İnsanlar Xoşbəxt Olmaq Olduğu Halda, Niyə Əzab Çəkərlər?

İnsanların bir çoxu göstərdikləri bütün səylərə baxmayaraq, heç cür əsl mənada xoşbəxtliyi yaşaya bilməzlər. Bunun üçün dünya həyatında insanın ağlına gələ biləcək hər yolu sınayarlar; hər dəfə yeni idealların arxasınca qaçar və bunları əldə etdiklərində xoşbəxt olacaqlarına inanarlar. Bəzən yaxşı bir dost və ya yoldaş axtarışı, bəzən maddi gözləntilər, bəzən də mənəvi istəkləri olar. Bu istək və gözləntilərinin hər biri arzuladıqları şəkildə baş tutsa belə, nəticə yenə gözlədikləri kimi olmaz. Heç cür əsl mənada daimi bir xoşbəxtliyə qovuşa bilməzlər. Çox vaxt daxili aləmlərində yaşadıqları bu narazılıqları xaricə əks etdirməməyə çalışarlar. Amma hər nə qədər xoşbəxtlik təqlidi etsələr də, əslində, heç kəsə bəlli etmədən gizli bir əzab yaşayarlar.

Halbuki əllərində xoşbəxt ola bilmək üçün hər cür imkan var. Allah bir ayədə insanlara verdiyi nemətlərlə əlaqədar olaraq belə buyurur:

Əgər Allahın nemətini saymağa çalışsanız, onu ümumiləşdirməklə belə sayıb qurtara bilməzsiniz. Həqiqətən Allah, bağışlayandır, əsirgəyəndir. (Nəhl surəsi, 18)

Allahın bu ayədə bildirdiyi kimi insan həyatı boyu bir-birindən gözəl nemətlərlə qarşılaşar. Allah dünyanı insanın zövq ala biləcəyi müxtəlif nemətlərlə təchiz etmişdir. Ancaq insanlar, nə bütün bu nemətlər, nə də arxasınca qaçdıqları ideallarla əsl mənada xoşbəxt ola bilməzlər. Bu insanların bədbəxtliyi, həyatlarını üzərində qurduqları inanc sistemindəki pozuqluqdan qaynaqlanır.

Bədbəxt Insanlar, Batil Inanclara Sahib Insanlardır

İnsanların böyük hissəsi tərəfindən, geniş şəkildə yaşanan bir həyat tərzi var. Bu həyat tərzi, din əxlaqının olmadığı yerdə həyat tapan “şeytanın sistemi”dir. Bu sistemin təməli səmimiyyətsizliyə əsaslanır. Bu səmimiyyətsizlik insanların həyatına elə nüfuz etmişdir ki, kənardan ən səmimi görünən insanlar və ya ən səmimi hesab edilən rəftarlar belə əslində olduqca səmimiyyətsiz niyyətlərə əsaslanır. Necə ki, bu insanlar, hər nə qədər buna ad verə bilməsələr də, özləri də yaşadıqları bu sistemin yanlışlığından xəbərdardırlar. Hər fürsətdə əsl dostluğu və əsl sevgini heç cür yaşaya bilmədiklərindən, ətraflarında əsl mənada etibar edə biləcək insanlar olmadığından, insanların ikiüzlülüyündən şikayətlənərlər. Necə ki, özləri də ətraflarındakı insanlar qarşısında eyni əxlaqı nümayiş etdirməkdə bir problem görməzlər. Bu sistemdə, bütün insanlar, etdiklərindən özləri zərər çəkər. Bu insanlar hər yolu sınadıqları halda heç cür əsl daxili sevinci, dinclik və xoşbəxtliyi yaşaya bilməz və bunu da “həyatın bir həqiqəti” olaraq qəbul edərlər. Yəni onlara görə, həyat onsuz da əsl xoşbəxtlik və dincliyin daimi olaraq yaşana bildiyi bir yer deyil.

Halbuki bədbəxtlik qətiyyən həyatın bir həqiqəti deyil. Tam əksinə insanların yaşadıqları bu sıxıntının həlli olduqca asandır. Allah Quranda; "...xəbəriniz olsun; qəlblər yalnız Allahın zikri etməklə rahatlıq tapar" (Rad surəsi, 28) ayəsiylə, insanlara həqiqi xoşbəxtliyin ancaq imanla əldə edilə biləcəyini bildirmişdir. İnsanlar ancaq Allahın üzərlərindəki rəhmətini, onları qoruduğunu qavradıqları və ancaq iman əxlaqını yaşadıqları təqdirdə, dünya həyatının hər andan zövq ala bilərlər. Ancaq bu halda ətraflarındakı gözəllikləri gərəyi kimi qiymətləndirib, xoşbəxt olmağı bacara bilərlər.

Allah; "mömin olaraq yaxşı iş görən kişi və qadınlara, əlbəttə, gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq" (Nəhl surəsi, 97) ayəsiylə iman edən qullarına dünyada və axirətdə gözəl bir həyat yaşadacağını vəd etmişdir. Məhz Qurana uyanlar dünyada və axirətdə Allahın vəd etdiyi bu nemətdən faydalanarlar.

Amma bu məqamda da insanların görməli oduqları mühüm bir həqiqət var. Bu gözəl həyatı yaşaya bilmək, həyatdan və dünya nemətlərindən, Allahın insanlar üçün yaratdığı o qədər gözəllikdən zövq ala bilmək üçün, iman qəlbə tam mənada yerləşməlidir. Yoxsa insanların yalnız dilləriylə iman etdiklərini söyləmələri və ya iman edənlərin yalnız bəzi xüsusiyyətlərini daşımaları, onları içində olduqları bədbəxtlikdən qurtarmaz. Əsl xoşbəxtliyə nail olmaq üçün, insanlar, tam təslimiyyətlə qəlbən Allaha bağlanmalı və həyatlarının hər anını Quran əxlaqına uyğun yaşamalıdırlar. Əks halda gizlində həyatın hər anında əzabı dadmağa davam edərlər. Nə qədər xoşbəxt olmaq istəsələr də, bunu bacara bilməzlər. Əksinə həyatlarına hüzn, pessimizm, ümidsizlik kimi mənfiliklər hakim olar.

Görüldüyü kimi xoşbəxt olmağın yolu əslində olduqca asandır. Allah, endirdiyi haqq kitab olan Quranla insanlara xoşbəxt ola bilməyin sirrini açmışdır. İnsan ancaq öz yaradılışına, Allahın özü üçün müəyyənləşdirdiyi fitrətinə uyğun, hərəkət etdiyi vaxt gözəl bir həyat yaşaya bilər. Allahın özlərinə rəhmət olaraq göstərdiyi bu yoldan üz döndərən və ya bu yola gərəyi kimi tabe olmayan insanlar, öz əlləriylə özlərinə bədbəxt bir həyat yaradarlar. Allahın; "həqiqətən, Allah insanlara əsla zülm etməz, lakin insanlar özləri özlərinə zülm edirlər" (Yunis surəsi, 44) ayəsiylə bildirdiyi kimi, bu insanlar öz-özlərinə əzab verərlər.

Bu insanların yaşadığı bədbəxtlik, Allahın Quranda; "sən onları sarsılacaqları günə qovuşana qədər tərk et! O gün hiylələri onlara heç bir fayda verməyəcək və onlara kömək göstərilməyəcəkdir. Həqiqətən, zalımlar üçün bundan başqa əzab da hazırlanmışdır. Lakin onların çoxu bunu bilmir" (Tur surəsi, 45-47) ayələriylə bildirdiyi həqiqətin yaşanmasıdır. Allah insanlara etdiklərinin qarşılığını axirətdə verəcək. Ancaq Allah, bundan əvvəl, dünya həyatında da, insanların əksəriyyətinin xəbərsiz olduğu bir əzabın başlayacağını xəbər vermişdir.

Allah yenə başqa bir ayədə də; "kim Mənim Zikrimdən üz döndərsə, onun güzəranı sıxıntılı olacaq və Biz Qiyamət günü onu kor kimi hüzurumuza gətirdəcəyik" (Taha surəsi, 124) hökmüylə, iman etməyənlərin dünya həyatında yaşayacaqları “sıxıntıdan” və axirətdə alacaqları qarşılıqdan bəhs etmişdir. Allah insanlara bu sıxıntıdan xilas ola bilməyin yolunu da göstərmişdir ki, bu daha əvvəl də ifadə edildiyi kimi, Allaha qarşı tam səmimiyyət və güclü imanı yaşamaqla mümkün olur.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • İnsanlar Xoşbəxt Olmaq Olduğu Halda, Niyə Əzab Çəkərlər?
  • İman Etdiklərini Söylədikləri Halda Bədbəxt Olan Insanlar da Var
  • İnsanları Gizli Əzaba Sürükləyən Iman və Rəftar Pozuqluqları
  • İnsanlar Özlərini Necə Aldadırlar?
  • Səmimiyyətsizliyin Başa Düşülməsi: 6-cı Hiss
  • Möminlər Ətraflarındakı Insanları da Səmimiyyətə Dəvət Edərlər
  • Səmimiyyətə Çağrıldıqlarında Səmimiyyətsizliklə Cavab Verənlər
  • Allah Səmimiyyətsizliklərində Israr Edənlər Üçün Dünya Əzabını Artıra Bilər
  • Dünya Həyatındakı Gizli Əzablar Axirətdə Sonsuz Əzaba Çevrilə Bilər
  • Dünyadakı Gizli Əzablardan Qurtulma Yolu
  • Nəticə