Son Söz

Əziz uşaqlar kainatdakı səfərimiz burada sona çatdı. Bu səfərdə kainatın bənzərsiz yaradılışını və Planetimizin bizim üçün kainatda xüsusi olaraq, olduqca həssas tarazlıqlar içində yaradılmış bir planet olduğunu gördünüz. Bu kitabda qeyd olunanları qısa şəkildə belə təkrarlaya bilərik.

Planetimiz kosmosun havasız, soyuq və cansız boşluğunda yerləşir. Kosmos ucsuz-bucaqsız və heç kəsin olmadığı bir səhraya, Planetimiz isə bu səhrada yerləşən bir qəsrə bənzədilə bilər. Səhradakı bu qəsr bizi bütün qum fırtınalarından və istidən qoruyur, rahatlığı sayəsində ehtiyacımız olan hər şeyi bizim üçün təmin edir. Planetimiz də eynilə səhradakı bu qəsr kimi bizim kosmosdakı qəsrimizdir. Sanki kosmik gəmi kimi hərəkət edən Yer sayəsində kosmosdakı təhlükələrdən uzaq yaşayırıq. Hava, su və ehtiyacımız olan hər şeyi rahatlıqla tapa bilirik. Səhradakı bir qəsr necə öz-özünə meydana gəlməzsə Planetimiz də təsadüfən meydana gələ bilməz. Planetimizin üstün bir yaradılış nəticəsində bu hala gəldiyi aydındır.

Həmçinin kainatda bu kitabda öyrəndiyiniz həssas tarazlıqdan hələ milyonlarla var. Lakin təkcə burada sadalananlar belə kainatın və Dünyanın ardıcıl təsadüfi hadisələr nəticəsində meydana gələ bilməyəcəyini qəti şəkildə sübut edir.

Bütün bunlar yenidən açıq-aydın bir həqiqəti göstərir. Bütün kainatı, ulduzları, planetləri, dağları və dənizləri mükəmməl yaradan, insana və bütün canlılara həyat verən, sonsuz güc və qüdrət sahibi olan Allahdır. Allahın bu mükəmməl yaratması Quranda belə bildirilir:

Sizin yaradılışınız çətindir, yoxsa göyün? Allah onu qurdu, onun qübbəsini yüksəltdi və düzəldib kamilləşdirdi, gecəsini qaranlıq edib, səhərini də nurlandırdı. Sonra yeri döşəyib, onda su və otlaq yaratdı, dağları da yerə bərkitdi. Bunlar sizin və mal-qaranızın faydalanmasından ötrüdür (Naziat surəsi, 27-33)

Uşaqlar! Bunu əsla unutmayın ki, sizi və sahib olduğunuz hər şeyi Allah yaratmışdır. Hər şey Allahın sizə bir lütfüdür. Hər an bu həqiqəti görməli, sahib olduğunuz nemətlər barədə düşünməli və bunları sizə verdiyi üçün Allaha təşəkkür etməlisiniz.

…Sənin bizə öyrətdiklərindən başqa bizdə heç bir bilik yoxdur!
Həqiqətən, Sən bilənsən, müdriksən!
(Bəqərə surəsi, 32)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • I Fəsil: Bir Vaxtlar Kainat Yoxdu!
  • II Fəsil: Kainatın Yaradılışı
  • III Fəsil: Planetimiz
  • Son Söz