Dünyanın sülhə, dostluq və qardaşlığa ən çox ehtiyac duyduğu dövrdə yaşayırıq. XX əsrə möhürünü vuran qarşıdurma və gərginliklər yeni əsrdə də sürətlə davam edir. Dünyanın hər yerində məsum insanlar bu qarşıdurma və gərginlikdən əzab çəkirlər. Həmrəyliyin və yardımlaşmanın güclənməsinə duyulan təcili ehtiyaca baxmayaraq, bəzi insanların hələ də qarşıdurmanı (xüsusilə də dünyanın iki böyük və köklü sivilizasiyası arasındakı qarşıdurmanı) qızışdırmaları qarşımızda duran böyük problemdir. Bu insanların tələb etdiyi iki sivilizasiya qarşıdurmasının bütün dünyada böyük fəlakətə səbəb olacağı aydındır.