Yaradılış həqiqəti - 2 |
"Keçmişdə yaşayan tısbağalara Almaniyadakı Trias dövrünə aid fosil yataqlarında rast gəlmək mümkündür. Onlar dövrümüzdəki tısbağalara çox oxşasa da, sərt qabıqları ilə digərlərindən fərqlənirlər. İbtidai tısbağalara aid isə heç bir iz tapılmamışdır. Halbuki, tısbağaların fosilləşməsi çox asan prosesdir və onlara aid kiçik qalıqlar tapılsaydı, asanlıqla tanına bilərdi". (Robert Carroll, Vertebrate Paleontology and Evolution, səh. 207) |
Dövr: Mezozoy erası, Tabaşir dövrü Maralların onlarla növündən biri olan xallı marala dünyanın bir çox bölgəsində rast gəlmək mümkündür. Fosilləşərək bu günə qədər qorunan bu maral kəlləsi yer üzündə təkamüli bir inkişafın yaşanmadığını, canlıların yaradıldığı ilk halları ilə bugünkü görünüşləri arasında heç bir fərqin olmadığını ortaya qoyur. |
Dövr: Mezozoy erası, Tabaşir dövrü Təkamülçülərin iddiaları doğru olsaydı, keçmişdə həm antilop xüsusiyyəti daşıyan və həm də fərqli bir canlı növünün xüsusiyyətlərinə sahib olan bir çox qəribə canlı olardı. Lakin saysız nağıl və xəyali ssenari ilə dolu olan təkamülçü yayımlarda bir ədəd belə ara canlı fosili sərgilənmir. Çünki belə bir canlı tarixin heç bir dövründə yaşamamışdır. Bütün canlılar şəkildə nümunəsi görülən 83 milyon illik antilop kimi, var olduqları ilk halları ilə günümüzə qədər gəlmişlər. |
Dövr: Kaynozoy erası, Miosen dövrü “Mustelidea” fəsiləsinə daxil olan dələlər milyon illərlə dəyişməyən görünüşləri ilə təkamülün iddialarını təkzib edən canlılardan biridir. Aparılan geoloji araşdırmalar digər bütün elm sahələri kimi, təkamül nəzəriyyəsinin əsassızlığını ortaya qoyarkən yaradılışın açıq bir həqiqət olduğunu göz önünə çəkir. |
Dövr: Kaynozoy erası, Miosen dövrü Şimal qütb bölgəsində ara-sıra mənfi 40 dərəcəyə çatan soyuqda yaşayan şimal tülküləri bəslənmək üçün bəzən 1000 kilometr yol qət edirlər. Allah`ın çətin şərtlərə dözümlü yaratdığı şimal tülküsünün fosil kəllələri günümüzdəki canlı nümunələri ilə tam eynilik təşkil edir. Bu açıq-aşkar dəlil bütün canlılarda olduğu kimi, tülkülərin də yaradıldığı ilk andakı halları ilə indiki dövrdə də mövcud olduqlarını göstərir. |
Dövr: Kaynozoy erası, Miosen dövrü Darvinistlərin 150 il davam edən ara forma fosili axtarışı ümidsizliklə nəticələnmişdir. Hazırda təkamülçülərin dəlil kimi ortaya qoya biləcəyi heç bir tapıntı yoxdur. Antropoloq Cefrey Şvarç fosil qeydlərinin darvinizmin əleyhinə olduğunu belə ifadə edir: "Bir çox paleontoloq qalıq qeydlərində itkin halqaları tapmaq əvəzinə yalnız böyük boşluqlarla və bu günə qədər yazılmış fosil növləri arasında hər hansı bir ara forma olmadığı gerçəyi ilə üz-üzə gəldi". (Schwartz, Jeffrey H., Sudden Origins, 1999, s. 89) |
Dövr: Kaynozoy erası, Eosen dövrü Mürəkkəbböcəklərinin tarix boyu heç bir dəyişikliyə məruz qalmadığını sübut edən bu 95 milyon illik fosil təkamülçülərin iddialarını təkzib edir. Bu fosillər qarşısında əli bağlı olan təkamülçülər öz iddialarını sübut edən heç bir dəlil tapa bilmirlər. |
Dövr: Mezozoy erası, Tabaşir dövrü Günümüzdəki pandaların daşıdığı bütün xüsusiyyətlərə sahib olan və bundan 96 milyon il əvvəl yaşamış pandalar təkamülü rədd edir. Fosillərlə isbat edilən bu həqiqət açıq və dəqiq olaraq ortadadır. Darvinistlərin israrla gizlətməyə çalışması bu həqiqəti dəyişdirməz. Canlılar təkamüllü müddət nəticəsində ortaya çıxmamışdır. Canlı və cansız bütün varlıqları Allah yaratmışdır. |
Dövr: Mezozoy erası, Tabaşir dövrü Fosil qeydləri qum tülkülərinin həmişə qum tülküsü olaraq mövcud olduğunu, başqa bir canlıdan törəmədiklərini isbat etmişdir. Günümüzdəki qum tülküləri ilə hər yöndən eyni olan şəkildəki 86 milyon illik qum tülküsü kəllə fosili təkamülçülərin yalnız xəyallarını dilə gətirdiklərinin dəlilidir. Təkamülçü fərziyyələr elmi istinaddan məhrumdur. |
Dövr: Kaynozoy erası, Eosen dövrü Atnalı xərçəng böcəkləri buğumayaqlıların xeliserilər yarımtipidirlər və hörümçəkkimilər fəsiləsinə daha yaxındırlar. Şəkildə görünən 150 milyon yaşındakı atnalı xərçəng böcəyi fosili yaradılışın açıq həqiqət olduğunu və təkamülün heç bir zaman yaşanmadığını bir daha sübut edir. |
Dövr: Mezozoy erası, Tabaşir - Eosen dövrü Təkamülçülərin uzun illər boyu axtardığı ara keçid fosilləri heç bir şəkildə tapılmır və digər tərəfdən yaradılış həqiqətini ortaya qoyan fosillərə hər gün bir yenisi əlavə olunur. Şəkildəki zebr kəllə fosili də bu nümunələrdən biridir. Diş və çənə quruluşu günümüzdəki nümunələrindən fərqsiz olan bu fosil təkamül nəzəriyyəsinin böyük bir uydurmadan ibarət olduğunu, bütün canlıları Allah`ın yaratdığını bir daha təsdiq edir. |
Dövr: Mezozoy erası, Tabaşir dövrü Darvinistlərin açıqlaya bilmədiyi mövzulardan biri də məməlilərin mənşəyidir. Təkamülçülər məməlilərin mənşəyinə və bu sinfə daxil olan canlıların bir-biriləri ilə olan sözdə təkamüli qohumluq əlaqələrinə dair heç bir dəlil göstərə bilməzlər. 90 milyon illik bu pələng kəllə fosili də təkamül nəzəriyyəsinin çıxılmaz vəziyyətdə olduğunun dəlillərindən biridir. |