Ey iman gətirənlər! Allahdan qorxun! Hər kəs sabahı üçün nə etdiyinə baxsın. Allahdan qorxun! Həqiqətən, Allah nə etdiklərinizdən xəbərdardır. Allahı unudan, buna görə də Allahın onları özlərinə unutdurduğu kəslər kimi olmayın! Onlar fasiqlərdir. (Həşr surəsi, 18-19)
Quranda möminlərin xüsusiyyətləri, əvvəlki səhifələrdə izah etdiyimiz şəkildə bildirilir. Allahın, özlərindən razı olduğunu və onları cənnətinə yerləşdirəcəyini bildirdiyi insanlar bəhs etdiyimiz xüsusiyyətlərə malikdir. Yaxşı, bəs görəsən özümüzdən onlara nə qədər bənzədiyimiz soruşduqmu?
Quranda bildirilən mömin xüsusiyyətləri açıq şəkildə, soruşulduğunda "əlhamdülillah müsəlmanam" deməyin və hərdənbir bəzi ibadətləri yerinə yetirməyin Allah Qatında kifayət etməyəcəyini göstərir. Mömin gücü çatdığı qədər Quranda bildirilən bütün xüsusiyyətlərə sahib olmaq üçün səy göstərməlidir. Əks halda etdiyi şey, "bir ucundan ibadət" etmək mənasına gələ bilər və Quranda "Allaha şübhə ilə ibadət edənlər"in vəziyyəti belə izah edilər:
İnsanlardan eləsi də vardır ki, Allaha şübhə ilə ibadət edir. Əgər ona bir xeyir çatsa, onunla rahatlıq tapar. Yox, əgər başına bir iş gəlsə, üz döndərib küfrə qayıdar. O adam dünyanı da itirər, axirəti də. Gerçək zərər də elə budur. (Həcc surəsi, 11)
Özündən razı qalan insanların yanıldıqları digər bir mövzu da, bəzi vaxtlarda bəzi kəslərə yaxşılıq etmələri və ya kasıblara kömək etmiş olmalarını yetərli görmələridir. Halbuki, Quranda Allah Qatında nələrin qiymətli, nələrin həqiqi yaxşılıq olduğu belə xəbər verilir:
Yaxşı əməl üzünüzü məşriqə və məğribə tərəf çevirməyiniz deyildir. Lakin yaxşı əməl sahibləri Allaha, Axirət gününə, mələklərə, kitablara, peyğəmbərlərə iman gətirən, sevdiyi malı qohum-əqrəbaya, yetimlərə, kasıblara, müsafirlərə, dilənənlərə və kölələrin azad edilməsinə sərf edən, namaz qılıb zəkat verən, əhd bağladıqda əhdlərini yerinə yetirən, sıxıntı və xəstəlik üz verdikdə, habelə döyüşdə səbir edən şəxslərdir. Onlar imanlarında doğru olanlardır. Müttəqi olanlar da elə məhz onlardır. (Bəqərə surəsi, 177)
Quranda mömin xüsusiyyətləri açıq şəkildə bildirildiyi halda, "mənim qəlbim təmizdir, heç kimə pislik etməmişəm, Allah, əlbəttə ki, məni sevir" kimi düşüncələrlə özünü aldatmağın heç bir mənası yoxdur. Allah insanlardan Özünə qulluq etmələrini istəyir, təkcə "heç kimə zərər verməyən qəlbi təmiz insan" olmalarını deyil. Əlbəttə ki, hər insan təmiz qəlbli olmaq və heç kimə zərər verməməklə mükəlləfdir, ancaq bu təkbaşına kifayət etməz. Üstəlik, Allaha qulluq etməyən, imansız bir insanın qəlbi tam mənasıyla "təmiz" ola bilməz. Qəlbin təmiz olması, ancaq Allahın Quranda bildirdiyi bütün hökmləri yerinə yetirmək, Allahın qoyduğu sərhədləri qorumaqla mümkün ola bilər.