Baliqçi Pafinlər

Bu heyvanın adını daha əvvəl heç eşitməyə bilərsiniz. Amma indi tanıyınca həm çox sevəcək, həm də çox əylənəcəksiniz.

Bir çox insan pafinlərin bir pinqvin növü olduğunu hesab edər. Halbuki, pafinlər fərqli növ quşlardır. Aralarındakı ən böyük fərq isə pinqvinlərin əksinə pafinlərin uça bilmələridir. Pafinlər Şimal Qütbündə pinqvinlər isə Cənub Qütbündə yaşayarlar. Ən əhəmiyyətli oxşarlıqları hər iki heyvanın da soyuq mühitlərə asanlıqla uyğunlaşa bilmələridir.

Pafinlərin həyatları çox maraqlıdır. Bir pafin ailəsində ana və ata pafin, ümumiyyətlə, həyatları boyunca ayrılmazlar. Hər il bir bala pafin böyüdərlər.

Pafin

Cütləşmə dövrünə gəldiyində, bütün il ərzində donuq rəngdə olan dimdiklərinin üstündə parlaq xətlər meydana gələr. Ancaq bu xətlərin meydana gəlməsi təsadüfü deyil. Bu xətlər müəyyən bir məqsədə xidmət etməkdədir və pafinlərə Allah bunları xüsusi olaraq vermişdir. Pafinlər bu xətlər sayəsində dimdiklərini bayraq kimi istifadə edərək uzaq məsafələrdən bir-birlərini başa düşərlər.

Siz istədiyiniz zaman burnunuzun üzərində tək rəngli bir xətt çıxarda bilərsinizmi? Deyək ki, doğuşdan belə bir xətt var. Öz-özünüzə bunu silə və ya yox edə bilərsinizmi? "Xeyr" cavabını eşidən kimiyik. Artıq siz də bilirsiniz ki, bu sənəti istədiyi rəngdə və böyüklükdə edə biləcək tək güc vardır: Rəbbimiz olan Allah.

Rəbbimiz üçün növbənöv quşlar yaratmaq, onların xüsusiyyətlərini yaşadıqları yerə görə nizamlamaq nə qədər çox asandırsa, bu xətləri yaradıb, yox etmək də o qədər asandır.

Pafinləri bu qədər gözəl və sevimli yaradan Allah onlara başqa maraqlı xüsusiyyətlər də vermişdir. İndi bu xüsusiyyətləri araşdırmağa davam edək:

Pafin

Bala pafinlər 6 həftəlik ikən ana və atalarını tərk edib açıq dənizlərdə tək başına uçarlar. Sağlam bir pafin 25 ilə yaxın yaşaya bilər.

Pafinlər çox dərinlərə dala bilərlər. İnsanların onlar kimi dərinlərə dala bilməsi üçün nə qədər çox çalışmalı olduğunu bilirsinizmi? Əvvəlcə oksigen balonu taxmaları lazımdır. Həmçinin dərinlik artdıqca təzyiq də artacağından hər an ölüm təhlükəsiylə qarşı-qarşıyadırlar. Buna görə dalma əməliyyatı çox böyük ustalıq tələb edir. Pafinlər o qədər dərinlikdə nəfəsini tutmağı və su üzünə təkrar çıxmaq üçün lazım olan üsulu necə və haradan öyrənmiş ola bilər? Rəbbimiz bir daha yaratma sənətindəki ucalığını və bənzərsizliyini bizlərə göstərməkdədir.

Budur, sizə bitmək bilməyən gözəlliklərdən bir nümunə daha: Ağız quruluşları sayəsində bir çox kiçik balığı eyni anda tuta bilən pafinlər üçün bilinən rekord say 62 balıqdır. Bir dəfədə bu qədər çox balığı ağızında tuta bilən ananın tək bir məqsədi vardır; balalarını bəsləmək! Bu halda ağızında bir çox balıq tutan bir pafin görsəniz bilin ki, onun bəslədiyi bala bir pafini var.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Qozu Sevən Sincablar
  • Kökü Sevən Dovşanlar!
  • Sadiq Dostlarimiz: İtlər
  • Kiçik Ağ Quzular
  • Vəfali Dostumuz: Atlar
  • Pijamali Atlar: Zebrlər
  • Xalli Qüllə : Zürafə
  • Nəhəng Fillər
  • Buynuzlariyla Məşhur Olan Marallar
  • Cepli Kangrular
  • Yatağan Koalalar
  • Əzizlənmək İstəyən Dəcəl Pişiklər
  • Meşələr Krali: Aslan
  • Vəhşi Pişik: Pələng
  • Maskali Pandalar
  • Bal Vurğunu Ayilar
  • Nəhəng Qar Adamlar: Qütb Ayilari
  • Sürətli Üzgüçü Suitilər
  • Smokinli Pinqvinlər
  • Baliqçi Pafinlər
  • Göylərin Hakimləri: Quşlar
  • Uzun Ayaqli Leyləklər
  • Çəhrayi Quş: Qizilqaz
  • Zərif Qu Quşular
  • Dəvəquşulari (O Qədər Böyükdür ki, Uça Bilmir!)
  • Bəzəkli Tovuz Quşu (Heyvanlar Aləminin Ən Bəzəklisi)
  • Təqlidçi Quş: Tutuquşu
  • Yaşil Baş Ördəklər
  • Rəng Möcüzəsi: Kəpənəklər
  • Dənizlərin Sakinləri: Baliqlar
  • Təlxək Baliği
  • Gülərüz Delfinlər
  • Nəhəng Balinalar
  • Nəticə
  • Təkamül Yalanı