Televizor seyr edərkən, qəzet oxuyarkən ya da hər hansı yerdən keçərkən görmək və ya eşitmək istəmədiyiniz bir çox şeylə qarşılaşarsanız. Kasıb insanlar, cinayətlər, qırğınlar, açıqca haqsızlığa düçar olan amma haqlarını axtarmayan kəslər, döyüşlər, sataşmalar, pis sözlər, incidici və alçaldıcı sözlər, çəkişmələr, hər cür mənfəət üçün çıxan narahatlıqlar, zorbalıqlar və daha bir çoxları ...
Əlbəttə siz də, hər kəs kimi hüzur və təhlükəsizlik dolu, heç kimin başqasına zərər və ya narahatlıq vermədiyi, insanların sülh və dostluq içində yaşadıqları, bir-birlərindən həmişə gözəl, tərifləyici, hörmət və sevgi dolu sözlər eşitdikləri cəmiyyətdə yaşamaq istəyərsiniz. Əlbəttə çox insan kimi siz də televiziya kanallarını dəyişəndə, qəzetin səhifələrini çevirdiyinizdə və ya işinizdə, evinizdə, həmişə gözəl əxlaqa sahib, şən, cana yaxın, dürüst, hörmətli, sevgi dolu, xoşsöhbət insanlar görmək, həmişə müjdəli və gözəl xəbərlər eşitmək istəyərsiniz. Ancaq bu gözəl mühitin bir gün gəlib də özbaşına meydana gəlməsini gözləmək yetərli deyil. Bu səbəblə də sülhün, əmin-amanlığın və təhlükəsizliyin hakim olduğu cəmiyyətdə yaşamağı səmimi olaraq istəyənlər bir an əvvəl qərar verməli və Quran əxlaqını yer üzünə hakim etmək üçün faydalı işlər görməlidir.
Bu kitab, yaxşılığın hakim olmasını istəyənlərə, yaxşılıq etmələri və digər yaxşılarla ittifaq etmələri üçün yazılmış çağırış xüsusiyyətindədir. Ancaq bu çağırış hər hansı birinə və ya bəzilərinə deyil, birbaşa sizə edilməkdədir.