Məgər göylərdə və yerdə olanların, günəşin, ayın, ulduzların, dağların, ağacların, heyvanların və insanların xeyli hissəsinin Allah’a səcdə etdiyini görmürsəni? Onların əksriyyəti isə əzab çəkməyə layiq olanlardır. Allah’ın alçaltdığı kimsəyə heç kəs hörmət qoymaz. Həqiqətən, Allah istədiyini edər.
(Həcc surəsi, 18)
www.tekamulnezeriyyesi.com
Gecə kəpənəkləri və güvələr kimi uzun dilləri olan böcəklər uzun çiçək tacı balonlarına malik olan çiçəkləri dölləyə bilirlər. Hər iki canlı növü çox uzun illərdən bəri həyatlarını eyni ahəngdə davam etdirirlər. Bu çiçəklərin quruluşuna eynilə uyğun olan bir vücud quruluşuna malik olan böcəkləri yaradan əlbəttə ki, təsadüflər deyil. Təkamülçülər qəbul etsələr də, etməsələr də hər hadisə Allah’ın nəzarətində gerçəkləşir.
www.dasdovru.com
Dovşanlar böyüdükdə uzunluqları 50-70 sm arasında olur. Arxa ayaqları ön ayaqlarından daha uzun və güclüdür. Bu xüsusiyyətləri sayəsində saatda 60-70 km sürətlə qaça bilir və bir dəfəyə 6 metr irəliyə sıçraya bilirlər. Bir dovşan şəhər içində gedən bir maşından daha sürətlə qaça bilir. Bütün dovşanlar yaradılışdan bu xüsusiyyətlərə sahib olaraq doğulurlar. Allah onları sürətli qaça biləcək xüsusiyyətdə yaradaraq, düşmənlərindən asanlıqla qaça bilmələrini təmin etmişdir.
www.tekamulnezeriyyesininsuqutu.com
Balıqlar ətraflarındakı dünyanı beş təməl duyğuları ilə yanaşı “lateral xəttləri” ilə də hiss edirlər. Bu xəttlər boyu uzanan həssas sinir hüceyrələri yanından keçdikləri cismin böyüklüyünü və istiqamətini hiss edir. Kor olan mağara balıqları bu sayədə qaranlıqda asanlıqla hərəkət edə bilirlər. Bi sistem bir növ dənizaltı radarı və ya digər adı ilə “sonar”dır. Uca Allah’ın üstün bir sənətlə yaratdığı bu canlılar təkamülün heç vaxt gerçəkləşmədiyinin dəlillərindəndir.
İtlərin bədənlərində insanlarda mövcud olmayan bəzi xüsusi sistemlər vardır. Bu sistemlər sayəsində yeriyərkən davamlı yerə sürtünən pəncələri nə yeyilir, nə də quruyur. Rəbbimiz digər canlılarda olduğu kimi, itlərdə də qorunma meanizmləri yaratmışdır. Rəbbimiz hər şeyi bir-biri ilə uyğun olaraq yaradandır. Allah hər canlını ehtiyacı olan xüsusiyyətlərlə təmin etmişdir. Belə örnəklər bizi düşünməyə və Rəbbimizin yaratmasındakı sənəti görməyə yönləndirir.
Delfinlər üçün nəfəs almaq insanlarda və ya digər quru məməlilərində olduğu kimi bir refleks deyil, iradəli bir hərəkətdir. Yəni biz necə yeriməyə qərar verirsək, delfinlər də nəfəs almağa qərar verir və su üzünə çıxırlar. Bu, heyvanın suda yatarkən, boğularaq ölməməsi üçün alınmış bir tədbirdir. Delfin yuxu əsnasında beyninin sağ və sol yarımkürələrini təxminən on beş dəqiqə fasilə ilə növbəli şəkildə istifadə edir. Allah hər şeyə gücü çatandır.
www.fosilmuzeyi.com
O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allah’ı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür və deyirlər: “Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru!
(Ali-İmran surəsi, 191)
www.canlilardayardimlasma.com
İtlər tərləmirlər, çünki bədənlərində tər vəziləri yoxdur. Temperatur nizamını tənəffüs sistemləri ilə tarazlayırlar. İtlərin vücudlarındakı tüklər isə çöldən gələn istiliyin dəri ilə təmasını önləyir. Hava istiliyinin artması ilə itlərin bədən temperaturları da artır, vücud temperaturu artan itlər meydana gələn artıq temperaturu dillərini çölə çıxararaq atırlar. Beləcə isti günlərdə qalın tüklərinə baxmayaraq, tərləmirlər. Allah’ın onlara verdiyi mükəmməl sistem sayəsində saatlarla heç dayanmadan qaça bilirlər.
Məgər onlar Allah’ın xəlq etdiyi hər hansı bir şeyi müşahidə etməyiblərmi? Onların kölgələri müti surətdə Allah’a səcdə edərək sağa-sola əyilir. Göylərdə və yerdə olanların hamısı, heyvanlar da, mələklər də təkəbbür göstərmədən Allah’a səcdə edirlər.
(Nəhl surəsi, 48-49)
www.tekamulsaxtakarliqlari.com