Allahın varlığını inkar edən, təsadüfləri ilah edən, döyüşləri, mübarizəni, eqoizmi inkişafın tək yolu olaraq göstərən darvinizm XX əsrdə insanlığa saysız pislik və bəla gətirdi. Darvinizmin açdığı yaraların tamamilə yaxşılaşdırılmasının tək yolu Allahın insanlar üçün rəhbər olaraq endirdiyi Qurana sarılmaqdır.
Darvinist Əxlaqin Gətirdiyi Bəlalar Döyüş, Eqoistlik, Düşmənlik, Dəhşət-qorxu, Xaos-qarışıqlıq, Mərhəmətsizlik-zülm, Qıtlıq-kasıblıq, Mənfəətpərəstlik, Bədbəxtlik-pessimizm, Çirkinlik, Saxtakarlıq, Donuq və mənasız baxışlar, İnsaniyyətsizlik |
Quran əxlaqı XXI əsrdə bütün insanlığa gözəllik və işıqlıq gətirəcək. Vicdanlı və məsuliyyətli türk millətinin şərəfli səyi ilə, dünya darvinizmin əxlaqsızlığından xilas olacaq, Quran əxlaqının gözəlliklərini yaşayacaq.
Quran Əxlaqinin Gətirdiyi GözəlliklərBarış, Fədakarlıq, Sevgi, Güvən, Hüzur, Mərhəmət-şəfqət, Bərəkət-zənginlik, Həmrəylik, Sevinc-optimizm, Estetik, Dürüstlük, İman sevinciylə canlı baxışlar, İnsanlıq. |
Dünya ölkələrindəki müsəlmanların indi düşdükləri qarışıqlıq, ümumiyyətlə ölkələrə hakim olan sabitliksizlik, aclıq və səfalət ortadadır. Türk milləti istər irticanın pəncəsində olan, istərsə də vətəndaş müharibələrilə boğuşan dünya müsəlmanlarını yaşadıqları çətinliklərdən qurtarma vəzifəsini boynuna götürməyə hazırdır.
XXI ƏSR ALLAHIN İCAZƏSİYLƏ İMANLI TÜRK MİLLƏTİNİN BÜTÜN BU PROBLEMLƏRİ DÜZƏLDƏCƏYİ ƏSR OLACAQ! |
1. Çeçenistan: İllərdir günahsız və müdafiəsiz Çeçen xalqı ruslar tərəfindən qətlə yetirilir, bazarlara, xəstəxanalara bombalar yağdırılır.
2. Fələstin: Fələstin xalqı İsrailin işğalçı siyasətinə qarşı illərdir mübarizə aparır. Çox güclü silahlara qarşı daşla, sapandla aparılan bu mübarizə hələ davam edir.
3. Əl-Cəzair: Ölkədə get-gedə şiddətlənən vətəndaş müharibəsidə bu günə qədər bir çox günahsız insan səbəbsiz yerə həbs olundu, işgəncələr gördü, toplama düşərgələrinə bağlanıldı.
4. Filipinlər: Filipinlərdə başa keçən hər rəhbərlik etnik soyqırım törədir. Müsəlmanlar isə ciddi müstəqillik mübarizəsi aparırlar.
5. Şərqi Türkistan: Burada yaşayan Uyğur türkləri kommunist Çin rejiminin şiddətli təzyiqi altındadır. müsəlman xalqı yox etmək üçün toplu şəkildə sonsuzlaşdırmalar, toplu abortlar, hətta nüvə sınaqlar aparılır.
6. Livan: İllərcə davam edən vətəndaş müharibəsi hər azlığın özünə aid kiçik bölgələrdə sıxışıb qalması ilə nəticələndi. Bu döyüş nəticəsində yüz minlərlə ölü, mühacirlər və qanlı bir tarix ortaya çıxdı.
7. Çad: Çad dünyanın ən kasıb ölkələrindən biridir. Baş verən qarşıdurmalar ölkənin vəziyyətini getdikcə daha da çətinləşdirir.
8. Abxaziya: Vətəndaş müharibəsi ilə yanaşı xalq rus əsgəri komandalarının işğalının səbəb olduğu çətinliklər yaşayır.
9. Sudan: Daxili qarşıdurmalar səngimək bilmir. Üsyançılarla mübarizə aparan Sudan xalqı aclıq və səfalət içində həyatını davam etdirir.
10. Kəşmir: Hind rəhbərliyi tərəfindən törədilən vəhşi qırğınlarda on minlərlə kəşmirli müsəlman öldürülmüş, qadınlara təcavüz edilmiş, uşaqlar qətlə yetirilmişdir.
11. İndoneziya: Ölkədə qarşıdurmalar səngimək bilmir, təzyiq və terror sürətlə davam edir.
Bu gün dünyanın dörd bir tərəfindəki müsəlman ölkələri daxili qarşıdurmalarla, döyüşlərlə, azğınlıqlarla və müxtəlif çətinliklərlə mübarizə aparır. Fələstinlisindən azəri türkünə, özbəkindən çeçenə qədər bütün müsəlman xalqları sanki nəfəs almadan kömək əli gözləyirlər. Əsrlərdir İslamın bayraqdarlığını edən müsəlman türk milləti isə müasir, işıqlı və güclü quruluşuyla, mürtəcilikdən və xurafatdan uzaq xalis din anlayışıyla bütün müsəlman ölkələrin problemlərini həll edə biləcək, bu şərəfli vəzifəsini boynuna götürəcək ən uyğun quruluşa malikdir. Yer üzündə əskikliyi hiss edilən ədalətin, sülhün və qardaşlığın təmin edilməsi müsəlman türkün rahatlıqla bacara biləcəyi bir işdir. Türk millətinin İslam əxlaqıyla birləşdirdiyi iman, cəsarət, əzm, səbir, iradə kimi üstün xüsusiyyətləri dünya millətlərinə nümunə olacaq.
Rusiya illərdən bəri bütün dünyanın gözləri qarşısında Çeçen xalqına qarşı çox böyük bir vəhşilik törətmişdir. Yalnız son bir il içində təxminən 45 min vətəndaş və 3 min Çeçen əsgəri həyatını itirmişdir. 500 min insan mühacir vəziyyətinə düşmüşdür və hələ də çox çətin şərtlər altında həyatını davam etdirməkdədir. Edilən məhdud köməklər isə yerinə çatmamaqda, Rus Fövqəladə Halllar Nazirliyi tərəfindən hər cür köməyə qol qoyulmaqdadır.
Yarım əsrdən çox bir müddətdir işğalçı İsrail rəhbərliyinin ağır təzyiqi altında həyatlarını davam etdirməyə çalışan Fələstin xalqı, xüsusilə də son aylarda artan şiddət hadisələrinə görə çox böyük çətinliklər altındadır. Hər gün bir neçə adam -xüsusilə də uşaqlar və gənclər- həyatını itirməkdə, insanlar bombaların altında həyatını davam etdirməyə çalışmaqdadır. İndiyə qədər 100 mindən çox adam ölmüş və 4 milyona yaxın adam mühacir vəziyyətinə düşmüşdür.
İllərdir sürən vətəndaş müharibələrinə görə heç cür sabitlik və hüzura qovuşmamışdır. Sülhün təmin edilməsi vəziyyətində Orta Asiya ölkələri üzərində təsiri olacağı təxmin edilən Əfqanıstandakı bu daxili qarşıdurmalar xarici güclərin təsiriylə davam edir, qadağalar isə ən çox günahsız insanlara təsir edir. Bu qarşıdurmalar nəticəsində 2 milyona yaxın insan həyatını itirmişdir və təxminən 2.5 milyon insan da mühacir vəziyyətinə düşmüşdür.
Dünyanın ən izdihamlı müsəlman ölkəsi olan İndoneziyada daxili qarşıdurmalar şiddətlənərək davam edir. Suharto rəhbərliyi altında çox böyük təzyiqlər görən indoneziyalı müsəlmanlardan yüz minlərləsi həyatını itirdi, minlərlə insan itkin, minlərləsi də mühacir vəziyyətdədir. Daha əvvəl islami bir rəhbərliyə sahib olan müstəqil Aça Sumatra İndoneziya hökuməti tərəfindən işğal edildiyindən bəri ölkədə hadisələr səngimir və ölüm xəbərləri gəlməyə davam edir.
Kəşmirdəki Hind zülmü yarım əsrə yaxındır ki, şiddətlənərək davam edir. Dünyanın ən əhəmiyyətli qızıl, zümrüd və yaqut yataqlarına sahib olan Kəşmir xalqının tək istəyi dinlərini rahatca yaşaya biləcəkləri, uşaqlarını istədikləri kimi öyrədə biləcəkləri, dinc və sülh dolu bir həyatdır. İndiyə qədər təxminən 70 min kəşmirli müsəlman həyatını itirdi, 5000-ə yaxın qadın təcavüzə uğradı və on minlərlə insan mühacir olaraq həyatını davam etdirir.
Azərbaycan torpaqlarının 20%-i hələ də ermənilərin işğalı altındadır. Erməni gücləri tərəfindən çox böyük bir etnik soyqırıma məruz qalan ölkə xalqının, böyük bir hissəsi mühacir vəziyyətindədir. Azərbaycan daxilində yaradılan 50-dən çox immiqrant düşərgəsində 1 milyona yaxın azəri türkü çox böyük yoxsulluqlar, epidemik xəstəliklərlə mübarizə aparır.
Şərqi Türkistandakı müsəlman türk xalqına kommunist Çin rəhbərliyi tərəfindən tətbiq olunan şiddətli işgəncə, təzyiq, insanlıqdan kənar rəftar və haqsız həbslər yarım əsrdən çoxdur davam edir. Yalnız partladılan bomba və termo-nüvə bombardmanı nəticəsində təxminən 250 min adamın qətlə yetirildiyi təxmin edilir. Son 6 ayda 1700 adam güllələndi, 36.000 adam güllələnmək üçün sırada gözləyir.
19 milyonluq ölkə əhalisinin 25/100-ni təşkil edən müsəlmanlar iqtidarı bir zərbə ilə ələ keçərən əsgəri komanda rəhbərliyi tərəfindən çox böyük bir qırğına məruz qaldılar. Bəzən əsgər və polislərin də qatıldığı qırğınlarda çoxlu sayda müsəlman ya güllələnərək ya da bağırsaqları deşilərək, işgəncə ilə öldürüldü.
Rus zülmü altında böyük bir soyqırıma tabe olan müsəlman Çeçen xalqı İsrailin işğalçı siyasəti ilə illərdir mübarizə aparan Fələstin xalqı, Kəşmirdə Hind zülmünə qarşı müqavimət göstərən müsəlmanlar, Çin hökumətinin təzyiqi altında əzilən müdafiəsiz Uyğur türkləri və Kosovada, Bosniyada, Albaniyada, Suriyada, Filipində, Burmada, Əfqanistanda, Çadda, İndoneziyada, Eritreyada illərdir zülm görən günahsız insanlar…
Faşist və kommunist rəhbərliklərin bütün dünya xalqlarına, xüsusilə də müsəlman xalqlara etdikləri insanlıqdan kənar qırğınları bütün dünya səssizcə izləyir. Hər gün qəzetlərdə, televiziyalarda gözü yaşlı analar, kəfənə sarılı körpələr, səfalət içindəki insanlar, şikəstlər, yaralılar iştirak edir. Bəlkə, hər kəs baş verənləri alışdığımız sözlərlə qınayır, bəlkə yaşananların vicdan əzabını çəkir və bu zülmün dayanmasını istəyir. Ancaq həqiqi mənada həll yolu tapan, bu qırğınları dayandıran heç kim yoxdur. Problemlərin əsl qaynağının dinsizlik olduğunu qavrayan türk milləti dünyanı bürümüş xaosun öhdəsindən gələcək yeganə millətdir.
Heç düşündünüzmü? Rusiyada;
Niyə 150 ildir mərhəmət, hörmət bilinmir?
Niyə hörmət, şəfqət, yardımlaşma kimi gözəlliklər yaşanmır?
Niyə insanlar kommunizmin gətirdiyi yoxsulluq və aclıq içində qıvrılırlar?
Niyə Rusiya deyilincə insanların ağılına əxlaqi degenerasiya və səfalət gəlir?
Niyə eyni sistem azğınlaşaraq davam edir?
Dinsizlik bir bəladır. Rusiyada yaşananlar darvinist-materialist fikirlərin səbəb olduğu dinsizliyin, cəmiyyətlərə gətirdiyi bəlalardan yalnız bir neçəsidir.
Tək həll insanların darvinizmin boş sözlərinə qarşı şüurlandırılmaları və Quran əxlaqının yayılmasıdır.
Dünyada əsrlərdir həll edilməyən, hər kəsin də bu şəkildə qəbul etdiyi bir çox problem vardır. Bunlardan biri də kasıblıq, epidemiya xəstəliklər, döyüşlər və müalicə imkanlarının əskikliyi kimi səbəblərlə hər il milyonlarla uşağın həyatını itirməsidir.
UNICEFin 2001 hesabatına görə hər gün 30 min, bir il içindədirsə 11 milyon uşaq önlənə bilər xəstəliklər üzündən ölməkdədir. Bunun yanında hər il qarşıdurmalar və döyüş şərtləri səbəbiylə 20 milyon uşaq evindən uzaqlaşıb, mühacir mövqesinə düşməkdə və çox çətin şərtlər altında həyatını davam etdirmək məcburiyyətində qalmaqdadır. Çoxu beş yaşın altında olan bu uşaqların ölüm səbəbləri isə qida qeyri-kafiliyi, lazımlı müalicəni etdirəcək imkanları olmaması, dərman ehtiyaclarının giderilememesi və çətin həyat şərtləridir...
Ortada çox böyük bir səfalət vardır və lazımlı tədbirlər alınmazsa, bu səfalətin böyük bir sürətlə artmağa davam edəcəyi açıqdır. Yalnız müəyyən günlərdə bu problemi xatırlayaraq ya da yolda qarşılaşılan dilənçi uşaqlara pul verərək bu problemin həll olmayacağı isə ortadadır. Həll üçün yoxsul uşaqların təhsil, sığınma, yemək, sağlamlıq, geyəcək kimi ehtiyaclarını qarşılayacaq sistemli və çox güclü bir iş lazımdır.
Bu isə ancaq Quran əxlaqının tam olaraq yaşanmasıyla mümkün olar. Çünki Allaha iman edən və vicdanıyla hərəkət edən insanlar fədakar, xoşgörüşlü, ədalətli, mərhəmətli və şəfqətli xarakterləri sayəsində ehtiyac içində olan hər insana bütün imkanlarıyla köməkçi olacaqlar. Belə bir mühitdə hər kəs Quranda tövsiyə edildiyi kimi özü ehtiyac içində olduğu halda yeməyini yoxsula və yetimə yedirəcək, özünün bəyənməyəcəyi şeyləri başqalarına verməyəcək, bütün insanları da vicdanlarını istifadə etməyə dəvət edəcək.
Buna görə Quran əxlaqının yaşandığı bir mühitdə həll edilməyəcəyi düşünülən bütün problemlər bir anda ortadan qalxacaq, barış və hüzur dolu yeni bir dünya qurulacaq. Bu şərəfli addımı atan isə əsrlər boyunca dünyaya nizam vermiş iman sahibi türk millətidir.
İndiki vaxtda yoxsulluq yalnız Afrika ölkələrini ya da Cənub Asiyadakı kasıb ölkələri maraqlandıran bir problem olmaqdan çıxmışdır. Dünyanın ən inkişaf etmiş ölkəsi sayılan Amerikada yoxsulluq içində yaşayan uşaqların sayı son 20 ildə 3 qatına çıxmışdır. 1994-cü ildə hər 3 yaşındakı 4 uşaqdan birinin yoxsulluq içində yaşadığı göstərilir. Dünyanın dörd bir tərəfində zibil qarışdıraraq həyatını davam etdirən, çox az pul qarşılığında həyatını təhlükəyə ataraq çalışmaq məcburiyyətində qalan uşaqlar, hər cür ağır şəraitdə çöldə yaşamaq məcburiyyətində qalan evsizlər, aclıqdan qaynaqlanan uşaq ölümləri və bunlar kimi yoxsulluqdan qaynaqlanan bir çox problem bütün dünyanın gündəmində yer tutur.
Bir tərəfdə çox böyük bir zənginlik və rifah yaşanarkən, digər tərəfdə insanların bir parça çörək tapa bilməyib, aclıqdan həyatlarını itirmələri əslində çox düşündürücüdür. Çünki indiki vaxtda dünya əhalisinin 1/5 hissəsini tutan zənginlər dünya qeyri-nizamı nəticəsində 4/5-nü nəzarətləri altında saxlayırlar. Bu, bəzi insanların çox böyük bir zənginlik, rifah içində yaşayarkən, dünyanın çox böyük bir hissəsini təşkil edən kasıbları ehtiyac içində olan günahsız uşaqları görməməzlikdən gəlmələri mənasını verir.
Tək həll Quran əxlaqının insanlar arasında hakim olmasıdır. Allah dünya zənginliklərinin cəmiyyətin çox kiçik bir seqmentində toplanmasını "...Belə ki, aranızdakı zənginlərin var-dövləti olub qalmasın. " (Həşr surəsi, 7) ayəsiylə qadağan etmiş, "Onların mal-dövlətində dilənçinin və yoxsulun payı vardır. (Zəriyət surəsi, 19) ayəsiylə də yoxsullara köməyi əmr etmişdir.