Göylərdəki Ehtişam

57 səhifə.

İçində yaşadığımız kainatın böyüklüyü barədə heç düşündünüz mü? Yəqin ki, bu mövzu barədə çox ətraflı düşünməmisiniz. Onsuz da düşünmüş olsanız da, kainatın genişliyini tam qavramağınız çox çətindir. Bunu sizə bir misalla izah etməyə çalışaq. Ağlınıza gələn ən böyük genişliyin nə olduğunu düşünün. Məsələn, yaşadığınız şəhərin bir ucundan digər ucuna qədərki ərazinin çox geniş olduğunu düşünə bilərsiniz və ya bəziləriniz yaşadığınız ölkənin ucqar şərq nöqtəsindən ucqar qərb nöqtəsinə qədər səfər etmiş və nə qədər geniş bir ərazidə yaşadığınıza şahid olmuş ola bilərsiniz. Hətta bəziləriniz yurdunuzdan çox uzaq bir ölkəyə səyahət etmiş ola bilər. Ancaq bunu unutmayın! Bütün yer kürəsini gəzmiş olsanız da, yer kürəsindəki heç bir uzaqlıq kainatın genişliyini qavramağınız üçün kifayət deyil. Çünki yer kürəsi kainat içində bir toz zərrəciyi qədər belə yer tutmur.

Səhv eşitmədiniz! Böyük Yer planeti, kainatda bir toz zərrəciyi qədər yer tutmaz. Çox güman ki, bu nümunə sizə kainatın nə qədər böyük olduğunu bir qədər də olsa izah edə bilmişdir.

Əziz uşaqlar, indi nəhəng kainatın içində, kiçik bir yer tutan planetimiz barədə düşünün. Hər gün bu yumru topun üzərindəki evinizdə oyanırsınız. Məktəbə, bu yumru topun üzərində salınmış yollardan gedirsiniz.

İndi bir düşünün! Əlinizə bir top alsanız və üzərinə minik avtomobillər qoysanız, bu avtomobilləri də tutmasanız, onlar bu topun üzərində dayana bilərlərmi? Əlbəttə ki, dayana bilməzlər. Amma siz heç düşünmədən yumru bir top olan planetimizin üzərində bütün gün yoldaşlarınızla birlikdə gülüb əylənirsiniz.


Göylərdəki Ehtişam

Kitabın məzmunu

Kitabdan Başlıqlar və Fəsillər