Nəticə

Allah insanları asanlığa dəvət edir. Bəzi insanlar isə, özlərini əzaba sürükləyəcək bir əxlaqa yiyələnməklə çətinliyi seçir və öz-özlərinə zülm verirlər. Dünya həyatının gözəlliklərindən, Allahın özləri üçün yaratdığı nemətlərdən doyunca zövq almaq, imanın gətirdiyi sevgi, səmimiyyət və etimad mühitinin hərarətini hiss etmək əvəzinə, həyatlarını min bir cür dərd içində keçirirlər.

Halbuki xoşbəxt olmağın yolu çox asandır və bunun üçün heç kim gecikməmişdir. Allah; "yaxşı əməl sahibi olub özünü Allaha təslim edən şəxs ən möhkəm dəstəkdən yapışmış olar. Bütün işlərin sonu Allaha qayıdır" (Loğman surəsi, 22) hökmüylə çıxış yolunu insanlara göstərir. Digər bir ayədə isə, Allah, insanların üzərindəki hüznü, kədəri və qorxuları yox edəcək çıxış yolunu belə bildirir:

Həqiqətən də: “Rəbbimiz Allahdır!” deyib sonra düz yol tutan kəslərə mələklər nazil olub deyirlər: “Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan Cənnətlə sevinin! (Fussilət surəsi, 30)

Məhz insanın məsuliyyəti Allahın bildirdiyi bu yola tabe olmaqdır. Uca Allah bu əxlaqı göstərən insanlara dünya həyatında da, axirətdə də xoşbəxtliyin, nəşənin, sevincin ən gözəlini yaşadacaq, onları sonsuz rəhmətinə qovuşduracaq. Qəlblərindəki hüznü, sıxıntıları və əzabları yox edəcək, yerinə həqiqi imanın gətirdiyi rahatlıq və etimad duyğularını yerləşdirəcək.

Din Çox Asandır. Din, Hz. Mehdi (ə.s)-ın Dövründə, Peyğəmbərimiz (s.ə.v)-in Dövründəki Kimi Sadə Halıyla Yaşanacaq

Adnan Oktar: ...Allah var, axirət var, ədalət var, cənnət var, cəhənnəm var, keçmiş peyğəmbərlər var. Mələklər var, cinlər var. Şeytanları Allah yaratmışdır, imtahan olunuruq, din çətin deyil. Halallar, haramlar bəllidir və Allah dini çox asan yaratmışdır. Şeytandan Allaha sığınıram, Allah; "hz. İbrahimin dini kimi asandır” deyir, “Allah sizin üçün çətinlik diləməz, asanlıq diləyər" deyir. Mehdi (ə.s) məhz bu ayəni tətbiq edəcək, bu ayəni bax; "Allah sizin üçün çətinlik diləməz, asanlıq diləyər" ayəsini tətbiq edəcək, buna hədislərdən də oxuyuruq və bütün məzhəbləri aradan qaldıracaq. Dinə əlavə edilmiş bütün bidətləri yox edəcək. "Allah sizin üçün çətinlik diləməz, asanlıq diləyər" və "hz. İbrahim (ə.s)-ın dini kimi asandır" ayələri, tam mənasıyla Axırzamanda yenidən gerçəkləşəcək. Peyğəmbərimiz (s.ə.v)-in dövründə gerçəkləşmişdi, indi yenidən gerçəkləşəcək inşaAllah. Dini sonradan çətinləşdirdilər, mürəkkəb hala gətirdilər. Din ən sadə halıyla, səhabələrin dövründəki kimi, Peyğəmbərimiz (s.ə.v)-in dövründəki halıyla, eynisiylə yenidən nur kimi zühur edəcək inşaAllah. (Adnan Oktarın 5 iyul 2010-ci il tarixli HarunYahya.TV reportajından)

"Sən pak və müqəddəssən!
Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik.
Hər şeyi bilən, hökm və hikmət sahibi Sənsən"
("Bəqərə" surəsi, 32)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • İnsanlar Xoşbəxt Olmaq Olduğu Halda, Niyə Əzab Çəkərlər?
  • İman Etdiklərini Söylədikləri Halda Bədbəxt Olan Insanlar da Var
  • İnsanları Gizli Əzaba Sürükləyən Iman və Rəftar Pozuqluqları
  • İnsanlar Özlərini Necə Aldadırlar?
  • Səmimiyyətsizliyin Başa Düşülməsi: 6-cı Hiss
  • Möminlər Ətraflarındakı Insanları da Səmimiyyətə Dəvət Edərlər
  • Səmimiyyətə Çağrıldıqlarında Səmimiyyətsizliklə Cavab Verənlər
  • Allah Səmimiyyətsizliklərində Israr Edənlər Üçün Dünya Əzabını Artıra Bilər
  • Dünya Həyatındakı Gizli Əzablar Axirətdə Sonsuz Əzaba Çevrilə Bilər
  • Dünyadakı Gizli Əzablardan Qurtulma Yolu
  • Nəticə