Giriş

Dünya üzərində hər insanın özünə mənimsədiyi bir yol, bir həyat tərzi vardır. Ancaq bu yollardan bəzisi səhv yollardır və insanları maddi və mənəvi istiqamətdən çətinliyə salar. İnsanların önündəki saysız alternativ içində doğru yolu tapa bilməsi üçün isə düşünməsi və həqiqətləri araşdırması lazımdır.

Bu kitabda həyatın çox fərqli istiqamətləriylə əlaqədar və eyni zamanda çox əhəmiyyətli bəzi həqiqətləri oxuyacaqsınız.

İçində yaşadığımız kainatın yaranması, ətrafımızdakı canlıların sahib olduğu möcüzəvi xüsusiyyətlər, öz bədənimizdə hər an dayanmadan işləyən fövqəladə sistemlərlə əlaqədar məlumatlar sizə hər şeyin Allah tərəfindən yaradıldığı həqiqətinə çatdıracaq.

Hər şeyin təsadüfən meydana gəldiyini iddia edən təkamül nəzəriyyəsinin elmi istiqamətdən etibarsızlığı ilə əlaqədar verilən açıqlayıcı və təmin edən məlumatlar, kainatın və həyatın meydana gəlməsində əsla təsadüfə yer olmadığı həqiqətini sizə xatırladacaq.

Bütün bunlarla bərabər, geridə qoyduğumuz XX əsrdə bütün dünyada yaşanan xaos və qarışıqlığın səbəblərinin araşdırıldığı hissələrdə, Darvinizmin, insanlığın yaşadığı bütün bu bəlaların və ağrıların qaynağı olduğu həqiqəti çaşdırıcı bir şəkildə qarşınıza çıxacaq.

Son olaraq da yaşanan bütün çətinliklərin, ağrıların, bəlaların, xaosun, döyüşlərin, müharibələrin, düşmənliklərin, zülmün yaşanmaq məcburiyyətində olmadığını izah edən hissədə, bütün mənfiliklərin bir anda yaxşılıqlara və gözəlliklərə çevrilməsinin tək həllinin Quran əxlaqının yaşanması olduğu həqiqətinə şahid olacaqsınız.