Bəlkə diqqətinizi çəkmişdir, quzuların hamısı kiçik, sevimli və məsum üzlüdür. Bir də yenə onlara bənzəyən, lakin daha iri olanları var. Bunlar da, quzunun anası olan qoyunlardır. Quzuyla anası arasında çox güclü bir bağ olduğunu bilirdinizmi? Bu güclü bağ isə qoyun quzunu doyurmağa başladığı zaman meydana gələr.
Qoyun quzunu doğurduğu an onu diliylə təmizləyərkən aldığı dadı və qoxunu bir daha əsla unutmaz. Buna görə də başqa dad və qoxudakı quzunu yanına qoymaz. İnsan belə xəstəxanada özünə başqasının körpəsi verilsə bunun fərqinə vara bilmədiyi halda, qoyunun öz balasını qarışıq bir sürünün içindən çaşmadan tapması, həqiqətən, heyrətamizdir. Halbuki, qoyunun öz balasını tanımaq üçün çox zamanı yoxdur, doğarkən bunu bacarmaq məcburiyyətindədir. Yoxsa o qarışıq sürüdə bir daha quzusunu əsla tapa bilməz. Amma belə bir problem yaşanmaz. Çünki Allah qoyuna balasını doğurduğu an dadını və qoxusunu öyrənmək üçün dərhal yalaması lazım olduğunu ilham etmişdir.
Yaxşı, yağışlı havalarda quzuların yağışdan qorunmaq üçün nə istifadə etdiklərini bilirsinizmi? Kürklərini!.. Quzu kürkü, çox yumşaq və yağlı bir təbəqədən meydana gəldiyi üçün quzunun islanmasına mane olan bir plaş vəzifəsini yerinə yetirər. Beləcə yağışlı havalarda tüklərinin qıvrıq və quru qalmasını təmin edər.
Həmçinin, bu sevimli quzuların ən böyük xüsusiyyətlərindən biri gövşəmələridir. Siz heç gövşəyən bir heyvan gördünüzmü? Görmədinizsə izah edək. Ot yeyən heyvanların bir qisimi gövşəyir. Bu heyvanların 4 ədəd mədəsi var. Heyvan yemək yediyi zaman qida əvvəlcə mədəyə gedər, bir müddət sonra təkrar ağıza gələr. Heyvan təkrar çeynədikdən sonra isə digər mədəyə gedər. Bu işə "gövşəmək" deyilir. Rəbbimiz bəzi heyvanlara həzm olunması çətin olan qidaları asan həzm etmələri üçün belə bir xüsusiyyət vermişdir.
Qoyunların və quzuların bizim üçün bir çox faydası var. Bizə hər gün süd verərlər. Südün içindəki kalsium sümüklərimizin və dişlərimizin inkişafı üçün çox əhəmiyyətlidir. Süddən qatıq, pendir kimi qida məhsulları hazırlanır. Tort, biskvit və digər yeməklərdə də bunlar istifadə olunar. Qısası süd ən çox istifadə etdiyimiz və bizə ən faydalı olan qidalardan biridir. Həmçinin, yunlarından hazırlanan ipliklərlə də geyinməyimiz üçün parça toxunur. Bir çox sahədə istifadə olunan ipliklər həyatımızı çox asanlaşdırmışdır. Allahın insanlara endirdiyi kitab olan Quranda da bu heyvanların insanlara verdiyi faydalar aşağıdakı ayələrlə izah edilmişdir:
Allah evlərinizi sizin üçün yaşayış yeri etdi, mal-qaranın dərilərindən istər səfərə çıxdığınız vaxt, istərsə düşərgə saldığınız zaman sizin üçün asanlıqla apara biləcəyiniz çadırlar, üstəlik də onların yunundan, tiftiyindən və tükündən müəyyən vaxta qədər istifadə edəcəyiniz ev əşyaları və başqa şeylər düzəltdi. (Nəhl surəsi, 80)
... içənlərin boğazından rahat keçən təmiz süd içirdirik. (Nəhl surəsi, 66)
Həqiqətən, bu ayələrdəki kimi qoyunların və quzuların bir çox xüsusiyyətindən faydalanırıq. Allahın bizim üçün yaratdığı bu nemətlər üçün çox şükür etməliyik.