Giriş

“Maddənin ardındakı həqiqət” mövzusu əslində yeni kəşf edilmiş, əvvəlır bilinməyən bir mövzu deyil. Bu həqiqətə Quranın bəzi ayələrində işarə edilməklə yanaşı, həmçinin bu həqiqət, bəzi ayələrin daha yaxşı başa düşülməsində də əhəmiyyətli bir sirrdir. Tarix boyu Allahın göndərdiyi elçilər, dərin düşünən saleh möminlər bu həqiqəti cəmiyyətlərə açıqlamışdırlar.

Verdikləri bu açıqlamalardan bir hissəsinə aid mətnlər dövrümüzə qədər gəlib çatmışdır. Xüsusilə orijinal mətnləri təhrif edilən haqq dinlərin degenerasiyaya uğramış fərqli cərəyanları, bu həqiqəti bir sirr kimi mühafizə etmək istəmişdirlər. Dolayısilə yəhudilik və xristianlıq kimi dinlərə aid əldə qalan mətnlərdə də bu həqiqəti görmək mümkündür. Qədim yunan filosoflarından Pifaqor, Elea məktəbi, xüsusilə də "Mağara ideası"yla Platon və onlardan sonra gələn bir çox mütəfəkkir bu mövzunu bir cəhətdən açıqlamışdırlar. Daha sonrakı dövrlərdə də bu mövzu, müxtəlif görüş və şərhlərlə birlikdə, səmimi olaraq düşünüb həqiqəti görmüş kəslər tərəfindən izah edilmiş və öyrədilmişdir.

Materializmi, yəni yeganə mütləq varlığın maddə olduğunu iddia edən materialist fəlsəfəni müdafiə edən görüş və zehniyyətlər tərəfindən gizlədilməyə çalışılan bu-ci əsrdə həqiqət, İrlandiyalı bir din adamı və filosof, Berkeley tərəfindən XVIII əsrdə yenidən gündəmə gətirilmiş və özündən sonrakı bütün düşüncə aləmini dəyişdirmişdir. Ancaq Darvinin təkamül nəzəriyyəsini ortaya atmasından sonra materialist görüşü mənimsəmiş ətraflar, xüsusilə də, bunların bir cür məruzəçisi və aralarında ən fəalı olan Bertran Rassel, verdiyi sualına elmi bir cavab verə bilmədiyi Berkeleyi, təhqir və böhtanla gözdən salmağa çalışmışdır. Ancaq Rassel, materialist ətrafların ən etibar etdikləri mütəfəkkir olmasına və bu görüşün ən güclü müdafiəçisi kimi görülməsinə baxmayaraq, bu həqiqəti tamamilə görməzlikdən gələ bilməmiş və “Fəlsəfənin problemləri” adlı əsərində vəziyyəti belə qiymətləndirmişdir:

"…Berkeley, hər hansı məntiqsizliyə yol vermədən, maddənin, bizdən asılı olmadan mövcud olsa belə, onun hisslərimiz tərəfindən qəbul edilə bilməyəcəyini, sübut etmə şərəfinə sahibdir".(1)

Rassel, hər nə qədər əksini iddia etsə də, yuxarıdakı ifadələriylə bu həqiqəti əslində inkar edə bilmədiyini, hətta qəbul etdiyini açıq şəkilkdə ifadə edir.

21-ci əsrə daxil olarkən, Eynşteyndən başlayaraq müasir fizika, kvant fizikası, astronomiya, psixologiya, anatomiya kimi elm sahələrində baş verən inkişaflar, materialist dünyagörüşünə sahib, köhnə elm anlayışını müdafiə edən ətrafları dərindən yaralamışdır. Paleontoloji tədqiqatlar, genetika elmi kimi sahələrdə görülən işlərlə təkamül nəzəriyyəsi çökmüş, optika, psixologiya kimi sahələrdə görülən işlərlə isə idrak prosesinin sirri açılmış, astronomiya sahəsindəki fəaliyyətlər nəticəsində Biq Bənq, yəni kainatın və maddənin bir başlanğıcı olduğu kəşf edilmiş, atom və atom altı zərrəciklərin araşdırılması isə bütün klassik fizikanı alt-üst edərək, relyativizmi, yəni zamanın nisbi bir anlayış olduğu həqiqətini sübut etmişdir.

Elm sahəsində Allahın varlığını və bütün kainat üzərindəki sonsuz hakimiyyətini dəfələrlə təsdiq edən bu inkişaflar, fanatizm və ön mühakimənin nümayəndəsi olan materialist mütəfəkkirləri çıxılmaz vəziyyətdə qoymuşdur. Bu çıxılmaz vəziyyət indi də davam dir. Televiziyada, məktəblərdə, konfranslarda bir çox elm adamı və mütəfəkkir, bizdən kənardakı dünya ilə təmasda olmağımızın qeyri-mümkün olduğunu, beynimizdə hiss edilən duyğulardan ibarət bir həyatı yaşadığımızı bildikləri halda, özlərini bilməməzliyə vurur, insanlara bu həqiqəti izah etmir, hətta, elə bil, heç belə bir həqiqət yoxmuş kimi hərəkət edirlər.

Ancaq həqiqətləri görməzlikdən gəlmək bir çıxış yolu deyil. Necə ki, bu kitabda həqiqətlərdən qorxmağın və qaçmağın nə qədər faydasız olduğu, insana nə kimi zərərlər verəcəyi vurğulanır və bu cür davranan kəslərin ruh halları nümayiş olunur.

Maddənin ardındakı sirri öyrənmək, Allahın varlığı, sifətləri, tale, ruh, cənnət, cəhənnəm, sonsuzluq, zamansızlıq kimi anlayışların doğru şəkildə başa düşülməsini də təmin edəcək. Bu sayədə oxucular; "Allah haradadır?", "Tale nədir?", "Ölümdən sonra nə baş verəcək?" kimi hər gün eşitdikləri sualların cavablarını ən doğru şəkildə öyrənəcək və daha bir çox mövzuda axtardıqları cavabları bu kitabda tapacaqlar.

Bu əhəmiyyətli məqsədlərdən danışdıqdan sonra, kitabda məruzəçi mövqeyində iştirak edəcək kəsləri tanıyaq.

Qarşılıqlı söhbət halında keçən bu görüşə müxtəlif ətraflardan qoşulan oxuculardan birincisinin adı Sibəldir. O hələ də universitetdə; kompyuter mühəndisliyi bölməsində təhsil almağa davam edir. Sibəl xanım bu mövzuyla çox yaxından maraqlandığı üçün, təmasda olduğu hər şeyin yalnız beyin tərəfindən qavranılan hisslər toplusundan ibarət olduğunu və bu hisslərlə təmasda olduğunu anlamışdır. Ancaq bu görüntülərin qaynağı mövzusundakı biliyini artırmaq, ən doğrusunu öyrənmək istəyir.

İkinci oxucunun adı isə Səbridir. O ölkəmizin (Türkiyənin) tanınmış bir ailəsinin üzvü olan bir sənayeçidir. Səbri bəy sahib olduğu hər şeyin bir xəyal kimi olduğunu, öldükdən sonra onların da bir yuxu kimi bitəcəyini öyrənmişdir. Amma tam qavraya bilmədiyi bəzi mövzularla əlaqədar cavablar axtarır.

Üçüncü oxucumuz Tolqa isə xaricdə biologiya üzrə doktorantura təhsili aldıqdan sonra bir universitetimizdə assistent kimi işə başlamışdır. Bu mövzunu bir dostundan eşidən Tolqa, bəzi kitablar oxumuş amma mövzunu tam bilmədiyi üçün ağlında bir çox sual işarəsi qalmışdır. Bu mövzunun elmi istiqaməti onu çox maraqlandırır.

Oxucuların suallarını isə bu mövzunu illərlə bundan əvvəl Harun Yəhyanın əsərlərindən öyrənən, mövzu haqqında ətraflı məlumat sahibi olan Murad cavablandırır.

Qeydlər

1. Bertrand Russell, Felsefenin Problemleri, 1912, s.5

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Ön Söz
  • Giriş
  • 1-ci Gün
  • 2-ci Gün
  • 3-cü Gün