Ey iman gətirənlər! İslamı bütövlüklə qəbul edin və şeytanın addım izləri ilə getməyin. Şübhəsiz ki, o sizə açıq-aydın düşməndir. (Bəqərə surəsi, 208)
Əgər onlar sülhə meyl etsələr, sən də ona meyl et və Allaha təvəkkül et! Həqiqətən, O, Eşidəndir, Biləndir. (Ənfal surəsi, 61)
Əgər bir qadın öz ərinin kobud rəftarından, yaxud ondan üz döndərməsindən qorxarsa, ər-arvadın öz aralarında barışığa gəlməsi onlara günah sayılmaz. Axı barışmaq daha xeyirlidir. Doğrusu, nəfslər xəsislik etməyə hazırdır. Əgər qadınlarla yaxşı davranıb Allahdan qorxsanız, bilin ki, Allah nə etdiklərinizdən xəbərdardır. (Nisa surəsi, 128)
Allah əmin-amanlıq yurduna (Cənnətə) çağırır və istədiyini doğru yola yönəldir. (Yunis surəsi, 25)
Onlara görə kədərlənmə və qurduqları hiylələrdən ötrü də ürəyini sıxma. (Nəml surəsi, 70)
Səbir et! Sənin səbrin ancaq Allahdandır. Onlara görə kədərlənmə və qurduqları hiylələrdən ötrü də sıxılma. (Nəhl surəsi, 127)
Acizlik göstərməyin və kədərlənməyin. Möminsinizsə, üstün olacaqsınız. (Ali İmran surəsi, 139)
O zaman Peyğəmbər arxanızdan (düşmənə yaxın olan sıralardan) sizi çağırdığı halda siz heç kimə əhəmiyyət vermədən düşməndən qaçırdınız. Allah da sizi qəminizin üstünə qəm qoymaqla cəzalandırdı ki, əlinizdən çıxan şeylərə və başınıza gələn müsibətə görə kədərlənməyəsiniz. Allah nə etdiklərinizdən xəbərdardır. (Ali İmran surəsi, 153)
Küfrə can atanlar səni kədərləndirməsin. Çünki onlar Allaha heç bir zərər yetirə bilməzlər. Allah istəyir ki, onlara axirətdə heç bir şey nəsib etməsin. Onlar üçün böyük bir əzab vardır. (Ali İmran surəsi, 176)
Elçilərimiz Lutun yanına gəldikdə o, onlara görə kədərləndi və ürəyi sıxıldı. Onlar dedilər: “Qorxma və kədərlənmə! Biz səni və sənin ailəni xilas edəcəyik. Yalnız arvadından başqa. O, geridə qalanlardan olacaq. (Ənkəbut surəsi, 33)
Ən böyük dəhşət onları kədərləndirməyəcək. Mələklər onları qarşılayıb: “Bu sizə vəd olunmuş gününüzdür!” – deyəcəklər. (Ənbiya surəsi, 103)
Məryəmin aşağı tərəfindən (İsa və ya Cəbrail) onu səsləyib dedi: “Qəm yemə, Rəbbin sənin ayağının altından bir bulaq axıtdı. (Məryəm surəsi, 24)
O zaman bacın gedib camaata deyirdi: “Sizə onun qayğısına qalacaq birisini göstərimmi?” Beləliklə, gözü aydın olsun və qəm yeməsin deyə, səni anana qaytardıq. Sən boya-başa çatdıqda bir nəfəri öldürdün. O vaxt Biz səni qəm-qüssədən qurtardıq. Biz səni çətin sınaqlardan keçirtdik. Sən illərlə Mədyən əhli içində qaldın. Sonra da müəyyən olunmuş məqama gəlib çatdın, ey Musa! (Taha surəsi, 40)
Onların sözü səni kədərləndirməsin. Şübhəsiz ki, Biz onların nəyi gizli saxladıqlarını və nəyi aşkar etdiklərini bilirik. (Yasin surəsi, 76)
Şübhəsiz ki, Allah iman gətirənləri mühafizə edir. Həqiqətən, Allah heç bir nankor xaini sevmir. (Həcc surəsi, 38)
Sizə dənizdə bir fəlakət üz verdiyi zaman Ondan başqa tapındıqlarınız sizdən uzaqlaşar. O sizi xilas edib quruya çıxartdıqda isə üz döndərirsiniz. Həqiqətən, insan nankordur! Allahın sizi quruda yerə batırmayacağına, yaxud üstünüzə daş-kəsəkli tufan göndərməyəcəyinə əminsinizmi? Sonra sizi qoruyan da tapa bilməzsiniz. Yoxsa sizi bir daha dənizə qaytarıb üstünüzə qasırğa göndərməyəcəyinə və kafir olduğunuza görə dənizdə sizi batırmayacağına əminsiniz? Sonra buna görə Bizdən intiqam alan bir nəfər belə tapa bilməzsiniz. (İsra surəsi, 67-69)
Sizə həyat verən, sonra öldürəcək, daha sonra dirildəcək məhz Odur. İnsan, həqiqətən də, nankordur. (Həcc surəsi, 66)
Biz düşünüb ibrət alsınlar deyə o suyu onların arasında paylaşdırdıq. Lakin insanların çoxu küfrdən başqa bir şey qəbul etmədilər. (Furqan surəsi, 50)
Siz Məni yad edin ki, Mən də sizi yad edim! Mənə şükür edin, Mənə küfr etməyin! (Bəqərə surəsi, 152)
Onların bağışlanması üçün dua etsən də, etməsən də, hətta onlar üçün yetmiş dəfə bağışlanma diləsən belə, Allah onları əsla bağışlamayacaqdır. Çünki onlar Allahı və Onun Elçisini inkar etdilər. Allah günahkar insanları doğru yola yönəltməz. (Tövbə surəsi, 80)
Əgər insana Özümüzdən bir mərhəmət daddırsaq, sonra da ondan onu geri alsaq, o, naümid və nankor olar. (Hud surəsi, 9)
Beləliklə, Biz səni özündən əvvəl neçə-neçə ümmətlər gəlib getmiş bir ümmətə göndərdik ki, onlar Mərhəmətli Allahı inkar etdikləri halda, sənə vəhy etdiyimizi onlara oxuyasan. De: “O, mənim Rəbbimdir. Ondan başqa ibadətə layiq olan məbud yoxdur. Mən yalnız Ona təvəkkül edir və Ona üz tutub tövbə edirəm”. (Rad surəsi, 30)
O sizə istədiyiniz hər şeydən vermişdir. Əgər Allahın nemətlərini sayacaq olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalım, çox nankordur. (İbrahim surəsi, 34)
O zaman Rəbbiniz bildirmişdi: “Əgər şükür etsəniz, sizə olan nemətimi artıraram, yox əgər nankorluq etsəniz, bilin ki, Mənim əzabım şiddətlidir”. (İbrahim surəsi, 7)
Allah təhlükəsizlik və əmin-amanlıq içində olan bir diyarı (Məkkəni) misal çəkir. Ona öz ruzisi hər yerdən bol-bol gəlirdi. Lakin o diyarın əhalisi Allahın nemətlərinə nankorluq etdi, Allah da onları etdikləri əməllərə görə aclıq və qorxu libasına bürüdü. (Nəhl surəsi, 112)
Sizə verilən nemətlərin hamısı Allahdandır. Sonra sizə bəla gəldiyi zaman ancaq Ona yalvarırsınız. Bəlanı sizdən sovuşdurduqdan sonra sizlərdən bəziləri Rəbbinə şərik qoşur. Onlar Bizim onlara verdiyimiz nemətlərə nankorluq etsinlər deyə belə edirlər. Hələlik əylənin! Tezliklə biləcəksiniz. (Nəhl surəsi, 53-55)
Həqiqətən, israfçılar şeytanların qardaşlarıdır. Şeytan isə Rəbbinə qarşı nankordur. (İsra surəsi, 27)
Kitabdan xəbəri olan bir başqa kimsə isə belə dedi: “Mən onu sənə bir göz qırpımında gətirərəm!” Süleyman taxtı yanında hazır durmuş görən kimi dedi: “Bu, Rəbbimin lütfündəndir ki, məni sınağa çəksin, görək şükür edəcəyəm, yoxsa nankor olacağam! Kim şükür etsə, ancaq öz xeyrinə şükür etmiş olar, kim də nankor olsa, bilsin ki, həqiqətən, Rəbbim onun şükrünə möhtac deyildir, Səxavətlidir!” (Nəml surəsi, 40)
Onlar gəmiyə mindikləri zaman, dini yalnız Allaha məxsus edərək, Ona yalvarırlar. Allah onları xilas edib quruya çıxaran kimi, yenə də Ona şərik qoşurlar. Bu ona görədir ki, Bizim onlara verdiyimiz nemətlərə nankorluq etsinlər və hələlik əylənsinlər. Amma tezliklə biləcəklər. (Ənkəbut surəsi, 65-66)
Məgər onlar, ətraflarındakı insanlar yaxalandıqları halda, Məkkəni onlar üçün müqəddəs, təhlükəsiz bir yer etdiyimizi görmürlərmi? Onlar batilə inanıb Allahın nemətini inkarmı edirlər? (Ənkəbut surəsi, 67)
Əgər Biz bir külək göndərsək və onlar əkini saralmış görsələr, bundan sonra mütləq nankorluq etməyə başlayarlar. (Rum surəsi, 51)
Dağların saldığı kölgələr kimi dalğalar onları çulğadığı zaman onlar dini məhz Allaha məxsus edərək Ona yalvararlar. Allah onları xilas edib quruya çıxartdıqda isə aralarından bəziləri küfrlə iman arasında orta yol tutar. Bizim ayələrimizi yalnız nankor xainlər inkar edərlər. (Loğman surəsi, 32)
Nankorluqlarına görə onları belə cəzalandırdıq. Məgər biz nankordan başqasını cəzalandırarıqmı? (Səba surəsi, 17)
Kafirləri isə Cəhənnəm odu gözləyir. Orada nə öldürülməzlər ki, ölüb canları qurtarsın, nə də bu odun əzabı onlar üçün yüngülləşdirilər. Biz hər bir kafiri belə cəzalandırırıq. (Fatir surəsi, 36)
Əgər üzlərini çevirsələr, unutma ki, Biz səni onlara nəzarətçi təyin etməmişik. Sənin vəzifən ancaq təbliğ etməkdir. Biz insana Öz mərhəmətimizdən daddırdıqda ona sevinir. Onlara öz əlləri ilə etdikləri əməllərin ucbatından bir bədbəxtlik üz verdikdə isə insanın nankor olduğunu görərsən. (Şura surəsi, 48)
Müşriklər Allahın qullarından bəzisini Onun bir hissəsi qəbul etdilər (Ona övladlar və şəriklər qoşdular). Həqiqətən, insan açıq-aydın nankordur. (Zuxruf surəsi, 15)
Allah əmr edib deyəcək: “Atın Cəhənnəmə hər bir inadcıl kafiri, (Qaf surəsi, 24)
Şübhəsiz ki, Biz ona yol göstərdik! Fərqi yoxdur, ya şükür etsin, ya da naşükür olsun. (İnsan surəsi, 3)
Belə ki, Rəbbinin qərar verəcəyinə qədər səbir et və onlardan heç bir günahkara və ya nankora itaət etmə! (İnsan surəsi, 24)
Qoy ölsün kafir insan! O necə də nankordur! (Əbəsə surəsi, 17)
Onlara nə olub ki, iman gətirmirlər və onlara Quran oxunduqda səcdə etmirlər? Əksinə, küfr edənlər haqqı yalan sayırlar. (İnşiqaq surəsi, 20-22)
Həqiqətən, insan Rəbbinə qarşı yaman nankordur. Özü də bunun şahididir. (Adiyat surəsi, 6-7)
O müttəqilər ki, bolluq zamanı da, qıtlıq zamanı da mallarından Allah yolunda xərcləyir, qəzəblərini boğur və insanları bağışlayırlar. Allah yaxşı iş görənləri sevir. (Ali İmran surəsi, 134)
Zün-Nunu da yada sal! Bir zaman o qəzəbli qövmündən ayrılıb getmiş və ona gücümüz çatmayacağını güman etmişdi. Sonra da zülmətlər içində yalvarıb demişdi: “Səndən başqa ibadətə layiq olan heç bir məbud yoxdur! Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmuşam!” (Ənbiya surəsi, 87)
Kim ki, dünyada və axirətdə Allahın Peyğəmbərinə kömək göstərməyəcəyi gümanındadırsa, qoy yuxarıya (evinin tavanına) bir ip salıb boynuna keçirsin, sonra da ayağını yerdən üzsün və görsün ki, onun bu hiyləsi, qəzəbinə səbəb olduğu Allahın bu köməyinə mane ola bilərmi? (Həcc surəsi, 15)
Kafirlər öz qəlbində təkəbbürlüyə – cahilik lovğalığına qapıldıqları zaman Allah Öz Elçisinə və möminlərə mənəvi rahatlıq nazil etdi və onlara təqva sözünü vacib buyurdu. Onların buna daha çox haqqı var idi və ona layiq idilər. Allah hər şeyi bilir. (Fəth surəsi, 26)
Allah əmr edib deyəcək: “Atın Cəhənnəmə hər bir inadcıl kafiri, xeyrə mane olanı, azğınlaşıb həddi aşanı, şübhə edəni, (Qaf surəsi, 24-25)
xeyrə mane olana, həddi aşana, günahkara, (Qələm surəsi, 12)
Daha öncə Yusuf sizə açıq-aydın dəlillər gətirmişdi. Siz onun gətirdiklərinə şəkk etməkdə davam edirdiniz. Nəhayət, o, vəfat etdikdə dediniz: “Allah ondan sonra elçi göndərməyəcəkdir!” Allah həddi aşan, şübhə edən kimsəni beləcə azğınlığa salar. Özlərinə bir dəlil gəlmədən Allahın ayələri barəsində mübahisə edənlər həm Allah yanında, həm də iman gətirənlərin yanında ancaq böyük bir nifrət artırır. Allah hər bir təkəbbürlü zülmkarın qəlbini belə möhürləyir. (Mümin surəsi, 34-35)
De: “Sığınıram insanların Rəbbinə, insanların Hökmdarına, insanların məbuduna! Vəsvəsə verənin, Allahın adı çəkiləndə isə hövlündən geri çəkilən şeytanın şərindən. O şeytan ki, insanların ürəklərinə vəsvəsə salır, (Nas surəsi, 1-5)
Alt-üst olmuş kəndləri də O viran qoydu. Onların başına gətirdiyini gətirdi. Sən öz Rəbbinin hansı nemətlərinə şübhə edirsən? (Nəcm surəsi, 53-55)
Qullarıma de ki, ən gözəl sözləri danışsınlar. Çünki şeytan onların arasına ədavət sala bilər. Həqiqətən, şeytan insanın açıq-aydın düşmənidir. (İsra surəsi, 53)
Xoş söz demək və xətaları bağışlamaq, minnətlə verilən sədəqədən daha yaxşıdır. Allah Zəngindir, Həlimdir. (Bəqərə surəsi, 263)
Onlar gözəl kəlamlar öyrənməyə nail olmuş və Tərifəlayiq Allahın yoluna yönəldilmişlər. (Həcc surəsi, 24)
Allahın necə məsəl çəkdiyini görmürsənmi? Gözəl söz (lə ilahə illəllah) kökü yerdə möhkəm olan, budaqları isə göyə yüksələn gözəl bir ağac kimidir. O ağac Rəbbinin izni ilə öz bəhrəsini hər zaman verir. Allah insanlar üçün misallar çəkir ki, bəlkə, düşünüb ibrət alsınlar. Pis söz isə yerdən qoparılmış və artıq kökü üstə dura bilməyən pis bir ağaca bənzəyir. (İbrahim surəsi, 24-26)
Əgər sən Rəbbindən dilədiyin mərhəməti umaraq onların üzünə baxmırsansa (imkanın olmadığı üçün onlara bir şey verə bilmirsənsə), onda onlara xoş söz de. (İsra surəsi, 28)
Kim qüdrət sahibi olmaq istəsə, bilsin ki, qüdrət bütünlüklə ancaq Allaha məxsusdur. Gözəl söz Ona tərəf yüksəlir və onu ucaldan yaxşı əməldir. Pis əməllər işlədib hiyləgərlik edənləri şiddətli bir əzab gözləyir. Onların qurduqları hiylələr də boşa çıxacaqdır. (Fatir surəsi, 10)
Bir zaman Biz İsrail oğulları ilə: “Allahdan qeyrisinə ibadət etməyəcək, valideynlərə, qohum-əqrəbaya, yetimlərə və kasıblara xeyirxahlıq edəcək, insanlara xoş söz deyəcək, namaz qılacaq və zəkat verəcəksiniz!” – deyə əhd bağladıq. Sonra az bir qisminiz istisna olmaqla, haqdan üz çevirib döndünüz. (Bəqərə surəsi, 83)
Fironun yanına gedin. Çünki o, həddini aşmışdır. Onunla yumşaq danışın. Bəlkə, öyüd-nəsihət qəbul etsin, yaxud qorxsun!” (Taha surəsi, 43-44)
İnsanları Allaha tərəf çağıran, yaxşı iş görən və: “Həqiqətən, mən müsəlmanlardanam!” – deyən kəsdən daha gözəl söz deyən kim ola bilər? (Fussilət surəsi, 33)
Allah pis sözün ucadan deyilməsini sevmir. Ancaq zülm olunan kimsələr istisnadır. Allah Eşidəndir, Biləndir. (Nisa surəsi, 148)
Əgər onlar sizi ələ keçirsələr, sizə düşmən kəsilər, əlləri və dilləri ilə sizə pislik edər və sizin kafir olmanızı istəyərlər. (Mumtəhənə surəsi, 2)
... Qorxu keçib getdikdə isə qənimətdə xəsislik edib acı dilləri ilə səni sancırlar. Onlar iman gətirməmişlər. Allah da onların əməllərini puç etmişdir. Bu, Allah üçün asandır. (Əhzab surəsi, 19)
Siz hökmən malınız və canınızla sınaqdan keçiriləcəksiniz. Sizdən əvvəl Kitab verilənlərdən və müşriklərdən bir çox əziyyətverici sözlər eşidəcəksiniz. Əgər səbir edib Allahdan qorxsanız, bilin ki, bu, əzmkarlıq tələb edən əməllərdəndir. (Ali İmran surəsi, 186)
Səndən kömək diləyəni qovma! (Duha surəsi, 10)
Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalıq yaşına dolarsa, onlara: “Uf!” belə demə, üstlərinə qışqırma və onlara xoş söz söylə! (İsra surəsi, 23)
Həqiqətən, İbrahim həlim, Allaha çox yalvaran və Ona üz tutan bir şəxs idi. (Hud surəsi, 75)
Allahın mərhəməti sayəsində sən onlarla mülayim rəftar etdin. Əgər sən kobud və daş qəlbli olsaydın, onlar hökmən sənin ətrafından dağılışardılar. Sən onların günahından keç, Allahdan onların bağışlanmalarını dilə və görəcəyin işlər barədə onlarla məsləhətləş. Qəti qərara gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən, Allah təvəkkül edənləri sevir. (Ali İmran surəsi, 159)
İbrahimin öz atası üçün bağışlanma diləməsi isə sadəcə ona verdiyi vədə görə idi. Atasının Allaha düşmən olduğu ona bəlli olduqdan sonra isə ondan uzaqlaşdı. Həqiqətən, İbrahim Allaha çox yalvaran həlim bir kimsə idi. (Tövbə surəsi, 114)
Onlar dedilər: “Ey Şueyb! Atalarımızın ibadət etdikləri məbudlardan, yaxud mallarımızı istədiyimiz kimi istifadə etməkdən vaz keçməyimizi sənə namazınmı əmr edir? Doğrudan da, sən yumşaq xasiyyətlisən, ağıllısan”. (Hud surəsi, 87)
Onların bəzi təbəqələrinə verdiyimiz fani dünya malına gözünü dikmə, onlara görə kədərlənmə, möminlərlə yumşaq davran (Hicr surəsi, 88)
Sənə tabe olan möminləri qanadının altına al (onlara qarşı təvazökar ol)! (Şuəra surəsi, 215)
Sizə özünüzdən elə bir Elçi gəldi ki, sizin əziyyətə düşməyiniz ona ağır gəlir. O sizə qarşı qayğıkeş, möminlərə şəfqətli, rəhmlidir. (Tövbə surəsi, 128)
Ünsiyyətdə rahatlıq tapasınız deyə, sizin üçün özünüzdən zövcələr yaratması, aranıza məhəbbət və mərhəmət salması da Onun dəlillərindəndir. Həqiqətən, bunda düşünənlər üçün ibrətamiz dəlillər vardır. (Rum surəsi, 21)
Muhəmməd Allahın Elçisidir. Onunla birlikdə olanlar kafirlərə qarşı sərt, öz aralarında isə mərhəmətlidirlər. … (Fəth surəsi, 29)
Sonra isə o, iman gətirən, bir-birinə səbir və mərhəmət tövsiyə edənlərdən olmaqdır. (Bələd surəsi, 17)
Onların hər ikisinə rəhm edərək təvazökarlıq qanadının altına al və: “Ey Rəbbim! Onlar məni körpəliyimdən tərbiyə edib böyütdükləri kimi, Sən də onlara rəhm et!” – de. (İsra surəsi, 24)
Həqiqətən, İbrahim Allaha müti, hənif bir rəhbər idi. O, müşriklərdən deyildi. (Nəhl surəsi, 120)
Kitabda Məryəmi də yada sal. O zaman o, ailəsindən ayrılıb şərq tərəfdə olan bir yerə çəkilmiş (Məryəm surəsi, 16)
Musa dedi: “Əgər siz və yer üzündə olanların hamısı kafir olsanız, Allaha heç bir zərər yetirə bilməzsiniz. Çünki Allah, həqiqətən də, Zəngindir, Tərifəlayiqdir”. (İbrahim surəsi, 8)
Onlara Nuhun əhvalatını oxu. Bir zaman o, öz qövmünə demişdi: “Ey qövmüm! Əgər aranızda qalmağım və Allahın ayələrini xatırlatmağım sizə ağır gəlirsə, mən Allaha təvəkkül edirəm. Allaha qoşduğunuz şəriklərlə birləşib sözü bir yerə qoyun, sonra da işinizi aşkarda görün. Bundan sonra mənə qarşı bacardığınızı edin və mənə möhlət verməyin. (Yunis surəsi, 71)
Mən sizin məni daşa basmanızdan həm mənim Rəbbim, həm də sizin Rəbbiniz olan Allaha sığınıram. Əgər mənə inanmırsınızsa, onda məndən uzaq olun!” (Duxan surəsi, 20-21)
Məgər onların ayaqlarımı var, onunla yerisinlər? Yoxsa onların əllərimi var, onunla tutsunlar? Yoxsa onların gözlərimi var, onunla görsünlər? Yoxsa onların qulaqlarımı var, onunla eşitsinlər? De: “Çağırın şəriklərinizi! Sonra mənə qarşı hiylə qurun və mənə heç möhlət də verməyin! (Əraf surəsi, 195)
Biz onların əhvalatını sənə olmuş bir həqiqət kimi söyləyirik. Onlar Rəbbinə iman gətirmiş gənclər idi. Biz də onların hidayətini artırdıq. Onlar kafir hökmdarın qarşısında durub: “Rəbbimiz göylərin və yerin Rəbbidir. Biz heç vaxt Ondan başqa məbuda ibadət etməyəcəyik. Əks halda olduqca böyük bir küfr danışmış olarıq!” – deyərkən onların qəlbinə qüvvət verdik. Cavanlardan biri o birilərinə dedi: “Bizim bu xalqımız Allahdan başqa məbudlar qəbul etdi. Bəs nə üçün onlar buna aid (bütlərə dair) bir dəlil gətirmədilər? Allaha qarşı yalan uydurandan daha zalım kim ola bilər?! (Kəhf surəsi, 13-15)
Firon dedi: “Mən sizə izin verməmişdən əvvəl siz ona iman gətirdiniz? Şübhəsiz ki, o sizə sehr öyrədən böyüyünüzdür. Mən sizin əllərinizi və ayaqlarınızı çarpaz kəsdirib xurma ağaclarının gövdələrində çarmıxa çəkəcəyəm. Onda hansımızın əzabının daha şiddətli və daha sürəkli olduğunu biləcəksiniz!” Onlar dedilər: “Biz heç vaxt səni bizə gələn bu aydın dəlillərdən və bizi yaradandan üstün tutmayacağıq. İndi nə hökm verəcəksənsə, ver. Sən ancaq bu dünyada hökm verə bilərsən! (Taha surəsi, 71-72)
Elçilər Süleymanın yanına gəldikdə o dedi: “Siz mənə mal-dövlətləmi yardım edirsiniz? Allahın mənə bəxş etdiyi sizin verdiyinizdən daha yaxşıdır. Siz isə ancaq öz bəxşişlərinizlə fərəhlənirsiniz. Onların yanına qayıt! Biz onların üstünə qarşısında dura bilməyəcəkləri bir ordu ilə gəlib onları oradan zəlil və alçalmış vəziyyətdə çıxardarıq!” (Nəml surəsi, 36-37)
Biz bundan əvvəl Adəmlə də əhd bağlamışdıq. Lakin o, əhdi unutdu və Biz onda əzm görmədik. (Taha surəsi, 115)
De: “Hamı gözləyir, siz də gözləyin. Yaxında siz kimin doğru yol sahibi olduğunu və kimin haqq yola yönəldiyini biləcəksiniz!” (Taha surəsi, 135)
De: “Doğrudanmı siz bizlərə iki uğurdan (qələbədən və ya şəhidlikdən) birinin yetişməsini gözləyirsiniz? Biz isə ya Allahın Özü tərəfindən və yaxud da bizim əllərimizlə sizi əzaba düçar etməsini gözləyirik. Siz gözləyin; şübhəsiz ki, biz də sizinlə birlikdə gözləyirik”. (Tövbə surəsi, 52)
Sənə bilik gəldikdən sonra kim səninlə İsanın barəsində mübahisə edərsə, de: “Gəlin oğullarımızı və oğullarınızı, qadınlarımızı və qadınlarınızı, özümüzü və özünüzü çağıraq, sonra isə dua edib yalançılara Allahın lənət etməsini diləyək”. (Ali İmran surəsi, 61)
İman gətirməyənlərə de: “Əlinizdən gələni edin, biz də edəcəyik. (Hud surəsi, 121)
Allah bizi sizin dininizdən xilas etdikdən sonra biz yenə də ona qayıtsaq, Allaha qarşı yalan uydurmuş olarıq. Rəbbimiz Allah istəməyincə bizim ona dönməyimiz olacaq bir şey deyildir. Rəbbimiz elmi ilə hər şeyi əhatə etmişdir. Biz Allaha təvəkkül etmişik. Ey Rəbbimiz! Bizimlə qövmümüz arasında ədalətlə hökm ver. Axı Sən hökm verənlərin ən yaxşısısan. (Əraf surəsi, 89)
Ey iman gətirənlər! Yaxınlığınızdakı kafirlərlə vuruşun. Qoy onlar sizdə sərtlik görsünlər. Bilin ki, Allah müttəqilərlədir. (Tövbə surəsi, 123)
Bəzi adamlar onlara: “Camaat sizə qarşı ordu toplayıbdır, onlardan qorxun!” – dedilər. Bu, onların imanını daha da artırdı və onlar: “Allah bizə yetər. O nə gözəl Qoruyandır!” – dedilər. (Ali İmran surəsi, 173)
Ey iman gətirənlər! Kafirlərlə döyüş meydanında qarşılaşsanız, arxanızı onlara çevirməyin. (Ənfal surəsi, 15)
Allaha və Axirət gününə iman gətirənlər Allah yolunda malları və canları ilə cihad etmək üçün səndən izin istəməzlər. Allah müttəqiləri tanıyır. (Tövbə surəsi, 44)
Məgər siz andlarını pozan, Peyğəmbəri öz yurdundan qovmaq fikrində olan, özləri də sizinlə döyüşü birinci başlayan bir camaatla vuruşmayacaqsınız? Məgər onlardan qorxursunuz? Əgər möminsinizsə, daha çox Allahdan qorxmalısınız. (Tövbə surəsi, 13)
Möminlər müttəfiqləri gördükdə: “Bu, Allahın və Onun Elçisinin bizə olan vədidir. Allah və Onun Elçisi doğru söyləmişlər!” – dedilər. Bu onların yalnız imanını və itaətini artırdı. (Əhzab surəsi, 22)
Sən səbirli ol! Həqiqətən də, Allahın vədi haqdır. Qoy axirətə yəqinliklə inanmayanlar səni qeyri-ciddi olmağa (dindən dönməyə) sövq etməsinlər. (Rum surəsi, 60)
Biz Musaya: “Qullarımla birlikdə gecə yola çıx, əsanı suya vurmaqla onlar üçün dənizdə quru yol aç. Düşmənin sizə çatmasından qorxma, çəkinmə!” – deyə vəhy etdik. (Taha surəsi, 77)
Sən səbirli ol! Həqiqətən də, Allahın vədi haqdır. Qoy axirətə yəqinliklə inanmayanlar səni qeyri-ciddi olmağa (dindən dönməyə) sövq etməsinlər. (Rum surəsi, 60)
Əlini qoynuna sal ki, əlin oradan ləkəsiz, ağappaq çıxsın. Qorxu keçib getsin deyə əlini özünə sıx. Bu, Firona və onun əyanlarına qarşı sənin Rəbbindən olan iki tutarlı dəlildir. Həqiqətən, onlar fasiq adamlardır”. (Qəsas surəsi, 32)
İman gətirib saleh əməllər edənlər üçün xoş güzəran və gözəl qayıdış yeri hazırlanmışdır. (Rad surəsi, 29)
Sən onların çöhrəsində səadət parlaqlığı görəcəksən. (Mutaffifin surəsi, 24)
Körpə dil açıb dedi: “Həqiqətən də, mən Allahın quluyam! O mənə Kitab verdi və məni peyğəmbər etdi. Harada oluramsa olum, məni mübarək etdi və nə qədər ki sağam, mənə namaz qılıb zəkat verməyi əmr etdi. Həm də məni anama qarşı qayğıkeş etdi; məni lovğa və bədbəxt etmədi. (Məryəm surəsi, 30-32)
demişdi: “Ey Rəbbim! Artıq sümüklərim zəifləmiş, başım da ağappaq ağarmışdır. Ey Rəbbim! Sənə etdiyim dua sayəsində heç vaxt bədbəxt olmamışam. (Məryəm surəsi, 4)
Allah buyurdu: “Bir-birinizə düşmən kəsilərək hamınız buradan yerə enin. Məndən sizə doğru yol göstəricisi gəldiyi zaman hər kəs Mənim doğru yol göstərən bələdçimin ardınca getsə, nə yolunu azar, nə də bədbəxt olar. (Taha surəsi, 123)
Mən sizi və Allahdan başqa sitayiş etdiyiniz bütləri tərk edir və öz Rəbbimə dua edirəm. Ola bilsin ki, mən Rəbbimə dua etməklə heç vaxt bədbəxt olmayım”. (Məryəm surəsi, 48)
Bədbəxtlərə gəlincə, onlar Od içərisində qalacaqlar. Onlar orada bağıracaq və zarıyacaqlar. (Hud surəsi, 106)
Onlar deyəcəklər: “Ey Rəbbimiz! Bədbəxtliyimiz bizə üstün gəldi və biz doğru yoldan azan bir camaat olduq. (Muminun surəsi, 106)
Allahdan qorxanlar öyüd-nəsihət götürərlər. Ən bədbəxt kimsələr isə onu qulaqardına vurarlar. (Əla surəsi, 10-11)
Bunlar Allahın qoyduğu hüdudlarıdır. Kim Allaha və Onun Elçisinə itaət edərsə, Allah onu ağacları altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağlarına daxil edər. Bu, böyük uğurdur. (Nisa surəsi, 13)
Allah dedi: “Bu, doğru danışanlara doğruluqlarının fayda verəcəyi gündür! Onlar üçün ağacları altından çaylar axan və içində əbədi qalacaqları Cənnət bağları hazırlanmışdır”. Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. Bu, böyük uğurdur. (Maidə surəsi, 119)
İman gətirib hicrət edən və Allah yolunda öz malı və canı ilə cihad edənlərin Allah yanında ən yüksək dərəcələri vardır. Məhz onlar nicat tapanlardır. (Tövbə surəsi, 20)
Mömin olaraq yaxşı iş görən kişi və qadınlara, əlbəttə, gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq. (Nəhl surəsi, 97)
Dində hamını ötüb keçən ilk mühacirlərə və ənsarlara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedənlərə gəlincə, Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. Allah onlar üçün ağacları altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları hazırlamışdır. Bu, böyük uğurdur. (Tövbə surəsi, 100)
Doğrudan da, Allah möminlərdən, Cənnət müqabilində onların canlarını və mallarını satın almışdır. Çünki onlar Allah yolunda vuruşub öldürür və öldürülürlər. Bu, Allahın Tövratda, İncildə və Quranda Öz öhdəsinə götürdüyü bir vəddir. Allahdan daha yaxşı əhdini yerinə yetirən kimdir? Elə isə sövdələşdiyiniz alış-verişə görə sevinin. Məhz bu, böyük uğurdur. (Tövbə surəsi, 111)
Xoşbəxtlərə gəldikdə isə, onlar Cənnətdə olacaqlar. Rəbbinin istədiyi istisna olmaqla, göylər və yer durduqca onlar orada əbədi qalacaqlar. Bu, tükənməz bir sovqatdır. (Hud surəsi, 108)
Allaha və Onun Elçisinə itaət edənlər, Allahdan qorxub çəkinənlər – məhz onlar uğur qazananlardır. (Nur surəsi, 52)
… Əgər Allah insanların bəzilərini, digərləri ilə dəf etməsəydi, içərisində Allahın adı çox zikr olunan hücrələr, kilsələr, sinaqoqlar və məscidlər dağılıb gedərdi. Allah Ona yardım edənlərə, mütləq yardım edər. Şübhəsiz ki, Allah Qüvvətlidir, Qüdrətlidir. (Həcc surəsi, 40)
Ey iman gətirənlər! Əgər siz Allaha (Onun dininə) kömək göstərsəniz, O da sizə kömək göstərər və ayaqlarınızı möhkəmlədər. (Məhəmməd surəsi, 7)
… Möminlərə yardım etmək Bizim borcumuz idi. (Rum surəsi, 47)
Şübhəsiz ki, Biz Öz elçilərimizə və möminlərə həm dünya həyatında, həm də şahidlərin şəhadət verəcəyi gün yardım edəcəyik. (Mümin surəsi, 51)
And olsun işləri paylaşdıranlara! (Zəriyət surəsi, 4)
Möminlərin hamısı eyni vaxtda döyüşə çıxmamalıdır. Hər qəbilədən bir dəstə qalmalıdır ki, dini dərindən öyrənsinlər və öz camaatı döyüşdən geri qayıtdıqları zaman onları xəbərdar etsinlər. Bəlkə, onlar pis işlərdən çəkinələr. (Tövbə surəsi, 122)
And olsun nəfsə və onu yaradıb kamilləşdirənə, ona günahları və Allahdan qorxmağı təlqin edənə! Nəfsini günahdan təmizləyən uğur qazanmışdır. Onu günaha batıran isə ziyana uğramışdır. (Şəms surəsi, 7-10)
Buna qəti inandıqları halda, haqsızcasına və təşəxxüslə onları inkar etdilər. Gör fəsad törədənlərin aqibəti necə oldu! (Nəml surəsi, 14)
… Sən onların günahından keç, Allahdan onların bağışlanmalarını dilə və görəcəyin işlər barədə onlarla məsləhətləş. Qəti qərara gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən, Allah təvəkkül edənləri sevir. (Ali İmran surəsi, 159)
O kəslər üçün ki, Rəbbinin dəvətini qəbul edir, namaz qılır, işləri barədə öz aralarında məsləhətləşir, onlara verdiyimiz ruzidən Allah yolunda xərcləyirlər. O kəslər üçün ki, haqsızlığa məruz qaldıqda intiqam alırlar. (Şura surəsi, 38-39)
…Əgər siz uşaqlarınızı süd anasına əmizdirmək istəyirsinizsə və süd haqqını müvafiq qayda üzrə ödəsəniz, sizə heç bir günah olmaz. Allahdan qorxun və bilin ki, Allah sizin nə etdiklərinizi görür. (Bəqərə surəsi, 233)
… Hər bilik sahibindən də üstün bir bilən vardır. (Yusif surəsi, 76)
Bilin ki, var-dövlətiniz də, övladlarınız da ancaq bir imtahandır. Böyük mükafat isə Allah yanındadır. (Ənfal surəsi, 28)
Onların nə malları, nə də övladları səni təəccübləndirməsin. Allah bunlarla, bu dünyada onlara əzab vermək və onların kafir olaraq canlarının çıxmasını istəyir. (Tövbə surəsi, 85)
Var-dövlət və övladlar dünya həyatının bərbəzəyidir. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin yanında savab və ümid baxımından daha əfzəldir. (Kəhf surəsi, 46)
Bilin ki, dünya həyatı oyun və əyləncə, bəzək-düzək, bir-birinizin yanında öyünmək, var-dövləti və oğul-uşağı çoxaltmaq istəyindən ibarətdir. Bu elə bir yağışa bənzəyir ki, ondan əmələ gələn bitki əkinçiləri heyran edir. Sonra o quruyur və sən onun sapsarı olduğunu görürsən. Sonra isə o çör-çöpə dönür. Kimisini axirətdə şiddətli əzab, kimisini də Allahdan bağışlanma və razılıq gözləyir. Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir. (Hədid surəsi, 20)
Qadınların, uşaqların, yığın-yığın qızıl-gümüşün, yaxşı cins atların, mal-qaranın və əkin yerlərinin verdiyi zövqlərə olan istək insanların gözünə gözəl göstərilmişdir. Bunlar, dünya həyatının keçici zövqüdür, gözəl qayıdış yeri isə Allah yanındadır. (Ali İmran surəsi, 14)
Biz yer üzündə olan bütün şeyləri ona bəzək etdik ki, insanlardan hansının əməlcə daha gözəl olduğunu sınaqdan keçirək. (Kəhf surəsi, 7)
Siz hökmən malınız və canınızla sınaqdan keçiriləcəksiniz. Sizdən əvvəl Kitab verilənlərdən və müşriklərdən bir çox əziyyətverici sözlər eşidəcəksiniz. Əgər səbir edib Allahdan qorxsanız, bilin ki, bu, əzmkarlıq tələb edən əməllərdəndir. (Ali İmran surəsi, 186)
Ey iman gətirənlər! Allaha və Onun Elçisinə xəyanətkarlıq göstərməyin və bilə-bilə aranızdakı əmanətlərə də xəyanət etməyin. (Ənfal surəsi, 27)
Sənə beyət edənlər Allaha beyət etmiş olurlar. Allahın Əli onların əllərinin üstündədir. Kim əhdini pozsa, ancaq öz əleyhinə pozmuş olar. Kim də Allahla bağladığı əhdinə sadiq qalsa, Allah ona böyük mükafat verər. (Fəth surəsi, 10)
O mömin kəslər ki, əmanətlərini və vədlərini qoruyurlar. (Muminun surəsi, 8)
Həqiqətən, Allah sizə əmanətləri sahiblərinə qaytarmanızı və insanlar arasında hökm verərkən ədalətlə hökm vermənizi əmr edir. Allahın sizə verdiyi bu öyüd-nəsihət necə də gözəldir! Şübhəsiz ki, Allah Eşidəndir, Görəndir. (Nisa surəsi, 58)
Yaxşı əməl üzünüzü məşriqə və məğribə tərəf çevirməyiniz deyildir. Lakin yaxşı əməl sahibləri Allaha, Axirət gününə, mələklərə, kitablara, peyğəmbərlərə iman gətirən, sevdiyi malı qohum-əqrəbaya, yetimlərə, kasıblara, müsafirlərə, dilənənlərə və kölələrin azad edilməsinə sərf edən, namaz qılıb zəkat verən, əhd bağladıqda əhdlərini yerinə yetirən, sıxıntı və xəstəlik üz verdikdə, habelə döyüşdə səbir edən şəxslərdir. Onlar imanlarında doğru olanlardır. Müttəqi olanlar da elə məhz onlardır. (Bəqərə surəsi, 177)
Xeyr! Kim əhdini yerinə yetirsə və Allahdan qorxsa, şübhəsiz ki, Allah müttəqiləri sevər. (Ali İmran surəsi, 76)
Allahla bağladığınız əhdə sadiq olun; möhkəm and içdikdən sonra andlarınızı pozmayın. Çünki siz Allahı özünüzə zamin etmisiniz. Şübhəsiz ki, Allah sizin nələr etdiyinizi bilir. (Nəhl surəsi, 91)
Yetim həddi-büluğa çatana qədər, – xeyirxahlıq (qoruyub saxlamaq və artırmaq məqsədilə istifadə etmək) istisna olmaqla, – onun malına yaxınlaşmayın! Əhdə vəfa edin. Çünki hər kəs əhd barəsində sorğu-sual olunacaqdır. (İsra surəsi, 34)
O kəslər ki, Allaha verdikləri sözü yerinə yetirir və əhdi pozmurlar. (Rad surəsi, 20)
O kəslər ki, əmanəti danmır və əhdlərini pozmurlar. (Məaric surəsi, 32)
Kitab əhlindən eləsi var ki, ona bir yığın mal əmanət etsən, onu sənə tam qaytarar. Onlardan eləsi də var ki, ona bir dinar versən belə, başının üstündə durub tələb etməyincə onu sənə qaytarmaz. Bu, ona görədir ki, onlar: “Avamlardan ötrü bizə günah olmaz!” – deyirlər və bilə-bilə Allaha qarşı yalan söyləyirlər. (Ali İmran surəsi, 75)
O kəslər ki, əmanəti danmır və əhdlərini pozmurlar. (Məaric surəsi, 32)
De: “Rəbbim ədalətli olmağı əmr etdi. …. (Əraf surəsi, 29)
Həqiqətən, Allah sizə əmanətləri sahiblərinə qaytarmanızı və insanlar arasında hökm verərkən ədalətlə hökm vermənizi əmr edir. Allahın sizə verdiyi bu öyüd-nəsihət necə də gözəldir! Şübhəsiz ki, Allah Eşidəndir, Görəndir. (Nisa surəsi, 58)
Yaratdıqlarımız içərisində elə bir ümmət də vardır ki, haqq ilə doğru yola aparır və bunun sayəsində ədalətlə hökm edirlər. (Əraf surəsi, 181)
Ey iman gətirənlər! Şahidliyiniz özünüzün və ya valideynlərin, ya da yaxın qohumların əleyhinə olsa belə, Allah şahidləri olub ədaləti qoruyun. Əleyhinə şahidlik edəcəyiniz şəxslərin varlı və ya kasıb olmasından asılı olmayaraq Allah onların hər ikisinə daha yaxındır. Arzularınıza uyaraq haqdan uzaqlaşmayın! Əgər siz yalan danışsanız və ya həqiqəti deməkdən boyun qaçırsanız, bilin ki, Allah nə etdiklərinizdən xəbərdardır. (Nisa surəsi, 135)
Allah din uğrunda sizinlə vuruşmayan və sizi öz diyarınızdan qovub çıxartmayan kimsələrə yaxşılıq etmənizi və onlarla insafla davranmanızı sizə qadağan etmir. Şübhəsiz ki, Allah insaflı olanları sevir. (Mumtəhənə surəsi, 8)
Onlar yalandan şahidlik etməz, lağlağı məclisinə rast gəldikdə oradan ləyaqətlə ötüb keçərlər. (Furqan surəsi, 72)
O kəslər ki, şahidliklərində mətindirlər. (Məaric surəsi, 33)
Ey iman gətirənlər! Allah xatirinə ədaləti qoruyan şahidlər olun. Hər hansı bir camaata qarşı olan kin-küdurət sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun! Bu, təqvaya daha yaxındır. Allahdan qorxun! Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır. (Maidə surəsi, 8)
… Əgər onların arasında hökm verməli olsan, ədalətlə hökm ver. Şübhəsiz ki, Allah ədalətli olanları sevir. (Maidə surəsi, 42)
Yetim həddi-buluğa çatana qədər, – xeyirxahlıq (qoruyub saxlamaq və artırmaq məqsədilə istifadə etmək) istisna olmaqla, – onun malına yaxınlaşmayın! Ölçüyə və çəkiyə ədalətlə tam riayət edin. Biz hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər yükləyərik. Söz söylədiyiniz zaman, qohumunuz olsa belə, ədalətli olun. Allah qarşısındakı əhdə sadiq qalın. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb ibrət alasınız. (Ənam surəsi, 152)
Məzəmmət olunmağa ancaq insanlara zülm edənlər və yer üzündə haqsız yerə azğınlıq edənlər layiqdirlər. Məhz onlar üçün ağrılı-acılı əzab vardır. (Şura surəsi, 42)
Buna görə də sən tövhidə dəvət et və sənə əmr olunduğu kimi düz yolla get. Onların nəfslərinin istəyinə uyma və de: “Mən Allahın nazil etdiyi Kitaba iman gətirdim. Mənə sizin aranızda ədalətli olmaq əmr edilmişdir. Allah bizim də Rəbbimiz, sizin də Rəbbinizdir. Bizim əməllərimiz bizə, sizin də əməlləriniz sizə aiddir. Bizimlə sizin aranızda mübahisə ediləcək bir şey yoxdur. Allah hamımızı bir yerə toplayacaqdır. Dönüş də yalnız Onadır”. (Şura surəsi, 15)
Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşsa, onları barışdırın. Əgər onlardan biri digərinə qarşı təcavüz etsə, təcavüzkar dəstə ilə, o, Allahın əmrini yerinə yetirməyə qayıdanadək, vuruşun. Əgər o qayıtsa, hər iki dəstəni ədalətlə barışdırın və insaflı olun. Sözsüz ki, Allah insaflıları sevir. (Hucurat surəsi, 9)
Ey qövmüm! Ölçüyə və çəkiyə ədalətlə tam riayət edin, insanların mallarını əksik verməyin və yer üzündə fəsad yaymaqla pis işlər görməyin! (Hud surəsi, 85)
Ölçdükdə ölçüyə tam riayət edin, çəkdikdə düzgün tərəzi ilə çəkin. Bu, daha xeyirli və nəticə baxımından daha yaxşıdır. (İsra surəsi, 35)
çəkidə həddi aşmayasınız. (Rəhman surəsi, 8)
Çəkidə və ölçüdə aldadanların vay halına! O kəslərin ki, camaatdan bir şey aldıqda onu tam almaq istəyərlər, onlar üçün bir şey ölçdükdə və ya çəkdikdə onu ziyana salarlar. (Mutaffifin surəsi, 1-3)
Ölçüyə tam riayət edin və əksik ölçənlərdən olmayın. Düz tərəzi ilə çəkin. İnsanların əşyalarını əksik verməyin və yer üzündə fəsad yayaraq pis işlər görməyin. (Şuəra surəsi, 181-183)
Mədyən qövmünə də qardaşları Şueybi göndərdik. O dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa məbudunuz yoxdur. Rəbbinizdən sizə açıq-aydın bir dəlil gəldi. Elə isə ölçüyə və çəkiyə tam riayət edin, insanların əşyalarını əksik verməyin və yer üzü islah olunduqdan sonra orada fəsad törətməyin. Əgər möminsinizsə, bu, sizin üçün daha xeyirlidir. (Əraf surəsi, 85)
Onlar Davudun yanına daxil olduqda Davud onlardan qorxdu. Onlar dedilər: “Qorxma! Biz iki iddiaçıyıq. Birimiz digərinin haqqını tapdalamışdır. Aramızda ədalətlə hökm ver, haqsızlıq etmə və bizə düz yolu göstər! Bu mənim qardaşımdır. Onun doxsan doqquz qoyunu, mənim isə bircə qoyunum vardır. Bununla belə: “Onu mənə ver!” – dedi və mübahisədə mənə üstün gəldi”. Davud dedi: “O sənin qoyununu öz qoyunlarına qatmaq istəməklə, sənə qarşı haqsızlıq etmişdir. Həqiqətən, şəriklərin çoxu bir-birinin haqqını tapdalayar. Yalnız iman gətirib yaxşı işlər görənlərdən başqa. Onlar isə çox azdırlar!” ... (Sad surəsi, 22-24)
Əşyaları tərəzidə insafla çəkin və çəkini əskiltməyin. (Rəhman surəsi, 9)
Yetimlərin mallarını özlərinə verin və yaxşını pis ilə dəyişməyin. Onların mallarını öz mallarınızla birlikdə yeməyin. Şübhəsiz ki, bu, böyük günahdır. (Nisa surəsi, 2)
Mallarınızı öz aranızda haqsızlıqla yeməyin və camaatın malının bir qismini bilə-bilə günah yolu ilə yeyəsiniz deyə hakimləri ələ almağa çalışmayın. (Bəqərə surəsi, 188)
Biz elçilərimizi aydın dəlillərlə göndərdik və onlarla birlikdə Kitab və tərəzi nazil etdik ki, insanlar ədalətli olsunlar. … (Hədid surəsi, 25)