Hər insanın həyatında çətinlik kimi gördüyü vaxtlar olur. Quran əxlaqından uzaq insanların bir çoxu bu zamanları üzüntülü duyğularla keçirirlər. Belə mühitlərdə əsəbi və gərgin davranırlar. Bu reaksiyaların tək səbəbi isə kitabın əvvəlindən bu yana bəhs etdiyimiz kimi, onların dinin gətirdiyi gözəl əxlaqdan uzaq yaşamasıdır. Allah`a və yaratdığı qüsursuz qədərə iman etmədikləri üçün hadisə və çətinliklərdə hikmət və xeyir görə bilmirlər. Onsuz da iman etmədikləri müddətcə keçən hər zaman onların əleyhinədir. Daim bunun sıxıntısı və gərginliyi ilə yaşayırlar.
Möminlər isə Allah`ın dünyada onlar üçün yaratdığı çətinliklərin imtahan olduğunu bilirlər. Bu imtahanın saleh müsəlmanlarla qəlblərində xəstəlik olan və iman etməyənlərin ayrılması üçün xüsusi yaradıldığını anlayırlar. Çünki Allah müsəlmanları mütləq imtahan edəcəyini və doğru olanlarla olmayanları bir-birindən ayırd edəcəyini Quranda belə vəd etmişdir:
Yoxsa elə güman edirdiniz ki, Allah içərinizdən cəhd edənləri və səbir edənləri bəlli etmədən siz Cənnətə daxil olacaqsınız? (Ali-İmran surəsi, 142)
Allah pisi yaxşıdan ayırmayınca möminləri sizin olduğunuz vəziyyətdə tərk edən deyildir... (Ali-İmran surəsi, 179)
Bu mövzu ilə əlaqədar olaraq Quranda Peyğəmbərimizin (səv) dövründə yaşanan belə bir hadisə nümunə verilmişdir:
İki ordunun qarşılaşdığı gündə başınıza gələn fəlakət də Allah`ın izni ilə oldu ki, möminləri ayırd etsin. Və münafiqləri onlardan fərqləndirsin… (Ali-imran surəsi, 166-167)
Yuxarıdakı ayələr, əslində, bura kimi bəhs etdiyimiz mövzunu açıqlayır. Peyğəmbərimizin (səv) dövründə müsəlmanlar çətin mühitlərlə qarşılaşmış, zahirən bir çox sıxıntıya düşmüşdülər. Zahirən möminlərin çətin mübarizədə olduqları görünür. Lakin ayələrdə də bildirildiyi kimi, bu hadisə də Allah`ın izni ilə baş vermiş və möminlərə zərər verməyə çalışan münafiqlərin ortaya çıxmasına vəsilə olmuşdur. Yəni sonu möminlər üçün -həmişə olduğu kimi- xeyrə çevrilmişdir.
Möminlər bunu bildiklərinə görə, belə vaxtlara Allah`a bağlılıqlarını və səmimiyyətlərini göstərmək üçün fürsət kimi baxırlar. Dünyada həm çətinlik, həm də nemətlərlə imtahan olunduqlarını heç unutmurlar. Bu gözəl əxlaqa görə, Allah çətinliyi saleh qullarının lehinə çevirir.
Növbəti səhifələrdə insanların gündəlik həyatda qarşılaşdığı bəzi çətinliklərdən və dünya həyatına xas imtahanlardan bəhs ediləcək. Burda məqsəd inananlar üçün çətin görünən hadisələrdəki xeyirləri və səbir etməyin möminlərə gətirdiyi gözəllik və nemətləri xatırlatmaqdır.
İnsanların bir çoxunun həyatda ən önəmli məqsədlərindən biri mal-mülk zənginliyinə sahib olmaqdır. Həyatda çox əhəmiyyətli sayılan bu hədəfə çatmaq üçün hər yolu sınayır, heç bir şeydən çəkinmirlər. İnsanların mal-mülkə verdiyi dəyər Quranda dünyanın bərbəzəyi və bunlara qarşı güclü istək kimi keçir. Ayələrdə belə buyurulur:
Qadınların, uşaqların, yığın-yığın qızıl-gümüşün, yaxşı cins atların, mal-qaranın və əkin yerlərinin verdiyi zövqlərə olan istək insanların gözünə gözəl göstərilmişdir. Bunlar, dünya həyatının keçici zövqüdür, gözəl qayıdış yeri isə Allah dərgahındadır. (Ali-İmran surəsi, 14)
Var-dövlət və övladlar dünya həyatının bərbəzəyidir. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin dərgahında savab və ümid baxımından daha əfzəldir. (Kəhf surəsi, 46)
Allah bir başqa ayədə din əxlaqından uzaq yaşayan insanlara “mal-dövləti isə lap çox sevirsiniz” (Fəcr surəsi, 20) şəklində bildirir. Bu ayədən aydın olduğu kimi, cahiliyyə cəmiyyəti mal-mülk sahibi olmağa çox həvəslidir. Çünki var-dövlət din əxlaqını əsas almayan cəmiyyətlər üçün üstünlüyü ifadə edən əhəmiyyətli xüsusiyyət sayılır. Bu yanlış modeldə malı olana hörmət edilir və dəyər verilir. İnsanlar istədiyi zənginliyi əldə etdikdə böyük güc qazandıqlarını düşünürlər. Bu baxımdan, hər kəs çoxlu var-dövlətə sahib olmağı istəyir.
Cahiliyyə insanlarının mal-mülkə bu qədər düşkün olması həyatı boyu qazandıqlarını itirmək qorxusunu da bərabərində gətirir. Bu yanlış məntiqə sahib olan bəzi insanlar var-dövləti müəyyən bir səbəbdən əlindən getdikdə ümidsizliyə düşür və Allah`a qarşı üsyankar davranırlar. Mallarının əskilməsinin, əslində, imtahan olduğundan tamamilə qafil olduqları üçün bu böyük zərərə görə üzülürlər.
Halbuki Allah Quranda iman edən qullarına əllərindən çıxanlar üçün üzülməməyi və özlərinə verilən nemətlərə görə də sevinib qürrələnməməyi əmr etmişdir (Hədid surəsi, 23). Allah ayələrdə insanları gözəl əxlaqa və mötədil olmağa çağırır. Bir insanın var-dövləti artanda qürrələnməsi və azalanda üzülməsi Allah`a qarşı nankorluqdur.
Fəqət hadisələri öz yanlış düşüncələri əsasında dəyərləndirən cahiliyyə toplumu mal itkisində üzülməyi təbii qarşılayır. Məsələn, bir insanın həyatı boyu çalışıb əldə etdiyi sərvəti təbii fəlakət nəticəsində bir neçə saniyədə əlindən alına bilər. Yaxud da uzun müddət pul yığıb aldığı gözəl ev yanğın nəticəsində yararsız hala düşə bilər. Dünya həyatının imtahan yeri olduğunu və belə bir hadisə ilə imtahan edildiyini dərk etməyən insan malı bir anda əlindən alınanda nə baş verdiyinə təəccüblənər və üsyankar davranmağa başlayar.
Din əxlaqından uzaq insanlar mal itkisini bu yanlış düşüncə ilə dəyərləndirdiyi üçün bu hadisənin xeyirli və yaxşı yönünün olmadığını düşünürlər. Necə ki, Allah`a təvəkkül etmədiklərinə görə, bu hadisə, həqiqətən, onların əleyhinə olur.
Halbuki xeyirlə baxan insanlar üçün vəziyyət tamamilə fərqlidir. Əgər mal-mülkləri əllərindən çıxsa, bunun bir çox xeyir və hikmətləri vardır. Bəlkə də Allah bu vasitə ilə zənginlikdən qürrələnən və dünya həyatının keçici həvəsinə düşən qullarına xəbərdarlıq edir. Onlara bütün gücün Özünə aid olduğunu və sadəcə Özünə rəğbət etmək gərəkdiyini xatırladır. Yaxud da o çətinliyə səbir edən qullarına dünya və axirətdə daha gözəli ilə qarşılıq verib onların bilmədiyi xeyirli gələcək müəyyən edə bilər. Dünya həyatının keçici və zahiri mənfəətləri yerinə sonsuz axirət həyatının saysız nemətləri onlara verə bilər. Belə ki, dünya və axirət nemətləri müqayisə olunarsa, axirət nemətlərinin daha xeyirli olduğu çox aydındır.
Belə hadisələrin dünyaya aid bir çox xeyri də ola bilər. Məsələn, bir insan yeni aldığı maşını ilə qəza keçirərsə və maşın çox zərər görərsə, bunda mütləq xeyir vardır. Allah bəlkə də bu insanı daha böyük qəzadan və ya başına gələcək pis hadisədən qorumuşdur. Vicdanlı insan başına gələn bu hadisəni xəbərdarlıq kimi qəbul edib bağışlanma diləyir və Allah`ın yaratdığı qədərə qeyd-şərtsiz təslim olur.
“Bəqərə” surəsinin 216-cı ayəsində Allah zərərli kimi görünən bəzi şeylərin insanlara xeyir gətirəcəyini xəbər vermişdir. Lakin eyni ayədə bununla yanaşı, insanların sevdiyi şeylərin özlərinə zərərli ola biləcəyi xəbər verilmişdir. Quranda bu mövzu ilə əlaqədar verilən bu misal xəsislik edən varlı inkarçıların durumudur. İnkarçıların xəsisliyi fərasət zənn etməsi və Allah yolunda istifadə etmədikləri var-dövlətin özlərinə fayda gətirəcəyini düşünməsi böyük qəflətdir. Çünki Allah belə zənginliyin sahibləri üçün zərər olduğunu və axirətdə əzaba səbəb olacağını Quranda bildirmişdir:
Allah`ın Öz lütfündən bəxş etdiyini xərcləməyə xəsislik edənlər elə güman etməsinlər ki, bu, onların xeyrinədir. Əksinə, bu, onlar üçün pisdir. Onların xəsislik etdikləri şey qiyamət günü boyunlarına dolanacaqdır... (Ali-İmran surəsi, 180)
“Qəsəs” surəsində də Allah`ın çoxlu var-dövlət verdiyi, fəqət buna görə qürrələnən və azğınlaşan Qarunun hekayəsi keçir. Edilən xəbərdarlıqları dinləməməyi üzündən həlak edilən Qarun insanlar üçün bir ibrət sayılır. Onun bu vəziyyəti Quranda belə xəbər verilir:
...Biz ona elə xəzinələr vermişdik ki, onların açarlarını daşımaq bir dəstə qüvvətli adama ağır gəlirdi. Qövmü ona dedi: “Öyünmə! Həqiqətən, Allah öyünənləri sevmir. Allah`ın sənə verdiyi ilə axirət yurduna can at. Dünyadakı nəsibini də unutma. Allah sənə yaxşılıq etdiyi kimi, sən də yaxşılıq et. Yer üzündə fitnə-fəsad törətməyə çalışma. Şübhəsiz ki, Allah fitnə-fəsad törədənləri sevmir”. (Qarun) dedi: “Bu, mənə ancaq məndə olan biliyə görə verilmişdir”. Məgər o bilmirdi ki, Allah ondan əvvəlki nəsillərdən, ondan daha qüvvətli və daha çox yığan kəsləri məhv etmişdir? Günahkarlar öz günahları barəsində sorğu-sual olunmaz. (Qəsəs surəsi, 76-78)
Ayələrdə bildirildiyi kimi, Qarun sahib olduğu zənginliyin özünə xeyir gətirəcəyini zənn etmiş və qürrələnmişdir. Ancaq sonda ziyana uğramışdır.
Möminlərin isə mal-mülkü dəyərləndirmə şəkli bura kimi bəhs edilən yanlış cahiliyyə düşüncəsindən tamamilə fərqlidir. Quranda əmr edildiyi kimi davranan mömin üçün mülk sahibi olmaq o qədər də əhəmiyyətli deyildir.
Mal sevgisi, yığmaq həvəsi kimi cahiliyyəyə xas hərəkətlərin heç biri möminlərin üstün əxlaqında yoxdur. Çünki mömin bütün həyatını Allah`ın rizasını qazanmağa həsr etmişdir. Buna görə, malını Allah yolunda xərcləyir və nəfsinin istəklərinə uymur. Beləliklə də dünyəvi mənfəətlərə deyil, axirətə yönəlir və buna görə də möminlər Allah qatında üstün edilmişdir. Allah onları Quranda belə müjdələyir:
Doğrudan da Allah möminlərdən Cənnət müqabilində onların canlarını və mallarını satın almışdır. (Çünki) onlar Allah yolunda vuruşub öldürür və öldürülürlər. (Bu, Allah`ın) Tövratda, İncildə və Quranda Öz öhdəsinə götürdüyü bir vəddir. Allah`dan daha yaxşı əhdini yerinə yetirən kimdir? Elə isə sövdələşdiyiniz alış-verişə görə sevinin. Məhz bu, böyük uğurdur. (Tövbə surəsi, 111)
Bu həqiqəti bilən peyğəmbərlər, elçilər, saleh möminlər tarix boyu özlərinə nemət olaraq verilən malın Allah`a aid olduğunu bilərək hərəkət etmişlər. Bütün sərvətlərindən Allah rizası üçün istifadə etmişlər. Məsələn, ayədə bildirildiyi kimi, sevdiyi malı qohum-əqrəbaya, yetimlərə, kasıblara, müsafirlərə, dilənənlərə və s. (Bəqərə surəsi, 177) verəcək əxlaq və mərhəmətə sahibdirlər. Bundan başqa, möminlər bəzi insanların etdiyi kimi, nümayiş üçün deyil, tam əksinə, Allah`ın razılığını qazanmaq və nəfslərini möhkəmləndirmək üçün (Bəqərə surəsi, 265) infaq edirlər. Buna görə də malları azalsa da, cahiliyyənin verdiyi reaksiyadan fərqli olaraq, bunun bir imtahan olduğunu bilir və bunda xeyir görüb səbir edirlər. İnananların belə vəziyyətdə necə davrandıqları Quranda belə xəbər verilir:
De: “Ey mülkün sahibi olan Allah! Sən mülkü istədiyin şəxsə verər, istədiyin şəxsi yüksəldər və istədiyin şəxsi alçaldarsan. Xeyir yalnız Sənin əlindədir. Həqiqətən, Sən hər şeyə qadirsən! ) (Ali-İmran surəsi, 26
İnananlar yaxşı bilirlər ki, inkarçıların malları axırda onlara əzab gətirir. Bu, uca Allah`ın vədidir. Ayədə belə buyurulur:
Onların malları, övladları səni heyrətləndirməsin. Allah bunlarla, dünya həyatında onlara əzab vermək və onların canlarının kafir kimi çıxmasını istəyir. (Tövbə surəsi, 55)
Cahiliyyə cəmiyyəti davamlı olaraq gələcək üçün plan qurur və bunun həmişə öz istədiyi kimi davam etməsini istəyir. Bu səbəbdən, anidən gələn bir xəstəlik və ya gözlənilməz qəza ilə bütün həyatları alt-üst olur. Çünki plan qurarkən xəstəlik və ya qəza kimi hadisəni heç düşünmürlər. Hətta bir çoxu sağlam bədənə sahib olsa da -hər gün minlərlə insanın başına gələn- bu cür hadisə ilə qarşılaşacaqlarını heç düşünmürlər.
Buna görə, cahiliyyə toplumu belə bir vəziyyətdə üsyankarlığa başlayır. “Mənim başıma niyə bu gəldi” kimi düşüncə ilə qədərə zidd davranırlar. İnkarçıların bu məntiqlə xəstəlik və ya qəza zamanı təvəkkül etməsi və ya hadisəyə xeyirlə baxması mümkün deyil.
Qədər həqiqətini qavramayan bu insanlar xəstəliyin səbəbini yalnız virus və mikroblarda görürlər. Yenə eyni şəkildə, maşın qəzasında bunun tək səbəbini pis sürücüdə axtarırlar. Halbuki həqiqət belə deyildir. Xəstəliyə səbəb olan hər mikroorqanizm və ya insana zərər verən hər vasitə, hər insan Allah`ın səbəb olaraq yaratdığı varlıqlardır. Bu varlıqların heç biri başıboş deyil. Hamısı ancaq və ancaq Allah`ın idarəsi ilə hərəkət edir. Əgər insan bir virus üzündən ağır xəstəliyə tutulursa, bu, uca Allah`ın bilgisi daxilindədir. Əgər maşın adamı vurub şikəst edirsə, bu da Allah`ın yaratdığı qədərdir. İnsan nə edirsə-etsin, bunları dəyişdirə bilməz, qədərindən tək bir anı çıxara bilməz. Çünki qədər bir bütün olaraq yaradılır. Sonsuz qüdrət sahibi Allah`a təslim olan, Onun sonsuz ağıl və rəhmətinə güvənən insan üçün xəstəlik də, qəza da, digər müsibət kimi görünən hadisələr də sonu xeyirlə bitəcək keçici imtahanlardır. Əhəmiyyətli olan Allah`a iman edən, Onun yaratdığı qədərə təslim olan insanların çətinlik və xəstəlik vaxtlarında gözəl əxlaq göstərməsidir.
Xəstəlik və qəzalarda möminlər səbirli və əxlaqlı davranırlar və bu hadisələr onlar üçün Allah`a yaxınlaşmağa bir fürsətdir. Quranda çətinliklə yanaşı, xəstəlik zamanı da səbir etməyin əhəmiyyəti vurğulanmışdır:
Lakin yaxşı əməl (sahibləri) Allah`a, axirət gününə, mələklərə, kitablara, peyğəmbərlərə iman gətirən, sevdiyi malı qohum-əqrəbaya, yetimlərə, kasıblara, müsafirlərə, dilənənlərə və kölələrin azad edilməsinə sərf edən, namaz qılıb zəkat verən, əhd bağladıqda əhdlərini yerinə yetirən, sıxıntı və xəstəlik üz verdikdə, habelə döyüşdə səbir edən şəxslərdir. Onlar imanlarında doğru olanlardır. Müttəqi olanlar da elə məhz onlardır. (Bəqərə surəsi, 177)
Yuxarıda qeyd olunduğu kimi, ayədə xəstəlik dövrünün də vurğulanması düşündürücüdür. Fiziki narahatlıqla qarşılaşan insan gözəl əxlaq göstərmək üçün bütün bunların bir imtahan olduğunu, xəstəliyi və şəfasını da yaradanın yalnız Allah olduğunu düşünməlidir. Əgər insan bunlardakı xeyir və hikmətləri düşünərsə, bunları həmin vaxt görməsə də, həmin çətinlikdən karlı çıxar. Dünyada müvəqqəti çətinlik çəkər, lakin Allah`ın izni ilə, axirətdə Rəbbimizə təslim olduğundan dolayı mükafat almağı ümid edə bilər.
Ancaq unutmaq olmaz ki, bu həqiqəti anlamaq və həqiqətən, belə hadisə ilə qarşılaşdıqda gözəl əxlaq göstərmək çox önəmlidir. Buna görə, bütün xəstəliklərin hikmətlə yaradıldığını unutmamalıdır. Allah diləyərsə, insan heç vaxt xəstə olmaz, ağrı və acı çəkməz. Lakin insan belə çətinliyə rast gələndə bilməlidir ki, bunun həm dünyanın keçici olduğunu, həm də Allah`ın sonsuz gücünü anlaması baxımından çox hikməti vardır.
Bu hissədə bu hikmətlərin bir neçəsindən söz açacağıq və xəstəlik, qəza kimi hadisələrdə səmimi möminin necə təvəkküllü və müti olacağından bəhs edəcəyik.
Xəstəlik zamanı insanın o günə qədər sağlam olduğu bədəni gözlə belə görülməyən virus və mikroblara məğlub olur. Bilindiyi kimi, bir çox xəstəlik halsızlıq, müxtəlif ağrı və acı ilə özünü büruzə edir. Hətta bəzi xəstəliklərdə insan yataqdan belə qalxa bilməyəcək dərəcədə yorğun olur, yaxud çox ağrıyır. Mikroskopik bir virusun bədəndə meydana gətirdiyi bu zəifliyə əngəl ola bilməyən insan bu zaman acizliyini və Allah`a nə qədər möhtac olduğunu çox yaxşı başa düşür. Beləcə, sağlam ikən böyüklənən, sahib olduqları ilə qürrələnən insan lazımi kimi düşünmədiyi bu həqiqəti görə bilər və hər şeyin yaradıcısı Rəbbimizin sonsuz qüdrətini daha yaxşı təqdir edər.
Gündəlik həyatda çox vaxt düşünülməyən mövzulardan biri də sağlam olmağın nə qədər böyük nemət olmasıdır. Uzun müddət xəstə olmayan, rahatsızlıq və ya ağrı-acı hiss etməyən insan bu duruma alışır. Lakin ani bir xəstəliklə qarşılaşanda sağlam olmağın Allah`ın bir lütfü olduğunun fərqinə varır. Çünki bir şeyin dəyəri o şey itəndə və ya ondan məhrum olanda çox yaxşı bilinir. Məşhur İslam mütəfəkkiri Səid Nursinin dediyi kimi: “Soyuq olmazsa, isti bilinməz. Zövqü olmaz. Aclıq olmazsa, yemək ləzzət verməz. Mərəz olmazsa, səhhət ləzzətsizdir. Yəni hər şey ziddi ilə anlaşılır və qiymət qazanır”.
İnsanların çoxu təhlükəli xəstəliyə tutulanda və ya bədəninin bir üzvünü itirəndə bunu çox pis hadisə kimi görürlər. Halbuki həmin adamın xəstəliyi bəla kimi deyil, axirətdə xilas olması və Allah`a yönəlməsi üçün ona verilə bilər. Çünki ciddi xəstəliyə tutulan insanın şüuru təbii olaraq daha açıq olur. Çətin xəstəlik insanın vərdişlərə əsaslanan əhvaldan, yəni qəflətdən çıxıb həyatın mənasını və axirət həqiqətini daha çox düşünməsinə səbəb olur. İnsan dünyaya bağlılığın mənasız olduğunu və ölümün nə qədər yaxın olduğunu başa düşür. Bütün həyatını qəflət içində keçirdiyi halda, heç gözləmədiyi anda xəstələnməsi axirət həyatının və Allah`ın rizasını qazanmağın əhəmiyyətini anlamağına vəsilə olur. nın önemini kavrayıp sonsuz hayatında kurtuluş bulabilir.
Ciddi xəstəliyin bədəndə təsiri göründükcə bir çox insan düşünməkdən qaçdığı ölümü düşünməyə başlayır və bu vəziyyətdə, insan səmimi şəkildə Allah`a dua edib sağalmağı istəyir. Həyatı boyu heç dua etməyən insan belə, amansız xəstəlik qarşısında Allah`a yalvarmağa ehtiyac duyur. Rəbbimizə qarşı çox səmimi dua edir, bu səbəbə görə də Allah`a yaxınlığı artır. Əgər həmin adam sağalanda da eyni səmimiyyətlə dua etməyə davam edərsə və nankorluq etməzsə, həmin xəstəlik onun ixlaslı həyat yaşamasına vəsilə olmuş olar.
Allah Quranda belə çətin zamanlarda Özünə yönələn insanları xəbər vermişdir. Ayələrdə buyurulur:
İnsana nemət verdiyimiz zaman üz çevirib uzaq durar. Ona bir pislik toxunduqda isə uzun-uzadı yalvarıb-yaxarar. (Fussilət surəsi, 51)
İnsana bir sıxıntı üz verən zaman uzananda da, oturanda da, ayaq üstə duranda da Bizə dua edər. Lakin onu sıxıntıdan qurtardıqda ondan ötrü Bizə heç dua etməmiş kimi çıxıb gedər. Həddi aşanlara etdikləri əməllər beləcə yaxşı göstərildi. (Yunis surəsi, 12)
İnsanların başına bir bəla gəldiyi zaman Rəbbinə üz tutub Ona yalvarırlar. Sonra O, Özündən onlara bir mərhəmət daddıran kimi, onlardan bir dəstə Rəbbinə şərik qoşur. (Rum surəsi, 33)
Lakin yuxarıdakı ayələrdən aydın olduğu kimi, insanın sıxıntı zamanı dua etməsi kifayət deyil. Allah`a qarşı aciz olduğunu biləndə dua etdiyi kimi, nemət veriləndə də Allah`a sığınmalıdır. Bu şəkildə, xəstəlik və sıxıntı insanın acizliyini anlayıb tövbə etməsinə və geri qalan ömrünü itaətkarlıqla keçirməsinə səbəb olur.
Daha əvvəl də bildirdiyimiz kimi, xəstəliklərin bir hikməti də dünyada insanların səbrinin və Allah`a təvəkküllərinin sınanmasıdır. Möminlər xəstəlik zamanı Allah`a olan sədaqət və səbri ilə cahiliyyə cəmiyyətindən fərqlənirlər. Çünki çətin zamanlarda gözəl davranışın Allah`ın rizasını qazanmağa uyğun olduğunu bilir və axirətdə böyük qarşılığının olacağını umurlar. Daha öncə Allah`a tam təslim olmayan bir insan isə xəstəliyi sayəsində bu gözəl xüsusiyyətləri qazana bilər və müvəqqəti dünyada qısa sürən sıxıntıların qarşılığında sonsuz Cənnət həyatının nemətlərinə qovuşa bilər.
Hz.İbrahimin xəstələndiyi zaman səmimi dua etməsi möminlər üçün gözəl nümunədir. Bu dua ayələrdə belə xəbər verilir:
O Rəbb ki, xəstələndiyim zaman mənə şəfa verir. O Rəbb ki, məni öldürəcək, sonra dirildəcəkdir. (Şüəra surəsi, 80-81)
Başqa bir gözəl nümunə də hz.Eyyubun sıxıntı zamanı üstün əxlaqıdır. Quranda bildirildiyinə görə, hz.Eyyuba şiddətli sıxıntı üz vermiş, lakin bu zaman Allah`a bağlılıq və sədaqət göstərib nümunəvi hərəkət nümayiş etdirmişdir. Buna görə, hz.Eyyub Allah`a təslim olmağı və təvəkkülü ilə təriflənən bir peyğəmbərdir.
Quranda xəbər verildiyinə görə, hz.Eyyub bu arada şeytanın vəsvəsələri ilə də qarşılaşmışdır. Şeytan düşdüyü həssas durumdan istifadə edib onu təvəkküldən uzaqlaşdırmaq istəmişdir. Xəstəlik və ya sıxıntı zamanı bəzi insanlar diqqətini toplaya bilmədiklərindən dolayı şeytanın təlqininə açıq olurlar. Lakin hz.Eyyub Allah`a könüldən bağlı bir peyğəmbər olaraq şeytanın tələsinə düşməmişdir. Sıxıntıdan qurtulmaq üçün səmimi şəkildə Allah`a dua edib Ondan yardım istəmişdir. Quranda hz.Eyyubun örnək duası belə xəbər verilir:
Əyyub da; bir zaman o, Rəbbinə yalvarıb demişdi: “Mənə, həqiqətən də, bəla düçar olubdur. Sən rəhmlilərin ən rəhmlisisən!” Biz onun duasını qəbul etdik və ona düçar olmuş bəlanı aradan qaldırdıq... (Ənbiya surəsi, 83-84)
Allah onun səmimi duasını qəbul edib “Şafi” (şəfa verən) ismi ilə nəyin şəfalı olacağını hz.Eyyuba bildirmişdir. Ayələrdə belə bildirilir:
Kulumuz Eyyub'u da hatırla. Hani o: "Herhalde şeytan, bana kahredici bir acı ve azab dokundurdu" diye Rabbine seslenmişti.
Qulumuz Əyyubu da yada sal! Bir zaman o öz Rəbbinə yalvarıb demişdi: “Şeytan mənə bəla və əzab toxundurmuşdur!” “Ayağını yerə vur! Budur yuyunmaq və içmək üçün sərin su!” Bizdən bir mərhəmət və ağıl sahiblərinə bir ibrət olsun deyə, ona ailəsini və üstəlik, bir o qədər də bəxş etdik. “Əlinə bir dəstə (çubuq) götür və onunla vur. Andını pozma”. Həqiqətən, Biz onu səbir edən gördük. Necə də gözəl qul idi! O, daima Allah`a üz tutardı. (Sad surəsi, 41-44)
Hz.Əyyub sıxıntıya düşdüyü əsnada Allah`a olan təvəkkülü, bağlılığı və səbri ilə göstərdiyi üstün əxlaqın mükafatını, heç şübhəsiz, almışdır (ən doğrusunu Allah bilir). Özündən sonra gələn bütün müsəlmanlara bu əxlaqı ilə nümunə olmuşdur.
Cahiliyyə cəmiyyətlərinin ən çox çəkindiyi mövzulardan biri səhv etməkdir. Çünki səhv edən adam cəmiyyətin gözündən düşür və ümumiyyətlə, qınaq mövzusu olur. Yaxud da önəm verdiyi bəzi fürsətləri qaçırır. Buna görə, cahiliyyə fərdləri arasında səhv etmək, adətən, qorxulu yuxuya çevrilmişdir.
Halbuki Quran əxlaqında vəziyyət çox fərqlidir. İman edənlər heç kimi xətalarından ötrü dəyərləndirmirlər. Səhv edənin bir insan olduğunu, xətaya meyilli olduğunu bilir, ona qarşı şəfqət və mərhəmət duyurlar.
Bununla yanaşı, mömin xəta etdikdə səmimi şəkildə düşünüb yanlış etdiyini başa düşür; Allah qorxusu və vicdanı onu tez hərəkətə keçirər. Xətasını düzəltmək üçün çalışar. Sonsuz mərhəmət sahibi olan Allah`a dua edər və bağışlanma diləyər.
Möminin xəta etdikdə peşman olması yenə özünə xeyirlidir. Çünki bu, cahiliyyənin yaşadığı sıxıntılı peşmanlıq deyil. Yenə eyni səhvi etməmək üçün bir qərardan ibarətdir. Bu vəziyyətdə möminin itaətkar davranışı, təvəkkülü və bütün hadisələrin qədərində olduğunu bilərək hərəkət etməsi çox əhəmiyyətlidir. Beləcə, Allah`a olan yaxınlığı daha da artar.
Cahiliyyə inancına görə, bir insanın başına gələn ən pis hadisələrdən biri yaxınının və ya özünün ölümüdür. Ölümə yaxınlaşmaq və ya yaxın adamını itirmək ən qorxulu şeylərdən biri sayılır. Ölümdən heç danışmamağı, söz düşəndə də mövzunu tez dəyişməyi məsləhət görürlər. Onların yanlış inancına əsasən, bir çox hadisəyə xeyir gözü ilə baxıla bilər, lakin insanın ölməsində əsla xeyir yoxdur...
Din əxlaqını yaşamayan cəmiyyətlərin hamısı ölümü eyni cür dəyərləndirir və heç fərqli düşünmürlər. Ölümü yox olma kimi görür, axirətə tərəddüdlə yanaşırlar. Bu insanlar üçün tək yaşayış yeri dünyadır. Dolayısilə, onlara görə ölümlə yanaşı, bu imkan tamamilə bitir və ölən adamdan geriyə sadəcə üzüntü qalır. Xüsusilə də çox sevdiyi bir yaxınını itirən adam qəm-qüssəli olur və çox sıxıntı keçirir. Hətta yaxını gənc yaşında ölsə, Allah`a və qədərə üsyankar hərəkətlər etməyə başlayır. Halbuki onlar çox əhəmiyyətli həqiqəti unudurlar:
Əvvəla, yer üzündəki insanların heç biri öz istəkləri ilə dünyaya gəlməyiblər və heç bir insan öz iradəsi ilə həyat əldə etməyib. Bütün insanların həyatı Allah`a aiddir; hər kəs uca Allah`ın təqdir etdiyi zamanda və Onun diləməsi ilə həyat tapıb. Göylərin, Yerin bu ikisinin arasındakı canlı-cansız hər varlığın sahibi olan Allah istədiyi insanın canını dilədiyi şəkildə və dilədiyi zamanda alacaq. Allah`ın qədərdə müəyyən etdiyi bu zamanı heç kimin ertələməyə və ya önə çəkməyə gücü çatmaz. Bu həqiqət Quranda belə bildirilir:
Hər bir kəs ancaq Allahın izni ilə, əzəldən müəyyən edilmiş bir vaxtda ölür. Kim dünya mükafatını istəsə, ona bundan verərik. Kim də axirət mükafatını istəsə, ona da ondan verərik. Biz şükür edənləri mütləq mükafatlandıracağıq. (Ali-İmran surəsi, 145)
Bundan başqa, insan ölümdən uzaqlaşmaq üçün nə qədər tədbir alsa da, nə qədər güvəndiyi yerlərə sığınsa da, ölümdən qaça bilməz. Heç gözləmədiyi şəkildə dünyadan gedə bilər. Eyni şəkildə, bir yaxınının ölməməsi üçün nə qədər çalışsa da, hətta dünyanın bütün imkanlarını səfərbər etsə də, bu istəyini -Allah diləmədikcə- gerçəkləşdirə bilməz. Bir ayədə ölümün hər yerdə insanı tapacağı belə ifadə edilmişdir:
Harada olursunuzsa-olun, ölüm sizi haqlayacaq. Hətta yüksək qalalarda olsanız belə... (Nisa surəsi, 78)
Buna görə də insan özünü və ya yaxınlarını ölümdən qaçırmağa çalışmamalı, əksinə, ölümdən sonrası üçün hazırlıq görməli və sevdiyi insanların da axirətdəki sonsuz həyatı üçün hazırlıq görməsinə vəsilə olmalıdır.
Axirət inancı zəif olan, yaxud heç olmayan insanların ölüm və ölümdən sonrakı həyata baxışı çox yanlışdır. Bundan dolayı, yuxarıda bəhs etdiyimiz kimi, ölümü xeyirli hadisə kimi deyil, müsibət kimi görürlər. Ölən adamı bir daha görə bilməyəcəklərini və onun torpaqda yox olduğunu düşünürlər.
Halbuki ölüm yox olma deyil, əksinə, insanların əsl yurd olan axirətə keçmələri üçün bir vasitədir. İnsanların dünyadakı xeyir və pis əməllərinin qarşılığını görəcəyi hesab gününə yaxınlaşdığı bir hadisədir. İstisnasız hər insan ölümlə qarşılaşacaq və əbədi axirətə keçəcək. Bu, bir çox insanlar üçün gənc yaşda olur, bir çoxları üçün də irəli yaşlarda olur. Nəticədə, heç kim yer üzündə əbədi qalmayacaq; insan hər gün ölümə bir az daha yaxınlaşır. Buna görə, ölümdən qaçmağa çalışmaq, ölümü düşünməmək və ölümü müsibət olaraq dəyərləndirmək çox ağılsız davranışdır.
Bəzi insanlar isə axirətə inandıqlarını desələr də, yenə ölənin arxasınca ağlamağı təbii görürlər. Halbuki Allah`ın ədaləti sonsuzdur. Ölən adam Allah`a hesab verəcək və dünyada etdiyi hər şeyin qarşılığını misli ilə alacaq. Bu səbəbdən, Allah`a və axirətə inanan, dünyada Rəbbimizin istədiyi kimi həyat sürən hər insan üçün ölüm sonsuz gözəllik həyatının qapısıdır. İman edənlər üçün ölüm əbədi qurtuluşun başlanğıcıdır. Lakin yer üzündə təkəbbürlük edən, axirəti inkar edən və Allah`a hesab verəcəyini görməzlikdən gələn cahiliyyə insanları üçün ölüm sonsuz əzabın qapısıdır. Buna görə də həmin insanların ölümü xeyir olaraq görməsi mümkün deyildir.
Bu zidd anlayış fərqliliyindən dolayı, bir möminin ölümü ilə qarşılaşan digər möminlərin reaksiyası cahiliyyədən kəskin şəkildə ayrılır. Çünki cahiliyyə inancına görə ən pis hadisə sayılan ölüm möminlər üçün yenə xeyir vəsiləsi kimi görünür. Möminlər ölümü uca Allah`ın aşağıdakı ayəsi yönündə dəyərləndirir:
Əgər siz Allah yolunda öldürülər və ya ölərsinizsə, Allah`ın günahınızdan keçməsi və sizə mərhəmət göstərməsi (onların) yığdıqları şeylərdən daha xeyirlidir. (Ali-İmran surəsi, 157)
Bu ayədən də göründüyü kimi, möminlərin yaşaması kimi, ölümləri də xeyirlidir. Xüsusilə, Allah yolunda bir iş görərkən ölən möminlərə Allah qatında xüsusi dərəcə vardır. Buna görə də şəhidlik məqamı möminin şərəfidir və axirətdəki əcrini artıran xeyirli hadisədir. Axirəti hədəf alan və Allah`ın rizasını qazanmaq üçün yaşayan möminin Allah yolunda şəhid olması çox şərəflidir. Quranda xəbər verilmiş bu müjdəni bilən möminlər başqa bir mömin Allah`ın rizası üçün çalışarkən ölərsə, əsla hüznə düşməzlər. Tam əksinə, bu möminin ölümündəki xeyir və gözəllikləri görüb sevinərlər. Heç şübhəsiz, gözəlliklərin ən üstünü Allah`ın rizasını və cənnətini qazanmaqdır. Uzun və xeyirli ömür sürən, bütün ibadətlərini yerinə yetirən, məsələn, yalan danışmayan, yaxşı əməldən xoşu gələn, ədalətli olan, zəkat verən, oruc tutan, namazlarına ciddi yanaşan və Allah`ın hədlərini qoruyan bir möminin Allah qatında üstün dəyəri olduğu umulur.
Lakin inkarçı cəmiyyətlər uzun həyat yaşamaqlarının daha xeyirli olacağını zənn etməklə yanılırlar.
Aşağıdakı ayədə Allah bu mövzudakı həqiqəti qəti şəkildə açıqlayır:
Kafirlər elə güman etməsinlər ki, Bizim onlara möhlət verməyimiz xeyirlərinədir. Biz onlara ona görə möhlət veririk ki, günahlarını daha da artırsınlar. Onlar üçün alçaldıcı bir əzab hazırlanmışdır. (Ali-İmran surəsi, 178)
Bütün həyatını dünyanın keçici mənfəətini qazanmaq üzərinə quran cahiliyyə insanları elə düşünürlər ki, ömürləri nə qədər uzun olsa, o qədər çox dünyəvi nemətlərdən faydalanacaqlar. Beləcə, Allah`ı və axirəti tamamilə unudaraq yaşayan bu insanlar boş yerə sərf etdikləri zamanın axirət həyatı üçün nə qədər böyük əhəmiyyət daşıdığını düşünmürlər. Halbuki yuxarıdakı ayədə də bildirildiyi kimi, özləri üçün xeyir zənn etdikləri bu müddət əleyhlərinədir.
Bu nümunə üzərində düşünən insan xeyir və şəri necə dəyərləndirəcəyini və Allah`ın “sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli” (Bəqərə surəsi, 216) hökmünü yaxşı başa düşər.