Allah`ın inanlara vədi və yardımı

Hər dövrdə yer üzündəki insanların çoxunu “...lakin insanların çoxu inanmır” (Rəd surəsi, 1) ayəsində bildirildiyi kimi inkarçılar təşkil etmişdir. İnkarçılar həmişə müsəlmanlara qarşı sayca üstün olmuşdur. Buna görə də bu ağılsız və bəsirətsiz insanlar özlərinin daima doğru yolda olduqlarını zənn edirlər. Maddi güclərinin və saylarının inananlardan çox olması onlara güvənlik hissi verir. Bu səbəbdən, hadisələri xarici görünüşünə görə dəyərləndirən cahiliyyə insanları özlərinin üstün olduğundan tam əmin şəkildə hərəkət edirlər. Lakin bilmədikləri böyük bir həqiqət vardır ki, o da Allah`ın möminlərə olan vədi və dəstəyidir:

... Allah heç vaxt kafirlərə möminlərin əleyhinə olan bir yol göstərməz! (Nisa surəsi, 141)

Allah yuxarıdakı ayədə diqqət çəkdiyi kimi hər şeyi möminlərin lehinə edir və onları müxtəlif yollarla dəstəkləyir. “İnşirah” surəsində müsəlmana hər çətinliklə bərabər, asanlığın da yaradıldığı sirri verilir. Xəstəliyi yaradan Allah`ın şəfanı da yaratdığı kimi, hər çətinlik də asanlıq ilə bərabər meydana gəlir. Bu həqiqət belə xəbər verilir:

Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr! Həqiqətən, hər çətinlikdən sonra bir asanlıq gələr! (İnşirah surəsi, 5-6)

Allah`ın dəstək və yardımını ancaq möminlər bilirlər. Onlar həyatı boyu nə ilə qarşılaşsalar da, Allah`ın daima yardımçı olduğunu bilir və buna görə də hüzurlu olurlar. Allah qullarına belə vəd etmişdir:

Allah sizin düşmənlərinizi daha yaxşı tanıyır. Himayəçi olaraq Allah kifayət edər! Yardımçı olaraq Allah yetər! (Nisa surəsi, 45)

İnkarçılar və münafiqlər isə bir çox şeydən qorxurlar. Allah`a iman etmədiklərindən, Ona şirk qoşduqlarından və hər hadisə və varlığı başıboş zənn etdiklərindən dolayı həmişə qorxu içində yaşayırlar. Həmin bu qorxu Allah`ın möminlərə qarşı mücadilə edənlərin qəlbinə saldığı qorxudur:

O zaman Rəbbin mələklərə: “Mən sizinləyəm! İman gətirənləri gücləndirin. Mən kafirlərin qəlbinə qorxu salacağam...” (Ənfal surəsi, 12)

Allah`ın yardım və dəstəyi müsəlmanın bütün həyatını əhatə edir. Tarix boyu Allah inananlara müxtəlif yollarla yardım etmişdir. Bəzən peyğəmbərlərinə möcüzə vermiş, bəzən müsəlmanları görünməyən ordu və mələklərlə, hətta təbiət hadisələri ilə dəstəkləmiş, bəzən də imkansız görünən hadisələrin həyata keçməsini yaratmışdır. Quranda verilən bu nümunələrdən bəziləri belədir:

Ey iman gətirənlər! Allah`ın sizə göstərdiyi iltifatını xatırlayın. O zaman ki, (düşmən) ordusu sizin üstünüzə (hücuma) keçmişdi, Biz də onların üstünə külək və görmədiyiniz qoşunlar göndərmişdik. Allah sizin nə etdiyinizi görür. (Əhzab surəsi, 9)

O vaxt siz Rəbbinizdən kömək diləyirdiniz. O da: “Mən sizə bir-birinin ardınca gələn min mələklə yardım edəcəyəm”– deyə duanızı qəbul etmişdi. (Ənfal surəsi, 9)

Qarşı-qarşıya gələn iki dəstədə sizin üçün bir ibrət var idi. Dəstələrdən biri Allah yolunda vuruşurdu, digəri isə kafirlər idi. Onlar kafirlərin sayca iki qat artıq olduqlarını öz gözləri ilə görürdülər. Allah istədiyi kəsi Öz köməyi ilə qüvvətləndirir. Həqiqətən, bunda bəsirət sahibləri üçün bir ibrət vardır. (Ali-İmran surəsi, 13)

Möminlərə qarşı qurulan tələlərin hamısı əvvəldən pozulmuşdur

İnkarçılar möminlərə qarşı mücadilə zamanı hər cür hiyləgər üsula əl atırlar. Bunlardan biri də möminlərin əleyhinə birləşib onlara qarşı müxtəlif tələlər qurmalarıdır. Həm sayca çox olduqlarından, həm də tələləri gizli qurduqlarından dolayı müvəffəqiyyətli olacaqlarını düşünən inkarçılar plan qurarkən iki nəfərin üçüncüsünün və üç nəfərin dördüncüsünün uca Allah olduğunu unudurlar. Allah`ın insanlara şah damarından daha yaxın olduğundan isə tamamilə bixəbərdirlər. Halbuki Allah gizlədib-gizlətməsələr də, ürəklərdə olanları biləndir. İnkarçıların möminlərin əleyhində ağıllarından keçirdiyi hər fikri, qurduqları hər planı Allah ən incəliyinə kimi bilir.

Ən əhəmiyyətlisi isə odur ki, hər şeyi bilən Allah Quranda inkarçıların qurduğu tələlərin hamısının öncədən pozulmuş olduğunu xəbər vermişdir. Nə qədər hiyləgər olursa-olsun, möminlərin əleyhinə qurulan tələləri hər şeyin yaradıcısı olan Allah`ın pozacağı Quranda belə bildirilir:

... Həqiqətən də Allah kafirlərin hiyləsini zəiflədər. (Ənfal surəsi, 18)

Öz hiylələrini qururdular. Halbuki onların hiyləsi Allah`a bəlli idi. Onların hiyləsi ilə dağlar yerindən tərpənən deyildir. (İbrahim Suresi, 46)

Bununla yanaşı, Allah qurulan tələlərin saleh qullarına zərər verə bilməyəcəyini, əksinə, inkarçıların özünə dönəcəyini xəbər vermişdir:

... Yaramaz hiylələr isə ancaq öz sahiblərini qaplayar. Onlar əvvəlkilərin başlarına gələn aqibətdən başqasınımı gözləyirlər? Sən Allah`ın qayda-qanununa heç bir əvəz tapa bilməzsən, Allah`ın qayda-qanununda heç bir dəyişiklik də tapa bilməzsən. (Fatir surəsi, 43)

Bu yerdə önəmli bir şeyi qeyd etmək lazımdır: inananlar Allah`ın bu vədinə (inkarçıların tələlərini puç etməsinə) tam olaraq inanırlar. Allah`ın daima onlara yardım etdiyini bilir və buna görə həmişə təvəkkül edirlər. Əvvəldən etibarən üzərində dayandığımız kimi, mütəvəkkil olduqlarına görə hər hadisənin xeyir və hikmətlərini görür, görməsələr də, mütləq özlərinin xeyrinə bitəcəyinə qətiyyətlə inanırlar.

Allah`ın tərəfdarları qalib gələcək

Müsəlmanlar şər kimi görünən hadisələrə xeyirlə baxıb Allah`ı vəkil etdiklərinin qarşılığını həmişə ən gözəl şəkildə almışlar. Ayələrdə belə buyurulur:

Adamlar onlara: “Camaat sizə qarşı (ordu) toplayıbdır, onlardan qorxun!”– dedilər. Bu, onların imanını daha da artırdı və onlar: “Allah bizə yetər. O nə gözəl qoruyandır!”– dedilər. Onlar özlərinə heç bir pislik toxunmadan, Allahın neməti və mərhəməti sayəsində geri döndülər və Allahın razılığına tabe oldular. Allah böyük lütf sahibidir. (Ali-İmran surəsi, 173-174)

Bunu da xatırlatmaq lazımdır ki, bəzən inkarçılar zahiri görünüşdə üstün gəlmiş kimi görünürlər. Halbuki bu, sadəcə Allah`ın inananları imtahan etməsidir. Bu minvalla, saleh möminlərlə ağır davrananlar bir-birindən ayrılır. Təvəkkül edən, səbir edən və hadisələrə xeyirlə baxan müsəlmanlar, heç şübhəsiz, Allah`a olan sədaqətini açıq şəkildə ortaya qoyurlar. Buna görə də dünya və axirətdə Allah`ın rizasını qazanıb qalib gələnlər hər zaman möminlərdir:

Kim Allahı, Onun Elçisini və iman gətirənləri dost tutarsa, qələbə çalanlar da məhz Allah`ın firqəsidir. (Maidə surəsi, 56)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Hər şeyi xeyrə yozmaq
  • Cahiliyyə cəmiyyətinin hadisələrə baxışı
  • Xeyirləri görməyin yolları
  • Möminlər üçün hər hadisədə xeyir vardır
  • Hadisələrdəki xeyirləri görməyə mane olan səbəblər
  • Peyğəmbərlərin və möminlərin həyatından nümunələr
  • Allah`ın inanlara vədi və yardımı
  • Nəticə
  • Yaradılış həqiqəti 1
  • Yaradılış həqiqəti 2 (Fosillər təkamülü təkzib edir)