Giriş

Keçmişə baxıb bu günə qədər yaşadıqlarınızı qısaca gözdən keçirsəniz, on illərə sığan hadisələrin, əslində, dəqiqələri keçmədiyini görərsiniz. Bir zamanlar çox önəmli olduğunu düşündüyünüz, bəzən həyəcanla, bəzən narahatlıqla, bəzən də maraqla gözlədiyiniz bütün hadisələr sizin üçün artıq xatirə olmuşdur. Bütün bunlardan dünyəvi mənada geriyə qalan yalnız yaddaşınızdakı məlumatlardır. Ancaq bütün bu zaman içində sərf etdiyiniz hər söz, göstərdiyiniz hər hərəkət, ağlınızdan keçirdiyiniz hər düşüncə Allah qatında saxlanmış vəziyyətdədir.

Hər insanın mütləq qarşılaşacağı ölüm həqiqəti ilə birlikdə bu məlumatlar qarşınıza qoyulacaqdır. Sizin yaddaşınızda artıq dəqiqələrlə ifadə etdiyiniz ömrünüz Allah qatında sizə anbaan, dəqiqəbədəqiqə, tək bir saniyəsi belə əskik olmadan təqdim olunacaq.

Əgər ömrünüzü Allah`ın həyatınızdakı mütləq hakimiyyətinin və hikmətli xəlqinin fərqində olaraq keçirmişsinizsə və həmçinin qarşınıza çıxan bütün hadisələri xeyrə yozub Allah`ın qədərinizi ən xeyirli şəkildə yaratdığının şüuruna varmışsınızsa, bilin ki, aqibət sizin üçün xeyirli olacaqdır.

Çünki ölümlə birlikdə insanın qarşılaşacağı yalnız iki ehtimal vardır: əgər insan ömrünü Allah`ın razı olduğu əxlaqı yaşayaraq keçirmişsə, sonsuz qurtuluşla; əksinə olduqda isə sonsuz əzabla qarşılaşacaq. Allah`ın razı olduğu əxlaq odur ki, insan hər şeyin Ondan gəldiyini bilməli, hər vəziyyətdə Ona şükür etməli və hər hadisədə xeyir olduğuna iman etməlidir.

İnsanın yaşadığı bütün hadisələrdən razı olması, hər hadisədə xeyir olduğuna iman etməsi və hər an Allah`a şükür etməsi çox asandır. Bu, Allah`ın böyüklüyünü və üstünlüyünü qavramağın insanı çatdırdığı qəti həqiqətdir. Bunun üçün insanın yaşadığı dünyanı və rastlaşdığı hər şeyi yaradan Rəbbimizi tanıması və Onu gərəyi kimi təqdir etməsi kifayətdir.

İnsanın dünyaya gəldiyi andan etibarən qarşılaşdığı hər hadisəni, eşitdiyi hər sözü yaradan uca Allah`dır. Allah sonsuz qüvvət, ağıl, ədalət və sonsuz hikmət sahibidir

Quranda “Biz, həqiqətən də, hər şeyi qədərincə yaratdıq” (Qəmər surəsi, 49) ayəsi ilə bildirildiyi kimi, Allah hər şeyi müəyyən plan və hikmətlə yaradır. Allah`ın sonsuz güc və üstünlüyünə qarşı insan son dərəcə aciz varlıqdır.

Həyatda qalmaq üçün Allah`ın ona imkan və nemət verməsinə möhtacdır. Ağlı və düşüncəsi ancaq Allah`ın ona öyrətdiyi şeyləri qavramağa kifayət edir. Bu vəziyyətdə insan Allah`ın sonsuz ağlına və hikmətlərlə dolu xilqətinə təslim olmağa möhtacdır. Allah`ın bütün kainatın və bütün varlıqların hakimi olduğunu bilməli; onun görüb-bilmədiyi hadisələri Allah`ın görüb-bildiyini, eşitmədiyi səsləri Onun eşitdiyini, keçmiş və gələcəkdən xəbəri olmadığı şeyləri Rəbbimizin bildiyini düşünməli və beləliklə, Allah`ın hər hadisəni ən hikmətli və ən xeyirli şəkildə yaratdığını dərk etməlidir. Bu həqiqətə iman etmək onun həyatının hər anına şükür etməsinə vəsilə olar və ona üstün əxlaq qazandırar. Başqa şəkildə ifadə etsək, insan bu imanla gördüyü hər görüntüyə, yaşadığı hər hadisəyə, qısası, həyatın hər anına xeyirlə baxar və beləcə, həyatı ən doğru şəkildə anlayar. Bununla yanaşı, bir ayədə “Şübhəsiz ki, Biz ona yol göstərdik! Fərqi yoxdur, ya şükür etsin, ya da naşükür olsun” (İnsan surəsi, 3) hökmü ilə xəbər verildiyi kimi, doğrunu seçməklə xeyirli nəticəyə çatar və Allah`ın izni ilə sonsuz Cənnət həyatına qovuşmağı ümid edər.

Bu kitabın məqsədi insanlara hər an və hər hadisəni xeyrə yozmaqla həyatın gözəlliyini göstərmək, qədərin hər saniyəsinə xeyirlə baxmağın insana dünya və axirətdə verəcəyi nemətləri xatırlatmaqdır. Eyni şəkildə, insanın xeyirləri görməsinə mane olan pərdələri götürmək, yanlış həyat tərzindən xilas olmasına kömək etməkdir.

Bundan başqa, kitabda yazılanlar insanları hadisələrə xeyirlə baxmağı və çətinliklərə səbir etməyi təşviq edir. Həmçinin qədərin nöqsansız yaradıldığını xatırladıb bütün inananları Allah`ın sonsuz ağlına itaət etməyin sevincini yaşamağa çağırır.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Hər şeyi xeyrə yozmaq
  • Cahiliyyə cəmiyyətinin hadisələrə baxışı
  • Xeyirləri görməyin yolları
  • Möminlər üçün hər hadisədə xeyir vardır
  • Hadisələrdəki xeyirləri görməyə mane olan səbəblər
  • Peyğəmbərlərin və möminlərin həyatından nümunələr
  • Allah`ın inanlara vədi və yardımı
  • Nəticə
  • Yaradılış həqiqəti 1
  • Yaradılış həqiqəti 2 (Fosillər təkamülü təkzib edir)