İnsanın gözlərini dünyaya açdığı andan eibarən eşitdiyi hər sözü, həm söhbət olduğu hər detalı, qarşılaşdığı hər hadisəsi sonsuz ağıl, qüvvət və ədalət sahibi olan Allah yaradar.
“Heç şübhəsiz, Biz hər şeyi qədər ilə yaratdıq.” (Qəmər Surəsi, 49) ayəsində də bildirdiyi kimi, bu hadisələr bir plan və sonsuz bir hikmət istiqamətində yaradılmaqdadır.
Bu vəziyyətdə insanın etməsi lazım olan, Allahın sonsuz ağlına və sonsuz hikmətlərlə dolu qədərə təslim olmaqdır. İmanı ürəyinə tam olaraq yerləşdirmiş və qədərə tam olaraq təslim olmuş bir mömin, gün içində qarşılaşdığı heç bir hadisə qarşısında kədər hiss etməz, qorxuya qapılmaz, ümidsizliyə düşməz.
Təvəkkülsüzlük, çətinlikli ruh halı, hüzn, ümidsizlik möminə yaraşmayan, şiddətlə çıkinilməsi lazım olan və insana axirətdə utanc verəcək qəflət hallardır. Allaha iman edən bir insan tərslik kimi görünən bir hadisəylə qarşılaşdığında, əslində bunun özü üçün mütləq ən xeyirlisi olduğunu bilər. Çünki Bəqərə Surəsinin 216-cı ayəsində Allah; “… Olar ki xoşunuza getməyən bir şey, sizin üçün xeyirlidir və olar ki, sevdiyiniz şey də sizin üçün bir şərdir. Allah bilər də siz bilməzsiniz.” Şəklində buyurmuşdur. Bu həqiqəti qavrayan mömin üçün kəsilməz iman sevinci sabit həyat xüsusiyyəti halına gəlir.
Allahın təyin etdiyi qədər qüsursuzdur. Milyonlarla hadisədən ibarət olan bu bütündə, xeyir gözüylə baxan hər insan üçün yalnız gözəlliklər, xeyirlər və hikmətlər vardır.