Kainatımız "Böyük Partlayış" (Big Bang) nəticəsində ortaya çıxmışdır. Bu gün bütün elm dünyası bu həqiqət üzərində birləşməkdədir.
Kainatı araşdırsaq, son dərəcə möhtəşəm bir nizam və təfərrüatlı bir dizaynla təchiz olunduğunu görərik. Kainatın sıxlığı, genişlənmə sürəti, ulduz sistemlərinin, qalaktikaların dizaynı, çəkiliş gücləri, orbitləri, hərəkət formaları, sürətləri, ehtiva etdikləri maddə miqdarı -hamısı son dərəcə incə hesablamalar və həssas tarazlıqlar üzərinə qurulmuşdur. Eyni şəkildə kainatda iştirak edən dünyamız, ətrafını bürüyən atmosfer insanın həyatına ən uyğun quruluşdakı yer üzü, bunların hamısı fövqəladə bir dizaynın nümunələridir. Bu hesablarda və tarazlıqlardakı çox kiçik bir oynama bütün kainatın və Yerin darmadağın olmasına kifayətdir.
Yaxşı, böyük bir partlayış nəticəsində belə ətraflı, kompleks və qüsursuz bir nizam və dizayn necə ortaya çıxmışdır?
Bilindiyi kimi partlayışlar nizam deyil, nizamsızlıq, dağınıqlıq və söküntü meydana gətirərlər. Big Bang də bir partlayış olduğuna görə, gözlənilməsi lazım olan, bu partlayışın ardınca maddənin kosmos boşluğunda "təsadüfi" dağılması olacaq. Lakin böyük partlayışın ardınca belə təsadüfi bir dağılma olmamış və maddə kainatın müəyyən nöqtələrində yığılıb qalaktikaları, ulduzları, ulduz sistemlərini, Günəşi, dünyanı və üzərindəki bitkiləri, heyvanları, insanları meydana gətirmişdir. Bu vəziyyət bir buğda ambarına atılan əl bombasının, buğdaları yığıb, nizamlı tayaları bürüyüb üst-üstə yığmasıyla belə qarşılaşdırılmayacaq qədər "möcüzəvi" bir vəziyyətdir.
Bu vəziyyətin bir izahı var: Big Bang kimi bir partlayışın ardınca belə bir nizamın meydana gəlməsi ancaq hadisənin hər anını istiqamətləndirən şüurlu bir müdaxilə nəticəsində reallaşa bilər. Bu da kainatı yoxdan var edən və onun hər anını idarəsi və hakimiyyəti altında saxlayan Uca Allahın yaratmasıdır.
Məşhur bir nəzəri fizika professoru olan Paul Devis:
"Hesablamalar, kainatın genişləmə sürətinin çox kritik bir nöqtədə seyr etdiyini göstərir. Əgər kainat bir az daha yavaş genişlənsə cazibə qüvvəsinə görə içinə çökəcək, bir az daha sürətli genişlənsə kosmik material tamamilə dağılıb gedəcəkdi ... Buna görə kainatın partlama sürəti inanılmayacaq qədər həssas bir qətiliklə təyin olunmuşdur. Buna görə Big Bang hər hansı bir partlayış deyil, hər istiqamətiylə çox yaxşı hesablanmış və təşkil edilmişdir. "(Paul Devis, Superforce: The Search for a Grand Unified Theory of Nature, 1984, səh.184)
Dövrümüzün ən məşhur elm adamlarından Stefen Havking:
"Kainatın genişləmə sürəti o qədər kritik bir nöqtədədir ki, “Big Bang“-dən sonrakı birinci saniyədə bu nisbət əgər yüz min milyon dəfə milyonda bir daha kiçik olsaydı kainat indiki vəziyyətinə gəlmədən içinə çökərdi." (Stefen Hawking, A Brief History of Time, Bantam Press, London: 1988, s. 121-125)
Amerikalı Astronomiya Professoru Corc Qrinşteyn:
"Dəlilləri araşdırdıqca, israrla əhəmiyyətli bir həqiqətlə qarşı-qarşıya gəlirik. (Kainatın meydana gəlməsində) bir fövqəltəbii ağıl -ya da Ağıl- dövrəyə girmişdir." (Corc Qrinşteyn, The Symbiotic Universe, s. 27)
Allah, yeddi göyü və yerdən də onların bənzərini yaratdı. Əmr, bunların arasında dayanmadan enər; sizin həqiqətən Allahın hər şeyə qadir olduğunu və Allahın elmiylə hər şeyi əhatə etdiyini biləsiniz. (Talaq surəsi, 12)
Şəkildəki boş akvariuma canlılıq üçün lazım olan bütün atomları, molekulları, amin turşuları və s. atsanız və nə qədər müddət lazımdırsa o qədər gözləsəniz, bu akvariumda rəngarəng, hər biri bir-birindən gözəl, hər biri fərqli şəkillərə və strukturlara sahib, lazım olduğunda özünü kamuflyaj edə bilən, sualtında rahatca yaşaya biləcəyi strukturlara və orqanlara sahib qüsursuz balıqlar meydana gətirə bilərsinizmi? Əlbəttə ki, xeyr! Hətta dünyadakı bütün elm adamları bir yerə gələrək bütün imkanlarını səfərbər etsələr də, bu boş akvariumda tək bir balıq belə meydana gətirə bilməzlər.
Ancaq darvinistlərə görə, milyardlarla il əvvəl təsadüfən bir yerə gələn bir neçə atom qərara gəlmiş və bu balıqları yaratmışdır.
Şüursuz atomların, bir az zaman verildiyində təsadüflərin köməyiylə möcüzələr yaradacağına inanan darvinizm böyük bir aldatmacadır. Türk milləti iti zəkası və qavrayış qabiliyyəti ilə darvinizmi tarixin zibilliyinə atmışdır.
Darvinistlər hər cür əlverişsiz şərtin tapıldığı bir mühitdə, amonyak, karbon, azot, fosfor kimi cansız və şüursuz atomların təsadüflər nəticəsində bir yerə toplaşdıqlarını və sonra ortaq bir qərara gəldiklərini iddia edirlər. Onlara görə atomlar aldıqları bu qərarı əskiltmədən tətbiq etmişlər və bu cansız dünyanın üzərində təsadüfən ağacları, qarışqaları, tutuquşuları, almaları, tutları, xurmaları, qu quşunu, qırğıları, delfinləri, yosunları, arıları, atları, dovşanları, cökə ağaclarını, jasminləri, çobanyastığıları, təyyarə mühəndislərini, beyin cərrahlarını, genetik mühəndislərini, özünü meydana gətirən atomları araşdıran atom professorlarını meydana gətirmişlər.
Darvinistlər bu ağlasığmaz iddialarını ağır və qarışıq bir üslubla, çoxlu Latınca sözlərdən istifadə edərək izah edirlər. Bu şəkildə iddialarındakı məntiq çöküntüsünü gizlətməyə çalışarlar. Onların vəziyyətindən xəbərsiz olanlar da, bu tilsimli üslubdan təsirlənib, "bunlar nə qədər məlumatlı, üstün insanlar" deyərək, hər dediklərini qeyd-şərtsiz qəbul edirlər.
Halbuki, darvinizmə inanmaq məntiqin, düşünmə qabiliyyətinin, ağlın və qavrayışın tamamilə iflic olması deməkdir. Normal bir insan "daşlar təsadüfən düzülüb, bir göydələni bütün təsisatı ilə birlikdə tikdi" deyərmi? Əlbəttə, deyə bilməz. Darvinistlər isə bundan daha inanılmaz bir iddia etməkdə, şüursuz atomların düzülüb canlandıqlarını və canlı varlıqları meydana gətirdiklərini söyləməkdədirlər.
Təkamül nəzəriyyəsinin iddiası ağılsız, şüursuz atomların zaman içində təsadüflər nəticəsində bir yerə gələrək insanları meydana gətirdiyidir. Bu iddiaya görə, insanın bütün həyati funksiyalarının qaynağı beynindəki hüceyrələr və bu hüceyrələri meydana gətirən şüursuz atomlardır. Buna görə təkamül nəzəriyyəsi zövq alan, düşünən, hiss edən, sevgi duyan, danışanın da yenə bu atomlar olduğunu qarşıya qoyur.
Çox maraqlıdır ki, darvinizmə görə bu gün dünyadakı təxminən 6 milyard insanın hamısının atomları təsadüflər nəticəsində eyni şəkildə qəbul edəcək və eyni zövqləri paylaşacaq şəkildə razılaşmışlar. Məsələn, bir gülün qoxusunu, Kanarya adalarındakı bir insanın atomları da, Sibiryada və ya Pakistanda yaşayan bir insanın atomları da eyni şəkildə qəbul edir. Və hər üçünün atomları da bu qoxudan eyni zövqü alır. Yenə portağal dadı və qoxusu dünyanın hər yanındakı insanlar üçün eyni şəkildədir. Çiyələk eyni qırmızı rəngində, eyni gözəl qoxusundadır. Qarpızın sulu dadı Çində, Yuqoslaviyada, Amerikada, Mauritusda eyni şəkildə tanınır. Dünya tərəfindən tanınan bütün məşhur mahnılar, məsələn, Motsartın məşhur Türk Marşı mövzusunda da bütün atomlar ortaq zövqə malikdir.
Bu nümunələrdən aydın olduğu kimi darvinizm, şüursuz atomların dünya səviyyəsində qoxu, dad, konsistensiya, ləzzət, görünüş mövzusunda razılaşdıqlarını iddia edir. Məhz bu məntiqdən kənar iddialarına görə darvinizm əsla qəbul edilməyən və elm tərəfindən dəstəklənməyən boş sözdür.
Təkamül nəzəriyyəsi yer üzündəki ilk canlının təsadüflər nəticəsində cansız maddələrin bir yerə toplanmasıyla özbaşına yaranan bir hüceyrə olduğunu iddia edir. Amma bu iddia, biologiyanın ən fundamental qanunlarından birinə zidddir: Həyat yalnız həyatdan gəlir, yəni cansız maddə həyat meydana gətirə bilməz.
Cansız maddənin həyat meydana gətirə biləcəyi inancı, əslində bir orta əsrlər xurafatıdır. "Spontane generasiya" adı verilən bu nəzəriyyəyə görə, siçanların buğdadan meydana gəldiyinə, yaxud da böcəklərin yemək artıqlarının içində "öz-özünə" yarandıqlarına inanılmışdır. Darvinin nəzəriyyəsini ortaya atdığı dövrdə isə, mikrobların cansız maddədən öz-özünə meydana gəldiyi sanılmışdır.
Ancaq bu düşüncə, Fransız bioloq Pasterin tapıntıları ilə yıxılmış və Pasterin ifadəsiylə "cansız maddənin həyat meydana gətirə biləcəyi inancı tarixə basdırılmışdır".
Pasterin ardından təkamülçülər yenə də ilk canlı hüceyrənin təsadüfən meydana gəlmiş ola biləcəyi iddiasını davam etdirmişlər. Amma 20. əsr boyunca icra edilən bütün təcrübə və araşdırmalar həmişə müvəffəqiyyətsizliklə nəticələnmişdir. Canlı hüceyrəsinin "təsadüfən" meydana gəlməsi bir tərəfə qalsın, dünyanın ən inkişaf etmiş laboratoriyalarında hüceyrənin şüurlu olaraq meydana gətirilməsi belə mümkün olmamışdır. Necə ki, təkamül nəzəriyyəsinin öndə gedən müdafiəçilərindən Prof. Klaus Dose cansız maddələrin canlılığı meydana gətirdiyini isbat etmək üçün edilən bütün işlərin müvəffəqiyyətsizliklə nəticələndiyini belə etiraf etmişdir:
"…Həyatın mənşəyi mövzusunda otuz ildən çox müddətdir icra edilən bütün təcrübələr həyatın mənşəyi probleminə cavab tapmaqdansa, problemin nə qədər böyük olduğunun qavranmasına səbəb oldu. Hal-hazırda bu mövzudakı bütün nəzəriyyələr və təcrübələr ya bir çıxılmaz tunel içində bitir ya da məlumatsızlıq etiraflarıyla nəticələnir." (Klaus DOSe, The Origin of Life: More Questions Than Answers, Interdisciplinary Science Reviews, cild 13, nömrə. 4, 1988, səh. 348)
Açıqdır ki, bir gül, bir tovuz quşu, bir pələng, bir qarışqa qısacası heç bir canlı, şüursuz və cansız atomların bir yerə gələrək meydana gətirdiyi şüursuz hüceyrələrin iradəsiylə yaranmamışdır. Bu mövzular üzərində dərin araşdırmalar aparan bir elm adamı da, yenə şüursuz atomların əsəri deyil.
Göylərdə və yerdə kim varsa, Ona məxsusdur. Hamısı Ona təzim edir.
Məxluqatı ilk dəfə yoxdan yaradan, sonra onu bir daha təkrarlayan Odur. Bu da Onun üçün çox asandır. Göylərdə və yerdə olan ən uca sifətlər Ona məxsusdur. O, Qüdrətlidir, Müdrikdir. (Rum surəsi, 26-27)
Təkamülçülər həyatın primitiv dünya şərtlərində, ildırımların, yağışların təsiriylə bəzi atomların təsadüfən bir yerə gəlmələriylə meydana gəldiyini iddia edirlər. Bu iddialarına isə Stanley Miller adında bir təkamülçünün təcrübəsini dəlil olaraq göstərirlər. Halbuki, təxminən yarım əsr əvvəl reallaşdırılan bu təcrübənin etibarlı olmadığı, ortaya çıxan yeni elmi tapıntılarla aydın olmuşdur.
Miller primitiv yer atmosferində metan, amonyak və hidrogen qazlarının olduğunu fərz edirdi. Bu qazları bir təcrübə qurğusunda birləşdirdi və bu qarışığa elektrik verdi. Bir həftə qədər sonra da bu qarışığın içində bir neçə amin turşusunun meydana gəldiyini müşahidə etdi.
Miller təcrübəsində, primitiv yer atmosferindəki şərtləri eynilə təmin etdiyini iddia etmişdi. Halbuki, təcrübə bir çox istiqamətdən həqiqətləri əks etdirməkdən çox uzaq idi. Millerin özü də təcrübəsinin həyatın mənşəyini şərh mövzusunda bir məna ifadə etmədiyini etiraf edir. (Earth, "Life's Crucible", fevral 1998, səh. 34) Təkamülçülər, elm dünyasını bir dəfə daha yanıltmağa çalışmışlar, amma yenə müvəffəqiyyətli ola bilməmişdilər…
Solda normal bir meyve sineği, | sağda ise mutasyona uğramış meyve sineği görülmektedir. |
Mutasiyalar, radiasiya kimi xarici faktorlar nəticəsində canlıların genlərində meydana gələn pozulmalardır. Genlərdəki pozulma isə bu canlıda müxtəlif dəyişikliklərə gətirib çıxaracaq, ancaq bu dəyişikliklərin hamısı zərərlidir. Başından ayaq çıxan ağcaqanadlar, beş ayaqlı quzular, alnında göz olan canlılar mutasiyanın zərərli təsirlərinin dəlillərindən yalnız bir neçəsidir. Bundan başqa mutasiyalar insanlarda Mongolizm, Daun Sindromu, Albinizm, cücəlik, Oraq Hüceyrə Anemiyası kimi zehni, fiziki pozulmalara, ya da xərçəng kimi xəstəliklərə də səbəb olur.
Belə zərərli təsirləri olan mutasiyaların kor və şüursuz təsadüflərlə yeni bir canlı meydana gətirdiyini ya da bir canlının xüsusiyyətlərini daha yaxşı hala gətirdiyini, məsələn, ona bir qanad əlavə etdiyini düşünmək bu vəziyyətdə son dərəcə məntiqsizdir.
Məhz təkamülçülərin iddiaları, belə çürük, məntiqsiz və elmilikdən uzaq təməllərə əsaslanır. Təkamülçülərin saxtakarlıqlarının, təhrif etmələrinin tək-tək ortaya qoymaq hər müsəlmanın vəzifəsidir. Elmi həqiqətləri öyrənmək; yalan məlumatlardan, boş sözlərdən təmizlənmək hər kəsin haqqıdır.
Təkamül nəzəriyyəsinə görə, canlılar kiçik və yavaş dəyişikliklərlə bir-birlərindən törəmişlər. Bu ağıl və elmdən kənar iddiaya görə məsələn, milyonlarla il içində yavaş-yavaş dəyişərək balıqlar sürünənlərə, sürünənlər quşlara, meymunlar insanlara çevrilmişlər.
Ancaq qalıq qeydləri təkamül nəzəriyyəsini qəti və açıq şəkildə inkar edir. Çünki əgər təkamülçülərin bu iddiaları doğru olsaydı, bir növ digərinə çevrilərkən, arada "ara-keçid forması" olaraq adlandırılan bəzi qəribə canlılar meydana gəlməli idi. Məsələn, balıqlar milyonlarla il içində sürünənlərə çevrilərkən, iki növün arasında, yarı balıq yarı sürünən xüsusiyyətlərinə sahib milyonlarla qəribə, əcaib canlı meydana gəlməli idi. Və qalıq qeydlərində bu canlıların izlərinə rast gəlinməli idi.
Amma bu gün qalıq qeydlərində ara-keçid forması xüsusiyyəti daşıyan bir canlının da izinə rast gəlinməmişdir. Halbuki, qarışqaların, arıların, quşların, atların, fillərin, dinozavrların, meymunların, timsahların, trilobitlərin, soxulcanların, yarpaqların, dəniz ulduzlarının, insanların milyonlarla qalıqları günümüzə qədər gəlmişdir. Bu xəyali ara-keçid canlılarının bir dənəsinin də qalığının olmaması, bu canlıların heç bir zaman yaşamadıqlarını göstərən əhəmiyyətli bir dəlildir. Bu isə təkamülün heç bir zaman reallaşmadığının açıq bir göstəricisidir.
Resimlerde milyonlarca yıl öncesine ait bir grup balık ve denizyıldızı fosili sağda görülmektedir. |
Təkamülçülərin iddialarına görə, canlılar kiçik-kiçik dəyişiklərlə başqa canlılara çevrilmişlər. Bu iddiaya görə, məsələn, bir dəniz ulduzu, balıq olmadan əvvəl, bir qismi balıq bir qismi dəniz ulduzu olan mərhələlərdən keçmişdir.
Ancaq təkamülçülərin bu iddialarının tamamilə boş söz olduğu bu gün elmi olaraq isbat edilmişdir. Çünki təkamülçülərin keçmişdə yaşadığını iddia etdiyi, bu yarı dəniz ulduzu yarı balıq xəyali canlıların bu günə qədər tək bir qalığı belə tapıla bilməmişdir. Halbuki, belə bir canlı yaşamış olsaydı bu günə qədər minlərlə qalığının tapılması lazım idi. Necə ki, bildiyimiz dəniz ulduzlarına və yenə bildiyimiz balıqlara aid yüz minlərlə qalıq əlimizdə mövcuddur.
Köhnə dövrlərdə yaşamış canlıların qalıqlarını araşdıran qalıq elminin çatdığı nəticələr, Darvinin təkamül nəzəriyyəsinə böyük bir elmi zərbə endirmişdir.
Qalıq tapıntıları məlum bütün təməl canlı qruplarının, dünya üzərində eyni geoloji dövrdə birdən ortaya çıxdıqlarını göstərir. Elm adamlarının "filim" adını verdikləri bu təməl canlı qrupları, "Kembri dövrü" adı verilən və yaşı 530-520 milyon il olaraq hesablanan dövrdə birdən ortaya çıxıblar.
Kembri dövrünün əvvəlində yalnız bir neçə sadə və bənzər canlı qrupu yaşayarkən, Kembri dövründə, molyuskalar, soxulcanlar, başıayaqlılar, buğumayaqlılar, onurğalılar kimi təxminən 100 fərqli təməl canlı sinfi bir anda ortaya çıxmışdır.
Canlıların addım-addım bir-birlərindən təkamülləşdiklərini iddia edən darvinizm Kembri dövründə yaşanan bu fövqəladə hadisə qarşısında çarəsizdir. Bu cür fərqli canlıların birdən ortaya çıxmalarının çox açıq bir yaradılış dəlili olduğu ortadadır. Buna görə təkamülçü qalıq alim Jeffrey S. Levinton, da "Kembri dövründə çox xüsusi və sirli bir Yaradıcı gücün varlığını görürük" deyərək bu mövzuda etirafıda var. (Scientific American, noyabr 1992)
Darvin kitabında (Növlərin Mənşəyi) "əgər eyni sinfə aid çoxlu sayda növ həqiqətən həyata bir anda və birlikdə başlamışsa, bu təbii seleksiya ilə ortaq atadan təkamülləşmə nəzəriyyəsinə öldürücü bir zərbə olardı" (Charles Darvin, The Origin of Species: A Facsimile of the First Edition, Harvard University Press, 1964, səh. 302)- deyə yazmışdır.
Günümüzdən təxminən 530 milyon il əvvəlki Kembri dövründə, 60-ı aşan fərqli hevyan həyata BİR ANDA və BİRLİKDƏ başlamışdır. Bu, Darvinin "öldürücü zərbə" olaraq təsvir etdiyi tablonun özüdür.
Bu dövrdə yaşayan trilobitlər isə sahib olduqları kompleks orqanları ilə Darvinin nəzəriyyəsinə, qorxduğu öldürücü zərbələrdən bir başqasını daha endirmişdir.
Trilobitlər qalıq tapıntılarında rast gəlinən ilk canlılardandır və son dərəcə kompleks gözləri vardır. Yüzlərlə pətəkdən və bəzilərində minlərlə linzadan yaranan trilobit gözləri, tam bir dizayn möcüzəsidir. Harvard, Roçester və Çikaqo Universitetlərindən geologiya professoru Devid Raup; "Trilobitlərin gözü, ancaq günümüzün yaxşı təhsil almış və son dərəcə qabiliyyətli bir optik mühəndisi tərəfindən inkişaf etdirilə biləcək bir dizayna sahib idi" (David Raup, Conflicts Between Darvin and Paleontology, Field Museum of Natural History, 50-ci cild, yanvar 1979, səh. 24)-deyə bildirir.
Bu canlıların birdən, çox inkişaf etmiş orqanları ilə meydana çıxmaları Darvinin nəzəriyyəsini tarixin dərinliklərinə basdırmağa kifayətdir.
Trilobitlər haqqında ifadə edilməli bir başqa mövzu da, bu canlılardakı 530 milyon illik pətək göz sisteminin bu günə qədər heç dəyişilmədən gəlməsidir; arı ya da iynəcə kimi günümüzdəki bəzi böcəklər də eyni göz quruluşuna malikdir. Bu tapıntı təkamül nəzəriyyəsinin canlıların primitivdən kompleksə doğru inkişaf etdiyi istiqamətindəki iddiasına da yenə "öldürücü bir zərbə" endirir.
Evrimci sahtekarlıklara bir örnek: Piltdown Adamı kafatası |
Tam 150 ildir, təkamül nəzəriyyəsinin doğru olduğunu göstərən tək bir dəlil də tapılmadı. Elmi araşdırmalar yaxud, aparılan qazıntılar təkamül nəzəriyyəsinin çətinliklərini göstərməkdən başqa bir işə yaramadı. Ancaq Darvinistlər bu zərbələr qarşısında qorxmadılar, boş dayanmadılar və davamlı "saxta dəlillər" çıxardılar!
Piltdaun Adamı qalığı bu saxta dəlillərdən yalnız biridir. 1912-ci ildə İngiltərədə olan Piltdoun kəlləsi tam 40 il boyunca müxtəlif muzeylərdə sərgiləndi və bütün dünyaya "insanın təkamülü" iddiasının ən böyük dəlili olaraq təqdim edildi. Ancaq həqiqətdə qalıq, təkamülçülər tərəfindən edilmiş elmi bir saxtakarlıqdan ibarət idi. Oranqutan çənə sümüyü ilə insan kəlləsi bir-birinə əlavə olunmuş və bəzi kimyəvi əməliyyatlarla bu saxta kəlləyə köhnə bir qalıq görünüşü verilmişdi. Bu kəllə üzərində aparılan təfərüatlı araşdırmalar, Piltdoun Adamı qalığının bir saxtakarlıq məhsulu olduğunu 1953-cü ildə qəti olaraq ortaya çıxardı. Darvinistlərin çıxardıqları bu saxta qalıq həm 40 il boyunca sərgiləndiyi muzeydən, həm də elm ədəbiyyatından tamamilə çıxarıldı.
Təkamülçülər elmi baxımdan aldıqları bu açıq zərbələrə baxmayaraq saxtakarlıqlara müraciət etməkdən, müxtəlif təbliğat və təlqinlərlə insanları aldatmağa çalışmaqdan imtina etmədilər. Lakin elmi inkişaflarla təkamül nəzəriyyəsinin problemlərinin bir-bir ortaya çıxması bu böyük aldatmacanın da sonu oldu. Hal-hazırda əsas vəzifəmiz bu sonun bütün dünya insanlarına çatdırılmasıdır.
Tarix: 1922 |
Türk milləti bu tarixi vəzifəyə başlamışdır. Bütün dünyaya bu aldatmacaya son qoyulduğunu çatdırmaqda və yeni bir dövrün başlamasına vəsilə olmaqdadır.
Piltdoun qalığı tapılar-tapılmaz bir çox qəzet qalıq haqqında odlu başlıqlar yazdı. Üstdə yer alan "Darvinin Nəzəriyyəsi İsbat edildi" başlığı Londonda çıxan əhəmiyyətli qəzetlərdən birinə aiddir. İnsanlar bu yalanlarla uzun müddət aldadıldılar. Ancaq tam 40 il sonra bu qalığın böyük bir saxtakarlıq olduğu ortaya çıxdı.
Amerikan Təbiət Tarixi Muzeyi Müdiri Henry Fairfield Osborn, Qərbi Nebraskada bir azı dişi qalığı tapdı.
Osborna görə bu diş insan və meymun xüsusiyyətlərinə sahib bir canlıya aid idi.
Bu tək dişə əsaslanaraq Nebraska Adamı adı verilən canlının kəlləsinin və bədəninin şəkilləri düzəldildi.
Hətta bu tək dişə baxılaraq Nebraska Adamının yoldaşının və uşaqlarının ailə tərəfindən xəyali şəkilləri belə çəkilib nəşr olundu.
Ancaq 1927-ci ildə skeletin o biri parçaları da tapıldı.
Tapılan yeni parçalardan aydın oldu ki, bu diş nə bir meymuna nə də bir insana aid idi. Diş nəsli kəsilmiş bir donuz növünə aid idi.
Beləcə təkamülçülər tərəfindən bir dişə əsaslanaraq düzəldilən bütün saxtakarcasına şəkillər və hiyləgər iddialar dəf edildi.
Təkamülçülərin bu kimi saxtakarlıqlarına, boş sözlərinə dayan demənin və həqiqətləri öyrənmənin yolu doğru məlumat əldə etməkdən keçir.
EVRİMCİ GAZETELERİN HEZEYANI Piltdown fosili bulunur bulunmaz, pek çok gazete fosil hakkında ateşli başlıklar attı. Üstte yer alan "Darwin'in Teorisi İspatlandı" manşeti, Londra'da çıkan önemli gazetelerden birine ait. İnsanlar bu yalanlarla uzun süre aldatıldılar. Ancak tam 40 yıl sonra bu fosilin büyük bir sahtekarlık olduğu ortaya çıktı. |
SGERÇEĞİ YOK SAHTESİNİ VERELİM! Evrimciler 150 yıldır, evrim teorisini kanıtlayan bir tane bile fosil bulamamışlardır. Ancak, doğada bulamadıklarını, atölyelerde üretmekte hiçbir sakınca görmemişler ve halkı bu şekilde aldatacaklarını sanmışlardır. |
Evrimciler, insanların maymunlarla ortak bir atadan evrimleştiğini ileri sürerler. Ancak akıl dışı iddialarını destekleyecek tek bir bilimsel delilleri dahi yoktur. Bu yüzden, her konuda olduğu gibi bu konuda da, göz boyama ve propaganda yöntemlerini kullanırlar.
Evrimcilerin en çok başvurdukları yöntemlerden biri, insanın atası olarak gösterdikleri maymun kafataslarını, yarı insana benzeyen maketlere dönüştürmektir. Aradıkları yarı maymun yarı insan fosilleri bulamayınca, yarı insan yarı maymun maskeler üretir ve evrimi telkin yoluyla kabul ettirmeye çalışırlar. Gazetelerde, dergilerde rastladığınız bu çizim veya maketlerin tamamı, evrimcilerin hayal güçlerine dayalı olarak sanatçıların ellerinde oluşturulur.
21. yüzyıl Darwinizm'in tüm sahtekarlıklarının sonu olacaktır.
Darvinistlər nəzəriyyələrini dəstəkləyəcək elmi dəlillər tapmaq mövzusunda son dərəcə müvəffəqiyyətsizdirlər. 150 ildir, təkamül nəzəriyyəsini dəstəkləyən bir tək dəlil də tapa bilməmişlər.
Ancaq təkamülçülər bir mövzuda çox müvəffəqiyyətlidirlər: Təbliğat!
a) S. 30 Riçard Leakey və Rocer Levinin "Origins" adlı kitabındakı şəkli (1977) | d) Dr. K. P. Oakley için Maurice Wilson tarafından çizilmiştir. |
Darvinistlər xəyal güclərini istifadə edərək çox əhatəli təbliğat vasitələri çıxarırlar. Bu vəsaitlərin ən əhəmiyyətliləri isə "bərpa" adı verilən saxta şəkil və maketlərdir. Qəzetlərdə, jurnallarda, filmlərdə tez-tez gördüyünüz "meymun adamlar"ın hər biri bir bərpadır. Təkamülçülərin istifadə etdikləri bu materialların heç biri elmi deyil, tamamilə xəyalidir. Çünki;
* Keçmişdə yaşamış insanlara aid qalıqlar çox az saydadır və bunlara əsaslanaraq qəti nəticələr çıxarmaq mümkün deyil.
*Həmçinin, bir canlının qalığında yalnız sümüklərinin qalıqları olar. Sümük qalıqlarına baxılaraq isə, bir canlının "yumşaq toxumaları", məsələn dərisi, qulaqları, burnu, dodaqları və ya saçları müəyyən edilə bilməz.
Amma təkamülçülər bu həqiqəti görməzliyə vurarlar, qalıq tapıntılarını təkamül inancına uyğun şəkildə xəyallarında canlandıraraq çəkirlər. Harvard Universitetindən Earnst A. Hooten, bu mövzuda belə bir xəbərdarlıq edir:
"Yumşaq qisimlərin təkrar inşası çox riskli bir cəhddir. Dodaqlar, gözlər, qulaqlar və burun kimi orqanların altlarındakı sümüklə heç bir əlaqələri yoxdur. Məsələn, bir Neandertal kəlləsi eyni şərhlə bir meymuna və ya bir filosofa bənzədə bilərsiniz. Köhnə insanların qalıqlarına əsaslanaraq düzəldilən canlandırmalar dərhal heç bir elmi dəyərə sahib deyil və cəmiyyəti istiqamətləndirmək məqsədiylə istifadə edilir…" (Earnest Hooten, Up From The Ape, NewYork: McMillan, 1932, səh. 332)
Aydın olduğu kimi təkamülçülər yalnız öz xəyallarında mövcud olan, həqiqətdə heç yaşamamış bu canlıları, təbliğat üsullarıyla canlandırar və cəmiyyətə "məhz bu sizin atanız" deyərlər.
Ancaq XX və XXI əsrlərdə baş verən elmi inkişaflar darvinizmin maskasını salmışdır və həqiqətləri bütün çılpaqlığı ilə ortaya çıxarmışdır. Buna görə darvinistlər artıq insanlığı aldada bilməyəcək.
Ota Benga, Darwinistler'in |
OTA BENGA Kongolu bir yerli idi, evli və iki uşaq atası idi. 1904-cü ildə Samuel Verner adında təkamülçü bir araşdırmaçı tərəfindən "tutularaq" Amerikaya gətirildi. Buradakı təkamülçü elm adamları, onu müxtəlif meymun növləriylə birlikdə qəfəsə qoyaraq "insana ən yaxın ara-keçid forması" olaraq nümayiş etdilər. Daha sonra isə Nyu Yorkda bir zooparkında bir neçə şimpanze, qorilla və oranqutan ilə birlikdə "insanın köhnə ataları" adı altında eyni qəfəsdə nümayiş etdirdilər. Ota Benga heyvan rəftarına dözməyərək bir neçə il sonra intihar etdi.
Darvinistlər yalnız Ota Bengaya deyil, daha bir çox irqdən insana, nəzəriyyələrini isbat etmək uğrunda, oxşar əziyyətlər tətbiq etdilər. Məsələn, Aborigen yerlilərini öldürərək, kəllələri muzeylərində "insanla meymun arasındakı ara-keçid forması" olaraq sərgilədilər. Darvinistlər aşağı irq olaraq gördükləri aborigenləri, təkamülün "aşağı olanlar yox olacaq" qanununa uyğun gələrək yox etməyə başladılar. Nəşr etdikləri broşuralarda "Avstraliya Heyvanları" olaraq təyin etdikləri aborigenləri öldürdükdən sonra kəllələri stansiyaya oxşar yerlərin qapılarından asaraq sərgilədilər. Bir qismini isə zəhərli çörək verərək yox etdilər. Avstraliyanın bir çox bölgəsindəki Aborigen məskunlaşma vahidləri 50 il içində vəhşi üsullarla ortadan qalxdı. 100 min uşaq ailəsindən qaçırıldı. Bu gün isə Aborigen yerliləri hələ Avstraliyada digər irqlərlə bərabər haqlara sahib ola bilmək üçün cəhdlərinə davam etməkdədir.
Fərqli irqləri, xəstələri, zəifləri, kasıbları, üzrlüləri aşağı növlər olaraq görən və insanlara ideologiyaları uğruna heyvan kimi davranan darvinist düşüncənin iç üzü mütləq açılmalıdır. Elmi olduğunu iddia etdikləri nəzəriyyələrinin etibarsızlığı da bütün dünyaya izah edilməlidir. Sülh, dinclik, qardaşlıq, sevgi, mərhəmət və fədakarlıq ancaq o zaman dünyaya hakim olacaq…
9 EYLÜL 1906 YILINA AİT GAZETE KÜPÜRLERİ SOLDAKİ KÜPÜR: "Güney Afrikalı yerli, Bronx Park Maymunları ile aynı kafese kondu. |
Təkamül nəzəriyyəsinin ən əhəmiyyətli problemlərindən biri dörd ayaqlı və əyik meymun gedişinin necə olub da iki ayaqlı dik insan gedişinə çevrildiyi sualıdır. Aparılan elmi araşdırmalar bu çevrilmənin qeyri-mümkün olduğunu göstərir. Bu mövzuyla əlaqədar ən son elmi nəticələr belədir:
Təkamülçülər meymunların əyik və dörd ayaqlı gedişinin pilləli olaraq insanın dik və iki ayaqlı gedişinə doğru təkamül keçirdiyini iddia edirlər. Halbuki, qalıq qeydləri insan ilə meymun yerişi arasında bir hərəkət şəklinə sahib bir canlının heç bir zaman yaşamadığını göstərir.
1996-cı ildə insanın iki ayaqlı gedişi mövzusunda araşdırmalar aparan ingilis mühəndisi Robin Krompton meymun yerişi ilə insan yerişi arasında bir hərəkət şəklinin qətiyyən mümkün olmadığını ortaya qoymuşdur.
Canlıların dik və əyri duruşlarının təsbiti üçün elm adamları daxili qulaq analizini istifadə edirlər. Bütün kompleks quruluşlu canlıların daxili qulaqlarında bədənin yerə görə mövqeyini təyin edən "ilbiz" adlı bir orqan olur. İngilis araşdırmaçı Fred Spoor insanın atası olaraq göstərilən canlıların ilbizlərini araşdırmış və bu nəticəyə gəlmişdir: Bunların bir qismi günümüzdəki meymunlar kimi əyik dayanan meymunlardır. Digərləri isə dik dayanan normal insanlardır. Yəni insanla meymun arasında bir duruşa sahib bir canlı heç zaman yaşamamışdır.
İnsanla meymun arasındakı böyük uçurum yalnız duruşlarından və yeriş şəkillərindən qaynaqlanmır. Bu iki canlı növü arasındakı beyin tutumu, danışıq qabiliyyəti, mühakimə, qərar alma, mədəniyyət meydana gətirmə kimi əhəmiyyətli fərqliliklər təkamülçülər tərəfindən heç vaxt açıqlanmamışdır. Müasir dövrün öndə gedən təkamülçülərindən Rocer Levin bu mövzuda belə bir etirafı da var:
"Fiziki mənada insanın təkamülü haqqındakı hər hansı bir nəzəriyyənin güclü çənələri və iri kəsici dişləri olan və bizdən dörd qat sürətli qaçan meymuna bənzər bir atanın necə yavaş-yavaş, iki ayaqlı bir heyvana çevrildiyini açıqlaması lazımdır. Bu güclərə ağlı, danışmağı və əxlaqı əlavə edin; bunların hamısı təkamül nəzəriyyəsinə qarşı çıxmaqdadır." (John Peet, The True History of Mankind, www.pages.org/uk/org/bcs)
Məhz sizin televiziya proqramlarında, elmi məzmunlu jurnallarda və ya bir universitet mühazirə çıxışlarında danışıqlarına, yazılarına və ya şərhlərinə rast gəldiyiniz təkamülçü elm adamları çoxlu Latınca sözlərdən istifadə edərək təkamül haqqında saatlarla danışarlar. Ancaq xalqın "ağır elmi bir üslubu" anlamamasından faydalanaraq heç bir məlumat verməz, davamlı şəkildə demaqoqluq edərlər. Təkamüllə əlaqədar ən sadə və ən fundamental sualları isə qətiliklə cavablandıra bilməzlər. Çünki təkamül heç zaman reallaşmamışdır. Və olmayan bir şey izah edilə bilməz.
Tətilə gedərkən mətbəxinizdə buraxdığınız çörəyi tətildən döndükdən sonra eyni halda görməzsiniz. Çörək zamanla pozulmuş, çürümüş və yox olmağa başlamışdır.
Ən sevdiyiniz paltarınız illər sonra köhnələr, ilk satın aldığınız halından olduqca fərqli bir şəklə düşər.
Evinizə yeni aldığınız mebellərin parçası bir müddət sonra köhnəlir. Aylar, illər keçdikdən sonra mebellərin köhnəsindən daha da yenilənmiş, daha baxımlı bir hala düşməsi, əlbəttə, gözlənilmir.
Məhz bütün bunlar fizikanın ən fundamental qanunlarından biri qəbul edilən "Termodinamikanın İkinci Qanunu"nun təsirləridir. Bu qanun kainatdakı hər şeyin təbii halına buraxıldığında zamanla əlaqəli olaraq pozulmağa doğru gedəcəyini söyləyən bir qanundur.
XX əsrin ən böyük elm adamlarından biri olan Albert Eynşteyn bu qanunu "Bütün elmlərin birinci qanunu" olaraq təyin etmişdir.
Albert Einstein |
1.5 əsrdir insanlığı aldadan təkamül nəzəriyyəsi isə bu qanunu göz görə-görə rədd edir. Hətta tam tərsini iddia edərək, cansız atom və molekulların zaman içində "təsadüflərlə" bir yerə gələrək nizamlı zülalları, DNT, RNT kimi molekulyar strukturları meydana gətirdiyini söyləyir. Bunların, daha sonra milyonlarla canlı növünü təsadüfən ortaya çıxardıqlarını irəli sürür. Təkamülə görə bütün bu sayılanlar hər mərhələdə daha nizamlı, daha planlı inkişaf etmişdir. Bu da Termodinamikanın İkinci Qanununun ortaya qoyduğu elmi həqiqətlərə tamamilə zidddir.
Təkamülçü bir elm adamı olmasına baxmayaraq təkamülün termodinamik problemini dilə gətirən Rocer Levin Science jurnalında nəşr olunmuş bir məqaləsində belə qeyd edir:
"Bioloqların qarşılaşdıqları problem təkamülün Termodinamikanın İkinci Qanunuyla olan açıq ziddiyyətidir. Sistemlər zamanla daha nizamsız strukturlara doğru pozulmalıdırlar". (Roger Lewin, "A Downward Slope to Greater Diversity", Science, 217-ci cild, 24 sentyabr 1982, səh. 1239)
Qısası, insanlıq 150 ildir fizika qanunlarına zidd bir iddia ilə qarşı-qarşıyadır. Bu əsassız iddianın etibarsızlığını tam mənasıyla qavramaq isə yaşadığımız əsrdə ağıl və bəsirət sahibi millətimizin də iştirakıyla reallaşacaq.
Darvinizm ilə elm mübarizəsi aparmaq mümkün deyil. Çünki Darvinizm elm və məntiqi qəbul etməyən, inanılması qeyri-mümkün boş sözləri gözü bağlı mənimsəyən, ağlasığmaz möcüzələrə inanan azğın bir dindir.
Bu dinin ilahı "təsadüf"dür. Darvinizmi müdafiə edənlər kainatdakı hər şeyi, qalaktikaları, ulduzları, günəşləri, planetləri təsadüflərin meydana gətirdiyinə inanarlar. Eyni şəkildə Dünyanın, Dünya üzərindəki canlı cansız bütün varlıqların "təsadüf"ün əsəri olduğunu iddia edərlər. Bu din keçmiş dövrlərdən qalma əfsanələrdə iştirak edən azğın inanclara malikdir. Məntiqsiz və inanılması qeyri-mümkün hadisələrin möcüzəvi şəkildə meydana gəldiyini və bunun sayəsində bütün varlıqların meydana gəldiyini müdafiə edir.
Məsələn; mikrobioloqlar darvinistlərə bir zülalın təsadüfən meydana gəlmə ehtimalının 1/10950, yəni qətiliklə qeyri-mümkün olduğunu söylədiklərində darvinistlər, "olsun təsadüf bunu bacarar" deyərlər.
Paleontoloqlar, "ara-keçid formalarına aid bir qalıq da yoxdur, canlılar bütün dövrlərdə ən son hallarıyla birdən-birə yaranmışlar" dediklərində də darvinistlər, "olsun təkamül yenə də oldu"-deyə yola verərlər.
Darvinistlərə 100 milyon illik Homo sapiens (müasir insanı) qalığı göstərsəniz, onlar yenə də insanın heyvanlardan təkamülləşərək törədiyinə inanmağa davam edərlər.
Bu bir neçə nümunədən aydın olduğu kimi elmi məlumatlar və məntiqli şərhlər darvinistlərə təsir etməz. Onlar hər nə olursa olsun təkamül nəzəriyyəsini qorumağa, kor-koranə bu nəzəriyyənin arxasından süründürülməyə davam edərlər.
Şübhəsiz, ağlı, məntiqi və elmi gerçəkləri rədd edən belə azğın bir inancla, elm və məntiq yoluyla mübarizə aparmaq lazımlı nəticəni verməz.
"Qeyri-mümkünə inanaram" düsturu ilə yaşadılan bu batil dinlə, fəlsəfi sahədə mübarizə əsasdır.
Darvinistlərin məntiq pozuqluqlarının və qavrayış əskikliklərinin ortaya çıxarılması ilə bu batil inanc tarixə basdırılacaq.
Darvinistlər son dərəcə kompleks cümlələr, başa düşülməsi çətin ifadələr, çoxlu Latınca sözlərdən istifadə edərək, inanılması qeyri-mümkün iddialarda olarlar. Bu iddialarını isə soyuq görünüşlü cildli kitablarda izah edərlər. Onların cild-cild kitablarda izah etdiklərinin qeyri-mümkünlüyünü göstərmək üçün bir paraqraf yazı yetər.
Darvinistlərin iddiaları köhnə zaman nağıllarına bənzəyir. Darvinistlərin izah etdikləri bir nağıla görə 5 milyard il əvvəl, daşları, qayaları meydana gətirən milyonlarla şüursuz və məlumatsız atom "təsadüfən" bir yerə toplaşaraq bir yığıncaq qurdular. Bu yığıncaqda isə "təsadüfən" çox böyük və əhəmiyyətli qərarlar verildi. Kor, şüursuz atomların verdikləri qərarlar xülasəylə digər səhifədə göründüyü kimi idi.
"Biz, "tesadüfler" şeklinde, sürekli birbirimizle karşılaşalım. Her tesadüfi buluşmamızda, eğer ortaya "tesadüfen" işe yarar bir şey çıkarsa, yeni tesadüflerin oluşarak bunu tesadüfen daha da geliştirmesini bekleyelim. Birkaç milyar yıl içinde tesadüfen proteinleri, hücreleri, henüz ne işe yarayacağını bilmediğimiz gözü, karaciğeri, kalbi, deriyi, saçları, beyni, gülleri, karanfilleri, ceylanları, balıkları, tavus kuşunun tüylerini, kedileri, leylakları, selvi ağaçlarını, mis gibi kokan çileği oluştururuz. Biraz daha gayret edersek bizi inceleyecek olan atom fiziği profesörlerini, üniversite öğrencilerini, Einstein'ları, Leonardo da Vinci'leri, imparatorları da meydana getiririz." |
Yandakı izahat darvinist nağılın bir xülasəsidir. Belə bir boş sözə əslində cavab verilməz. Bu, bir uşağa qurbağanın niyə şahzadəyə çevrilə bilməyəcəyini izah etməyə çalışmaq kimi bir şeydir. Ancaq bu qeyri-mümkün ssenarilərə inananlar olduğu müddətdə darvinizmin məntiqsizliyini səbirlə izah etmək lazımdır.
XXI əsr XIX əsrdə yaranan bu məntiq çöküşündən insanların qurtulduğu, doğruların və ağlın hakim olduğu bir dövr olacaq. Türk milləti hər dövrə damğasını vuran ağılı, bəsirəti və yüksək fikirliliyi ilə bu əhəmiyyətli inkişafda rəhbər olacaq.
De: “Allahdan başqa yalvardığınız şəriklər haqda düşündünüzmü? Bir mənə göstərin görüm, onlar yer üzündə nəyi yaradıblar? Yoxsa onların göylərin yaradılmasında şərikliyi var?” Yaxud onlara bir kitab vermişik, onlar da ondakı dəlilə istinad edirlər? Xeyr! Zalımlar bir-birinə ancaq yalan vəd verirlər. (Fatir surəsi, 40)
"Biz "təsadüflər" şəklində, davamlı bir-birimizlə qarşılaşaq. Hər təsadüfü görüşməmizdə, əgər ortaya "təsadüfən" işə yarayan bir şey çıxarsa, yeni təsadüflərin meydana gələrək bunu təsadüfən daha da inkişaf etdirməsini gözləyək. Bir neçə milyard il içində təsadüfən zülalları, hüceyrələri, hələ nə işə yarayacağını bilmədiyimiz gözü, qaraciyəri, ürəyi, dərini, saçları, beyni, gülləri, qərənfilləri, ceyranları, balıqları, tovuz quşunun tüklərini, pişikləri, yasəmənləri, sərv ağaclarını, xoş ətir yayan çiyələyi meydana gətirərik. Bir az daha cəhd göstərsək bizi araşdıran atom fizikası professorlarını, universitet şagirdlərini, Eynşteynləri, Leonardo da Vinçiləri, imperatorları da meydana gətirərik."
Darvinist biologiya professoru universitetin biologiya laboratoriyasına girdi. İnsanın quruluşunda olan mineralların hər birinin ayrı-ayrı kavanozlarda dayandığı rəfin önünə gəldi və hər qabdan bir parça mineral alıb ovucuna qoydu. Minerallara baxaraq, "İlk atalarım olan bu maddələr təsadüflərin ard-arda gəlməsiylə milyardlarla ilin sonunda məni və digər professor yoldaşlarımı meydana gətirdilər. Biz bunları ilıq su dolu bir qaba qoyub qarışdırsaq bir neçə milyard il sonra, meydana gələn təsadüflərin nəticəsində kim bilir nə dosent, professorlar meydana gələr"- deyə ürəyindən keçirdi...
Oxuduğunuzda sizə son dərəcə məntiqsiz gələn, hətta kiçik uşaqları belə güldərəcək bu məntiq, əslində darvinist zehniyyətin təməlini meydana gətirir. Böyük professorların, dosent, təhsil işçilərinin, tədqiqatçıların belə bir məntiqə inanması isə, şübhəsiz, heyrət vericidir.
Darvinizm cadusu ağıllı və inanclı Türk millətini heç bir dövrdə təsiri altına ala bilməmişdir və ala bilməyəcək də. Türk milləti başlatdığı elmi və mədəni işlər ilə bütün dünyanı bu sehrin təsirindən qurtarmağa iddialıdır.
İşdən sonra evinizə gəlib, hər gün təsvirlər etdiyiniz masanın üzərindəki kağızda "Heç bir şey təsadüfən meydana gələ bilməz" yazısını görsəniz, ağılınıza nə gəlir?
Belə bir vəziyyətdə "Masamın üzərindəki mürəkkəb küləyin təsiriylə aşıb təsadüfən kağızın üzərində 26 hərfdən yaranan bu cümləni meydana gətirmişdir" deyə düşünərsinizmi?
Əlbəttə, belə bir şey düşünməzsiniz. Hətta bu yazının təsadüfən meydana gəldiyini iddia edən bir adam görsəniz, onun ağlından şübhə edərsiniz.
Əgər hər hansı bir yerdə ən kiçik bir dizayn və ya planlı bir hərəkət varsa, orada mütləq bir ağıl sahibinin izləri vardır. Heç bir ağıl məhsulu təsadüfən meydana gəlməz. Bir kağızın üzərinə nə qədər mürəkkəb töksəniz tökün əsla təsadüfən yaranan bir söz görə bilməzsiniz.
Ancaq çox maraqlıdır ki, mürəkkəblərin aşıb 26 hərflik bir cümlə meydana gətirə bilməsinin qeyri-mümkün olduğunu bir söyləyən bəzi kəslər DNT kimi 3 milyard hərflik məlumat ehtiva edən bir molekulun təsadüflər nəticəsində meydana gəldiyi aldatmacasını qəbul edə bilir. Məhz bu, darvinizm boş sözünün səbəb olduğu bir məntiq məğlubiyyətidir.
Artıq dünya insanlarının xurafatlarla aldadılma dövrü bitmişdir. Çünki ilk dövrdən bu yana canlılığın yaranmasını təsadüflərlə izah etməyə çalışan bütün elmdən kənar inanclar bir-biri ardına tarixin dərin qaranlıqlarında itib getmişdir.
Darvinizmin də bu elmdən kənar Şumer ya da Misir inanclarından heç bir fərqi yoxdur. Eyni tilsimli sözlər, məntiqdən kənar nəticələr, cadulu bənzətmələr Darvinizm üçün də etibarlıdır. Bu inanclar necə ki, yox oldu, darvinizm dini də tarixə basdırılacaq. XXI əsr gerçəyin, doğruların, ağılın və elmin çağı olacaq.
Şumer inancları: İlk canlılıq bir su qarışıqlığından ortaya çıxmışdır.
Misir inancları: Qurbağa, balıq kimi canlılar Nil çayının palçıqlı sularında təsadüflərin nəticəsində meydana gəlmişdir.
Hindi inancları: Canlılıq "prakriti" adı verilən bir maddədən təkamülləşərək meydana gəlmişdir.
Orta əsrlər elm adamları: Ağcaqanadlar tərdən, qurbağalar palçıqdan, qarışqalar şəkərdən meydana gəlirlər.
Darvinistlər: Canlılıq cansız su xaosundan bir anda ortaya çıxmışdır.
Darvinistlər: Canlılıq bundan 4 milyard il qədər əvvəl ilk şorba içindən təsadüflər nəticəsi meydana gəlmişdir.
Darvinistlər: Canlılıq cansız maddələrdən təkamülləşərək meydana gəlmişdir.
Darvinistlər: Cansız maddələr xarici faktorlarla birdən həyat tapıb canlılara çevrilirlər.
Məhz dünyanın bir çox ölkəsinin aldandığı bu nağıllardan bir neçə dənəsi ...
Dənizdə yaşayan canlıların zamanla sudan quruya çıxdıqları və quruda yaşayan hala gəldikləri nağılı...
Nəhəng sürünənlərin ağcaqanad ovlayarkən ya da budaqdan dala tullanarkən quşlara çevrilməsi nağılı ...
İnsanlarla meymunların ortaq əcdaddan təkamülləşdikləri nağılı...
Hüceyrənin şüursuz atomların və molekulların bir yerə gəlməsiylə öz-özünə təsadüfən ortaya çıxdığı nağılı ...
Darvinizm yuxarıda sayılanlar kimi çoxlu sayda nağıl ilə dolu bir boş sözdən başqa bir şey deyil. Çox təssüf ki, dünyanın bir çox ölkəsində xalq, bu nağıllarla aldadılmaqdadır.
Ancaq bəsirətli və imanlı Türk milləti bu nağıllara aldanmadığını və inanmaycağını, bir çox millətin düşdüyü tələyə düşməyəcəyini isbat etmişdir.
Köhnə dövrlərdən günümüzə çatan sənədlərdə müxtəlif canlılara ibadət edən şəkildə təsvir edilmiş insanlara tez-tez rast gəlinir. Məsələn, aşağıdakı şəkildə timsaha sitayiş edən bir insan təsvir edilmişdir.
Keçmişdə olduğu kimi, günümüzdə də bir çox cəmiyyətdə insanlar timsah, inək kimi heyvanlara və ya su, atəş, günəş kimi cansız varlıqlara ibadət edir, onları yaradıcı ilahlar olaraq qəbul edirlər. Belə bir inancın ağla, məntiqə və vicdana uyğun heç bir istiqaməti yoxdur. Bir timsahın heç bir şeyə güc yetirəməyəcək, heç bir şeyə ağlı olmayacaq qədər aciz və şüursuz bir varlıq olduğu açıqdır. Ancaq bu açıq həqiqətə baxmayaraq keçmişin bütpərəst inanclarını davam etdirən kəslər vardır.
Darvinistlər eynilə keçmişdə yaşamış bütpərəst cəmiyyətlərdəki kimi qəribə və ağlasığmaz bir inanca sahibdirlər. Onlar timsahları və ya atəşi deyil, amma təsadüfləri, cansız və şüursuz atomları yaradıcı güc olaraq qəbul edər və bu inanca bir dinə bağlanan kimi bağlanırlar.
Bu inanclarını da əsla dəyişməzlər. Hər normal insanda təsirli olacaq ağla və məntiqə dəvət, elmi dəlillər, vicdanı hərəkətə keçirmə kimi üsullar bu kəslər üzərində heç bir təsir meydana gətirməz.
Evrim teorisinin iddiaları, kuzuların ağaçlarda yetiştiğine inanılan Ortaçağ hurafeleri kadar asılsızdır. |
Təkamülçülər canlıların cansız maddələrdən özbaşına meydana gəldiyini iddia edir. Halbuki, bu iddia biologiyanın ən fundamental qanunlarına zidd olan bir orta əsrlər xurafatıdır.
Orta əsrlərdə insanlar, qazların ağaclardan meydana gəldiyinə, quzuların qarpızdan çıxdıqlarına, hətta bir su yığınındakı qurbağaların yağış buludlarında bir anda meydana gəldiklərinə və yağışla birlikdə torpağa düşdüklərinə, çirkli bir köynəyin üzərində buğda töküldüyündə, bu birləşmədən siçanların meydana gələcəyinə inanacaq qədər cahillər idi.
"Spontane generasiya" olaraq bilinən bu fərziyyənin, uşaqların da güləcəkləri qədər axmaq və inanılmaz bir iddia olduğu inkişaf edən elm sayəsində aydın oldu.
Çox təssüf ki, bir zaman sonra eyni iddia bir az daha fərqli bir şəkildə, təkamül nəzəriyyəsi olaraq təkrar gündəmə gətirildi. Təkamül nəzəriyyəsi də, canlıların cansız maddələrin bir yerə gəlməsiylə, təsadüfən meydana gəldiklərini iddia etdi.
Orta əsrlərdə elmi səviyyə son dərəcə geri olduğu üçün, bu cür xurafatlara inanılması üzrlü görülə bilər. Ancaq XXI əsrdə orta əsrlərin batil inancları necə olur ki, bəzi insanlar tərəfindən kor-koranə qəbul edilir?
Təkamülçülərin bu batil inancları canlılığın ən fundamental qaydası olan "həyat ancaq həyatdan gəlir" prinsipinə qətiyyən zidddir. Ancaq təkamülçülər digər fizika, kimya və biologiya qaydaları kimi bu qaydanı da heçə sayaraq, batil inanclarını davam etdirməkdədirlər.
Cahil bütpərəst cəmiyyətlərdə müqəddəs qəbul edilən bəzi heyvanlar və totemlər vardır. Taxtadan oyulmuş əşyalar və ya bəzi heyvan növləri azğın bir şəkildə ilah mərtəbəsinə yüksəldilmişlər.
Totemçilik inancı lüğətlərdə də "müəyyən insan birliklərinin özlərinin bir heyvan növüylə, bəzən də bir bitki ilə, təbii bir obyekt ilə soy cəhətdən qohum olduqları inancı" olaraq təyin olunur. (Fəlsəfə Terminləri Lüğəti, Bedia Akarsu, səh. 178)
Qohum olduqları bir heyvandan törədiklərinə inanan və bu heyvana tapınan əvvəlki əsrlərin bu azğın totemçi birlikləri ilə meymundan təkamülləşdiklərinə inanan müasir darvinistlər arasında heç bir fərq yoxdur. Darvinistlər də meymunlarla ortaq bir atadan törədiklərinə inanmaqdadırlar.
Kainatın və canlıların Allah tərəfindən yaradıldığı, bunun dəyişməz və müzakirə edilməz bir gerçək olduğu tamamilə doğrudur.
Xüsusilə, XX və XXI əsrdə yaşanan elmi inkişaf və irəliləyişlər, yaradılış gerçəyinin müzakirə edilməz olduğunu ortaya qoymuşdur. Genetikdən botanikaya bütün elm sahələri, canlıların üstün və ağıllı bir Yaradıcının hazırlamasıyla meydana gəldiyini təsdiqləməkdədir.
Amma XIX əsrin primitiv elm şərtlərində ortaya atılmış təkamül nəzəriyyəsini, ideoloji məqsədləri lazimi kimi müdafiə etmək məcburiyyətində qalan materialist dairələr bu gerçəkləri gözardı etməkdən çəkinmirlər. Kor-koranə bağlı olduqları təkamül doqmasını rədd etməmək üçün gülünc iddialarda olmaqdan çəkinmirlər. Məsələn, məşhur təkamülçü Riçard Davkins bunları söyləyir:
"Əgər bir heykəlin sizlərə əl yellədiyini görsəniz də bir möcüzəylə qarşı-qarşıya olduğunuzu sanmayın. Çox kiçik bir ehtimaldır, amma bəlkə də heykəlin sağ qolundakı atomların hamısı, təsadüfən, bir anda eyni istiqamətdə hərəkətə meyilli ola bilərlər." (Richard Dawkins, The Blind Watchmaker, London: W. W. Norton, 1986, səh. 232-233)
Təkamülçü Riçard Davkins bu sözləriylə ifadə etdiyi kimi açıq-aşkar bir möcüzəni, yaradılış gerçəyini görməməzliyə vurur, təkamülün təsadüf yalanlarını qəbul etməyi seçir.
İnsanların göz görə görə inkara süründürüldükləri Quranda bir çox ayədə bildirilmişdir. Məsələn, Hicr surəsinin 14 və 15-ci ayələrində "onların üzərlərinə səmadan bir qapı açsaq, oradan yuxarı yüksəlsələr də “Gözlərimiz dumanlanmış, daha doğrusu biz sehrlənmişik” deyəcəklər.
Bütün Dünya təkamül müdafiəçilərinin nə cür ciddi bir mühakimə pozğunluğunda olduqlarına, elmi gerçəkləri qəbul etməkdə necə çətinlik çəkdiklərinə şahiddir.