Giriş

Kiçik bir uşağın şən hərəkətləri insanı heyran edir. Çünki böyüklərə olduqca əhəmiyyətli olan, üzərində uzun düşündükləri, ciddi qərar aldıqları, reaksiya verdikləri hadisələrin ona görə bir mənası yoxdur. Məsələn, nə iqtisadi böhranlar, nə təbii fəlakətlər, nə dünyada yaşanan müharibələr və nə də edilən zülmlər onun üçün bir şey ifadə edər. Ətrafında olub keçənlərdən xəbərsiz halda və acmaq, susamaq və oyuncağını itirmək kimi səbəblərin xaricində heç bir şeydən narahatlıq duymadan öz dünyasında yaşayar. Hüzurunu pozan bu səbəblər olmadığı müddətdə şüursuz olaraq yatmağa, oynamağa və gülməyə davam edər.

Lakin bir çox insanın (hər nə qədər ilk baxışda fərqinə varılmasa da) şüur baxımından bu kiçik uşaqdan çox fərqi yoxdur. Bu şüursuzluq Allah`ın və axirətin varlığı, özünün yaradılış məqsədi, ölümün mütləq reallaşan qəti həqiqət olduğu, öldükdən sonra hər etdiyinin hesabının Allah`a mütləq verəcəyi kimi ən əhəmiyyətli həqiqətlərin qavranılmasında yaşanır.

İnsanların böyük əksəriyyəti Allah`ın açıq ayələrindən, əmr və qadağalarından xəbərsiz şəkildə yalnız öz istək və arzuları yönündə yaşayırlar. Bu insanların dünya nemətlərinə sahib olmaq, xoşbəxt olmaq, əylənmək və nəfsani arzularını təmin etmək xaricində başqa istəkləri yoxdur. Yalnız dünyanın cazibədar bəzəyinə maraq duyar və istədikləri şeylərə sahib olmaq üçün həyatı boyunca səy göstərərlər. Ən böyük sıxıntını isə bu səylərinin boşa çıxması və yaxud əllərindəkini itirmələri nəticəsində yaşayarlar.

Halbuki, yalnız qısa müddət yaşadıqları dünya həyatı hər şeyi ilə bir gün sona çatacaq. Onlar isə özləri və Allah`ın rizasından uzaq həyat sürən digər insanlar üçün hazırlanmış şiddətli və əbədi əzabdan xəbərsizdirlər. Böyük qorxu və çətinlik görəcəkləri axirət gününə doğru irəliləyərkən dünyanın keçici bəzəyinə həvəslə bağlanıb, yalnız dünyəvi maraqları itirmənin narahatlığını və kədərini duyarlar.

İnsanların Allah`ın açıq dəlillərinə, əmr və xəbərdarlıqlarına baxmayaraq, göstərdikləri bu şüursuz və maraqsız hala qəflət adı verilir.

Allah hər insan üçün vücudu da daxil olmaqla, baxdığı hər yerdə Öz varlığını xatırladan müxtəlif gözəllik və nemətlər yaratmışdır. Həyatımızın hər anı, gözümüzü çevirdiyimiz hər yer saymaqla bitməyən yaradılış möcüzələri ilə bəzədilmişdir. Bu həqiqət Quranda belə bildirilir:

Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində, içərisində insanlar üçün mənfəətli şeylər olan gəmilərin dənizlərdə üzməsində, quruyan yer üzünü Allah`ın göydən yağmur yağdıraraq yenidən diriltməsində, cins-cins heyvanları onun hər tərəfə yaymasında, göylə yer arasında ram edilmiş küləyin və buludların bir səmtdən başqa səmtə döndərilməsində əlamətlər vardır.(Bəqərə surəsi, 164)

Səhər qalxdığınız andan etibarən axşam təkrar yatana qədər etdiklərinizi, qarşılaşdığınız hadisə və görüntüləri düşünün. Oyanıb güzgüyə baxdığınızda uzun yuxudan sonra təkrar canlanan və sizin heç bir müdaxiləniz olmadan öz-özünə bütün funksiyalarını ara vermədən davam etdirən vücudunuzu görərsiniz. Tək bir hüceyrənin çoxalmasından meydana gələn, bu anda da təxminən 100 trilyon hüceyrədən ibarət olan simmetrik və estetik görünüşə sahib olan və siz heç fərqində deyil ikən. içində ard-arda yüzlərlə qüsursuz və qarışıq əməliyyatın meydana gəldiyi vücudunuz bir gün əvvəlki halı ilə qarşınızdadır.

Ancaq bir çox insan bu həqiqətin şüurunda olmadan hərəkət edir. Səhər qalxanda aynaya baxarkən, ümumiyyətlə, üzünün ümumi görünüşü, baxımı və ya saçının forması xaricində başqa bir şeyi ağlına gətirməz. Zehnində, ümumiyyətlə, iş, məktəb və ya gün içində edəcəklərindən başqa bir düşüncə yoxdur. Halbuki, əksəriyyətin diqqətindən qaçan həqiqət budur: yeni başlayan günlə bütün insanlara Allah`a yönəlmələri və ya Ona olan yaxınlıqlarını artırmaları üçün yeni fürsət əlavə verilmişdir. Bəlkə də bu fürsət insana verilən son fürsətdir. Kim bilir, bəlkə də o gün dünyada keçirəcəyi son gündür. Çox təəssüf ki, insanların böyük əksəriyyəti özlərinə verilən bu fürsətin fərqinə varmırlar. Bu səbəblə də, ümumiyyətlə, zehinlərini Allah`ı deyil, özlərini və ya ətraflarındakı insanları razı salmağı düşünərək və bunun planlarını quraraq məşğul edərlər. Bu vəziyyəti bir örnəklə açıqlayaq:

Bir bilik yarışını düşünün. Yarışı qazanana böyük miqdarda pul verilsin. Yarış əsnasında, görəsən, yarışçı necə davranar? Sualları dinləyib cavablarını düşünməyin yerinə ətrafına baxıb əylənər? Yoxsa sualı soruşan aparıcının paltarını, səs tonunu, saçını tənqid edər və ya sualın cavabını düşünməyin əvəzinə sabah nə edəcəyini, nə geyəcəyini düşünər?

Tam əksinə, bu adam çox diqqətlə aparıcını dinləyər, şüuru tam açıq olar. Məhdud vaxtını yaxşı qiymətləndirməyə çalışar. Cavabı tapmaq üçün diqqətini cəmləyər. Müvəffəqiyyətli olmaq üçün, şübhəsiz ki, mövzudan başqa heç bir şeylə maraqlanmaz. Əksinə, əlindəki fürsəti ən gözəl şəkildə qiymətləndirməyə çalışar. Amma indi saydığımız şeylərdə mənasız davranışlara yol verərsə, yarışçının ağılsızlıq etdiyini, başqa sözlə, qəflət içində olduğunu düşünərik.

Lakin bir çoxlarının qəflət halı verdiyimiz bu nümunəyə görə daha da ciddi ölçülərdədir. Bu qəflət halı insanların Allah`ın özlərini qulluq etmələri üçün yaratdığının şüurunda olmadan Allah`ın əmr və qadağalarından tamamilə uzaq bir həyat yaşamalarıdır.

Qəflət bütün insanlar üçün diqqətli olmayıb Allah`a könüldən boyun əymədiyi müddət boyu böyük təhlükədir. Çünki qəflətdə olan və ya qəflətə düşürülən bir adam Qurandakı əmr və qadağalara səmimi olaraq tabe olmadığının, bundan başqa, hər an qəflətə düşəcəyinin və ya düşünmədiyi müddətdə olduğu vəziyyətin fərqində ola bilməz. Dolayısilə, bu kitabı görən hər oxucu özünün də qəflətdə olacağını ehtimal edib oxumalı və özünü müstəğni, yəni gizli təhlükədən uzaqda və amanda görməməlidir. Çünki Rəbbimiz Quranda “Xeyr! İnsan, doğrudan da, həddini aşır, özünün ehtiyacsız olduğunu zənn etdiyinə görə”. (Ələq surəsi 6-7) buyurmuşdur. İnsan ancaq müstəğniyyətdən çəkindiyində Quran ayələrinə görə öz vəziyyətini təhlil edər, həmçinin qüsur və səhvlərini düzəldərək laqeyd yanaşdığı mövzuları düzəldər. Çünki insanın davamlı qəflət içində qalmasının və qəflətin dərinliyinin gün keçdikcə artmasının ən böyük səbəbi insanın özünü mükəmməl və qüsursuz görməsi, halından razı olmasıdır.

Bu kitabın məqsədi qəflətin Qurana görə tərifini vermək və insanları bu gizli təhlükəyə qarşı xəbərdar etməkdir. Eyni zamanda, bir çox insanın şüursuz və cahil olaraq düşdüyü qəflət halının fərqinə varmalarını təmin edib bu vəziyyətdən xilas olmalarına köməkçi olmaq və möminləri şeytanın bu gizli tələsinə qarşı hər an ayıq və diqqətli olmağa dəvət etməkdir.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Qəflət halı
  • Qəflətdə olanların xüsusiyyətləri
  • Qəflətin səbəbləri
  • Qəflətdən xilas olmaq üçün
  • Qəflətin sonu
  • Nəticə
  • Təkamül yalanı
  • Yaradılış həqiqəti-1
  • Yaradılış həqiqəti-2