Quranın riyazi möcüzələrindən biri də 19 ədədinin, ayələrin içinə şifrələnmiş halda yerləşdirilməsidir. Muddəssir surəsinin 30-cu ayəsində diqqət çəkilən bu ədəd, Quranın bəzi yerlərində şifrələnmişdir. Buna aşağıdakı nümunələri verə bilərik:
◉ Bəsmələ 19 hərfdən ibarətdir.
◉ Quran 114 (19x6) surədən ibarətdir.
◉ İlk vəhy olan surə (96-cı surə) axırdan 19-cu surədir.
◉ Quranın ilk vəhy edilən ayələri 96-cı surənin ilk 5 ayəsidir və bu ayələrdəki sözlərin ümumi sayı 19-dur.
◉ Vəhy edilən ilk surə (Ələq surəsi) 19 ayədən ibarətdir.
◉ Vəhy edilmiş son surə olan Nəsr surəsi, cəmi 19 sözdən ibarətdir.
◉ Həmçinin bu surənin Allahın köməyindən bəhs edən ilk ayəsi də 19 hərfdən ibarətdir.
◉ Quranda 114 (19x6) bəsmələ var. Bu da 19-un 6 mislidir.
◉ Quranda 113 surə bəsmələ ilə başlayır. Bəsmələ ilə başlamayan yeganə surə, 9-cu surə olan Tövbə surəsidir. Quranda yalnız Nəml surəsində iki bəsmələ var. Bu bəsmələlərdən biri surənin əvvəlində digəri isə 30-cu ayədə gəlir. Bəsmələ ilə başlamayan Tövbə surəsindən etibarən saymağa başlanıldığı təqdirdə Nəml surəsinin 19-cu sırada yerləşdiyi görülər.
◉ Tövbə surəsindən 19 surə sonra gələn və sıra nömrəsi 27 olan Nəml surəsinin həm əvvəlində, həm də 30-cu ayəsində bəsmələ var. Beləliklə də, 27-ci surədə iki bəsmələ var. Bəsmələlərin sayını 114-ə tamamlayan 27-ci surənin 30-cu ayəsidir.
◉ Surə və ayə nömrələrini, yəni 27 və 30 ədədlərini topladığımızda 57 (19x3) ədədini alırıq.
◉ Tövbə surəsindən (9-cu surə) Nəml surəsinə (27-ci surə) qədər olan surələrin sıra nömrələrinin cəmi;
(9+10+11+12+13+14+15+16+17+18+19+20+21+22+23+24+25+26+27=) 342-dir. Bu da 19-un 18 mislidir.
◉ Sıra nömrəsi 19 və 19-un misli olan ayələrdə keçən Allah adının ümumi sayı 133 (19x7)-dür.
◉ Bir mənasını verən "vahid" (i hərfi oxunarkən əlavə olunur) sözünün əbcəd hesabı 19-dur. Bu söz Quranda, bir növ yemək, bir qapı və s. kimi müxtəlif sözləri ifadə etmək üçün istifadə edilmişdir. 19 dəfə də "Bir Allah" olaraq istifadə edilmişdir.
◉ 19 dəfə vəhd sözünün keçdiyi ayələrin surə və ayə nömrələrinin cəmi: 361 (19x19)dir.
◉ "Yalnız Allaha ibadət edin" ifadəsinin ərəbcəsi olan "Vəhdahu" kəlməsi; 7:70, 39:45, 40:12, 40:84 və 60:4 nömrəli ayələrdə keçər. Bu ədədlərin hər birindən yalnız bir dəfə istifadə etməklə, onları cəmlədiyimiz vaxt 361 (19 x 19) ədədi əldə edərik.
◉ Ən başda gələn müqəttə hərflərindən (Əlif, Ləm, Mim; Bəqərə surəsi, 1-ci ayə) ən sonda gələn müqəttə hərflərinə (Nun; Qələm surəsi, 1-ci ayə) qədər olan ayə sayı 5 263 (19x277)dür.
◉ Müqəttə hərflərinin olduğu ilk surə ilə müqəttə hərflərinin olduğu son surə arasında, müqəttə hərflərinin olmadığı 38 (19x2) surə vardır.
◉ "Rəhman" sözü isə Quranda 57 (19x3) dəfə keçir.
◉ Quranda adları çəkilən 30 fərqli rəqəm vardır.
◉ Quranda keçən bütün bu ədədləri (təkrarlar diqqətə alınmadan) topladığımız vaxt alınan nəticə 162 146 olur. Bu da 19-un 8534 mislidir:
1+2+3+4+5+6+7+8+9+10+11+12+19+20+30+40+50+60+70+80+99+100+200+300+1000+2000+3000+5000+50000+100000=162146 (19x8534)
◉ Quranın lap əvvəlindən başlayaraq 19 ayəsi olan ilk surə İnfitar surəsidir. Bu surənin digər bir xüsusiyyəti son sözünün Allah olmasıdır. Bu həmçinin Rəbbimizin adının "Allah" olaraq çəkildiyi, Quranda axırdan 19-cu dəfə istifadə olunan adıdır.
◉ Sıra nömrələri 19-un misli olan surələrdəki ayələrin sayını (bəsmələ də daxil olmaqla) topladığımız vaxt, aşağıdakı cədvəldə verdiyimiz nəticələr alınır:
◉ 19 x 1 19-cu surə 99
19 x 2 38-ci surə 89
19 x 3 57-ci surə 30
19 x 4 76-cı surə 32
19 x 5 95-ci surə 9
19 x 6 114-cü surə 7
CƏMİ 266 (19 x 14)
◉ Qaf hərfi ilə başlayan 50-ci surədə 57 (19x3) ədəd qaf hərfi var. Başında qaf hərfi olan 42-ci surədə yenə 57 (19x3) ədəd qaf hərfi var. 50-ci surənin 45 ayəsi vardır. Bunları toplasaq nəticə 95 (19x5) alınar. 42-ci surənin 53 ayəsi vardır. Bunları toplasaq (42+53) yenə 95 ədədi (19x5) alınar.
◉ Qaf surəsinin ilk ayəsində Quran üçün istifadə edilən Məcid sözünün əbcəd hesabı 57 (19x3)dir. Yuxarıda da qeyd etdiyimiz kimi surədəki qaf hərflərinin ümumi sayı da 57-dir.
◉ Qaf surəsindəki qaf hərflərinin keçdiyi ayələrin sıra nömrələrini topladığımız vaxt 19-un 42 misli olan 798 ədədini alarıq. 42 ədədi isə müqəttə hərfləri arasında qaf hərfi olan digər bir surənin sıra nömrəsidir.
◉ Nun hərfi yalnız 68-ci surənin əvvəlində gəlir. Bu surədəki "nun" hərflərinin ümumi sayı 133 (19x7)dür.
Bu mövzuda tapılan digər məlumatlar isə belədir: Quranda bütövlükdə;
◉ Rəsul (elçi) sözü 513 (19x27) dəfə,
◉ Ətiu (itaət edin) sözü 19 dəfə,
◉ Rəbb (söz birləşməsinin tərkib hissəsi kimi işlənməyənlər) sözü 152 (8x19) dəfə,
◉ Əbd (qul), Abid (qulluq edən adam) və İbadət sözləri isə cəmi 152 (8x19) dəfə keçir.
Bu Quran Allahdandır, Ondan başqası tərəfindən uydurula bilməz. Lakin o, özündən əvvəlkiləri təsdiqləyən və aləmlərin Rəbbi tərəfindən nazil edilmiş kitabları müfəssəl izah edəndir. Bunda heç bir şübhə yoxdur, O Allahdandır. Yoxsa: “Onu özündən uydurdu!” deyirlər. De: “Əgər doğru danışırsınızsa, ona bənzər bir surə də siz gətirin və Allahdan başqa, kimi bacarırsınızsa, köməyə çağırın!” (Yunis surəsi, 37-38)
(Ətraflı məlumat üçün baxın; Kuran Mucizeleri 1-2-3, Harun Yahya (Adnan Oktar)