3-cü gün Səbri bəyin evində keçər…
Səbri: Uşaqlar bəlkə mənə hirslənirsiniz, amma bir qədər də məni anlamağa çalışın. Əgər yaxşı niyyətli bir insan olmasaydım, bu günə qədər bütün görüşlərə gəlib bu mövzuları öyrənməyə çalışardımmı? Mən də həqiqətləri öyrənmək istəyirəm, amma insanın yaşı artdıqca bəzi şeylər daha çətin olur.
Murad: Səbri bəy elə deməyin, heç kim sizə hirslənmir. Dünən danışdıqlarımızı xatırlayın, bir şeyi anlamaq və ya anlamamaq, qəbul etmək və ya etməmək sizin taleyinizdədir və heç kimin bu taleyi dəyişdirməyə gücü çatmaz. Məhz bunu çox yaxşı bildiyimiz üçün bizim məsuliyyətimiz, ancaq həqiqətləri sizə izah etməkdir. Amma seçim hüququ sizindir.
Sibəl: Murad haqlıdır.
Tolqa: Murad yanında bir kitab gətirmisən, bu gün hansı mövzu barədə danışacağıq?
Murad: Bu kitab Qurandır. Daha əvvəl sizə Qurandan verdiyim nümunələri həmişə əzbərdən demişəm, bu dəfə siz də oxuyub öz gözlərinizlə görün deyə yanımda gətirdim. Əgər siz də razı qalsanız, bu gün insanların maddi dünyanın həqiqi mahiyyətini bilmədən hərəkət etdikləri təqdirdə hansı çətin vəziyyətlərdə qaldıqları və həqiqəti öyrəndikdən sonra verdikləri reaksiyaların səbəbləri haqqında danışaq.
Sibəl: Bunlar həmçinin mənim suallarımın da cavabıdır.
Tolqa: Deyəcəyin şeyləri eşitmək üçün səbirsizlənirəm.
Murad: İndi sizə Qurandan bəzi ayələr oxuyacağam. Bu ayələr əsasında danışarkən, iki gündür danışdığımız bütün mövzuları bir daha nəzərdən keçirmiş olacağıq. Əgər indiyədək danışdıqlarımız barəsində bir tərəddüdünüz vardırsa, bunu deməyin tam vaxtıdır.
Tolqa: Mən öyrəndiklərim qarşısında deməyə bir söz tapa bilmirəm. Həm gözümün qabağındakı həqiqəti öyrəndim, həm də bütün həyata baxışım tamamilə dəyişdi. İnsan düşündükcə, bu mövzudan həyatının hər sahəsində faydalanma imkanı tapır. Yaşadığım hər an mənim üçün əhəmiyyətli, mənalı bir hal aldı. Hər şeyi möcüzə kimi görməyə başladım. Amma çatışmayan bir çox cəhətimin olduğunu da bilirəm.
Sibəl: Mən onsuz da inanclı bir insan idim, amma mənim inanc hesab etdiyim şeylə, həqiqi mənada Allaha iman etmək, Onun sifətlərini hər yerdə görmək, Onun varlığını, gücünü, sifətlərini qavramaq arasında çox böyük fərq var. Mən yalnız başıma bir iş gəldikdə və ya bir imtahana girəcəyəm vaxt dua edərdim. Ramazan ayı gəldikdə, ailəcə oruc tutardıq, bəzən də ölümü xatırlayıb qorxu hissi keçirərədim, amma indi Allahı olduqca çox zikr etməyin və düşünməyin lazım olduğunu anlayıram. Ətrafımdakı insanların demək olar ki, hamısı bu cür yaşayır, bu cür düşünür. Mən tezliklə hər şeyi öyrənib ailəmə, dostlarıma danışmaq istəyirəm. Onsuz da bir-iki gündür, məndə bir dəyişiklik olduğunu da görürlər.
Murad: Səbri bəy…
Səbri: Mən bu mövzuda danışmaq istəmirdim, amma yenə də deyim. Yaxşı, texniki cəhətdən heç bir şübhəm qalmadı, amma öyrəndiyim bu şeyləri gündəlik həyatıma tətbiq etməkdə bir qədər çətinliklə üzləşdim. Yəni məşğul olduğum, ağlımı qurcalayan o qədər çox mövzu vardır ki, bu həqiqəti yadda saxlayaa bilmirəm.
Murad: İstəyirsinizə, bu dediklərinizi yadınızda saxlayın, bir qədər sonra danışaq.
Səbri: Necə istəyirsən.
Murad: Daha əvvəl dediyim kimi, Quranda Allahın yeganə güc sahibi olduğu, hər şeyi əhatə etdiyi və hər şeyin yeganə hakimi olduğu mövzusunda çox sayda ayə var. Mən sizə bunlardan bəzilərini oxuyacağam. İlk öncə Bəqərə surəsinin 255-ci ayəsini oxuyuram:
Allah, Ondan başqa məbud yoxdur, əbədi Yaşayandır, Qaimdir. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Onun izni olmadan Onun yanında kim şəfaət edə bilər? O, onların gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, Ucadır, Uludur.
Bu ayə və bu mövzudakı digər ayələrdə Allahın sifətləri bildirilir və bir qədər əvvəl danışdığımız, xalq arasındakı yanlış anlayışın əksinə, Allahın hər an hər hadisəni idarə etdiyi, hər an hər yerdə olduğu və mütləq varlığı ifadə edilir. Bu mövzuyla əlaqədar digər bir ayədə, Bəqərə surəsinin 115-ci ayəsində isə; "məşriq də, məğrib də Allahındır! Hansı səmtə yönəlsəniz, Allahın Üzü orada olar. Həqiqətən, Allah hər şeyi Əhatəedəndir, Biləndir" deyilir.
İnsan, bu anlatılanlar doğrultusunda biraz derin düşünürse, bu hayret verici, olağanüstü durumu kendisi de açıkça fark eder. Yani, dünyada maddenin aslı ile muhatap olamadığını... |
Sibəl: Müsəlman olmağıma baxmayaraq, bu günə qədər bir dəfə belə Quranı oxumadım. Bu mövzunun Quranda bu qədər açıq şəkildə izah edildiyini də təxmin etmirdim.
Murad: İnsanlar həqiqətləri öyrənmək üçün, Allahın insanlara nazil etdiyi Kitabı oxumaq əvəzinə, oradan-buradan eşitdikləri məlumatlara inanırlar. Halbuki bu olduqca yanlış bir hərəkətdir. Hər insan Qurandan məsuldur və Quranı oxumaq, ayələrini öyrənmək və ayələrdəki hökmləri tətbiq etməklə məsuldur. Amma onsuz da, artıq bunun əhəmiyyətini anladığınızı düşünürəm.
Səbri: Bunu etiraf etməliyəm ki, Sibəl kimi mən də bu yaşıma qədər bir dəfə belə olsun Quran oxumadım. Halbuki oxumaq üçün çox imkanım olmuşdu.
Murad: Gec qalmamısınız. Həqiqəti öyrənməyin, xətaya son qoymağın yaşı yoxdur.
Səbri: Haqlısan.
Murad: Bizi və hər şeyi yaradan Allah, Quran və elçiləri vasitəsilə bizə doğru olanı, gözəl olanı, səhv və pis şeyləri açıq şəkildə bildirmişdir. Burada yalnız bir neçəsini oxuduğumuz ayələrdən başqa, Quranda həyatımızın hər anında bizə rəhbərlik edəcək, doğru yolu göstərəcək nəsihətlər var. İnsanın ən əhəmiyyətli işi, Yaradanımızın verdiyi bütün öyüdləri, əmrlərini, qadağalarını ən yaxşı şəkildə öyrənib, qavrayıb tətbiq etməyə çalışmaqdır. Bunun qarşısında bir bəhanə gətirmək olmaz. Əks halda Nur surəsinin 39-cu ayəsində: "İnkarçıların əməlləri səhradakı ilğıma bənzəyir ki, susamış kimsə onu su hesab edər. Ona yaxınlaşdıqda isə onun heç nə olduğunu görər. O öz yanında Allahı tapar. O da onun cəzasını verər. Allah tez haqq-hesab çəkəndir" deyə xəbər verildiyi kimi, böyük ehtimalla, xəyal olan bir həyatı şüursuz şəkildə yaşayıb, peşmançılıq çəkəcəyi bir aqibətlə üzləşəcəkdir.
Səbri: Dostlar, daha çox tərəddüd etmənin mənasız olduğunu anlayıram. Əslində üç gündür ki, bu işin axırının necə olacağını təxmin edirdim, danışdığımız şeylərdə tək bir qüsur, tək bir səhv belə tapa bilmədim və nəticədə tərəddüd etməklə özümü aldatdığımı anladım. Bəli həqiqətlərdən qorxduğumu etiraf etməliyəm. Bəlkə də, sizin itirəcək elə də bir şeyiniz yoxdur, amma mən illərdir ki, sahib olduğum hər şeyi bir anda itirmək istəmirdim. Mənim vəziyyətim, malını, mülkünü, uşaqlarını, ailəsini və işini, bir anda itirən insanın məntiqsiz etirazlarından başqa bir şey deyildi, ancaq özünü aldatmağa çalışan bir insanın bu rəftarı həqiqəti dəyişdirmir.
Murad: Səbri bəy, sizi alqışlayıram. İnanın ki, sizin kimi reaksiya verən insanların sayı çox azdır. Ancaq deyəsən, bir şeyi səhv başa düşürsünüz. Siz heç bir şey itirmirsiniz. Əksinə çox böyük xeyir qazanırsınız. Çünki sahib olduğunuz hər şeyin, Allahın sizə verdiyi nemətlər olduğunu anlayırsınız. Dünyadakı imtahan mühitində Allahın sizi bu gözəl nemətlərlə sınadığını, bunları sizə cənnəti qazanmağınız üçün bir vasitə kimi verdiyini öyrənirsiniz. Əsla unutmayın, hər şeyi zehnində yaşadığını öyrənən bir insan əslində heç bir şey itirməz, əksinə hadisələrin gerçək üzünü anladığı üçün böyük xeyir qazanar. Məsələn, bir görüntü ilə təmasda olduğunu, hər şeyi Allahın özünə seyr etdirdiyini qavrayan bir insan bu məlumata görə hərəkət etdiyi vaxt, sahib olduğu şeylərə layiq olduqları qədər dəyər verər. Əsl dəyər verilməli varlığın, Rəbbimiz olduğunu unutmaz. Üstəlik hər şeyin Allahdan gələn bir nemət olduğunu bildiyi üçün, özünə verilən bütün nemətlərdən olduqca böyük həzz alar. Bu nemətlər üçün dayanmadan şükr edər. Amma həmçinin bu nemətlərin hamısının özünə, imtahan olunması üçün verildiyini bilər, bunlara qətiyyən yiyə durmaz, hərisliyə və ehtirasa qapılmaz. Beləliklə də, Allahın istədiyi kimi bir ömür sürərək, ölümdən sonra daha gözəl bir həyatı seyr etməyə başlayar.
Səbri: Heç bu baxımdan düşünməmişdim.
Murad: Allah, Ənam surəsinin 70-ci ayəsində; "dinlərini oyun və əyləncə sayanları və dünya həyatının aldatdığı şəxsləri tərk et. Bununla (Quranla) xatırlat ki, heç kəs qazandıqlarına görə özünü məhvə məhkum etməsin. Allahdan başqa onun nə bir hamisi, nə də bir şəfaətçisi olacaqdır. O nə cür fidyə versə də, ondan qəbul olunmayacaq. Onlar qazandıqları günahlara görə məhvə məhkum olanlardır" deyə buyurmuşdur. Bu ayədən aydın olduğu kimi təkəbbürlü, özünü bəyənmiş, hətta sanki özünü ilah hesab edən (Allahı tənzih edirəm) bəzi kəslər, əslində kinoteatr pərdəsindəki bir görüntü kimi xəyal olduqlarını anladıqları vaxt o təkəbbürün yerini böyük bir acizlik duyğusu alar. Gözünü dünya sevgisi bürüyənlər, sahib olduqları hər şeyin xəyal olduğunu gördükləri vaxt, dünyanın, uşaqlarının, vəzifələrinin, sərvətlərinin, ətraflarında güc sahibi kimi gördükləri dostlarının hamısının Allaha məxsus olduğunu, Allahın hakimiyyəti altında olduğunu anlayıb, dərindən sarsılırlar. Belə olduqda da, iki seçim hüquqları olur, ya maddə və dünyaya olan ehtirasları yox olur və Allaha üz tuturlar, ya da tam əksinə bu həqiqəti unutmağa çalışıb dünyaya daha çox bağlanırlar. Amma öz-özlərini aldatdıqlarını bildiklərindən ötrü, daim narahat, gərgin və əzab dolu bir ömür sürürlər.
Səbri: Murad, mən haqqı seçirəm. Əlbəttə ki, həqiqətlərdən qaçmağın heç bir fayda vermədiyini çox yaxşı anladım. Amma dediyin bu sözlər qəlbimi daha da möhkəmləndirdi.
Murad: Göründüyünə görə, həqiqətən də siz haqqı seçmisiniz. Onsuz da gözəl olan, haqq olandır.
Sibəl: Murad, bildiyimə görə, gördüyü görüntünü beyninin içində gördüyünü anlamayan və ya anlamazlıqdan gələn bir çox insan var. Bunlar yazıçı, elm adamı, professor olmaqla, etibar sahibidirlər. Xüsusilə də bu mövzunu texniki cəhətdən tam bilən bu kəslər, bu mövzudan bəhs etməyərək ya bunu gizlədir, ya da bu mövzunu bilən biri kimi davranmırlar. Məsələn, tibb və biologiya sahəsində ixtisaslaşmış kəslər belə, bu mövzudan xəbərdar deyilmi?
Murad: Sibəl əslində bu sualın cavabını bir qədər əvvəl Səbri bəy verdi. Əlbəttə ki, bir çox insan bu mövzunu bir yolla öyrənmişdir. Əgər bu mövzu təkcə görüntülərin beyində olmasıyla məhdudlaşsaydı, bundan əmin ol ki, indi hər kəs bunu qəbul edərdi. Ancaq xarici aləmlə təmasda ola bilmədiyini, hər şeyi beyninin içində etdiyini anlayan bir insan, dərhal ikinci mərhələni, yəni bu görüntüləri yaradanın Allah olduğunu istər-istəməz görər. Bütün həyatını sahib olduğu və sahib olmağı arzuladığı maddi dəyərlər üzərinə qurmuş bir insan, belə olduqda həqiqətləri anlamazlıqdan gəlməyə üz tutur. Çünki bu həqiqətlər ona, Allahın və buna bağlı olaraq haqq-hesab gününün, cənnət və cəhənnəmin varlığını da xatırladır. Əgər qarşımızdakı şüur və vicdan sahibi bir insandırsa, həyatını bu həqiqətə görə yenidən qaydaya salar. Belə olduqda problem yaranmır, ancaq bəzi insanlar bu həqiqəti gördükləri vaxt, təşvişə qapılıb özlərini aldatmaq yolunu seçirlər. Bu həqiqət onlara qorxu və narahatlıq verir. Səbri bəyin də söylədiyi kimi, sanki unutmaqla və ya gözünü yummaqla həqiqətlərdən xilas olacaqlarını düşünürlər. Həqiqətləri qavraya bilməyən insanların vəziyyətinə Rum surəsində belə diqqət çəkilir:
“Onlar dünya həyatının görünən tərəfini bilir, axirətdən isə büsbütün qafildirlər“. (Rum surəsi, 7)
Səbri: Mən bunu, özüm də yaşadığım üçün bilirəm, insan ehtiraslarının əsiri olur. Yəni bəzi şeyləri görürsən, amma yiyə durduğun şeylərin heç birinin üzərində bir hökmranlığının olmadığını, hər şeyin səni də yaratmış olan Allahın idarəsi altında olduğunu düşünmək, ilk anda insana bir qədər qəribə gəlir. Bir də özünü çox güclü, çox ağıllı, müvəffəqiyyət və vəzifə sahibi bir biznesmen kimi gördüyün vaxt; "göynən gedirsən". Belə bir insana; "əslində yaşadığın hər şey zehnində yaradılır, bu pulların, fabriklərin, işçilərin, katibələrin, malların, evlərin, avtomobillərin əslləriylə təmasda deyilsən" dediyin vaxt ehtirasları dövrəyə girir.
Murad: Yəni, ayədə; "qadınların, uşaqların, yığın-yığın qızıl-gümüşün, yaxşı cins atların, mal-qaranın və əkin yerlərinin verdiyi zövqlərə olan istək insanların gözünə gözəl göstərilmişdir. Bunlar, dünya həyatının keçici zövqüdür, gözəl qayıdış yeri isə Allah yanındadır" (Ali İmran surəsi, 14) deyə bildirildiyi kimi.
Səbri: Bəli tam da ayədə deyildiyi kimi.
Murad: Quranda şeytandan bəhs edilərkən, onu doğru yoldan sapdırıb Allaha üsyana sövq etdirən səbəblərin başında maddə sevgisi və mütləq varlıq olmaq ehtirasının gəldiyi bildirilir. Bu şeytani ehtiras insanı böyük bir hərisliklə dünyaya bağlamaq istəyər. Xəyal olmaq, "bir heç" olmaq, əzəmətli, təkəbbürlü insanların əsla qəbul etməyəcəkləri bir həqiqətdir. İnkar ediləsi mümkün olmayan həqiqətdir, yaşanaraq sübut edilər, ancaq buna baxmayaraq, dünya ehtirası və onu itirmə ehtimalı bəzi kəslərin bu açıq-aydın həqiqəti düşünməsinə mane olar. Quranda şeytanın özündən razılığı və azğınlığı xüsusilə vurğulanmışdır. Baxın oxuyuram:
"...İblisdən başqa hamısı səcdə etdi. O, səcdə edənlərdən olmadı. Allah dedi: “Mən sənə əmr etdikdə sənə səcdə etməyə nə mane oldu?” İblis dedi: “Mən ondan daha üstünəm. Çünki Sən məni oddan, onu isə palçıqdan yaratmısan!”. (Əraf surəsi, 11-12)
Sibəl: Murad bu əhəmiyyətli həqiqətləri bizə səbirlə izah etdiyin üçün sənə çox təşəkkür edirəm. Bu mövzu barəsində çox düşünmüşdüm və bu mövzunu tam təfərrüatlı şəkildə bilmək istəyirəm. Allahın izni ilə bu gün ağlımda məni maraqlandıran heç bir sual, heç bir qaranlıq nöqtə qalmadı.
Murad: Əsl mən, bu gözəl söhbət üçün təşəkkür edirəm. Sibəlik hələlik tələsmə, hələ izah etmək istədiyim bir neçə şey daha var. İstəyirsinizsə gəlin televizoru açıb bir qədər seyr edək. Bu mövzuyla əlaqədar qarşımıza bir neçə nümunə daha çıxa bilər.
Tolqa: Baxın ən sevdiyim şou proqramı başladı. Televiziyada bir şou proqramı gedir, indi düşünürəm ki, görəsən bir insanın gedib buradakı aparıcıya həqiqətləri izah etdiyi, yəni bu tamaşaçıların, onu çox sevindirən bu böyük tamaşaçı kütləsinin, əslində beynində yaradıldığını, alqış səslərinin, arxasındakı bir çox jurnalistin, öz gözəlliyinin, malının, ailəsinin də eynilə zehnində canlanan görüntülər olduğunu, hal-hazırda əslində Allahın hüzurunda olduğunu, hər kəsin təriflədiyi zəkasının belə özünə aid olmadığını söylədiyi təqdirdə, onun buna necə reaksiya verəcəyi mənə çox maraqlıdır.
Sibəl: Yəqin ki, bundan bir o qədər xoş gəlməzdi... Bax, bu kanalda da iqtisadiyyat mövzusunda açıq iclas keçirilir. Onların vəziyyəti daha da çətindir. Bütün iqtisadiyyatın, pulların, bankların, inflyasiyanın, müştərilərin və BVF-nin seyr etdikləri bir görüntü olduğunu onlara necə izah etmək olar bilmirəm. Ciddi-ciddi danışırlar, bunlara; "bunlar sizin zehninizdə yaraadılır, bu ehtiraslardan uzaqlaşın, yalnız Allahın rizasını axtaran bir həyata üz tutun" desən, əlindən oyuncağı alınmış uşaq kimi hirslənə bilərlər…
Murad: Bəli Sibəl haqlısan. Bu insanların ən böyük səhvidir, yəni həqiqətləri unudub dünyaya ehtirasla bağlanmaları. Halbuki insanlar Allaha təslim olsalar, Ona təvəkkül etsələr, həqiqətlərdən qaçmaqdan imtina etsələr, çox xoşbəxt, rahat olar və əmin-amanlıq içində yaşayarlar. Allah, Özünə üz tutan insanlara daim doğru yolu göstərər, problemləri də vardırsa onlara ən gözəl çıxış yollarını təqdim edər. Baxın, sizə bu mövzuda bir ayə oxumaq istəyirəm:
…Allahdan qorxana, Allah çıxış yolu göstərər və ona təsəvvürünə gətirmədiyi bir yerdən ruzi bəxş edər. Kim Allaha təvəkkül etsə, Allah ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir... (Talaq surəsi, 2-3)
Sibəl: Bu çox əhəmiyyətli bir həqiqətdir. Yəni televiziyada seyr etdiyimiz bu insanlar içində olduqları çətin vəziyyətdən, ancaq dünyəvi ehtiraslarından uzaqlaşıb Allaha üz tutduqları təqdirdə xilas ola bilərlər.
Murad: Bəli Sibəl. Həmçinin bir qədər əvvəl qeyd etdiyin kimi, xəyaldan başqa bir şey olmayan şeylərin, sanki əsliylə təmasda olurmuş kimi hərəkət edən bu insanlar, içində olduqları vəziyyəti görsələr yəqin ki, çox çətin vəziyyətdə qalarlar. Ömrünü bir xəyal arxasınca qaçmaqla keçirib ən sonunda həqiqəti görən bir insanın keçirdiyi peşmançılıq və xəcalət hissini təsvir etmək qeyri-mümkündür. Kəhf surəsində bu insanların vəziyyətinin necə izah olunduğuna bir baxın:
De: “Sizə əməlləri baxımından ən çox ziyana uğrayanlar barəsində xəbər verimmi? O kəslər haqqında ki, onların dünya həyatındakı səyləri boşa çıxmışdır. Çünki onlar özlüyündə yaxşı işlər gördükləri güman edirdilər. (Kəhf surəsi, 103-104)
Səbri: Bütün həyatıma yenidən nəzər salmağımın və Allaha təslim olmağımın lazım olduğunu, artıq çox yaxşı anlayıram.
Sibəl: Mən də öyrəndiyimiz bu həqiqətlərdən sonra əvvəlki kimi olmayacağam. Muradın söylədiyi kimi yeni bir həyata başlamış vəziyyətdəyəm. Öyrəndiyim şeyləri düşünüb həyata keçirəcəyəm. Allahdan başqa bir güc sahibi olmadığı üçün, işə əvvəlcə onu tanımaqla, Ona yaxın olmaqla və Onun istədiyi kimi hərəkət etməklə başlayacağam. Əlbəttə ki, bütün bunları edə bilmək üçün dərhal bir Quran alacağam və Allahın məndən istədiklərini öyrənəcəyəm.
Tolqa: Deməli, bu vəziyyətdə hamımız eyni fikirdəyik. Bu üç gün ərzində bütün həyatım, bütün planlarım dəyişdi. Mən bir müəllim olduğum üçün üzərimdə ayrıca böyük bir məsuliyyət də hiss edirəm. Öyrəndiyim bu həqiqəti daha da dərindən mənimsəyib bilməyənlərə başa salmaq, mənim üçün ən əhəmiyyətli vicdani məsuliyyət halını aldı.
Murad: Dostlar, unutmayın ki, bir neçə gün ərzində çox əhəmiyyətli həqiqətlər barəsində danışdıq. Mən sizə bu həqiqətləri izah edirmiş kimi görünmüş ola bilərəm. Halbuki, mən də sizinlə birlikdə dinlədim. Heç bir insanın danışma, düşünmə gücü yoxdur. Allah insanın taleyində nə yazmışdırsa, insan da onu danışar və onu düşünər. Allah bizə bu söhbətlərlə Öz qüdrətini başa salmış, xatırlatmış oldu.
Bunu anladıqdan sonra hamımız Ondan kömək diləməli və hz. Süleyman (ə.s)-ın ayədə bildirilən duası kimi; "ey Rəbbim! Mənə Sənin razı qalacağın yaxşı əməl etmək üçün ilham ver və məni Öz mərhəmətinlə əməlisaleh qullarının arasına daxil et!” (Nəml surəsi, 19) deyə dua etməliyik.
Adnan Oktar: Şeytandan Allaha sığınırım, Allah ayədə: "Onlar Allahı lazımınca qiymətləndirmədilər" deyir. İnsanlar kainatın bu böyüklükdə olduğunu zənn edirlər. Halbuki bütün kainat, Biq Bənqdən sonra meydana gəldiyi deyilən kainat, bəlkə bir ağacın, kainatdakı bir ağacın, bəlkə də, hər hansı planetdəki bir ağacın budağındakı yarpağının içindəki bir atomun nüvəsinin içindədir, yəni bütün bu kainat oradadır bəlkə. Allah sonsuz sayda kainat yaradır. Allah sonsuz qüdrət sahibidir, biz o kainatların o aləmlərindən bir aləmik. Aləmlərin içindəyik. O aləmlərin içində Allah xarici aləmdə maddəni yaradır, amma O bizi, kiçik bir ekran vasitəsilə beynimizin içindəki ekran vasitəsilə dünyanı seyr edəcəyimiz şəkildə yaratmışdır. O kiçik ekrandakı görüntünü, hal-hazırda başımızın içindəki bu görüntünü biz böyük görürük. Yəni o bizə lupa kimi görüntünü böyük göstərir, biz zənn edirik ki, məsələn, mən indi sizə baxıram və sizi böyük görürəm. Halbuki beynimin içindəki kiçik bir yerdə olan elektrik siqnalını mən belə şərh edirəm, yəni beynim elektrik siqnalını insan kimi görür. Bu sizin görüntünüzü beynimə elektrik siqnalı halında gətirən bir sistemdir. Mən o elektrik siqnalını siz hesab edirəm və kiçik bir monitorun qarşısında əyləşib dünyanı seyr edirəm.
Müxbir: İnsanın əzəldən bəri müəyyən olunmuş bir taleyi vardırmı?
Adnan Oktar: Əlbəttə ki, bütün görüntülər həmin monitorda göstəriləcək, necə ki, kaset, video kaset qoyulur və insan onu seyr edirsə. Bir video kaset kimi, Allah o video kaset vasitəsilə bütün həyatımızı bizə seyr etdirir. Sonra axirətdə həmin bu video kaset bizim əlimizə verilir. Biz bu video kasetlə axirətə gedirik. İnsanlar da təəccüblənir. Bu ayədə də bildirilir. İnsan: "Bu necə ola bilər, burda hər şey yazılmışdır" deyir. Yəni Allah: “Belə deyərlər” deyir. Allah; "bu video kaset hər şeyi ən incə nöqtəsinə qədər yazmışdır" dediklərini deyir. İnsanların taleyi axirətdə, video kasetdə qeyd edilmiş halda özlərinə verilir. Bir cür video kaset, insanın bütün həyatı bu video kasetdə kodlanmışdır. Bizim sonsuz həyatımız Allah Qatında bitmişdir. Biz anlardan meydana gəlirik. Lakin biz anı uzun bir vaxt kimi qəbul edirik. Zaman, qavrayış və inanc formasıdır. Mən zənn edirəm ki, ibtidai məktəbə getmişdim. Halbuki bu başımdakı bir inancdır, bu mənim üçün həmin anda yaradılır. Allah ayədə deyir onsuz da, qovulmuş şeytandan Allaha sığınıram; "O hər an yaratmaqdadır" deyir. Allah kainatı hər an yaradır, davamlı yaradar. Yəni bir an yaratmasa, hər şey Allahın istəyi nəticəsində məhv olar. Hamısını məhv edər. (Ekin TV, 12 fevral 2009)
…Sənin bizə öyrətdiklərindən başqa bizdə heç bir bilik yoxdur!
Həqiqətən, Sən bilənsən, müdriksən!
(Bəqərə surəsi, 32)