Hər insan həyatı boyunca beyninin içində yaşayır və heç bir şəkildə beyninin xaricinə çıxa bilməz. Gördüyümüz hər görünüşə, eşitdiyimiz hər səsə, toxunduğumuz hər cismə, daddığımız hər ləzzətə dair hisslər elektrik siqnallarının beynimizdə meydana gətirdiyi hisslərdir. Biz nə daddığımız bir meyvənin, nə eşitdiyimiz bir səsin nə də gördüyümüz bir görünüşün beynimizin xaricindəki əslinə heç vaxt çata bilmərik. Həyatımız boyunca, bu əsillərin beynimizdə yaranan hisslərini seyr edərik.
Məsələn, təyyarə ilə bir ölkədən bir başqasına gedən, okeanlar keçən bir insan əslində beynində yaranan görünüşlər arasında səyahət edər. Hava limanının görünüşü, səs-küyü, təyyarə saatlarının anonsu, təyyarənin mühərrikinin səsi, təyyarənin havaya qalxarkən insanda meydana gətirdiyi hiss, buludlar, aşağıda qalan şəhər görünüşü, okean, uzaqlıq hissi, təyyarə kreslosunun döşəməsinin verdiyi hiss-bunların hamısı beyindəki kiçik qəbul mərkəzlərində qəbul edilər.
Beynin içindəki bir kub santimetrlik görmə mərkəzində yaranan uzaqlıq hissi isə Allahın yaratmasındakı böyük bir möcüzədir. Allah bu qədər kiçik bir nöqtədə yaratdığı görünüşlər arasında kilometrlərlə uzaq qəbul edilən məsafə qəbulunu da yaratmaqdadır. Təyyarədən altındakı okeana baxan bir insan əslində beynindəki təyyarədən beynindəki okeana baxmaqdadır. Aradakı yüksəklik isə Allahın beyninin içində yaşayan insan üçün yaratdığı bir hisdir.
Bu nöqtədə qarşımıza böyük həqiqət bir daha çıxır: Kilometrlərlə aşağıdakı okeanı görən, təyyarənin mühərrikinin səs-küyünü eşidən, təyyarə kreslosunun sərtliyini hiss edən beynin içindəki hüceyrələr, sinirlər ola bilməz.
Bəs bu hissləri qəbul edən kimdir? Materialistlərin əsla cavab verə bilməyəcəkləri bu problemin cavabı Allahın yaratdığı ruhdur. Bütün bu hissləri yaşayan ruhumuzdur.
Allahın yaradışındakı bu möhtəşəm sənəti, bu fövqəladə elmi, sonsuz ağılı, bənzərsiz yaradışı siz də mütləq daha təfərrüatlı öyrənməli və bu yaradılış möcüzəsindən nəticə çıxarmalısınız.
Məgər onlar özlüyündə fikirləşmirlər ki, Allah göyləri, yeri və onların arasındakıları ancaq bir gerçəklik kimi və müəyyən müddətə qədər yaratmışdır? Lakin, insanların çoxu Rəbbi ilə qarşılaşacağını inkar edir. (Rum surəsi, 8)
Televizorda axşam xəbərlərini izləyərkən sizdən televizorun neçə metr uzaq olduğu soruşulsa, ehtimalla bir neçə metr deyərsiniz. Lakin doğru cavab bu deyil. Çünki televizor "bir neçə metr" irəlidə deyil, içinizdə, beyninizdəki qəbul mərkəzinizdədir. Sizin gördüyünüz xaricinizdəki televiziya deyil, beyninizdəki görmə mərkəzinizdə yaradılan televiziya görünüşüdür. Xaricdən, işıq yoluyla gələn mesaj, hüceyrələriniz tərəfindən elektrik siqnalına çevrilir və beyninizə gedən bu elektrik siqnalı bir görünüş hesab edilir.
Bu həqiqət Allahın çox böyük bir möcüzəsidir. Çünki Allah ətdən, yağdan, zülaldan ibarət olan balaca bir nöqtədə rəngli, işıqlı, dərinlik hissi verən, heç bir bulanıqlığı, sürüşməsi və ya qaralması olmayan, qüsursuz dəqiqlikdə və keyfiyyətdə bir görünüş yaratmaqdadır. Üstəlik, yenə eyni beynin başqa kiçik bir nöqtəsində bu görünüşə yoldaşlıq edən, onunla böyük bir uyğunlaşma içində olan son dərəcə keyfiyyətli, çox istiqamətli, hamar, fışıltısız bir səs də yaratmaqdadır.
Bu elmi bir həqiqətdir ki, hər kəs kəlləsinin içində beyninə yerləşdirilmiş kiçik bir otaqda yaşayır. Hər hansı bir insan, nə edirsə etsin kəllənin içindəki bu otaqdan çölə çıxa bilməz. Beynində gördüklərinin əsillərinə əsla çata bilməz.
Bu elmi həqiqət Allahın yaradışındakı ehtişamı və bənzərsizliyi göstərməsi baxımından çox əhəmiyyətlidir. Allah hz. Adəmdən etibarən, bu günə qədər yaşamış bütün insanların beyinlərində ayrı-ayrı həyatlarını yaratmış, milyardlarla insana ayrı-ayrı rəngarəng, parlaq, uzaqlıq hissi olan görünüşlər göstərmiş, quş səslərini, ən gözəl bəstələri, böyük bir şəlalənin gurultusunu, göy gurultusunu, arının vızıltısını dinlətmişdir. Daha da təəccüblüsü, Allah bütün hissləri o qədər böyük bir uyğunluq və qüsursuzluqla yaratmışdır ki, bu insanların böyük bir əksəriyyəti əslində beyinlərinin içindəki görünüşü seyr etdiklərini, beyinlərinin içindəki səsi dinlədiklərini fərqinə varmamışlar. Hamı çöldəki varlıqları görüb, eşitdiklərini, onlarla danışdıqlarını, onlara toxunduqlarını sanmışlar.
Bu əhəmiyyətli gerçəyi unutmayın: Maddənin əslinə əsla çata bilmərik.
Biz ancaq beynimizdə gördüklərimizi yaşayarıq.
Beynin içində, rəngarəng rəngli bir dünyanı seyr edən, simfoniyaları, quşların cəh-cəhlərini dinləyən, gülü iyləyən kimdir?
İnsanın gözlərindən, qulaqlarından, burnundan gələn xəbərdarlıqlar, elektrik siqnalı olaraq beyinə gedir. Bəs beyində, bu elektrik siqnallarını görünüş, səs, qoxu və hiss hesab edən kimdir? Beynin içində gözə, qulağa, burna ehtiyac duymadan bütün bunları qəbul edən bir şüur var. Bu şüur kimə aiddir?
Hər şeyin maddədən ibarət olduğunu zənn edən darvinist-materialistlər bu suallara heç bir cavab verə bilmirlər.
Əsla unutmayın darvinist-materialist ideologiyanın təməl iddialarını çökdürmək sizin də əlinizdədir.
XXI əsr bu həqiqətlərin bütün dünyada aydın olaraq qəbul edildiyi bir əsr olacaq. Türk milləti ağıl anlayışı və vicdanı ilə bu həqiqətləri ilk anlayan və ilk izah edən millətdir.
Hər kəsin bildiyi bir həqiqət vardır: Görünüş, səs, qoxu, dad, toxunma duyğusu beyində hiss edilən duyğulardır. Yəni xarici dünyamızı əslində iç dünyamızda yaşayarıq. Bütün həyatımız beynimizin içindəki kiçik bir məkanda keçir. Çölü, beynimizdəki televiziyadan seyr edirik. Çöldən gələn elektrik siqnallarını beynimizdəki qəbul mərkəzində iyləyərik. Xaricdən gələn elektrik siqnallarıyla yenə beynimizdə sərtlik hesab edərik. Xaricdən gələn elektrik siqnalları beynimizdəki dinamikdə səsə çevrilir. Bütün bunları beynimizin içindəki bir neçə kub santimetrlik otağımızda yaşayarıq və həyatımız boyunca o otağın xaricinə əsla çıxa bilmərik. Hər insan, qitələr arası səyahət edən bir səyyah, ilk olaraq aya ayaq basan bir astronavt, həyatı boyunca kəndindən ayrılmamış bir cütçü də olsa, beynindəki kiçik otağından kənara çıxa bilməz. Okeanları, meşələri, səmanı, ayı, günəşi, çiçəkləri, meyvələri bu beynimizdəki kiçik otaqda görər, orada iyləyər və səslərini orada dinləyərik. Xaricdəki əsillərinə heç bir zaman çata bilmədən… Beynin içində bütün bu hissləri qəbul edən bir şüur vardır. Ancaq, əlbəttə, bu şüur beyni meydana gətirən sinirlər, yağ təbəqəsi, sinir hüceyrələrinə aid deyil. Bu şüur Allahın yaratdığı ruhdur.
Bu açıq və elmi gerçəyi oxuyan hər insanın, beynin içindəki bir neçə kub santimetrlik, qapqaranlıq məkana bütün kainatı üç ölçülü, rəngli, kölgəli və işıqlı olaraq sığdıran Uca Allahı düşünüb, Ondan qorxub, Ona sığınması lazımdır.
Bir insanın həyatının hamısı beş duyğusu vasitəsilə beynində ona göstərilən hisslərdən meydana gəlir. Məsələn, işinə getmək üçün yolda gedən bir insan əslində beyninin içindəki yolda gedir. Ayaqları, yolun üzərindəki kələ-kötürlüklər, yoxuş, aşağı gedən yol, ayaqqabısının ayağına verdiyi narahatlıq, səkinin yüksəkliyi, gedərkən əsən külək, yanından keçən avtomobillərin hamısı beyində görünür və hiss edilir.
Yolda gedərkən əsən küləyin təsiriylə gözünə toz düşən bir insan, gözünü yüngülcə qaşıdığında bu həqiqəti hiss edəcək. Gözünü qaşımasıyla bütün yol görünüşü, ağaclar və avtomobillər aşağı yuxarı gedib gələcəkdir. Bu, televiziyadakı bir görünüşün sürüşməsi kimidir. Televizordakı sistem beyində də vardır və insan beynindəki televizor ekranını seyr edən bir insanla əslində eyni mövqedədir. Necə ki, televiziyada nə yayımlansa insan onu seyr edər, gerçəkdə də insan özünə duyğuları vasitəsilə göstərilənləri beynində seyr edər.
O halda beynin içində bu görünüşləri görən, soyuq küləyi hiss edən kimdir? Allah bizə bu hissləri qəbul edən varlığın RUH olduğunu bildirmişdir. Bizim "həyatımız" dediyimiz şey, əslində qədərimizdə yazılı olanın, ruhumuza Allah tərəfindən yaşatdırılmasıdır.
Darvinist-materialistləri ən çox narahat edən sual; "Beynin içində yaranan üç ölçülü, rəngarəng, mükəmməl görünüşü GÖRƏN KİMDİR?" sualıdır.
Bilindiyi kimi, gördüyümüz hər şey beynimizə çatan elektrik siqnallarının meydana gətirdiyi bir görünüşdür. Gözdən gələn xəbərdarlıqlar beynin görmə mərkəzinə çatır və beyin bu kiçik nöqtədə üç ölçülü, rəngarəng, dərinlik qəbulunun qüsursuz olduğu bir görünüş meydana gətirir.
Biologiya, fiziologiya və ya biokimya kitablarında bu görünüşün beyində necə meydana gəldiyinə dair bir çox təfərrüat oxucusunuz. Ancaq bu mövzu haqqındakı ən əhəmiyyətli həqiqətə heç bir yerdə rast gələ bilməzsiniz: Görünüş beyində meydana gəlir, bəs beyində yaranan görünüşü kim seyr edir? Tamaşaçısı olmayan bir görünüş işə yaramaz. O halda bu tamaşaçı bədənin harasındadır? Beyində, bu görünüşü seyr edən bir varlığa bu günə qədər rast gəlinməmişdir.
Beyindəki görünüşü izləyən ətdən sümükdən ibarət olan bir varlıq deyil. Bu varlıq insanın şüuru, yəni ruhudur. Darvinist-materialistlər ruhun varlığını qəbul etməmək üçün bu sualdan həmişə qaçırlar. Mövzu açıldığında isə çaxnaşma olaraq, izah edən adamı susdurmağa çalışırlar. Bunu bir darvinist-materialistə bu sualı soruşaraq təcrübə edə bilərsiniz.
Televizorda, yada axşam xəbərlərini izləyərkən sizə televiziyanın neçə metr uzaqlığında olduğu soruşulsa, ehtimalla bir neçə metr irəlidə deyərsiniz. Lakin doğru cavab bu deyil. Çünki televizor bir neçə metr irəlinizdə deyil, içinizdə, beyninizdəki hiss mərkəzlərində yaradılan bir görünüşdür. Amma səsin inkişaf istiqaməti və üç ölçülü, dərinlikli görünüşün cəmi sizə televiziyanın oturduğunuz yerdən bir neçə metr uzaqda olduğunu düşündürür. Bu hissiniz elə güclüdür ki, əksini isbat və razısalma üçün -indi olduğu kimi- xeyli şərh etmək lazımdır. Halbuki, burada bəhs etdiyimiz mövzu bir fəlsəfə və ya bir düşüncə sistemi deyil. "Maddi dünya" dünya dediyimiz şeyin, beynimizdəki qəbul mərkəzlərində yaradıldığı bu gün elmin də isbat etdiyi qəti həqiqətdir.
Qarşınızda olduğunu düşündüyünüz televiziya, yanınızda çalınan musiqi, həyəcanını eşitdiyiniz avtomobil, qoxusunu hiss etdiyiniz güllər, görməkdən zövq aldığınız dostlarınız, dadını çox sevdiyiniz dondurma, qısası, bütün maddələr beyninizdə yaranan xəyallardır.
Allah Bilmədən Bir Yarpaq da Düşməz
İndi bu yazını oxumaqda olduğunuzu;
Bir dəqiqə sonra nə edəcəyinizi;
Ağlınızdan keçirdiyiniz şeylərin nə olduğunu;
Həyatınız boyunca görəcəyiniz hər cür işi;
Yalnız özünüzün şahid olduğunu sandığınız hər şeyi;
Allah bilir...
Cəmiyyətin bəzi sektorlarında, yanlış qədər anlayışı hakimdir. Bu yanlış qədər anlayışında Allahın insanlara bir "alın yazısı" təyin etdiyi, amma o insanların bəzən bunu dəyişdirdikləri kimi batil bir inanc vardır. Məsələn, ölümdən dönən bir xəstə üçün "qədərinə qalib gəldi " kimi çox yanlış ifadələrdən istifadə edərlər. Halbuki, kimsə qədərini dəyişdirə bilməz. Ölümdən dönən adam, qədərində ölümdən dönməsi yazıldığı üçün ölməmişdir. "Qədərimi məğlub etdim" deyərək özlərini aldadanların bu cümləni söyləmələri yenə qədərlərindədir.
Şahid olduğumuz ya da olmadığımız hər cür hadisə Allahın elmi və idarəsi altında baş verir.
Qədər Allahın elmidir və bütün zamanları eyni anda bilən və bütün zamanlara və məkanlara hakim olan Allah üçün hər şey qədərdə yazılmış və bitmişdir.
Qeybin açarları Onun yanındadır, Onları yalnız O bilir. O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru şey yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın. (Ənam surəsi, 59)
"Sən pak və müqəddəssən!
Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik.
Hər şeyi bilən, hökm və hikmət sahibi Sənsən"
("Bəqərə" surəsi, 2/32).