Müxtəlif əsərlərimizdə təfərrüatlı şəkildə açıqladığımız; "maddənin ardındakı sirr" mövzusu, geniş oxucu kütləsinə təsir etmiş və bu kəslərin yaşadıqları müddət boyunca heç bilmədikləri əhəmiyyətli bir həqiqəti görmələrinə vəsilə olmuşdur. Bu, yeni bir fəlsəfə və ya bir ideologiya deyil, hər insanın istər-istəməz içində olduğu, yaşadığı, başa düşülməsi asan, elmin müxtəlif sahələrində uzun illər bundan əvvəl isbat edilmiş bir həqiqətdir.
Bu həqiqəti; "Allahın yaratdığı maddə xarici aləmdə vardır, ancaq biz maddənin sadəcə beynimizdəki surətiylə təmasda oluruq. Xarici aləmdəki əslininin necə olduğunu isə heç vaxt bilmərik. Həyatımızı meydana gətirən hər şey ruhumuz tərəfindən qavranılan hisslər toplusudur. Dünyamızı və bütün varlığımızı mənalı hala gətirən şeyləri, kəsləri, məkanları, hadisələri eynilə bir yuxu kimi, yalnız görüntü olaraq beynimizdə qavraya bilərik, əslləriylə isə təmasda olmarıq" şəklində yekunlaşdırmaq mümkündür. Səmimi və ön mühakiməsiz şəkildə baxan, dərin düşünən bir insan özünə bu mövzu izah edildiyi vaxt, bu böyük həqiqəti asanlıqla, qısa müddətdə qavrayır və həyata keçirir.