Kitab boyunca izah edilənlər, bəzi insanların depressiv, bədbəxt, içinə qapalı, gərgin bir ruh halına sahib olduğunu göstərir. Bu kitabın yazılma məqsədi, yalnız insanlara niyə bədbəxt olduqlarını, hansı səmimiyyətsiz hərəkətlərin özlərinə əzab olaraq geri qayıtdığını, dünyada və axirətdə özlərini nə kimi təhlükələrin gözlədiyini bildirmək deyil, hər şeydən əvvəl onlara bu ruh halından xilas olmağın, səmimiyyəti qazanmağın yollarını göstərməkdir. Hər kəs bilməlidir ki, bu sıxıntılı ruh halından qurtulmaq, dünyada və axirətdə rahat və xoşbəxt bir həyat yaşamaq əslində olduqca asandır. Üstəlik, bu həm məqsədəuyğun, həm də doğru olandır.
Bunun üçün bir insan, iman gətirmiş də olsa, hər şeydən əvvəl, səmimi şəkildə “əsl dindar” olmağa niyyət etməlidir. Allah Quranda saleh möminlərin xüsusiyyətlərini təsvir etmişdir. Yalnız bir cür “saleh mömin” əxlaqı var. Allah bu əxlaqı yaşayan bir insanın dünyada və axirətdə nicat tapacağını vəd etmişdir. Bunun üçün insan, əvvəlcə meydana gələn hər hadisənin və hər müsibətin Allahın izniylə və Allahın nəzarəti altında baş verdiyini unutmamalıdır. Bu, olduqca mühüm bir həqiqətdir. Bunu bilmək və hər an buna uyğun hərəkət etmək, insanın dünyadakı gizli əzablardan qurtulmasının ən əhəmiyyətli yollarından biridir. Bunu bilən və tam mənasıyla qavrayan bir insan başına hər nə gəlsə də, yaşanan hadisələr nə qədər pis görünsə də, əslində bunun özü üçün xeyirli olduğunu bilər və bütün bunları gözəl şəkildə qarşılayar.
Əsl dindarlar taleyə iman ediblər və heç bir insanın öz taleyini dəyişdirə bilməyəcəyini bilirlər. İnsanın taleyi, hələ o dünyaya gəlmədən əvvəl məlumdur. Allah bu məsələni ayələrində belə bildirir:
Allah sizi torpaqdan, sonra nütfədən yaratmış, sonra da sizi cütləşdirmişdir. Onun xəbəri olmadan heç bir dişi nə hamilə olar, nə də daşıdığını yerə qoya bilər. Uzunömürlünün uzun ömür sürməsi də, onun ömrünün qısaldılması da ancaq Yazıda (Lövhi-məhfuzda) yazılmışdır. Həqiqətən, bu, Allah üçün çox asandır. (Fatir surəsi, 11)
Sən hansı bir işdə olsan, Qurandan nə oxusan, siz nə iş görsəniz, başınız ona qarışarkən Biz sizə şahid olarıq. Nə yerdə, nə də göydə zərrə qədər bir şey Rəbbindən gizli qalmaz. Bundan daha kiçiyi və daha böyüyü yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın. (Yunis surəsi, 61)
Bu həqiqət qarşısında insan, taleyini yaşayarkən qarşılaşdığı hər hadisədən və hər təfərrüatdan razı qalmalı, bunlardakı xeyirləri görməyi bacarmalıdır. Məhz bunlar saleh mömin olmağın şərtləridir. Bu məlumatlara sahib olan və bunları qavrayan bir insanın kədərlənməsi, duyğulanması, ağlaması, haqsızlığa uğradığını düşünməsi, qısqanclıq hissinə qapılması, inciməsi, küsməsi, hadisələr qarşısında etiraz etməsi, hiddətlənməsi, ümidsizliyə qapılması kimi hallar yaşanmaz. Mömin bunun əvəzinə həyatının hər anından razı, anbaan yaradılan gözəllikləri görə bilən, Allahın nəzarəti altında bir həyat yaşamağın gətirdiyi rahatlığa şükür edən bir ruh halına sahib olar. Hikmətini anlayıb anlamamasından asılı olmayaraq, Allahın yaratdığı hər hadisədən razı qalar. Belə bir insanı dünyada heç bir hadisə kədərləndirə, narahat edə və qorxmasına səbəb ola bilməz. Bu insan yalnız taleyində olanı edə biləcəyini bildiyi, niyyəti də saf və təmiz olduğu üçün, daim Allahdan gözəllik və xeyir bəxş etməsini gözləyər. Həyatında heç bir mənfiliyə yer verməz.
Bu əzablardan qurtulmağın ən mühüm şərtlərindən biri də insanın "həqiqi mənada səmimi olmağa niyyət etməsi"dir. Nəzərdə tutulan səmimiyyət, özüylə birlikdə dürüstlüyü, nəfsin istəyini qorumamağı, şəxsi mənfəətlərlə zidd düşən vəziyyətlərdə belə Allaha və möminlərə sadiq qalmağı, Quran əxlaqını və ya möminlərin rahatlığını öz mənfəətlərindən üstün tutmağı tələb edən bir səmimiyyət anlayışıdır.
Bununla yanaşı insan, “daim qəlbən Allaha bağlanmalı və nəfsinin mənfi təlqinlərinin təsirinə düşməyərək, qəlbini təmiz saxlamalı”dır. Allahın insanları hər an eşitdiyini və gördüyünü, hətta insana şah damarından belə yaxın olduğunu unutmamalıdır. Allah bu həqiqəti Quranda belə bildirir:
İnsanı Biz yaratdıq və nəfsinin ona nəyi vəsvəsə etdiyini də bilirik. Biz ona şah damarından da yaxınıq. Sağında və solunda iki mələk oturub onun əməllərini qeydə alır. Dediyi elə bir söz yoxdur ki, onu yazmaq üçün yanında hazır durmuş gözətçi olmasın (Qaf surəsi, 16-18)
Bu həqiqəti anlamaq da səmimi mömin olmağın ən əsas şərtlərindəndir. Belə bir insan hər an Allahın nəzarəti altında olduğunu bildiyi və Allahın rizasını qazanmağı qarşısına məqsəd qoyduğu üçün səmimiyyətsizliyi doğuracaq bütün rəftarlardan şiddətlə çəkinər. Bir insanın Allahın özünü eşitdiyini və gördüyünü bilərək möminlərə yalan danışması, onları narahat edəcək sözlər söyləməsi, səmimiyyətsiz baxışlarla baxması, eqoist rəftarlar göstərməsi, əsl xarakterini gizlədərək süni davranması qeyri-mümkündür. Çünki Allahın hər an yanında olduğuna qəti məlumatla iman edir. Etdiyi hər cür vicdansızlıqdan ötrü, mütləq axirətdə hesab verəcəyini bildiyi üçün, daim vicdanlı davranıb, hər an Allahı razı salacaq bir əxlaq göstərər. Sübut edilə bilməyəcəyini düşündüyü rəftarlara, gizli xainliklərə heç vaxt yaxın durmaz. Çünki Allahın kökslərdə olanlardan da xəbərdar olduğunu bilir. Eynilə özünü aldatmaq, günahsız olduğuna inandırmaq kimi üsullara da əl atmaz. Allahın bunu da bildiyini bilər. Digər insanlar bilməsə də, Allahın bildiyi bir həqiqəti, insanlardan gizlətməyə çalışmaz. Çünki əhəmiyyətli olan Allahın ondan razı qalmasıdır.
Bütün bunların nəticəsində isə, tərtəmiz, vicdanlı, dürüst, səmimi bir insan ortaya çıxar. Belə bir insan onsuz da, hər an Allahın rizasına uyğun hərəkət etməyin gətirdiyi rahatlıq, arxayınlıq və daxili sevincini yaşayar. Səmimi insan dünyada gözəl həyat yaşadığı kimi, axirətdə də iman edənlər üçün hazırlanmış sonsuz gözəllikdəki cənnətdə, əbədiyyən bənzərsiz bir xoşbəxtliyi yaşayar.
İslam Əxlaqının Hakim Olmamasından Ötrü Insanlar Xoşbəxt Deyil
Adnan Oktar: İslam əxlaqının hakim olmamasından ötrü insanlar xoşbəxt deyil, dünyadakı insanların 99,9%-i xoşbəxt deyil. Əvvəla bu, Quranın haqq olduğuna, möcüzə olduğuna dair açıq bir dəlildir. Quran olmadıqda xoşbəxt ola bilmirlər. Birindən: "niyə xoşbəxt deyilsən?" deyə soruşanda, "bilmirəm" deyir. Bilməyəcək bir şey yoxdur, Quran əxlaqı dünyaya hakim olmasa xoşbəxt olmazsan. Quran əxlaqı dünyaya hakim olsa, böyük xoşbəxtlik, yəni böyük xoşbəxtlik yaşanar. Heyvanlar belə xoşbəxt olar; "göydəki quşlar, sudakı balıqlar hətta razı qalacaq" deyir. İnsanlar, İslam əxlaqının hakim olması nəticəsində yaranan mal bolluğundan, iqtisadi rahatlıqdan, sosial təminatdan deyil, Allah xoşbəxtlik verməsindən ötrü xoşbəxt olurlar. Başqa səbəblərdən asılı deyil, kənar səbəblər olmasa belə, məsələn, bir insan adada belə olsa, dolanışığının yaxşı olmasından, yəni bol yemək yeməsindən, evinin mükəmməl olmasından və ya ədalət sisteminin hakim olmasından ötrü xoşbəxt olmaz.
İnsanlar sırf bunlardan ötrü xoşbəxt olmaz, belə şey olmaz. İnsanı mükəmməl ədalət sistemi içində yaşatsan, bütün hüquqları təmin edilsə, tam təhlükəsizlik içində yaşasa, bol-bol da yeyib içsə belə, yenə də xoşbəxt olmaz. Xoşbəxtlik, Allah tərəfindən möcüzə kimi xüsusi olaraq yaradılır. Xoşbəxtlik xüsusi olaraq yaradılacaq, insanlar bundan ötrü xoşbəxt olacaq. Allah sevinc yaradır, səbəbsiz yerə sevinir insan, yəni yemək yeməkdən, təhlükəsizliyi təmin edildiyindən ötrü deyil, səbəbsiz deyərkən, yəni bu səbəblərdən ötrü deyil, Allah eşqindən xoşbəxt olur. Allaha olan sevgisindən, Ona qorxusundan ötrü xoşbəxt olur.
Cəmiyyətdə belə bir səhv düşüncə var; elə düşünürlər ki, insanlar, məhz bol-bol yeyib içdikləri, təhlükəsizlikləri təmin edildikləri, borclarının, alacaqlarının olmadığından ötrü xoşbəxt olur; xeyr insan bunlardan ötrü xoşbəxt olmaz, niyə bunlardan ötrü xoşbəxt olsun? Yenə xoşbəxt olmamaq üçün bir şey tapar, özünə iztirab çəkdirər. Allah eşqi ətrafı bürüyür, insanları bürüyür; bundan ötrü xoşbəxt olurlar.
Oktar Babuna: Hocam, Peyğəmbərimiz (s.ə.v)-in danışdığımız mövzuyla əlaqəli bir hədisini oxuyuram.
"Hz. Mehdi (ə.s)-ın zühuru, yalnız iman edənlər üçün deyil, yer və göy əhli üçün belə sevinmə səbəbi olar. Quşlar, vəhşi heyvanlar, dənizdəki balıqlar belə sevinərlər". (Kıyamet Alametleri, səh. 162, 163)
"Onun dövründə canavarlarla qoyunlar bir yerdə oynayacaq, ilanlar uşaqlara heç bir zərər verməyəcək. İnsan bir ovuc toxum atacaq, 700 ovuc məhsul götürəcək". (El Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 43)
Adnan Oktar: Əlbəttə ki, məsələn, insanların bəsirəti fərasəti açılır, yəni bu bol yemək yeməklə olmaz. Məsələn, bərəkət, ədalət sisteminin bərpa edilməsindən ötrü artmayacaq, Allah eşqindən ötrü artacaq. İnsanlarda, Allaha olan sevgilərindən, iman həqiqətlərindən qaynaqlanan iman coşğusu olacaq. Allah insanlara hz. Mehdi (ə.s) vəsiləsiylə, "Hadi" adıyla təcəlli edəcək. Coşğulu bir iman yaranır, bunun sayəsində bərəkət meydana gəlir. İnsan səhərlər yuxudan sevinc içində qalxır.
Allah imtahan edəcək, yenə imtahan edər, insanın qolu da qopar. Qolu qopur yenə xoşbəxt olur, bayram sevinci yaşayırmış kimi sevinir. Məsəl üçün bir gün də ayağı qopar, lakin daha da sevinc içində olar. Bu tam fərqli bir şeydir, bu Allahın sirridir... (Adnan Oktarın 1 sentyabr 2010-cu tarixli HarunYahya.TV reportajından)