Zülmə məruz qalan, işgəncəylə öldürülən insanlar, günahsız körpələr, bir çörək alacaq pulu belə olmayanlar, soyuq havada, bezdən çadırlarda az qala küçədə yatanlar, xəstəliklərini müalicə etdirəcək pul tapa bilməyənlər və ya qoca və gücsüz olmalarına baxmayaraq, xəstəxanalarda saatlarla hətta günlərlə müalicə növbəsi gözləyənlər, yalnız müəyyən bir qəbiləyə mənsub olduqları üçün qətl edilənlər, inanclarından ötrü evlərindən, yurdlarından çıxardılan qadınlar, uşaqlar və yaşlılar, bir tərəfdən hələ də davam edən israfçılıq, digər tərəfdən isə aclıqdan və baxımsızlıqdan məhv olan, ölümə tərk edilən yazıq insanlar, küçəyə atılan, öz başının çarəsinə baxa bilməyəcək qədər kiçik və müdafiəsiz uşaqlar, ailəsini dolandıra bilmək üçün kiçik yaşda məktəbə getməyib, oyun oynamayıb işləyən və ya dilənən uşaqlar, hər an düşmənləri tərəfindən öldürülmə qorxusu ilə yaşayan insanlar...
Bu insanları xilas etmək, bütün dünyanın ədalət, hüzur, təhlükəsizlik və zənginlik içində yaşanan, rifah dolu bir yer olmasını təmin etmək üçün əvvəlcə insanlar vicdan sahibi olmalıdır. Vicdan sahibi olmağın yeganə yolu isə imandır. Ancaq imanlı insanlar həmişə vicdanlarından istifadə edərək hərəkət edirlər.
Nəticə etibarilə, dünyadakı ədalətsizliyin, iğtişaşların, terrorun, qırğınların, aclığın, səfalətin və zülmün yeganə bir həlli vardır: Quran Əxlaqı. Məhz bu kitabda, Quran əxlaqı yaşandıqda nə qədər aydınlıq, dinclik və xoşbəxtlik dolu bir dünyanın meydana gələcəyi izah edilir.