Yaradılış həqiqəti – Fosillər təkamülü rədd edir

xərçəng fosili

Təkamül nağılını dəstəkləyə biləcək bir dənə belə fosil nümunəsinin tapılmaması, şübhəsiz ki, təkamülçülərin ən böyük qorxularından biridir. 150 ildir aparılan qazıntı işləri hər dəfə təkamülə zərbə vuran dəlillər ortaya qoymuşdur. Bunlardan biri də xərçənglərin həmişə xərçəng olaraq mövcud olduqlarını göstərən aşağıdakı 50 milyon yaşındakı xərçəng fosilidir..

Sağda, dövrümüzdə yaşayan bir xərçəng
Solda, 50 milyon illik xərçəng fosili
Dövr: Senozoik zaman, Eosen dövrü
Yaş: 50 milyon il
Bölgə: Monte Baldo, İtaliya

www.maddevexeyal.com

dəniz ulduzu fosili

Əgər darvinistlərin iddiaları doğru olsaydı, yüz milyonlarla ildir varlıqlarını davam etdirən dəniz ulduzları çoxdan başqa dəniz canlılarına, hətta quru canlısına çevrilməli idilər. Lakin belə bir çevrilmə heç yaşanmamışdır. 430 milyon il əvvələ aid olan bu dəniz ulduzu fosili də bu həqiqəti təsdiqləyir, canlıları Allah’ın yaratdığını göstərir.

Solda, dövrümüzdə yaşayan bir dəniz ulduzu
Sağda, 430 milyon illik dəniz ulduzu fosili
Dövr: Paleozoik zaman, Silürien dövrü
Yaş: 430 milyon il
Bölgə: Avstraliya

www.heyvanlardakidizayn.com

ginkqo fosili

Bitkilər fosil qeydlərində dövrümüzdəki bitkilərə bənzər xüsusiyyətlərlə birdən birə ortaya çıxıblar. Bu isə onların digər canlılar kimi yaradıldıqlarını göstərir. Rəsimdə yer alan ginkqo yarpağı fosili təxminən 65 milyon illikdir. Digər bütün bitkilər kimi, ginkqoların da təkamül keçirmədiyinin sübutlarından biridir. Yarpağın ümumi xətləri və damar quruluşu fosilləşmişdir. 12 sm uzunluğunda olan fosil, ginkqoların milyonlarla ildir eyni olduqlarını göstərir.

Amerikada tapılmış 65 milyon illik ginkqo yarpağı fosili
Dövrümüzdəki ginkqo yarpağı (sağda)

www.a9.com.tr

qanadlı qarışqa fosili

Qanadlı qarışqa növünün 5-8 mm uzunluğunda iki uzun qanadı vardır. Yuvalarını su və yemək qaynaqlarının yaxınında qururlar. Bu qarışqalar milyonlarla ildir heç bir dəyişikliyə məruz qalmamışdır. 25 milyon illik əmbər içindəki qanadlı qarışqa fosili həmin canlıların milyonlarla ildir eyni olduqlarını, yəni təkamül keçirmədiklərini göstərir.

Dominikan Respublikasında tapılmış 25 milyon illik qanadlı qarışqa fosili
Dövrümüzdəki qanadlı qarışqa (solda)

www.darvinizm.info

canavar fosili

Canavar sürüləri bir erkək və bir dişi, yeni doğulan balalar və bəzən də daha əvvəlki doğumdan olan bir və ya iki gənc canavardan ibarət olur. Bütün yetkin canavarlar balaları müdafiə edirlər. Bəzən sürüdəki dişilərdən biri “dayəlik” üçün gecə boyu yuvada qalır. Beləliklə, balaların anasına sürünün geri qalanı ilə bərabər ova getməsi üçün fürsət verir. Canlıların özlərinə aid olmayan balalara baxmaları, onların məsuliyyət götürmələri təkamülçülərin iddialarını alt-üst edən dəlillərdəndir. Canlıların sahib olduğu bu kimi xüsusiyyətlər Uca Allah’ın varlığını açıq göstərir.

Sol üstdə: Asiyada tapılmış 20 milyon illik canavar başı fosili

ayı başı fosili

Üç balası olan ayılar yaza qədər onları südlə bəsləyirlər. Bu müddət ərzində də yuvalarından heç çıxmırlar. Balalar kor, dişsiz və tüksüz doğulurlar. Balalar mağaradan çıxanda ana balalarını qorumaq məcburiyyətindədir. Sonsuz şəfqətli və mərhəmətli olan Rəbbimiz bütün canlıların ehtiyaclarını təmin edən, onları qoruyandır. Onları güclü analarının yanında xaricdən gələcək təhlükələrə qarşı himayəyə almışdır.

Sağda: Amerikada tapılmış 50 min illik qara ayı başı fosili
Solda: Dövrümüzdəki qara ayı

www.tekamulinternasional.com

antilop başı fosili

Antiloplar balaları üçün təhlükəli olan tülkü və canavarlara qarşı iti və kəskin dırnaqlarını istifadə edirlər. Antilopun öz şüuru və iradəsi ilə balasını qorumaq üçün özünü təhlükəyə atmasını iddia etmək ağıla və məntiqə uyğun deyil. Antilopların və digər canlıların belə şüurlu, şəfqətli, mərhəmətli hərəkət etməsini təmin edən, onları bu xüsusiyyətləri ilə yaradan göylərin və yerin Rəbbi olan Allah’dır.

50 milyon illik antilop başı fosili və solda da dövrümüzdə yaşayan bir antilop növü.

www.heyatingercekmenseyi.com

kürə balığı fosili

O, göyləri və yeri haqq olaraq yaradandır. Onun “Ol” dediyi gün (hər şey) olur, Onun sözü haqdır. Sura üfürüldüyü gün, mülk Onundur. O, qeybi və müşahidə edilə biləni biləndir. O hökm və hikmət sahibi olandır, xəbərdar olandır.
(Nəhl surəsi, 73)

Dövrümüzdəki kürə balığına bir örnək
Almaniyada tapılmış bu kürə balığı fosili 150 milyon yaşındadır.

xerceng fosili

Göylərin Rəbbi, yerin Rəbbi və Aləmlərin Rəbbi olan Allah’a həmd olsun! Göylərdə və yerdə böyüklük yalnız Ona məxsusdur. O, Qüdrətlidir, Müdrikdir.
(Casiyə surəsi, 36-37)

150 milyon illik xərçəng fosili
Solda dövrümüzdə yaşayan xərçəng

www.dntmocuzesi.com

atnalı xercengi fosili

Atnalı xərçənglərinin qabığındakı bəzi maddələr qanın laxtalanmasını sürətləndirən dərmanların və əməliyyat tikiş iplərinin istehsalında istifadə edilirdi. Dövrümüzdə isə atnalı xərçənginin mavi, mis əsaslı qanındn çıxan bir maddə dərmanların saflığını yoxlamaq üçün istifadə edilir. Alimlər heyvanın qanından bir çox dərmanın və tibb cihazının etibarlılığını müəyyən edən çox dəyərli bir tibbi məhsul istehsal edirlər. Atnalı xərçənglərinin insanlara verdiyi yararlar Rəbbimizin bizə nemət olaraq verdiklərinin sadəcə bir neçəsidir.

Sağda: 150 milyon illik atnalı xərçəngi fosili
Solda: Dövrümüzdə yaşayan atnalı xərçənginə bir örnək

www.derinbilgiler.net

ucan balıq fosili

Balıqların insanlardakı kimi göz qapaqları yoxdur. Balıqlar dünyaya gözlərinin üstünü örtən şəffaf bir örtük arxasından baxırlar. Bu pərdə dalğıcların sualtı gözlüklərini xatırladır. Çox zaman olduqca yaxındakı əşyaları görmələri lazım olduğuna görə balıqların gözləri də bu ehtiyaclarına görə yaradılmışdır. Sərt və kürə formasında olmaları yaxın planı görməyə görə nizamlanmışdır. Balıq uzağa baxmaq istəyəndə isə bütün mərcək sistemi gözün içindəki xüsusi bir əzələ mexanizmi ilə arxaya doğru çəkilir.

Solda dövrümüzdə yaşan uçan balıq
Sağda 95 milyon illik uçan balıq fosili

ameiurus nebulosus fosili

Balıqlar, nəfəs almaq üçün qəlsəmələrə malikdirlər. Bunlarla suyun içindəki oksigeni istifadə edə bilirlər. Davamlı olaraq ağızdan içəri girən su, qəlsəmələrin üstündən arxaya doğru keçir. Qəlsəmədəki kapilyar damarlar sudakı oksigeni alıb bədəndəki karbondioksidi suya buraxırlar. Balıqların əksəriyyətində burun dəlikləri vardır, lakin bunlar nəfəs almaq üçün heç vaxt istifadə edilmir. Burun dəlikləri kiçik kisəciklərə açılır və balıq bunlara dolan sudan qoxunu alır.

Solda: Dövrümüzdə yaşayan ameiurus nebulosusa bir örnək
Sağda: 95 milyon illik ameiurus nebulosus fosili

www.maddeninardindakisirr.net

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Hər şeyi xeyrə yozmaq
  • Cahiliyyə cəmiyyətinin hadisələrə baxışı
  • Xeyirləri görməyin yolları
  • Möminlər üçün hər hadisədə xeyir vardır
  • Hadisələrdəki xeyirləri görməyə mane olan səbəblər
  • Peyğəmbərlərin və möminlərin həyatından nümunələr
  • Allah`ın inanlara vədi və yardımı
  • Nəticə
  • Yaradılış həqiqəti 1
  • Yaradılış həqiqəti 2 (Fosillər təkamülü təkzib edir)