Son Söz

Kim izzət istəyirsə, bilsin ki, bütün izzət Allahındır. Gözəl söz Ona doğru yüksələr, yaxşı əməl də onu yüksəldər...
(Fatir surəsi, 10)

Kitab boyu gözəl sözün Allaha dəvət etmək olduğundan bəhs etdik. İndi bu kitabı oxuyan hər bir insanın yenidən düşünmə və qərar vermə zamanıdır. Bəlkə bu günə qədər edilən bəzi dəvətləri qəbul etmiş, bəlkə də, heç dinləmədən rədd etmiş ola bilərsiniz. Bəlkə də, bu günə qədər sizə belə dəvət edilməmişdir. Lakin bunlar artıq geridə qalmışdır və əhəmiyyətli olan bu gün veriləcək qərar və bu gün atılacaq addımdır. Çünki edilən bu dəvət, yalnız yetmiş və ya səksən illik ömrə deyil, əbədi həyata təsir edəcək çox əhəmiyyətli bir qərar anıdır.

Bu qərarı verərkən bunu heç unutmamaq lazımdır ki, gözəl sözə əməl etməyən insanlar kitab boyu gördüyümüz kimi nə qədər böyük ziyan içindədirlərsə, özlərinə edilən dəvəti qəbul edən insanlar da o qədər böyük qazanc içində olacaqlar. Bu həqiqət, dünya həyatında da asanlıqla görülə bilər, ancaq arada nə qədər böyük fərq olduğu əsil mənada axirətdə ortaya çıxacaq. Bir insanın həyatı boyu özünün yaxşı iş gördüyünü zənn edərək səy göstərməsi, amma etdiyi şeylərin Allah qatında faydasız əməllər olduğunu öyrənməsi, şübhəsiz ki, heç bir şeylə müqayisə edilə bilməyəcək qədər böyük ziyan və məyusluğa səbəb olar. Eləcə də, insanın bu ziyana uğramaqdan xilas olmasının yeganə yolu, Qurana və onun ayələrini xatırladan hər gözəl sözə daha da gec olmadan əməl etməsidir.

İndiyə qədər bu mövzuda uzun-uzadı düşünməmiş və ya ciddi bir qərar almamış insan, bu hərəkətindən ötrü qərarsızlığa və ya ümidsizliyə düçar olmamalıdır. Çünki əhəmiyyətli olan keçmiş deyil, yaşadığımız andır və bəlkə də, bu an alınacaq bir qərar sonsuz nemətlərə qapı açacaq bir açar, bir yol olacaq. Burada əhəmiyyətli olan vicdanın səsinə qulaq asmaq, doğrunu, haqqı və gözəl olanı qəbul etmək, nəfsin istənilən pıçıltısına qarşı qulaqları tıxamaqdır. Vaxt gözəl sözə əməl etmək vaxtıdır.

Əzab sizə gəlməmişdən öncə Rəbbinizə üz tutun və Ona təslim olun. Sonra sizə heç bir kömək olunmaz. Əzab sizə fərqinə varmadığınız bir halda qəflətən gəlməmişdən əvvəl Rəbbinizdən sizə nazil edilən ən gözəl Sözə tabe olun! (Zumər surəsi, 74-75)

"Sən pak və müqəddəssən!
Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik.
Hər şeyi bilən, hökm və hikmət sahibi Sənsən"
("Bəqərə" surəsi, 32)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Gözəl Söz Allaha Tərəf Çağırmaqdır
  • Gözəl Sözə Əməl Etmək
  • Gözəl Söz Söyləmək
  • Gözəl Sözə Əməl Etməyənlərin Aqibəti
  • Gözəl Sözə Əməl Edənlərin Qazancı
  • Son Söz