Nəhəng bir oyuncağa bənzəyən bu heyvanları hamınız görmüsünüz. Bu sevimli heyvanların yalnız bambuk yediyini bilirdinizmi? Məsələn, yetkin bir panda gündə 15 kq bambuk yeyər. Bu da ildə 6 ton bambuk edir. Buna görə günün hər saatı yemək yeyərlər. Görürsüz nə qədər qarınquludurlar?
Pandaların çox maraqlı bir xüsusiyyəti var. İndi öz əlinizə baxın. 5 barmağınız var. Amma pandaların bir barmağı daha var. Hər işi asanlaşdıran Rəbbimi, pandalara altı barmaq verərək yeməklərini möhkəmcə tutmalarını və asanlıqla yemələrini təmin etmişdir.
Pandalar həmişə soyuq olan və nəmli mühitlərdə yaşayarlar. Buna görə balalarını mağara kimi yerlərdə dünyaya gətirərlər. Pandaların kiçik və sevimli bir oyuncağa bənzəyən balaları doğulduqlarında kor və dişsiz olar. Ümumiyyətlə, sentyabr ayında doğulan balaların boyları 10 sm-dir və bu körpə pandalar 142 qram ağırlığındadır. Çox tez inkişaf edib böyüyən pandalar doğulduqlarında analarından 800 dəfə daha kiçik olarlar. Hələ doqquz aylıqkən 27 kq olarlar. Halbuki, doğulduqdan sonra bizim 27 kq olmağımız üçün ən az 6 il keçməlidir.
Pandanın digər bir xüsusiyyəti də təcavüzkar olmamasıdır. Tək etdiyi pəncəsi ilə ağacları cırmaqlamaqdır. Bunu da dırnaqlarını təmizləmək və cilalamaq üçün edər. Qaçmaq üçün o böyük bədəniylə ağaclara dırmaşar. Panda çox sakit bir heyvandır, yatarkən ona insanların yaxınlaşdığını hiss etsə belə kefini pozmadan yatmağa davam edər. Yəni bir gün bir pandayla qarşılaşsanız, bu sevimli heyvanı heç çəkinmədən rahatlıqla nəvaziş göstərə bilərsiniz.