhur Olan Marallar
  • Cepli Kangrular
  • Yatağan Koalalar
  • Əzizlənmək İstəyən Dəcəl Pişiklər
  • Meşələr Krali: Aslan
  • Vəhşi Pişik: Pələng
  • Maskali Pandalar
  • Bal Vurğunu Ayilar
  • Nəhəng Qar Adamlar: Qütb Ayilari
  • Sürətli Üzgüçü Suitilər
  • Smokinli Pinqvinlər
  • Baliqçi Pafinlər
  • Göylərin Hakimləri: Quşlar
  • Uzun Ayaqli Leyləklər
  • Çəhrayi Quş: Qizilqaz
  • Zərif Qu Quşular
  • Dəvəquşulari (O Qədər Böyükdür ki, Uça Bilmir!)
  • Bəzəkli Tovuz Quşu (Heyvanlar Aləminin Ən Bəzəklisi)
  • Təqlidçi Quş: Tutuquşu
  • Yaşil Baş Ördəklər
  • Rəng Möcüzəsi: Kəpənəklər
  • Dənizlərin Sakinləri: Baliqlar
  • Təlxək Baliği
  • Gülərüz Delfinlər
  • Nəhəng Balinalar
  • Nəticə
  • Təkamül Yalanı