Quranda; "Onlar Allah yanında müxtəlif dərəcələrdə olacaqlar. Allah onların nə etdiklərini görür!" (Ali İmran surəsi, 163) ayəsiylə mühüm bir həqiqətə diqqət çəkilmişdir. Bəzi insanlar heç iman etmirlər. İman edənlərsə qəlblərindəki Allah qorxusu və imana görə öz aralarında müxtəlif dərəcələrdədirlər. Allah bir ayəsində; "Bədəvilər: “Biz iman gətirdik!” dedilər. De: “Siz qəlbən iman gətirmədiniz! Ancaq: “Biz müsəlman olduq!” deyin. İman sizin qəlblərinizə hələ daxil olmamışdır..." (Hucurat surəsi, 14) hökmüylə imanın hələ qəlblərinə yerləşmədiyi insanlardan bəhs edir. Allah digər bir ayədə isə; "sonra, Kitabı qullarımız içərisindən seçdiklərimizə miras etdik. Onlardan kimisi özünə zülm edər, kimisi orta yol tutar, kimisi də Allahın izni ilə yaxşı işlərdə öndə gedər. Böyük lütf də budur" (Fatir surəsi, 32) hökmüylə iman edənlər arasında geridə qalan, orta yolu tutan və ya önə keçən insanlar ola biləcəyinə diqqət çəkir.
Quranda bildirilən bu insanlar arasında digər bir qrup da vardır ki, bu insanlar “imanlarına zülm qatışdıranlardır”. İmana zülm qatışdırmaq; insanın Allahın ucalığını, haqq dinin üstünlüyünü qavradığı və dünyada və axirətdə nicat tapması üçün Qurana uymaqdan başqa bir yol olmadığını anladığı halda, yenə də cahilliyyət əxlaqından tam olaraq xilas ola bilməməsidir. Bu insanlar imanlı olmaqla yanaşı, nəfslərinə zidd bir vəziyyət yarandıqda və ya çətinliklə qarşılaşdıqları anlarda, Quran əxlaqına uyğun bir rəftar göstərmək əvəzinə, dinsiz insanların göstərdiyi rəftarı göstərirlər.
Belə insanlardan danışarkən, ağla yalnız dinin hökmlərini açıq şəkildə rədd edən, dinə müxalif rəftarlar göstərən insanlar gəlməməlidir. Burada qeyd etdiyimiz insanlar, Quran hökmlərinin bir çoxunu tətbiq edib, həyatlarının böyük hissəsində mömin rəftarı göstərə bilərlər. Ancaq bəzi mövzular da vardır ki, bunların Qurana görə səhv olduğunu anlamaq istəməyə bilər və ya bunu gərəyi kimi qavraya bilməmiş ola bilərlər. Bəzi insanlar müsəlman olaraq yaşadıqları halda, bəzi inanc və davranışların Qurana zidd olmadığını, halal və haram olaraq bildirilən çərçivədən kənara çıxmadığını düşünə bilərlər. Məsələn, bir çox insan romantikliyin Quran əxlaqına uyğun bir davranış olmadığını anlamaz və ya bunu anlamazlıqdan gələr. Halbuki romantiklik Qurana zidd bir xarakter formasıdır və Quranın bir çox ayəsində bu açıq şəkildə görülür. Məsələn, bir müsəlman, bir yaxınının öldüyündən ötrü yox olmadığını, sonsuz həyatına başladığını düşünər və əgər bu yaxını mömindirsə onun cənnətə qovuşacağına ümid edərək sevinər. Həmçinin ölümü Allahın müəyyənləşdirmişdir və O hər hadisə kimi ölümü də xeyirlə yaradar. Dolayısilə mömin bir insan, yaxını belə olsa, ölməsində xeyir olduğunu bilər və Allahdan razı olduğunu göstərən bir rəftar nümayiş etdirər. Amma bir çox insan bu həqiqəti bilməsinə baxmayaraq, ölüm qarşısında cahilliyyət rəftarı göstərir, romantik davranaraq lazımsız reaksiyalar verə bilir.
Bu kimi rəftar pozuqluqlarının Quran əxlaqına zidd olduğunu düşünməyən insanlar, bu davranışlarını davam etdirməkdə bir problem görməzlər. Həyatlarının bəzi anlarında, bunlara bənzər cahil insan xüsusiyyətləri daşıyaraq, cahil insanların həyatına bənzər bir həyat yaşayarlar. Bunun əlaməti də, bu insanların möminlərin yaşamadığı, amma cahilliyyət insanlarında görülən sıxıntıları yaşamaları, möminlərin əksinə tez-tez bədbəxt ola bilmələridir.
Buna görə də, “iman sahibiyəm” deyən hər insan, Allahın Quran ayəsiylə möminlərə vəd etdiyi “gözəl həyat bəxş edəcək” vədinin özü üçün gerçəkləşib gerçəkləşmədiyini, bu məlumatlar əsasında nəzərdən keçirməlidir. Əgər hələ də həyatının müəyyən anlarında az da olsa bədbəxtliklər, sıxıntılar və əzablarla üzləşirsə, bu xatırlatmaları üzərinə almalıdır.
Bütün həyatı boyu əzab və sıxıntı yaşayan bir insan üçün çıxış yolu isə; "...Allah, sizin üçün asanlıq istəyər, çətinlik istəməz..." (Bəqərə surəsi, 185) ayəsiylə ifadə edildiyi kimi çox asandır: İnsanın gizli və ya açıq, cahilliyyət əxlaqından qalan hər nə xüsusiyyəti varsa bunlardan imtina etməsi və bunun yerinə Quran əxlaqını yaşaması əsas çıxış yoludur. Allaha iman edən və Qurana tabe olan hər mömin, Qurana daha səmimi yaxınlaşmalı və ayələrdə bildirilən mömin əxlaqına zidd olan hər cür rəftar və ya düşüncədən xilas olmalıdır; Quranla bildirilən həqiqətləri yalnız nəzəri baxımdan bilməklə kifayətlənməməli, bunları real həyatda da hər an hiss etməli və yaşamalıdır; Allahın hər yeri əhatə etdiyini, insanın içindən keçən bütün gizli niyyətlərini bildiyini, gizlətdiyi səmimiyyətsizliyini də gördüyünü unutmamalıdır.
Bir müsəlman ibadətlərini yerinə yetirməklə kifayətlənib, səmimiyyətsizliyi əhəmiyyətsiz bir şey hesab etməməli, Allahın səmimiyyətsizlikdən ötrü hər an amansız bir əzab verməyə qadir olduğunu, gec-tez etdiklərindən ötrü haqq-hesaba çəkilib buna uyğun bir qarşılıq alacağını düşünməlidir. Dünya həyatındakı hər hadisəni Allah yaradar, bütün varlıqlar Allaha boyun əymişdir və Onun əmriylə hərəkət edər. Müsəlmanlar bu həqiqətləri unutmadan, hər hadisədə xeyir və hikmətlər olduğunu düşünərək, taleyə təslim olaraq yaşamalıdırlar.
Bir insan bu həqiqətləri dərk edərək yaşadıqda, özü üçün gözəl və fərqli bir həyatın başladığını görəcək. O günə qədər zövq aldığını düşündüyü nemətlərdən əslində heç zövq almadığını, insanların xoşbəxtlik hesab etdikləri şeylərin, əsl xoşbəxtliyin yanında nə qədər adi zövqlər olduğunu anlayacaq. Yediyi yeməkdən, seyr etdiyi mənzərədən, tənəffüs etdiyi havaya qədər hər şeyin düşündüyündən daha böyük sevinc bəxş etdiyini anlayacaq. Sevməkdən, sevilməkdən, gözəl əxlaq göstərməkdən, insanlardakı gözəllikləri, incəlikləri görməkdən, gülməkdən, əylənməkdən, dostluqdan, söhbətdən olduqca fərqli zövqlər alacaq. Dünyadakı həyatı, bir növ cənnət həyatını xatırladacaq.
Ancaq bu məqamda mühüm bir mövzu başa düşülməlidir; “gözəl həyat yaşamaq” deyərkən, insanın heç bir çətinlik yaşamaması nəzərdə tutulmur. Çünki dünya imtahan mühitidir və insan, həyatının sonuna qədər müxtəlif hadisələrlə imtahan olunacaq. İnsan, Allahın Quran ayələrində bildirdiyi kimi bəzən aclıq, bəzən qorxu, bəzən də mal-dövlət, insan, məhsul itkisiylə sınanacaq, yeri gəldikdə sıxıntı və çətinlik də üzləşəcək. Amma bunların heç biri, möminin burada izah edilmək istənilən ruhi sakitliyindən, qəlb xoşbəxtliyindən heç nə əskiltməz. Çünki mömin; hadisələrdəki xeyirləri, hikmətləri görə bilən, görə bilmədikdə də bu həqiqətə inanıb, təvəkkül edən və bunun gözəlliyini yaşayan insandır. Hadisələrdəki xeyirlər barədə düşünmək və sonsuz ağıl sahibi olan Allahın yazısına təslim olmaq insanlara daimi və həqiqi xoşbəxtlik bəxş edər. Bu kitabda insanlara həqiqi xoşbəxtliyinə qovuşmağın yolu göstərilərkən, insanın hər cür şəraitdə yaşayacağı ruhi sakitlik və qəlb xoşbəxtliyi nəzərdə tutulur. Bu xoşbəxtlik, Allahın yalnız həqiqi imana sahib, səmimi möminlərə verdiyi bir nemətdir.
Allah dünyada və axirətdə iman edənlərə müjdə olduğunu xəbər verərək bu mövzunu insanlara belə açıqlamışdır:
Şübhəsiz ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar kədərlənməyəcəklər. Onlar iman gətirmiş və Allahdan qorxmuşlar. Dünya həyatında da, axirətdə də onlara müjdə vardır. Allahın kəlmələri əsla dəyişilməz. Bu, böyük uğurdur. (Yunis surəsi, 62-64)
Allah digər bir ayədə isə; "iman gətirdikdən sonra imanlarına zülm qatışdırmayanları əmin-amanlıq gözləyir. Doğru yola yönəlmişlər də məhz onlardır" (Ənam surəsi, 82) hökmüylə əmin-amanlığın da, yenə ancaq imanlarına zülm qatışdırmayan, səmimi-qəlbdən iman edənlər üçün olduğunu ifadə etmişdir.