Allahdan qorxanlar öyüd alıb düşünər. Ən bədbəxt kimsələr isə onu qulaqardına vurarlar. O kimsə ki, Cəhənnəmə atılacaq, O orada nə öləcək, nə də yaşaya biləcəkdir.
(Əla surəsi, 10-13)
Gözəl sözə dəvət edilən, Quranla özlərinə öyüd verilən, möminlər tərəfindən haqq-hesab gününün yaxınlaşaraq gəlməkdə olduğuyla xəbərdar edilib qorxudulan və o gün etdiyi bütün əməllərdən ötrü haqq-hesaba çəkiləcəkləri xatırladılan insanlar, bundan sonra artıq çağırıldıqları doğru yola uymaqla məsuldurlar. Uymadıqları təqdirdə mütləq axirətdə peşmançılıq çəkib əzabla qarşılaşacaqlar. Çünki xəbərdar edilən insan artıq nəyin doğru nəyin yanlış olduğunu öyrənən, dolayısilə bunları tətbiq etməklə məsul olan bir insandır.
Amma tarix boyu insanların böyük hissəsi bu məsuliyyətlərini görməzlikdən gəlmişdirlər. Allahın ayələrini eşitdikləri halda, sanki heç eşitməmiş kimi, hərəkət etməyə davam etmişdirlər, Quranda bu insanlarla əlaqədar belə buyurulur:
"...Özlərinə xatırladılan şeydən (faydalanıb) pay almağı unutdular... (Maidə surəsi, 13)
İnsanlar özlərini Allahın dininə çağıran, Quran əxlaqını yaşamağa dəvət edən insanların sözlərinə uysalar, Allah özlərinə dünyada və axirətdə gözəl həyat bəxş edəcək. Ancaq onlar özlərini yaradan və yaşadan, müxtəlif nemətlər bəxş edən Rəbbimizə qulluq etməyi qəbul etməzlər və özlərinə xatırladılanları eşitməməzlikdən, anlamamazlıqdan gələrlər. Halbuki insanın yaradılış məqsədi Rəbbimizə qulluq etməkdir. Bu məqsədi rədd edən və söz dinləməyən insan əbədi axirət həyatında da, dünyada da çox çətin və sıxıntılı bir həyat yaşayacaq. Çünki bir insan həqiqətən rahat və xoşbəxt olmaq üçün, öz fitrətinə uyğun həyat yaşamalı və vicdani olaraq da bunun rahatlığı içində olmalıdır. Yəni qəlbinə sıxıntı verəcək, peşmançılıq duymasına səbəb olacaq hərəkətlər etməməlidir.
Əgər insan Allahın Quranda göstərdiyi bu yola tabe olmasa, mənəvi sıxıntı içində yaşayar. Nə etsə, hara getsə, nə qədər geniş maddi imkanlar içində olsa da, bu mənəvi əzabdan xilas ola bilməz. Həqiqi mənada rahat və xoşbəxt ola bilməz. Allahın özü üçün seçib bəyəndiyi dinini tərk edib, nəfsinə uymasının cəzasını əslində gizli və ya açıq şəkildə həyatının hər anında yaşayar.
Allah Qurana uymayan, etdikləri pis əməlləri davam etdirən insanların əsla iman edib yaxşı işlər görənlərlə eyni tutulmayacağını, etdiklərinin qarşılığını həyatda da, ölümdə də görəcəklərini belə xəbər vermişdir:
Bu Quran insanlar üçün açıq-aydın bir dəlil, qəti məlumatla inananlar üçün isə doğru yol göstəricisi və mərhəmətdir. Yoxsa günah qazananlar onları iman gətirib yaxşı işlər görənlərlə eyni tutacağımızı güman edirlər? Məgər həyatları və ölümləri eyni mi olacaq? Nə pis mühakimə yürüdürlər! (Casiyə surəsi, 20-21)
Şübhəsiz ki, belə insanlardan təşkil olunan cəmiyyətlərdə gözəl həyat yaşamaq qeyri-mümkündür. Allah bir çox ayəsində özlərinə verilən öyüdləri dinləməyən, gözəl sözə dəvət edildiklərində bundan üz döndərən, Allah rizasına uyğun bir həyat yaşamağı qəbul etməyən cəmiyyətləri çətin bir əzabla xəbərdar edir. Bu ayələrdən bəziləri belədir:
Ayələrimiz ona oxunduğu zaman sanki onları eşitmirmiş, qulaqlarında tıxac varmış kimi təkəbbürlə üz çevirər. Sən beləsini ağrılı-acılı bir əzabla müjdələ. (Loğman surəsi, 7)
Özlərinə dünyada edilən çağırışları qəbul etməyən, inkarlarını davam etdirən insanların bir çoxu, ancaq qiyamətin gəlməsindən sonra özlərinə deyilənlərin nə qədər əhəmiyyətli olduğunu anlayacaq və dünya həyatlarında gözəl sözə əməl etmədikləri üçün peşman olacaqlar. Ancaq bunun bir fayda verməyəcəyi aydındır; bu vəziyyət bir ayədə belə bildirilir:
Məgər onlar qiyamət saatının qəfildən onlara gəlməsindən başqa bir şeymi gözləyirlər? Artıq onun əlamətləri gəlmişdir. Lakin qiyamət saatı onlara gəlib yetişdiyi zaman öyüd alıb düşünmələri nəyə yarayar? (Məhəmməd surəsi, 18)
Allahın ayəsində bildirdiyi kimi, əzab insana gəldikdən sonra artıq nə etsə onun üçün qurtuluş yoxdur. Həyatları boyu ən dərin qəflət içində olan insanlar belə ölüm mələkləri yanlarına gəldikdə etdikləri səhvi görərək böyük peşmanlıq çəkərlər. Həmin anda heç bir insan, qəflət içində keçirdiyi bir həyat barədə; “nə yaxşı etdim, mənə deyilənlərə tabe olmadım, nəfsimin istədiyi kimi yaşadım, yedim, içdim, gəzdim, əyləndim...” deməz və deyə bilməz. Bu insan din düşməni və ya ateist olsa da, yenə də bunları söyləyə bilməz. Çünki bu insanlar artıq ömür boyu görməzlikdən gəldikləri şeylərin həqiqət olduğuna bilavasitə özləri yaşayaraq şahidlik edər və özlərinə deyilənləri dinləmədikləri üçün təsvir olunmaz bir peşmançılıq çəkərlər. Dünyada gözəl sözə əməl etməyib seçdikləri heç bir şeyin dəyəri olmadığını isə, hələ mələkləri gördükləri ilk andan etibarən anlayarlar. Bu insanların axirətdəki vəziyyəti Quranda belə bildirilmişdir:
Məhz mələkləri görəcəkləri gün günahkarlara heç bir müjdə olmayacaqdır. Mələklər deyəcəklər: “(Sizə şad xəbər) qadağandır, qadağan!” Biz onların gördükləri bütün işlərin qarşısını aldıq və onları sovrulmuş toz dənəciklərinə çevirdik. (Furqan surəsi, 22-23)
Bunu da unutmamaq lazımdır ki, əslində hər insan nəyin doğru, nəyin yanlış olduğunu anlaya biləcək qavrayışa malikdir. Özünə edilən dəvəti qəbul etməyən, öyüdləri və xatırlatmaları qulaqardına vuran hər insan bu dəvətləri qəbul etməli olduğunu, ancaq bu sayədə nicat tapacağını bilir. Amma bu insanlar dünya həyatına ehtirasla bağlandıqları, axirəti və haqq-hesab gününü uzaq gördükləri, nəfslərinə uyub Allahın ayələrini dinləmədikləri üçün inkar edirlər.
Belə ki, yuxarıdakı ayələrin davamında Allah insanların bu həqiqətlərdən xəbərdar olduqları halda, gözəl sözə əməl etmədiklərini, bunu peşmançılıq içində necə dilə gətirdiklərini belə bildirir:
Həmin gün zalım kimsə (hirslə) barmaqlarını dişləyərək deyəcəkdir: “Kaş ki, mən elçinin yolunu tutub gedəydim! Vay halıma! Kaş ki, filankəslə dost olmayaydım! Çünki Zikr (Quran) mənə çatdıqdan sonra o məni ondan uzaqlaşdırdı”. Həqiqətən, şeytan insanı tənha və köməksiz qoyub qaçandır. (Furqan surəsi, 27-29)
Ölüm mələklərinin bir anda yanlarına gəlməsiylə peşmançılıq hissinə qapılan insanlar üçün, bu hələ bir başlanğıcdır. Onlar həyatları boyu öz istək və ehtiraslarını, yoldaşlarını və dostlarını, mallarını, mülklərini, işlərini, kariyeralarını, şan və şöhrətlərini Allah rizasından üstün tutmuşdurlar, özlərini doğru yola çağıran möminlərin sözünə əməl etməmişdirlər. Haqq-hesab günündə isə dünyada Allahın rizasından üstün tutduqları hər şeydən tək-tək sorğuya çəkiləcəklər:
Onlara: “Şəriklərinizi çağırın!” deyiləcək. Onlar da onları çağıracaq, lakin şərikləri onlara cavab verməyəcəklər. Onlar əzabı görəcəklər. Doğru yolla getmiş olsaydılar nə itirərdilər?. O gün Allah onları çağırıb: “Elçilərə nə cavab verdiniz?” deyəcək. O gün xəbərlər onlardan gizli qalacaqdır. Onlar bir-birindən heç bir şey soruşa bilməyəcəklər.
Elçilərin və iman edənlərin dəvətlərini inkar edənlər, haqq-hesab günündə özlərini pərişan edən peşmançılıqla yanaşı böyük çarəsizliyə də düçar olarlar. Lakin bu, bir insanın dünya həyatında hiss etdiyi çarəsizliklə müqayisə edilə bilməyəcək qədər şiddətli sıxıntı verən bir çarəsizlikdir.
Dünyada insanın ən çarəsiz vəziyyətdə qaldığını düşündüyü anlarda və ən pis şəraitdə belə mütləq bir çıxış yolu tapma ehtimalı var. Dünyada yaşanılan hər bir çətinlik ən azından müvəqqətidir. Amma axirətdəki əbədi əzabı dadan inkarçılar üçün heç bir çıxış yolu, xilas olma ümidi yoxdur.
Dünyada öyüddən qaçanlar və fürsət olduğu halda, bunu qiymətləndirə bilməyərək Allahın razı qaldığı qullarından ola bilməyənlər, haqq-hesab günü Allahın hüzurunda sorğu-sual olunduqdan sonra dözülməz əzablar yaşayacaqları cəhənnəmə aparılacaqlar. Ayədə bildirildiyinə görə, hələ cəhənnəmə çatmadan əzabın qorxusu inkarçıların qəlblərini bürüyəcək və onlar necə bir əzaba girəcəklərini anlayacaqlar. Odun içinə atıldıqlarında isə burada olan cəhənnəm gözətçiləriylə aralarında belə bir danışıq keçəcəyi bildirilmişdir:
Onlar oraya vasil ediləndə onun dəhşətli uğultuyla qaynadığını eşidəcəklər. Cəhənnəm, qəzəbindən az qala parçalansın. Hər dəfə bir dəstə oraya atılarkən Cəhənnəmin gözətçiləri onlardan soruşacaqlar: “Məgər sizə xəbərdarlıq edən biri gəlməmişdi?” Onlar deyəcəklər: “Əlbəttə, bizə qorxudan biri gəlmişdi. Amma biz onu yalançı sayıb: “Allah heç bir şey nazil etməyib, siz də ancaq böyük bir azğınlıq içindəsiniz” demişdik. Onlar deyəcəklər: “Əgər biz dinləsəydik və ya anlasaydıq alov şölələri saçan od sakinlərinin içində olmazdıq!” Onlar öz günahlarını etiraf edəcəklər. Rədd olsun alovlu od sakinləri! (Mülk surəsi, 7-11)
İnkar edənlər dünyada olarkən bu günlərlə qarşılaşacaqlarını qətiyyən nəzərə almamış, qürur və inadkarlıq içində özlərinə xatırladılanları qulaqardına vuraraq böyük bir ömürü başa vurmuşdurlar. Əzabla qarşılaşdıqlarında isə bir dəfə daha dünyaya qayıtmaq və yaxşı əməllər etmək, özlərinə verilən öyüdlərə qulaq asmaq, yəni gözəl sözə əməl etmək üçün yalvararlar. Allah onların bu yalvarışlarına belə cavab verər:
Onlar orada fəryad qoparıb yalvaracaqlar: “Ey Rəbbimiz! Bizi buradan çıxart ki, əvvəllər etdiyimiz əməlləri deyil, yaxşı əməllər edək”. Onlara deyiləcək: “Məgər orada sizə öyüd alacaq kimsənin öyüd alacağı qədər uzun ömür vermədikmi? Sizə xəbərdar edən də gəlmişdi. Elə isə dadın əzabı! Zalımlara kömək edən olmaz”. (Fatir surəsi, 37)
Quranda inkarçıların yaşadıqları bu dözülməz əzaba bir anlıq da fasilə verilməyəcəyi də bildirilmişdir. Cəhənnəm əzabı elə şiddətli və dözülməzdir ki, inkar edənlər əzabın təkcə bir günlük də olsa yüngülləşdirilməsi üçün belə dua edərlər:
Odda olanlar Cəhənnəm gözətçilərinə deyəcəklər: “Rəbbinizə yalvarın ki, heç olmasa, bircə gün əzabımızı yüngülləşdirsin!” Mələklər deyəcəklər: “Məgər elçiləriniz açıq-aydın dəlillər gətirməmişdilər?” Onlar: “Əlbəttə gətirmişdilər!” deyəcəklər. Mələklər də: “Elə isə özünüz yalvarın!” deyəcəklər. İnkarçıların yalvarması isə boş şeydir. (Mümin surəsi, 49-50)
Ancaq inkarçıların bu peşmançılıqları, duaları, yalvarmaları artıq boş şeydir. Çünki özlərinə dünyada verilən möhlət Allahın ayəsində bildirdiyi kimi öyüd ala biləcək bir insan üçün kifayətdir.
Dünyada dəvət edildiklərinə uymayan, özlərinə göstərilən doğru yolla getməyib inkar edən insanlar, cəhənnəmdə əzabdan-əzaba düçar olarlar. Fiziki olaraq çəkdikləri dözülməz ağrılarla yanaşı, bir də etdikləri və sonda özlərini pərişan edən səhvin peşmançılığını çəkərlər. Bütün bunlarla yanaşı, özləri bu vəziyyətdə olarkən, dünyada insanları dinə dəvət edən möminləri cənnətdə nemətlər içində görmək peşmançılıqlarını daha da artırar. Yaşadıqları çarəsizlik elə həddə çatar ki, torpaq olmağı, yox olmağı istəyərlər, amma bu da qəbul edilməz:
Onlar əlləri boynunda bağlı halda Cəhənnəmin dar bir yerinə atıldıqları zaman ölüm diləyərlər. Onlara deyilər: “Bu gün özünüzə bir ölüm deyil, çoxlu-çoxlu ölümlər istəyin!” (Furqan surəsi, 13-14)
Bütün bunların ardında insanın heç vaxt unutmamalı olduğu bir həqiqət daha var: Dünyada insanlara edilən hər xatırlatma, hər xəbərdarlıq, verilən hər öyüd Allahdan gəlir. Allah insanları, elçiləri və mömin qulları vasitəsilə haqq dinə dəvət edər. Yenə iman edənlər vasitəsilə yaxşı əməllər işləməyi əmr edib pis əməllər görməyi qadağan edər, göndərdiyi haqq Kitabla doğru ilə yanlışı ayırd etmə imkanı verər. Əgər bu insanlar bu dəvətləri qəbul etməsələr, ölüm anı gəlib çatdıqda bu həqiqətləri anlamaq və hərəkətə keçmək üçün artıq çox gec olacaq:
Onlar dözülməz əzabımızı daddıqda: “Biz Vahid Allaha iman gətirdik, Ona ortaq qoşduqlarımızı isə inkar edirik!” Lakin o zaman əzabımızı gördükdə iman gətirmələri onlara heç bir fayda vermədi. Bu, Allahın Öz qulları barəsində əzəldən bəri qüvvədə olan qanunudur. Onda kafirlər ziyana uğradılar. (Mümin surəsi, 84-85)
Adnan Oktar: "Möminlər onsuz da Əzraillə qarşılaşdıqlarında, onun gözəlliyinə məftun olurlar. Əzrail (ə.s) görünməmiş dərəcədə yaraşıqlıdır, yəni təsvir edilə bilməyəcək qədər yaraşıqlı və gözəldir, yanındakı heyət də həmçinin. Onlar da (heyet-i hâzirûn) görünməmiş dərəcədə gözəl varlıqlardır. Dolayısilə, bu mömin üçün çox böyük bir nemətdir. Amma küfr əhli üçün Əzrail, zənn edildiyi kimi, yəni düşünüldüyü kimi deyil, olduqca şiddətli əzab verən rəftar göstərər. Amma gözəlliyində yenə qüsur olmaz Əzrailin, yəni daim gözəldir Əzrail. Amma verdiyi əzab çox şiddətlidir və oradakı səlahiyyət sahibi kəslərin də verdiyi əzab bu cürdür, yəni ona kömək edən mələklərin də verdiyi əzab çox şiddətlidir". (Hörmətli Adnan Oktarın Çay TV-də verdiyi müsabihəsindən, 25 fevral 2009-cu il)
Adnan Oktar: "İnsan öldükdən sonra başqa bir aləmə keçər. Yəni bir çox aləm var, bir çox yaşayış aləmi var. Bizim yaşadığımız aləm, həmin bu aləmlərdən biridir. Öldükdən sonra tam fərqli bir aləmə keçilər və bir daha da geri qayıtmaq olmaz. Əgər mömindirsə həmin aləmdə də, hər anı, hər şey mükəmməl və çox rahat olar. Əvvəla ölümdən etibarən rahatlıq başlayar, rahatlıq ölərkən başlayır. Sevgi, məhəbbət, şəfqət, hər cür rahatlıq var. Axirətdə də olduqca rahatdır, qarşısında işıq, sağında işıq, yanında bələdçisi var, çox gözəldir. Çox asan haqq-hesaba çəkilir. Həmişə hər yerdə sevgi və hörmət görəcəklər. Cənnət mələkləri, cənnətdəkilər onları məhəbbətlə qarşılayacaqlar. Yəni Allah qulu üçün çətinlik istəməz, mömin qulu üçün. Amma küfr əhli hər yerdə bəla ilə qarşılaşacaq, yəni ölümlə birlikdə başlayacaq. Sürünmək kimi, yəni tamamilə acı, əzab, sıxıntı və narahatlıq içində olacaq. Məzar da onu narahat edər, ölərkən də ətrafındakı canını alanlar yenə onu pərişan edərlər, dirildiyində yenə pərişan olar, ətrafındakılar ona rahatlıq verməz. Məsələn, kafirlər də orada bir-birinə hücum çəkəcəklər, yəni sən məni buraya saldın, mən səni buraya düşürdüm kimi iddialar irəli sürəcəklər və orada da daima döyüş və rəzalət çıxacaq, daima bir-birlərinə acı verəcəklər və cəhənnəmin hər şeyi insanları narahat edər. “Cəhənnəmin meyvələri vardır şeytan başına bənzər” deyir Quranda, yəni diri-diri insana baxan, özü də nifrətlə baxan meyvələr. İnsanları burada narahat etmək və əzab vermək; əzab bunun bir qaynağıdır. Lakin möminlər bunları gördükcə hallarına şükür edəcəklər. Lakin buradakı əsas məsələ, sözün düzü kafirləri o qədər maraqlandırmaz cəhənnəm, adamlar sırtıqdırlar, arsızdırla, orada belə bir-birləriylə vuruşurlar, yəni düşünün. “Peşmançılığını” deyir, “göz ucuyla baxarlar” deyir, “gizlətməyə çalışırlar” deyir, yəni bu qədər alçaqdırlar. Möminlər çox təsirlənər cəhənnəmdən, baxıb-baxıb Allaha həmd edəcəklər, baxıb-baxıb Allaha şükür edəcəklər. Çünki cəhənnəmdəki boş yerləri də görəcəklər. Onlar üçün olan, lakin cənnətə getdiyi üçün yeri boş qalmışdır. Oranı görəcək, görünməmiş dərəcədə sevinəcək, xoşuna gələcək. Yəni Allah cəhənnəmi möminlərin xoşuna gəlsin deyə də yaradır. Cəhənnəm əslində, cənnət əhli üçün çox böyük nemətdir. Cənnətin ləzzətini artıran çox böyük nemətdir cənnət əhli üçün. Cənnət də cəhənnəm əhlinin əzabını çox-çox artıran, qat-qat artıran əzabdır onlar üçün. Məsələn, cənnət insana zövq verir elə deyil mi, lakin cəhənnəm əhlinə çox böyük əzab verəcək. Baxdıqca daha şiddətli əzab çəkəcəklər, həsrət ağrısı çəkəcəklər. Mömin də qurtulma sevinci yaşayacaq, onun həyəcanını yaşayacaq inşaAllah". (Hörmətli Adnan Oktarın Çay TV-dəki müsahibəsindən, 4 mart 2009-cu il)