Nəticə

Möminlər hər hadisəni ən incəliyinə qədər Allah`ın yaratdığını və hamısının qədərdə əvvəldən təqdir edildiyini bilərək ömürlərini itaətlə keçirirlər. Əlbəttə, onlar da həyatı boyu bir çox çətinlik və imtahanlarla qarşılaşırlar. Lakin “kaş belə olaydı”, “belə etsəydim, daha xeyirli olardı” kimi sözlər deməz və belə boş xəyallara düşməzlər. Baş verənlərdə bəlkə də heç bilməyəcəkləri hikmət və xeyirlərin olduğuna tam iman edirlər. Beləliklə, çətin görünən vəziyyətlərdə də hüzurlu həyat sürürlər.

Ancaq bu sirri bilməyən inkarçılar şər kimi görünən böyük-kiçik hər hadisədə sıxıntı keçirirlər. Həyatda çox ümidsiz və bədbəxt olurlar. Halbuki insan yaradılışına uyğun olaraq hüzur və rahatlıq içində yaşamalı olan varlıqdır. Çünki sıxıntı, əsəb və hüzn fiziki və mənəvi yöndən insana həddən artıq zərər verir. Allah`a güvənməyən və hər hadisəyə xeyirlə baxmayan insanı sıxıntı, hüzn və əsəb bürüyür. Davamlı gələcək qorxusu, ölüm qorxusu, xəstəlik qorxusu, mal itkisi kimi qorxularla yaşayırlar.

İnsanın qurtuluşu yalnız baş verənləri Allah`ın xeyir və hikmətlə yaratdığını bilərək yaşamasındadır. Mömin istisnasız qarşılaşdığı hər hadisəni Allah`ın xeyir və hikmətlə yaratdığını bilərsə, Allah`a gerçək mənada təvəkkül edər. Təhəmmül deyil, gözəl şəkildə səbir edərsə, qulluğa uyğun davranmış olar. Güvən, hüzur və güc Allah`ın diləməsi ilədir. Dua və təvəkkül etməklə hər şeyi Allah`dan gözləmək möminin vəsfidir.

Mömin bu dünyada Cənnətin qapısında gözləyərkən müxtəlif hadisələrlə qarşılaşır və imtahan edilir. Mömin bu hadisələrin axışında Allah`ın rəhmətini, rizasını və Cənnəti qazandıran işlər görür və Allah`dan qorxub Cəhənnəmə düşməkdən ehtiyat edir.

Allah Özündən qorxub çəkinən qullarının qədərində təqdir edilmiş və hökmən yaşanacaq bir hadisəni ayələrdə belə xəbər vermişdir:

Rəbbindən qorxanlar da dəstə-dəstə Cənnətə gətiriləcəklər. Nəhayət, ora çatdıqda onun qapıları açılacaq və onun gözətçiləri onlara deyəcəklər: “Sizə salam olsun! Xoş sizin halınıza! Əbədi qalmaq üçün buraya daxil olun!” Onlar deyəcəklər: “Bizə verdiyi vədini yerinə yetirən və bizi bu yerə varis edən Allah`a həmd olsun! Biz Cənnətin istədiyimiz yerində sakin oluruq. (Yaxşı) əməl sahiblərinin mükafatı necə də gözəldir!” Sən mələklərin ərşi əhatə edərək Rəbbinə həmd ilə təriflər dediklərini görəcəksən. Onların arasında ədalətlə hökm veriləcək və: “Aləmlərin Rəbbi olan Allaha həmd olsun!”– deyiləcəkdir. (Zümər surəsi, 73-75)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Hər şeyi xeyrə yozmaq
  • Cahiliyyə cəmiyyətinin hadisələrə baxışı
  • Xeyirləri görməyin yolları
  • Möminlər üçün hər hadisədə xeyir vardır
  • Hadisələrdəki xeyirləri görməyə mane olan səbəblər
  • Peyğəmbərlərin və möminlərin həyatından nümunələr
  • Allah`ın inanlara vədi və yardımı
  • Nəticə
  • Yaradılış həqiqəti 1
  • Yaradılış həqiqəti 2 (Fosillər təkamülü təkzib edir)