Hərhalda hamınız ağlınızdan quş kimi uçmağı keçirmisiniz. Quşlara baxaraq uçmağın asan olduğunu hesab edə bilərsiniz, amma uçmaq heç də asan bir iş deyil! Quşlara görə asan olsada, insanlara görə çox çətindir...
Quşlar ilk havalandıqlarında çox enerji sərf etmək məcburiyyətindədirlər, çünki bütün bədən ağırlıqlarını incəcik qanadlarıyla qaldırmaları lazımdır. Amma bir dəfə uçmağa başladıqlarında istirahət edə bilmələri üçün Allah onlara asanlıqlar təmin etmişdir. Havada küləyə özlərini buraxaraq uzun müddət uça bilən quşlar bu şəkildə az enerji sərf etdikləri üçün hələ-hələ yorulmazlar. Küləyin təsiri keçincə isə təkrar qanad çırpmağa başlayarlar. Bu xüsusiyyətləri sayəsində quşlar çox uzaqlara köç edə bilərlər. Allahın yaratdığı bu asanlıq sayəsində quşlar uzun məsafələrə uça bilərlər.
Quşların içində 1000 km-dən 40.000 km-ə qədər məsafədə köç edən növlər vardır. Dünyanın çevrəsinin uzunluğunun 40.000 kilometr olduğunu düşünsəniz, quşların uça biləcəkləri məsafənin uzunluğunu daha yaxşı anlayarsınız. Dənizləri keçərkən heç bir şəkildə dayanma və istirahət etmə imkanları yoxdur. Bu uzun səfərlərində quşların istiqamətlərini necə tapdıqları da hələ aydın ola bilməmişdir. Hər il quşlar heç çaşmadan istədikləri yerə köç edə bilməkdədirlər. Bu istər bala bir quş olsun, istərsə yaşlı bir quş olsun fərq etməz.
İnsanlara maraqlı gələn digər bir mövzu da quşların bədənlərinə nisbətən çox incə və kiçik olan ayaqlarının bütün ağırlıqlarını necə daşıya bildiyidir. Hələ bir düşünün, incəcik bir ayağın içində bir çox əzələ, damar və sinir var! Amma yenə də son dərəcə incəcikdir… Əgər quşların ayaqları daha qalın və kobud olsaydı uçmaları olduqca çətinləşərdi.
Az qala bütün quşlar yatarkən tək ayaqları üzərində dayanarlar. Bədən ağırlıqlarını bu ayağın üzərinə verdiklərindən tarazlıqlarını itirməzlər. Çünki Allah quşları belə möhtəşəm bir tarazlığı təmin edəcək xüsusiyyətdə yaratmışdır.
Quşların ən yaxşı duyğu orqanlarından biri gözləridir. Allah quşlara uçma qabiliyyətləri ilə yanaşı üstün bir görmə qabiliyyəti də vermişdir. Çünki başlı-başına bir möcüzə olan uçmaq üstün bir görmə qabiliyyəti ilə dəstəklənmədiyi müddətcə son dərəcə təhlükəli olacaq. Quşlar uzaqdakı obyektləri insanlardan daha dəqiq görmə gücünə və daha geniş bir görmə bucağına sahibdirlər. Beləcə, təhlükələri əvvəldən fərq edərək uçuşlarının istiqamətini və sürətini nizamlayarlar.
Quşların gözləri göz yuvalarına sabit oturmuşdur. İnsanlar kimi gözlərini hərəkət etdirə bilməzlər. Amma quşlar başlarını və boyunlarını sürətlə çevirərək görmə sahələrini böyüdərlər.
Bundan başqa, bayquş kimi gecə quşlarının çox böyük gözləri vardır. Gözlərindəki bəzi xüsusi hüceyrələr zəif işığa qarşı həssasdır. Məsələn, tüklüayaq bayquşun görmə itiliyi insana nisbətən 100 qat daha yaxşıdır. Bu xüsusiyyəti sayəsində bayquş gecələri çox yaxşı görüb ovlana bilməkdədir.
Su quşlarının gözləri isə suyun içində çox dəqiq görə biləcək bir şəkildə yaradılmışdır. Biz suyun altında 45 saniyə belə gözümüzü açıb baxa bilməzkən, su quşları başlarını suya salıb çıxararaq sudakı böcək və molyuskları asanlıqla tutarlar. Qarınlarını doyurmaq üçün tək yolları bu olduğundan, ovlanacaqları suyun içini dəqiq görmələri lazımdır. Buna görə Allah bu quşların gözlərində sualtında görməyə uyğun bir quruluş yaratmışdır. Bunun sayəsində quşlar suyun altını bizim kimi bulanıq deyil, aydın görər və dərhal ovlarına doğru üzərlər.
Eşitmək də quşlar üçün çox əhəmiyyətlidir. Bəzi quşlarda çox alçaq səsləri çox rahat eşitmələrini təmin edən qulaq pərdələri vardır. Suyun altında və qaranlıqda yaxşı görə bilmək, çox alçaq səsləri eşidə bilmək insanda olmayan xüsusiyyətlərdir. Onsuz da bizim bunlara çox da ehtiyacımız yoxdur. Çünki bu xüsusiyyətlərə sahib olmadan da həyatımızı rahatlıqla davam etdirə bilirik. Amma quşların bu xüsusiyyətlərdən məhrum olaraq qidalanmları, balalarını doyurmaları, həyatlarını və nəsillərini davam etdirmələri mümkün deyil.
Bayquşların qulaqları səsə qarşı çox həssasdır. Eşitmə nisbətləri insanlardan daha çoxdur. Bayquşların üzünün iki tərəfində saça oxşar tüklər var və bunlar səs dalğalarını yığıb qulağın içinə göndərər. Bu tüklər həmçinin bir qulağı digər qulaqdan ayırar, beləcə sağ tərəfdən gələn səs, böyük ölçüdə sağ qulaq tərəfindən eşidilər. Bununla yanaşı qulaqlar bayquşun başında simmetrik olaraq yerləşməzlər. Biri digərindən daha yüksəkdədir. Beləcə, bayquş səsləri hər tərəfli olaraq dinləyər və səs çıxaran canlını görməsə belə onun harada olduğunu, səsin qaynağına görə doğru olaraq təsbit edər. Bu, ovu tapmağın çox çətinləşdiyi qarlı havalarda əhəmiyyətli bir üstünlükdür.
Bəzi quşlar düşmənlərini yanıltmaq üçün müxtəlif şəkillərdə səslər çıxardarlar. Məsələn, ağac dəliklərində yuva quran bir çox quş narahat edildiyində bir ilan kimi fısıldayar. Yuvaya hücum edən yırtıcı heyvanlar da, dəlikdə yəqinliklə bir ilan olduğunu düşünərək bu dəliyi qurdalamazlar.
Həmçinin, Rəbbimiz bəzi quşların suya girdiklərində sürətli üzmələrini təmin etmək üçün onların ayaq barmaqlarının arasını pərdəli yaratmışdır. Eynilə bir üzgəc kimi. Üzərkən ayağınıza üzgəc taxsanız sürətinizin nə qədər artdığını hiss edə bilərsiniz. Belə ki, bəzi quşlar doğuşdan bu üzgəclərə malikdir.
Bəzi quşlar da balalarını düşmənlərindən qorumaq üçün saxta yuvalar qurarlar. Xüsusilə, Afrika və Hindistanda quş yumurtasıyla qidalanan heyvanlar çoxluq təşkil edir. Buna görə Afrika torağayları çoxlu sayda saxta yuva quraraq bunların arasında gizlədikləri həqiqi yuvalarındakı yumurtalarını qoruyarlar. Tropik bölgələrdəki ağaclarda yaşayan ilanlar çox zəhərlidir. Bu səbəblə eyni bölgədə yaşayan Çulha quşu koloniyalarının yuvalarının girişləri gizli və kompleksdir. Həmçinin bu quşlar başqa bir tədbir olaraq da yuvalarını həm budaqları tikanlı Akasiya ağaclarında qurarlar, həm də çoxlu sayda boş, yəni saxta yuva qurarlar.
Hər gün önümüzdən uçub gedən quşların dimdiklərinə heç diqqət yetirdinizmi? Növlərinə görə fərqli-fərqli olan bu dimdiklər çox əhəmiyyətli vəzifələri yerinə yetirəcək şəkildə yaradılmışdır. Quşların dimdikləri yaşadıqları mühitdə qidalanmalarına ən uyğun formalardadır. Məsələn, balıqla qidalanan quşların dimdikləri, ümumiyyətlə, balıqları asan ovlaya bilmələri üçün uzun və çömçə şəklindədir. Bitkiylə qidalananların dimdikləri isə qidalandıqları bitki növünə görə o bitkilərə ən rahat çata biləcəkləri formadadır. Rəbbimiz olan Allah yer üzündə yaşayan bütün canlılara ehtiyac duyduqları xüsusiyyətləri əskiksiz və qüsursuz olaraq vermişdir.