Buynuzlariyla Məşhur Olan Marallar

Heç buynuzlu bir heyvana toxundunuzmu? Əgər toxunsaydınız çox təəccüblənərdiniz. Çünki heyvanın tükləriylə örtülmüş yumşaq dərisinin içindən çıxan buynuzlar olduqca sərtdir. Buynuzu bir az öz dırnağınıza bənzədə bilərsiniz. Əlimizin üzərindəki yumşaq dəridən son dərəcə sərt dırnaqların çıxması və dırnaqların son dərəcə düz bir şəkildə böyüməsi hərhalda hamınızı təəccübləndirir. Elə heyvanlardakı buynuz da dırnaqlarımızın uzanması kimi uzanar, amma bunlar daha qalın, sərt və böyükdür.

Geyik

Şimal marallarından başqa, digər maralların yalnız erkəklərində buynuz var. Cütləşmə mövsümündən sonra bu buynuzlar düşüb yenilənər. Köhnə buynuzlar düşər-düşməz, yeniləri dərhal çıxar.

Buynuzlar böyüyərkən məxməri incə bir dəri təbəqəsiylə örtülər. Tamamilə böyüdükdə qan damarları kəsilər, dəri qanla qidalana bilməz və heyvan buynuzlarını sürtərək dərini aşındırar, sərt hissə ortaya çıxar. Marallar 6 yaşında ikən buynuzları ən inkişaf etmiş halına gələr. Bu yaşdan sonra isə artıq qırılmağa başlayar. Buynuzların böyüklüyü və forması, haça sayı maraldan marala dəyişər.

Bəlkədə, indi "marallar, görəsən, nə üçün buynuzludur?" deyə fikirləşirsiniz. Buynuz maral üçün əhəmiyyətli bir silahdır. Ondan istifadə edərək özünü düşmənlərindən qoruyar. Hətta bəzən yalnız buynuzunu göstərməsi belə qarşısındakı düşmənin qaçması üçün kifayətdir.

Geyik

Qırmızı maralların erkəyi qoxu vəzisindən ifraz etdiyi bir maddəni olduğu bölgədə hər yerə sürtərək bir sərhəd çəkər. Bu bölgədə dişilərdən ibarət olan bir sürü meydana gətirər. Sürüsünü isə sahib olduğu buynuzlarla düşmənlərindən qoruyar. Əgər bölgəyə başqa bir heyvan girsə, onu gur kükrəmələrlə, ya da buynuzlarıyla döyüşərək bölgəsindən uzaqlaşdırmağa çalışar.

Allah bu heyvanları başlarında buynuzlarla yaradaraq bunlarla düşmənlərinə qarşı özlərini və sürülərini müdafiə etmək imkanı vermişdir. Allah onlara bu güclü buynuzları verməsəydi, onda bu heyvanlar düşmənlərinə qarşı olduqca müdafiəsiz və çarəsiz qalardılar. Erkək marallar dişilərini qoruya bilməz, sürü meydana gətirə bilməzdilər. Vəhşi heyvanlara qarşı istifadə edə biləcəkləri bir silahları olmazdı.

Hərhalda dünyadakı heç kimin də ağılına; "Kaş ki, bəzi heyvanların başlarından sümük kimi sərt bir maddə çıxsaydı da, bu maddə haçalı bir forma alaraq heyvanlara xüsusi müdafiə təmin etsəydi" kimi bir fikir gəlməzdi. Gəlsəydi də edə biləcəkləri bir şey olmazdı. Ancaq bütün canlıları ən gözəl şəkildə yaradan və bu canlıların bütün ehtiyaclarını bilən Allah marallara və bir çox heyvana tam ehtiyaclarına uyğun müdafiə olunma sistemləri verib.

Quranda insanlara bu həqiqəti Allah belə xatırladır:

De: “Əgər bilirsinizsə, deyin görüm hər şeyin hökmü əlində olan, himayə edən (qoruyan), Özünün isə himayəyə (qorunmağa) ehtiyacı olmayan kimdir?” (Muminun surəsi, 88)

Bütün canlıların qoruyucusu yalnız Allahdır.

… Sənin Rəbbin hər şeyi mühafizə edəndir (qoruyandır). (Səba surəsi, 21)

… Allah hər şeyi Qoruyandır. (Nisa surəsi, 85)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Qozu Sevən Sincablar
  • Kökü Sevən Dovşanlar!
  • Sadiq Dostlarimiz: İtlər
  • Kiçik Ağ Quzular
  • Vəfali Dostumuz: Atlar
  • Pijamali Atlar: Zebrlər
  • Xalli Qüllə : Zürafə
  • Nəhəng Fillər
  • Buynuzlariyla Məşhur Olan Marallar
  • Cepli Kangrular
  • Yatağan Koalalar
  • Əzizlənmək İstəyən Dəcəl Pişiklər
  • Meşələr Krali: Aslan
  • Vəhşi Pişik: Pələng
  • Maskali Pandalar
  • Bal Vurğunu Ayilar
  • Nəhəng Qar Adamlar: Qütb Ayilari
  • Sürətli Üzgüçü Suitilər
  • Smokinli Pinqvinlər
  • Baliqçi Pafinlər
  • Göylərin Hakimləri: Quşlar
  • Uzun Ayaqli Leyləklər
  • Çəhrayi Quş: Qizilqaz
  • Zərif Qu Quşular
  • Dəvəquşulari (O Qədər Böyükdür ki, Uça Bilmir!)
  • Bəzəkli Tovuz Quşu (Heyvanlar Aləminin Ən Bəzəklisi)
  • Təqlidçi Quş: Tutuquşu
  • Yaşil Baş Ördəklər
  • Rəng Möcüzəsi: Kəpənəklər
  • Dənizlərin Sakinləri: Baliqlar
  • Təlxək Baliği
  • Gülərüz Delfinlər
  • Nəhəng Balinalar
  • Nəticə
  • Təkamül Yalanı