Ətrafınızı dərk edib mühakimə etməyə başladığınız andan bu günə qədər yaşadıqlarınızı düşünün. Hadisələrin sizə necə təsir etdiyini, ümid edilmədik vəziyyətlə qarşılaşdığınızda nə reaksiya verdiyinizi, insanları tanımağa başladıqca nələr yaşadığınızı, yaşadıqlarınızdan hansı dərslər çıxardığınızı xatırlamağa çalışın. Kim bilir neçə dəfə tərəddüddə qaldınız. Neçə dəfə təəccübləndiniz, nə edəcəyinizi bilmədiniz. Tez zamanda çıxış yolu axtardınız amma uzun müddət tapa bilmədiniz. Kimə etibar edəcəyinizi bilmədiyiniz üçün yaralandınız. Verdiyiniz səhv qərarlardan peşmanlıq duydunuz amma doğrusunun nə olduğunu da tam çözə bilmədiniz. Əksər zaman tərəddüd içində qaldınız və böyük ehtimalla buna bənzər duyğuları gələcək üçün də yaşayırsınız. Nələrlə qarşılaşacağınızı bilməməyin narahatlığını hiss edir, bundan sonra həyatınızı necə yönləndirəcəyinizə heç cür qərar verə bilmirsiniz. Bəs bir nəfər sizə “varlığınızı dərk etdiyiniz andan son nəfəsinizə qədər, həyatınızın hər anında sizə yüz faiz doğru olan yolu göstərəcək rəhbər olduğunu” söyləsə ... Üstəlik bu rəhbərin kasıb zəngin, işəgötürən işçi, müdir məmur, müəllim şagird, şəhərli kəndli hər kim olursa olsun hər kəs üçün eyni dərəcədə yaxın, əlçatan, aydın olan və asan olduğunu xəbər versə ... Şübhəsiz bu, həyatınızda duyduğunuz ən gözəl müjdə, ən yaxşı xəbər olacaqdır.
Bu Quran, insanın özünü, ətrafındakıları, həyatını və yaşadıqlarını ən doğru şəkildə şərh edən və ən gözəl yolu tapmasını təmin edən rəhbərdir. Allah insanı Quranla birlikdə, iç-içə yaşayacaq şəkildə yaratmışdır. Quran bir çox insanın düşündüyünün əksinə yalnız ibadətlərin nələr olduğunu izah edən kitab deyil. Həyatın hamısını əhatə edir. Hər yaşdan, hər mövqedən, hər insanın yaşadığı hər an ilə əlaqədar müraciət edəcəyi ən etibarlı qaynaqdır. İmtahana çata bilməyən şagirdin, iş yerində yüksələn insanın, etdiyi yatırımda uğursuz olub iflas edənin, qatıldığı yarışmada birinci olanın, evdə uşaqlarıyla dialoq qurmaqda çətinlik çəkən ananın, əhəmiyyətli yığıncağa qatılan zəngin iş adamının həmin an müraciət edəcəyi kitabdır. Quran müsəlman üçün çörək kimi, su kimi hər an yanında olması lazım olan nemətdir.
İnsan ancaq Qurana tam olaraq tabe olduğunda sağlam düşünə bilər, doğru mühakimə edər və gözəl olanı həyata keçirər. Qurandan uzaqlaşdıqca həyatı qarma-qarışıq olur. Bir insan Qurana nə qədər əməl edirsə o qədər etidallı və hüzurludur. Qurandan uzaqlaşmağa başladıqca sarsılmağa və məhv olmağa başlayar. Ağılı və ruhu sakit ola bilməz. Buna baxmayaraq müsəlmanların bir çoxu Quranı ya heç oxumamış ya da yalnız bəzi ayə və ya surələri mənasını heç bilmədən Ərəb dilində əzbərləmişdir. Halbuki hər müsəlman, Quranı mütləq öz dilində oxumalıdır. Üstəlik yalnız bir dəfə deyil, hər gün. Çünki Quran oxunub kənara qoyulmaq üçün deyil, həyata keçirilməsi üçün vardır. İnsan hər anında Quranı həyatına tətbiq edib etmədiyini ya da hansı nisbətdə həyata keçirdiyinə nəzarət etməlidir.
Bir çox insan İslamın 5 şərti, 32 fərzi olduğunu eşitmişdir, ancaq Quranın hamısının müsəlmana fərz olduğundan xəbəri yoxdur. Quranın hər ayəsi müsəlman üçün fərzdir. Namaz qılmaq, oruc tutmaq necə fərzdirsə, bağışlayıcı olmaq, hirsini məğlub etmək, gözəl söz söyləmək, səbir göstərmək, özü üçün yaşamamaq, təvəkkül etmək, canlı və əzimli olmaq, İslamı təbliğ etmək, müsəlmanlarla birlikdə hərəkət etmək, dağılıb ayrılmamaq, hər zaman etidallı olmaq, təkəbbürlü olmamaq, səmimiyyətdə qərarlı olmaq kimi ayələrdə izah edilən əxlaq və davranışların hamısı fərzdir. Müsəlman necə namazına diqqət göstərirsə Quranı başdan sona yaşamağa da eyni diqqəti göstərməlidir.
Quranda bildirilən əxlaq və davranış xüsusiyyətlərinin yanında, Peyğəmbərlərin həyatının izah edildiyi hekayələrdə və keçmiş cəmiyyətlərdən verilən nümunələrdə də hər müsəlmanın özünə dərs çıxarması lazım olan bir çox yön vardır. Bu hissələrə baxaraq, küfrlə elmi mübarizənin necə olmasını, bu mübarizə zamanı nələrlə qarşılaşa, hansı üsullardan istifadə edilərsə təsirli olacağını öyrənir. Yenə əvvəlki mömin cəmiyyətlərin həyatından, möminlərin arasına girən iki üzlü münafiqlərin necə xainliklər edə biləcəyini, nə cür xarakter pozuqluğu və hansı əlamətləri göstərəcəyini anlar və buna görə diqqətini açıq tutar. Münafiqlərin yanında imanı zəif kəslərin, fasiqlərin, müşriklərin və dinsizlərin xarakterləri, məntiq formaları, reaksiyaları haqqında məlumat əldə edər. Özündən fərqli düşünən, inanan, yaşayan insanlara necə davranması lazım olduğunu anlar.
Quran, möminin fərdi həyatını olduğu kimi ictimai həyatını, zövqlərini, həyat keyfiyyətini də formalaşdırar. İncəsənətin, gözəlliyin, təmizliyin, keyfiyyətin, nəzakətin tərifləndiyi Quran ayələri, möminə necə dünya inşa etməsini göstərir.
Qısacası Quran, mömin üçün həyatının bütünlüklə əhatə edən rəhbərdir. Möminin dünyada aldığı ruh təhsilinin dayaq nöqtəsidir. Əgər mömin Quranın tək ayəsini həyatına tətbiq etməkdə zəiflik göstərirsə, o nöqtədən mənəvi xəstəlik yaranma təhlükəsi vardır. Məsələn, çox fədakar, kömək sevər, çalışqan davranır amma gözəl sözlü olmaqda geri qalırsa bir müddət sonra bu vəziyyət onu incəlikdən, mərhəmətdən və dostluqdan uzaqlaşdıra, sevgisiz və soyuq ruh halına soxa bilər. Soyuq ruh insanı qəlbin qatılaşmasına apara bilər və görünüşdə müsəlman olmanın tələblərinə görə yaşayarkən, müsəlman olmanın ruhundan və istiliyindən tamamilə qopa bilər. Ya da müsəlmanları çox sevdiyini söyləyib sevginin əlaməti olan gözəl sözlər söyləyər və komplimentlər söyləyərkən, öz rahatlığını müsəlmanların rahatlığından daha üstün görən birinin həqiqi sevgini yaşaması mümkün olmayacaq.
Buna görə də, Allahın razı olduğu səmimi dindarlığı yaşamağın sirri, Quranı tamamilə tətbiq etməkdir. Hər müsəlman hər dəqiqə özünü nəzarət etməli, hansı nöqtələrdə Quranı daha yaxşı tətbiqi lazım olduğunu təsbit etməli və nöqsan tapdığı yönləri tez zamanda yerini doldurmalıdır. Çox qısa qaldığımız bu dünyada, ruhumuzu cənnət keyfiyyətinə çatdırmaq və Allahın sevgisinə layiq olmaq üçün dini var gücümüzlə, tam Allahın istədiyi kimi yaşayan səmimi dindarlar olmamız lazımdır. Bu səyin duası olaraq, Quran ayələrinin gündəlik həyatda necə tətbiq edəcəyimizi görmək və unutmamaq üçün bu kitabda ayələr müxtəlif mövzu başlıqları altında toplanmışdır. Beləcə, gün ərzində qarşılaşdığımız hər hadisədə, “Burada Allah necə davranmamızı istəyər?” sualının cavabını Qurana görə vermək və tətbiq etmək daha asan olacaq. İnsan unutmağa, dalğınlığa və ya detallara ilişib əsas məsələdən uzaqlaşmağa meyllidir. Allah bu kitabı, hər unutduğumuzda yenidən xatırlamağımız, hər dəqiqəmizi Allahın razılığının ən çoxunu axtararaq keçirməmiz üçün vəsilə etsin.
…”Ey Rəbbimiz, unutsaq və ya xəta etsək bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkilərə yüklədiyin kimi, bizə də ağır yük yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi daşımağa bizi vadar etmə! Bizi əfv et, bizi bağışla və bizə rəhm et! Sən bizim Himayədarımızsan! Kafirləri məğlub etməkdə bizə yardım et!” (Bəqərə surəsi, 286)