Allah Qurandakı; "qoy sizin içərinizdən xeyrə çağıran, yaxşı işlər görməyi buyuran və pis əməlləri qadağan edən bir camaat çıxsın. Məhz onlar nicata qovuşanlardır" (Ali İmran surəsi, 104) ayəsiylə, insanları yaxşı və gözəl əməllərə dəvət etməyi, onları yol verdikləri səhvlərdən qurtarmağı, möminlərin üzərinə məsuliyyət olaraq yüklədiyini bildirir. Allah digər ayədə isə; "mömin kişilərlə mömin qadınlar bir-birinin himayədarıdırlar. Onlar insanlara yaxşı işlər görməyi buyurur, pis əməllərə qadağa qoyur, namaz qılır, zəkat verir, Allaha və Onun Elçisinə itaət edirlər. Allah onlara rəhm edəcəkdir. Həqiqətən, Allah üstün və güclüdür, hökm və hikmət sahibidir" (Tövbə surəsi, 71) sözləriylə möminlərin, bir-birini qorumaq və bir-birinə nəzarət etmək xüsusiyyətlərinə sahib olduğunu xatırladır.
Məhz möminlər Allahın bu əmrindən ötrü bir-birlərində gördükləri çatışmazlıqları, yenə Quranda bildirildiyi şəkildə "sözün ən gözəlini söyləyərək" (İsra surəsi, 53) bir-birlərinə çatdırarlar. Yaxşı əməllər görməyi buyuran mömin, qarşı tərəfin verəcəyi reaksiyadan, verilən öyüddən pay götürüb götürməməsindən məsuliyyət daşımır. Allah bir ayəsində; "şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən. Amma Allah istədiyini doğru yola yönəldir. O, doğru yola yönələcək insanları daha yaxşı tanıyır" (Qəsas surəsi, 56) sözləriylə bu həqiqətə diqqət çəkir və insanların, yalnız Allah istədiyi təqdirdə doğrunu görə biləcəklərini xatırladır. Bundan ötrü də, möminlər, bir-birlərinə yaxşı əməllər görməyi buyurub pis əməlləri qadağan edərkən, bunu Allahdan istəyərək edər və alınan nəticə nə olursa olsun buna təslim olarlar. Lakin, əlbəttə ki, səmimiyyətin gətirdiyi gözəllikləri və gerçək xoşbəxtliyi bütün insanların öyrənib yaşamasını da ən səmimi şəkildə arzulayarlar.
Bunun əksi olan bir həyatın, kənardan normal görünsə də, insanı daxilən gəmirən, ona narahatlıq və sıxıntı verən əzablarla dolu olduğunu çox yaxşı bilərlər. Bu insanların, sahib olduqları iyrənc fikir və ruh halını gizlətmələri üçün, maddi və mənəvi əziyyət çəkdiklərini unutmazlar. Bundan ötrü də, qarşılarındakı insanda az da olsa səmimiyyətsizlik hiss etsələr, ona qətiyyən mühakimə etmədən, yalnız Quran əxlaqına dəvət edərlər. Hər cür gizli əzab və sıxıntıdan, narahatlıq və bədbəxtlikdən qurtulmanın yeganə yolunun Allahın razı olacağı əxlaqı yaşamaq olduğunu ən gözəl şəkildə xatırladarlar.
Allah Yeganə Sevgili Halına Gətirilmədən
Xoşbəxt Həyat Yaşamaq Mümkün Deyil
Aparıcı: "Salam mübarək hocam. Sizdən öyrəndiklərimi yoldaşlarımla danışıram. Lakin onların anlamadığı və sizdən soruşmaq istədiyim çox vacib bir sualım var, hocam. Allahın nədən razı qaldığını bilə-bilə, onun rizasının ən çoxunu qazanmaq üçün nəsə etməmək alınmır. Lakin danışdığım insanlarda, normal həyatımı da yaşayaram, Allah rizasını da qazanmağa çalışaram kimi məntiq var. Allah rizası üçün yaşanılan həyatla, onların hazırda yaşadıqları həyat arasında nə fərq var? Bunu görə bilmirlər və ya başa düşmürlər. Bu fərqi necə başa sala bilərəm?"
Adnan Oktar: Onsuz da ağıllı bir insan, Allahı sevmədən xoşbəxt həyat yaşaya bilməz. Əgər dərindən düşünsə, Allaha tam təslim olmadan, təkcə Onu sevmədən rahat yaşaya bilməyəcəyini görər. Lakin səthi düşünürsə, sərxoş kimidir. Yəni onun sevgisi onsuz da sevgiyə bənzəməz, həyatı həyata bənzəmir, ölü kimi yaşayır, yəni çox narahat yaşayır. Nə etdiyini bilmir, özündə deyil. Nə danışdığından xəbəri olur, nə də yaşadığından. Onsuz da soruşduğumuzda da, xoşbəxt olmadığını deyir.
Aparıcı: Etibar edəcəyi bir insan da olmur.
Adnan Oktar: Əlbəttə. Belə ki, bunu şəxsən özü söyləyir; “mən xoşbəxt deyiləm” deyir. Qətiyyən xoşbəxt deyiləm deyir. Allah qorusun hətta intihar etməyi düşünür, narkotikdən istifadə edir, hər gün içki içir. Niyə içirsən deyəndə; unutmaq üçün, çəkdiyim əzabları yüngülləşdirmək üçün içirəm deyir. Bu xoşbəxtlikdir mi? Allaha tam təslim olan, çox rahatdır, gözəl yaşayar. Əlbəttə ki, biz rahat, gözəl yaşayaq deyə Allaha tam təslim olmarıq. Allahı sevdiyimiz üçün, Allah rizası üçün Allaha təslim olarıq. Həqiqətən bu cür olmasından ötrü, həqiqətən sevdiyimiz üçün. Çünki bütün gözəllikləri yaradan Odur deyə, bütün gözəlliklərə olan sevgimizin hamısı Allaha aiddir... (Adnan Oktarın 21 may 2010-ci ildə, Kocaeli TV-yə verdiyi reportajdan)