Ferment Texnologiyası

İndiki dövrdə təbiətdən ilhamlanaraq inkişaf etdirilən bir çox texnologiya vardır. Gözün xüsusiyyətlərinə görə kamera və foto aparatlar ixtira edilmiş, cırcıramaların quruluşu nümunə götürülərək vertolyotlar dizayn edilmişdir. Təbiətdə texnologiyaya ilham verən çox şey tapılar.

Ancaq təbiətdə elə şeylər var ki, bunları gündəlik həyatda birbaşa istifadə edirik. Bunlara bir nümunə də fermentlərdir. Fermentlər təbiətdə bizlərə hazır olaraq verilmişdir və sənayedə birbaşa istifadə edilirlər. Yaxşı bu necə baş verir? Bunun cavabını uzaqda axtarmağa ehtiyac yoxdur: Hər gün evlərdə istifadə olunan təmizləyici toz fermentlərin varlığı nəticəsində inkişaf etdirilmiş sənaye məhsuludur. Yuyucu tozlarda istifadə edilən fermentlərin ən başlıcası proteazlardır. Bu fermentlərin varlığı vacibdir, çünki bilindiyi kimi proteazlar həzmdə zülalları parçalayan fermentlərdir. Bu səbəbdən paltarınızdakı bir zülal ləkəsini də asanlıqla çıxarabilir. Ot, qan, yumurta kimi ləkələr bu fermentlərin köməyi ilə ortadan qaldırılmaqdadır. Bəhsi keçən ləkələr yaradan maddələr ümumiyyətlə geyimlərin liflərinə möhkəm yapışmağa meyillidirlər. Bu fermentlər bir növ yapışqan kimi onları olduqları yerdən çəkib çıxarır.

Yuyucu tozlarda eyni zamanda yağları parçalayan lipaz fermenti də vardır. Bunlar da təxmin edildiyi kimi yağ ləkələrini ortadan qaldırırlar. Paltar üzərində tapdıqları yağ molekullarına bağlanır, onları parçalayırlar və amin turşusu parçacıqlarına çevirirlər.

Fermentlər eyni zamanda tekstil sahəsində də istifadə edilirlər. Pambıq və pambıq qarışığı parçaların toxunması əsnasında, uzun iplər yapışqan bir maddə ilə qarışdırılır. Bunun məqsədi toxuma əsnasında iplərin qopmasının qarşısını almaqdır. Bu əməliyyat üçün istifadə edilən maddə isə nişasta və nişasta qarışığıdır. Ancaq toxuma əməliyyatı bitdikdən sonra parçanın digər əməliyyatlara başlaması üçün nişastadan təmizlənməlidir. Bu əməliyyat əslində turşular, əsasları, oksidləşdirici maddələr kimi güclü kimyəvi maddələrlə edilə bilər. Ancaq indiki dövrdə bunlara ehtiyac olmadan bu əməliyyat fermentlər sayəsində asanlıqla edilə bilir. Amilaz parçaya zərər vermədən parçadakı nişastanı dərhal parçalayabilir. Bu əməliyyatda fermentdən istifadə edilməsinin bir üstünlüyü də fermentin ətraf mühitə zərər verməməsidir. İstehsal nəticəsində ortaya çıxan tullantı suları ətraf mühitə daha uyğun olur.

Tekstildə eyni zamanda parçaların cilalanmasında da fermentlərdən istifadə edilir. Ipin üzərində olan tüklər, yəni fibrinlər, fermentlər tərəfindən parçalanıb aradan qaldırılır. Yenə boyamadan əvvəl hidrogen peroksid ilə ağardılan parçalar üçün də katalaz fermentindən istifadə edilir. Xatırladığınız kimi katalaz olduqca böyük bir sürətlə hərəkət edən bir fermentdir. Elə bu səbəblə çox az bir miqdar ferment belə hidrogen peroksidi ortadan qaldırmağa kafidir.

Bütün bunlardan əlavə fermentlər şəkər, heyvan yemi, meyvə suyu, kağız və dəri sənayesi kimi sahələrdə də geniş istifadə edilir. Məsələn, meyvə suyu istehsalında, xüsusilə alma suyu istehsalında müxtəlif problemlərlə qarşılaşılır. Bu problem xüsusi fermentlərin köməyiylə hell olunur. Alma suyu içində böyük miqdarda nişasta olan bir meyvə suyudur. Əgər şəffaf meyvə suyu əldə etmək istənilirsə, nişasta parçalanmalıdır. Bu problem nişasta parçalayıcı fermentlərin köməyi ilə həll olunur.

Yaxşı bəs fermentlər təbiətdən necə əldə edilir? Bunun üçün Allahın təbiətdə yaratdığı çox böyük bir imkan vardır: Mikroorqanizmlər. Tek bir mikroorqanizm 1000dən fərqli ferment növünə malikdir. Bu insanlığa sənaye sahəsində təqdim edilmiş böyük bir nemətdir. Elm adamları fərqli ferment növləri əldə etmək üçün dünyanın müxtəlif bölgələrindən fərqli mikroorqanizmlər toplayır və onları araşdırır. İstənilən ferment tapılana qədər mikroorqanizmlər üzərindəki bu araşdırmalar davam edir. İstənilən ferment tapıldıqda isə orqanizm genetik olaraq dəyişdirilərək həmin fermenti daha çox miqdarda ifraz etməsi təmin edilir. Daha sonra mikroorqanizm qıcqırdılaraq bu fermentlər ortaya çıxarılır. Qıcqırdılma nəticəsində yaranan tullantılar da gübrə olaraq dəyərləndirilir.(91) Bundan əlavə bitkilərdən, iri buynuzlu heyvanların pankreasından, toyuq və inəklərin həzm orqanlarından da fermentlər əldə edilə bilir.

İnsan informasiya və texnologiyadan istifadə edərək bütün bunları reallaşdırmanın yollarını tapa bilmək üçün olduqca çox səy göstərir. Məsələn yalnız nişastanın ayrılması üçün olduqca sərt şərtlərə ehtiyac vardır, çox sayda kimyəvi maddədən istifadə edilir, sənaye məhsulları üzərində istənilən nəticə tam əldə edilə bilməyib, tullantı maddələri də ümumiyyətlə zəhərli olmuşdur. Ancaq fermentlər sanki yalnız bu tapşırığa məsul hissəciklər kimi hadisə yerinə gedib, əlaqədar maddəni tapıb, onu tamamilə ortadan qaldırırlar. Geriye bu maddəni meydana gətirən amin turşuları və digər kiçik maddələri saxlayırlar ki, bunlar da təbiətə canlıların tərkib elementləri olaraq geri dönürlər. Heç bir insan, heç bir texnologiya bir zülala, yalnız tək bir maddəyə yönələrək ona parçalama xüsusiyyəti verə bilməz. Parçanın üzərindəki tək bir yağ molekuluna hücum etməli olduğunu öyrədə bilməz. Onu tam insanların ehtiyaclarını qarşılayacaq şəkildə müəyyən istilik şəraitində aktiv hala gətirə bilməz. Etdiyi iş nəticəsində tullantıları fayda əldə edilə biləcək bir hala gətirə bilməz. İnsan bir zülalı, onu meydana gətirən amin turşularının doğru sırada düzülməsini belə təmin edə bilməz. Bu səbəbdən bütün bunları reallaşdırmaq üçün təbiətdə hazır olan, özünün və digər bütün insanların xidmətinə təqdim edilmiş olan fermentlərdən istifadə olunur. Onları araşdırdığı mikroorqanizmlərin içində hazır halda tapa bilərlər. Daha da araşdırdıqca daha çox fermentlə qarşılaşırlar. Həyatı asanlaşdıracaq çox əhəmiyyətli bir köməkçi, asanlıqla, hər yerdə əldə ediləbilən mikroorqanizmlərin içində qablaşdırılmış bir hədiyyə kimi insana təqdim edilmişdir.

Bu nemət Allahın lütfüdür. İnsanlara qarşılıqsız təqdim edilmişdir. Bir asanlıq, bir gözəllik, bir nemət olaraq verilmişdir. Onları mikroorganizmlərdə var edən də, onlara özlərinə xas xüsusiyyətlər verən də, onları kəşf etdirən, üzərlərində araşdırma edəbiləcək qabiliyyəti, məlumatı, imkanı verən də Allahdır.

Göylərdə və yerdə nə varsa, Onundur. Din də daim Ona məxsusdur. Siz Allahı qoyub başqasındanmı qorxursunuz? Sizə verilən nemətlərin hamısı Allahdandır. Sonra sizə bəla gəldiyi zaman ancaq Ona yalvarırsınız.
(Nəhl surəsi, 52-53)

Iqtıbaslar

91. Bilim ve Teknik, Tubitak Yayınları, Ekim 1999, sf. 74-80

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Mükəmməl Xüsusiyyətləriylə Fermentlər
  • Ferment Növləri
  • Bəzi Xüsusi Fermentlər
  • Ferment Texnologiyası
  • Fermentlər Bir Yaradılış Möcüzəsidir
  • Nəticə
  • Təkamül Yalanı