Fermentlər Bir Yaradılış Möcüzəsidir

Təbii seleksiyanın olması üçün, yeni quruluşlar yaratmaq məqsədiylə mutasiyaların reallaşdığını heç gördünüzmü? (...) Yeni inkişafa başlayan bir orqanın varlığı heç bir zaman görülməyib. Bəziləri indi müşahidə edilə bilməlidir, bir orqanizmdə funksional yeni bir sistem meydana gətirəcək müxtəlif mərhələlərin meydana gəlişi görülməlidir. Amma hələ ki onları görmürük: Belə bir nağıl üçün heç bir dəlil yoxdur. Nə müşahidələr, nə də təcrübələr təbii seleksiyanın mutasiyalardan istifadə edərək yeni bir gen, hormon, ferment sistemi və ya orqan ortaya çıxardığını göstərməyib.(92)

Təkamülçü Michael Pitmanın bu sözləri digər təkamülçülərin də açıqca gördüyü, ancaq etiraf etməkdən çəkindikləri həqiqətlərin bir xülasəsidir. Təkamül nəzəriyyəsinin söykəndiyi iki təməl mexanizm vardır: Mutasiyalar və təbii seleksiya. Pitmanın da etiraf etdiyi kimi bu mexanizmlərin heç biri bir canlıya faydalı, işləyən bir orqanı və ya bir quruluşu qazandırmayıb, onu heç bir zaman yoxdan var etməyib.

İnsana aid orqan və ya quruluşları bir kənara qoyaq, darvinistlər bir bütün olaraq insanın meydana gəlməsinə bir şərh verməlidirlər. İnsan bədəni elə bütövdür ki, tək bir molekulun funksiyasını yerinə yetirə bilməsi üçün bu bütövün bir yerdə olması şərtdir. Məsələn, fermentlər; reallaşdıracaqları reaksiyalar, onları kodlaşdıran genlər, bu kodları meydana gətirən DNT, iş sahələrində olan hüceyrələr, gələn qidalar, birləşəcəkləri substratlar, içində hərəkət etdikləri qan, onu hərəkət etdirən ürək, onu koordinasiya edən beyin, xüsusi bir bədən istiliyi, xüsusi bir bədən pH-ı və bunları da bir-birinə bağlayan saysız amillər birlikdə çalışırlar. Bunlardan heç birini sıradan çıxara, sistemi sadələşdirməyə, heç birinin sırasını dəyişdirə bilməzsiniz. Belə bütövlük içindəki bir quruluşun sahib olduğu hər parça fövqəladə dərəcədə mürəkkəbdir. Bu isə təkamülçülər tərəfindən açıqlana bilməz.

Onda insana aid tək bir molekula geri dönək. Təkamülçülərin fermentlər üçün bir şərhləri vardırmı? Bir ferment, sahib olduğu xüsusi amin turşuları, bunların xüsusi düzülüşü, sahib olduğu xüsusi üç ölçülü quruluş, birləşəcəyi substrata uyğun üç ölçülü bir yuvası, bunlardan əlavə Kataliz kimi möcüzəvi bir işi reallaşdırması, zaman tənzimləməsi, köhnəlməməsi, yanılmaması, fasilə etməməsi təkamülçülərin açıqlaya biləcəyi bir quruluşdurmu? Fərqli canlılarda eyni fermentlərin bənzər vəzifələri həyata keçirməsi hansı darvinist mexanizm ilə açıqlana bilər? Şübhəsiz bunların hamısı təkamülçülər üçün açıqlana bilməz hadisələrdir. Günümüzün ən qatı təkamülçülərindən Riçard Doukinsin bu mövzuyla əlaqədar etirafını Yaradılış Araşdırma Cəmiyyətindən (Creation Research Society) Jon Covey bu şəkildə çatdırır:

Bir avtomobil dizayneri üçün karbürator mütləq lazımlıdır. Eynilə burada meydana çıxan ehtiyac kimi Allah da Glikoliz üçün heksokinaz fermentini yaratmışdır. Bir-birinə bənzər şəkildə forma verilmiş çınqıl daşlarının arasında bir ox görsək ağıllı bir yaradıcının və ya qabiliyyətli bir işçinin burada olduğunu anlayarıq. Amma bəziləri kompleks bir canlı gördüyü zaman, usta bir memarın varlığını qeyri-mümkün hesab edir. Bu necə ola bilər? Təkamülçülərin hazırlanmış bir maşın ilə maşın kimi çalışan bioloji varlıq arasındakı bənzərlikləri inkar etdikləri bir vaxt var idi. Ancaq bu vəziyyət dəyişdi. Blind Watchmakerda (Kor Saatçi) Richard Dawkins belə bioloji varlıqların açıqca bir dizayn olduğunu etiraf etmişdir. Bunların hazırlanmış olduqlarını inad bir şəkildə inkar etsədə, lakin ən azı bunların bir dizayna oxşadıqlarını etiraf edib:

Düzgün bir şəkildə istifadə edildiyi zaman şəkərin enerji qaynağı ola biləcəyinin bir təsadüf nəticəsində bilinməsi qeyri-mümkündür. Əlavə olaraq bu enerjidən üstünlük əldə etmək üçün nə edilməli olduğunun bilinməsi də qeyri-mümkündür. Təkamül necə kimyəvi reaksiya ardıcıllığını geri çevirər? Və təkamül kompleks və ardıcıl fermenti necə inkişaf etdirər? Bundan əlavə glikolitik fermentlərin hamısı inkişaf edənə qədər fermentlər sistemini təkamülləşdirən orqanizm enerji və qida qaynaqlarını istehlak edən gərəksiz fermentlər ifraz edərdi. Hər biri fəaliyyətə başlamadan, heç biri işləməz. Yalnız glikolitik reaksiyalar deyil, canlı hüceyrədə olan digər bütün ferment sistemləri də.(93)

Bir fermentin təkcə heç bir şey ifadə etmədiyi halda təsadüflər nəticəsində ortaya çıxması təkamülün öz iddiaları ilə ziddiyyət təşkil etməkdədir. Xəyali təkamül nəzəriyyəsinə görə bir fermentin yoxdan var ola bilməsi üçün, içində hərəkət edib fəaliyyət göstərə biləcəyi bir canlı bədəninin varlığı şərtdir. Ancaq canlı orqanizm fermentlər olmadan, sağ qalması mümkün deyildir. Bu vəziyyətdə fermentlərin içində yaşayacağı və yaşatacağı canlı bədənin, onun idarəsini təmin edən ferment inhibitorlarının, substratların və bütün digər molekulların sözdə bir yerdə təkamülləşmiş olmalıdır ki, tək bir molekulun milyonlarla il içində təkamülləşdiyi nağılını ortaya atan təkamülçülər üçün bu qeyri-mümkündür. İlk olaraq fermentlər meydana gəlsəydi, halbuki bir fermentin təsadüfən meydana gəlməsi qeyri-mümkündür, fəaliyyət göstərəcəyi bir orqanizm olmadan yox olardı. İlk olaraq canlı orqanizm meydana gəlsəydi, halbuki bu orqanizmin da bütün sistem və molekullarının ayrı-ayrı təkamülləşməsi lazım olurdu və bu da tamamilə qeyri-mümkündür, bu vəziyyətdə canlı orqanizmin fermentlər olmadan varlığını davam etdirməsi mümkün deyildir. İlk olaraq yaranan ferment inhibitorları olsaydı, halbuki bu kompleksdə olan molekulların da təsadüfən meydana gəlmələri mümkün deyildir, meydana gəldiyini fərz etsək, bütün fermentləri passivləşdirəcəkdi. Bunlar yalnız sistemin mürəkkəb bir komplekslikdə olduğunu göstərə bilmək üçün etdiyimiz şərhlərdir. Təkamül nəzəriyyəsinin bu kompleks molekullardan yalnız birinin belə necə meydana gəldiyi sualına verəbiləcəkləri bir cavabları, ya da göstərəcəkləri hər hansı bir dəlilləri yoxdur.

Göründüyü kimi təkamülçülərin fermentlərin mənşəyi mövzusuna aid bir şərhləri yoxdur. Bundan əlavə təkamülçülər hələ fermenti meydana gətirən amin turşularının bir-birinə uyğun düzülüşlərinin təsadüf nəticəsində necə meydana gələ biləcəyini açıqlamaqda çətinlik çəkirlər. Bununla əlaqədar edilən ehtimal hesabları bəhsi keçən sistemdə istənilən şərtlər yaradılsa belə, təsadüfən doğru bir düzülüşün meydana gəlməsinin qeyri-mümkünlüyünü göstərir. Jon Covey bunu bu şəkildə açıqlayır:

Yalnız 100 amin turşusu uzunluğundakı sadə bir fermenti əldə etmə ehtimalı nədir? Müxtəlif formada düzülə bilən 20 fərqli amin turşusu vardır. Sadə bir fermentin içindəki 20 fərqli amin turşusu 10e130 fərqli şəkildə sıralana bilər, bunun mənası 1-in yanında 130 sıfırdır. Bu düzülüşlərin bir çoxu yaxşı bir ferment meydana gətirməz. Bir çoxu çox zəif fəaliyyət göstərər və ya heç göstərməz. İngilis astronomu Sir Arthur EDDINGTON kainatda 10e80 parçacıq olduğunu hesabladı. Astronomlar kainatın 90% qara deşik olduğuna inanırlar. Bu cəm sayı 10e82-yə çıxarır. Bu rəqəm bütün elektronları, protonlar, neytronlar və bunun kimi bir çox atomdan balaca parçacıqları əhatə edir. Bu 10e130-un nə qədər böyük bir sayı olduğu haqqında sizə bir fikir verər.

Bədənimizdə fermentlər kimi təsirli bir şey yaratmaq üçün amin turşularının doğru kombinasiyalarla bir araya gəlmə ehtimalını tapmaq uzun bir vaxt tələb edəcək. Əgər saniyədə bir trilyon dəfəlik əməliyyat sürətiylə 100 amin turşusu olan zülal zəncirlərini meydana gətirmək üçün kainatdakı hər şey birləşsə və təkrar birləşsə, bütün kombinasiyaların yoxlanılması 30 trilyon ildən çox zaman alardı. Bu sınaqlardan sonra funksiyaları məhdud olan və çoxalma qabiliyyəti olmayan yüz amin turşusu uzunluğunda yalnız tək bir zülal əldə ediləcəkdi. Bu zülal nə öz özünü köçürə biləcək, nə də öz surətinin çıxarılmasına təsir olacaqdı.(94)

Göklerde ve yerde her ne varsa O'nundur. Şüphesiz Allah, hiçbir şeye ihtiyacı olmayan (Gani)dır, övülmeye layık olandır.
(Hac Suresi, 64)

Yalnız 100 amin turşusu uzunluğundakı sadə bir fermenti təsadüf nəticəsində əldə etmə ehtimalı 10130-da birdir. Ancaq bu nöqtədə əldə edilməli olan bu zülalın yalnız sol-əlli amin turşulardan meydana gəlməli olduğunu da xatırlatmaq lazımdır. (Çünki təbiətdə sağ-əlli və sol-əlli olmaqla 2 növ amin turşuları vardır və canlı hüceyrələrdə fəaliyyət göstərən amin turşuları yalnız sol-əlli olanlardır.) Bu vəziyyətdə ehtimalları daha da azaldır:

Milyonlarla dollarlıq laboratoriyaların tək bir zülal molekulunu yaratmaq üçün lazım olan sol-əlli amin turşularını sintez etmə ehtimalları nədir? Bu ehtimal 10e210-da birdir. Yəni 1-in yanına 210 sıfır gəlməsindən yaranan saydir. Bu qeyri-mümkün ehtimalın böyüklüyünü izah edə bilmək üçün bunları müqayisə edək:

On milyard il 10e18 saniyədir. Yer üzü 10e26 ons-dur (1 unsiya=3 qram). Bütün kainatın diametri yalnız 1028 düymdür (1 düym=2.54 sm). Kainatda 10e80 atomdan balaca parçacıq vardır.(95)

Kainatdakı ən böyük rəqəmlərləə müqayisə edildiyində belə bir fermentin təsadüf nəticəsində ortaya çıxmadığı açıqdır.

Ancaq hər nə qədər qeyri-mümkün olsa da, amin turşularının doğru sıralama ilə doğru quruluşu meydana gətirdiklərini və bir ferment meydana yaratdıqlarını fərz edək. Bu fermentin bir reaksiyaya daxil olaraq onu sürətləndirəbilmə ehtimalı, yəni fermentin funksional olma ehtimalı təkamülçülər üçün çox daha böyük bir problem təşkil edir. Yaradılışı Araşdırma Cəmiyyətindən (Creation Research Society) Dr. Jonathan D. Sarfati bu ehtimalı bu şəkildə hesablamışdır:

Öz-özünə çoxalan ən sadə orqanizm belə təxminən olaraq 400 amin turşusundan ibarət fermentləri kodlaşdıran 482 genə malikdir. Hər fermentin düzgün bir şəkildə işləməsi üçün düzgün bir sıralaması olmalıdır. Fermentlərdə 20 fərqli amin turşusu istifadə edilir. Hər fermentdə yalnız 10 ədədinin belə tam olaraq doğru düzülüşə sahib olduğunu fərz etsək belə, adi bir reaksiyanın təsadüfi meydana gəlmə ehtimalı 10e6271-də birdir (ardından 6271 ədəd sıfır gələn bir sayı). Kainatdakı atomların sayının təxminən 10e80 olduğu düşünülsə, bu ehtimalın sıfır olduğu açıqdır.(96)

Tek bir reaksiyanın belə təsadüfən meydana gəlmə ehtimalı "sıfırdır". Ancaq bütün qeyri-mümkünlüyə baxmayaraq tək bir fermentin təsadüf nəticəsində meydana gələbildiyini, yenə qeyri-mümkün olmasına baxmayaraq bir reaksiyanın təsadüfən reallaşdığını fərz etsək belə, bu fermentə aid məlumatların genlərə köçürülərək sonrakı nəsillərə daşınması üçün də eyni qeyri-mümkünlük keçərlidir. Bunun təsadüf nəticəsində meydana gələbilmə qeyri-mümkünlüyü bu şəkildə hesablanmışdır.

Təkamülçülər insanın tək hüceyrəli orqanizmlərdən tamamilə təsadüflər nəticəsində təkamül keçirdiyini iddia edirlər. Tək bir zülal molekulunun təsadüf nəticəsində dəyişməsi ehtimalı 10e243-də (1-in yanında 243 sıfır gəlməsiylə ibarət olan sayı) bir olaraq hesablanmışdır. Bundan əlavə əgər dünya bir mil dərinliyində, içində 10e33 ədəd bakteriya yaşayan bir okean ilə əhatə olunmuş olsaydı belə, elm adamlarına görə tək bir fermentin meydana gələ bilməsi üçün 100 milyard il keçməli idi. Bu yeni fermenti yarada biləcək bir gen meydana gətirmiş olsalar belə, ən uyğun olanın həyatda qalma mexanizminə bağlı olaraq genin növlərə yayılması üçün altı milyon nəsil keçməli idi. Bu izah etdiyimiz istifadə edilməyən tipik bir ferment üçün lazım olan zamandır. (Fermentlərin öz özlərinə meydana gəldiklərini fərz etdikdə bu müddətdən sonra) Bir istifadə ediləbilər fermentin ortaya çıxması üçün 300 milyon il keçməli idi! Bu vəziyyət tək hüceyrəli, tam olaraq funksiyası olan bir orqanizmin təsadüf nəticəsində meydana gəlməsinin qeyri-mümkün olduğunu göstərir. Əgər istifadə edilə bilən tək bir fermentin ortaya çıxması üçün bir çox təsadüf və vaxt lazımdırsa, milyardlarla hüceyrəsi olan insanın təkamülləşməsi üçün neçə təsadüfün və neçə əsrin keçməli olduğunu təsəvvür edin! Bunun təsadüf nəticəsində reallaşması ilə əlaqədar ehtimalları kimsə gətirə bilməyəcəkdir. Amma təkamülçülər hələ bizim bunu qəbul etməyimizi istəyirlər.(97)

Ehtimallar təsadüfi yaranma iddialarının imkansız olduğunu göstərir. Həm də bu zaman ərzində araşdırmalar aparan, bunları araşdıran və bütün bunların təsadüf nəticəsində meydana gəldiyini iddia edən insanların da bədənlərində salisələr ərzində saysız reaksiyalar reallaşır. Hər saniyə minlərlə reaksiya, bir sonrakı saniyə yenə minlərlə... Bu hər canlı bədəndə hər an, kəsilmədən və səhvsiz olaraq davam edir. Hər canlı bədənində hər saniyə, hər reaksiya müəyyən bir sürət və sıra ilə tamamlanır. Bir canlı bədənində heç bir zaman, bir ferment digəri ilə qarəşdırılmaz, bir başqa quruluşa təsir etməz, bir reaksiya digərinin sürətinə çatmağa çalışmaz. Bir canlı bədənindəki fermentlər heç bir zaman istiqamətlərini çaşmaz, hərəkət etməli olduqları zaman hərəkət edər, dayanmalı olduqda da dayanarlar. Digər tərəfdən bir canlı bədənindəki fermentlərin hər birinin sahib olduqları amin turşuları müəyyəndir, doğru sıralamada və doğru yerdədirlər. Bir canlı bədənindəki fermentlərin hamısı doğru üç ölçülü formaya malikdir, heç bir zaman başqa bir substrata yapışmaz, heç bir zaman səhv bir reaksiyaya daxil olmazlar. Bir canlı bədənindəki fermentlər ağıllı və şuurludurlar, sanki tədbirli bir insan kimi hərəkət edərlər. Bir canlını yaşada bilmək üçün əllərindən gələni edərlər.

Elə bu və bunun kimi bir çox səbəblərə görə fermentlərin təsadüf nəticəsində meydana gəlmələri qeyri-mümkündür. Amin turşuları təsadüf nticəsində bir araya gəlib doğru sıralamanı və eyni zamanda ferment üzərində xüsusi üç ölçülü quruluşa sahib aktiv bölgə meydana gətirə bilməzlər. Təsadüflər aktiv bölgələrə uyğun substratları meydana gətirərək bunları müəyyən reaksiyalara yönləndirə bilməzlər. Təsadüflər bir fermentə qabiliyyət verə bilməz, ona milyonlarla illik bir reaksiyanı saniyənin onda birində reallaşdıracaq bir xüsusiyyət qazandıra bilməz. Təsadüflər bir fermenti canlı bədəninə uyğun hala gətirə bilməz, ona həmişə canlı qalma xüsusiyyəti verə bilməzlər. Təsadüflər bir fermentin canlı bədənində sanki şüurlu hərəkət etmələrinin izahı deyildir.

Bir molekulun canlı bədənində şüurlu kimi hərəkət etməsi onun üstün bir Yaradıcının əsəri olduğunu göstərir. Canlı bədənindəki hər quruluş, hər molekul, hər şeyin Yaradıcısı olan Allahın əsəridir. Elə bu səbəblə bütün strukturlar uyğunluq içindədirlər və bir-birlərindən asılıdırlar. Bir orqanizmi ən gözəl şəkli ilə yaradan, ona xüsusiyyətlər verən, bu xüsusiyyətlər içindəki ən kiçik parçalara belə heyranlıq oyandıran mürəkkəblik bəxş edən və onları fərqli yaradan, bütün aləmlərin yaradıcısı olan Allahdır. Yaradılmış heç bir varlıq Onun yaratdığı möcüzələrə bərabər dəyərdə bir gözəllik ortaya çıxara bilməz, Onun meydana gətirdiyi qüsursuz nizam və uyğunlaşması meydana gətirə bilməz. Yer üzündəki heç bir ağıl, heç bir texnologiya, heç bir güc, mükəmməl mexanizmi ilə Allahın yaratdığı bir canlı sistemini meydana gətirə bilməz. Canlılarda gördüyümüz bu mükəmməllik Allahın sənətidir, Allahın yaratmasıdır və Allahın möhtəşəm qüdrətidir.

Göylərdə və yerdə olan məxluqlar da, onların kölgələri də səhər-axşam istər-istəməz Allaha səcdə edir. De: "Göylərin və yerin Rəbbi kimdir?" De: "Allahdır!" De: "Siz Onu qoyub özlərinə nə bir fayda, nə də bir zərər verməyə qadir olmayanlarımı özünüzə dost tutursunuz?" De: "Korla görən eyni ola bilərmi? Yaxud zülmətlə nur eyni ola bilərmi?" Yoxsa onlar Allaha, Onun yaratdığı kimi yaradan şəriklər tapdılar və bu yaradılış onlara bənzər göründü? De: "Hər şeyi yaradan Allahdır. O Təkdir, hər şeyə Qalib gələndir".
(Rad surəsi, 15-16)

Iqtıbaslar

92. http://www.creationscience.com/onlinebook/ReferencesandNotes8.html

93. http://www.creationinthecrossfire.com/Articles/ChemistryRefutes1.html

94. http://www.creationinthecrossfire.com/Articles/ChemistryRefutes1.html

95. http://www.pathlights.com/ce_encyclopedia/08dna02.htm

96.http://www.answersingenesis.org /docs/522.asp

97.http://www.russianjews.org/philosophy/q5.asp

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Mükəmməl Xüsusiyyətləriylə Fermentlər
  • Ferment Növləri
  • Bəzi Xüsusi Fermentlər
  • Ferment Texnologiyası
  • Fermentlər Bir Yaradılış Möcüzəsidir
  • Nəticə
  • Təkamül Yalanı