Selakant (Coelacanthus) Fosillər Üzərindəki Spekulyasiyaları Susdurmuşdur

Selakant (cœlacanthus) təxminən 150 sm uzunluğunda, böyük, zirehi xatırladan və bütün gövdəsini örtən qalın pulcuqlara sahib balıqdır. Sümüklü balıqlar (osteichthyes) sinfinə aiddir və fosillərinə ilk dəfə Devon (408-360 milyon illər arası) dövrünə aid laylarda rast gəlinir.

Coelacanth ve fosili

Almaniyadakı Zolnhofen formasiyasından əldə edilən bu selakant fosili 145 milyon il yaşındadır.

Komor adalarında 1952-ci ildə tapılan ikinci canlı selakantla birlikdə şəkil çəkdirən C.L.B.Smit görünür.

Təkamülçülər 1938-ci ilə qədər selakant fosillərini böyük problemin həlli kimi təqdim edirdilər. Fosil qeydlərində milyonlarla, hətta milyardlarla olmalı olan keçid fosili nümunələrindən əsər-əlamət yox idi. Təkamülçülərin canlıların sudan quruya xəyali keçidini sübut edəcək dəlilə ehtiyacları vardı. Buna görə də lazımi ssenari üçün çox uyğun olan selakant fosili ilə təbliğat aparmağa başladılar. Canlının üzgəclərinin yeriməyə hazırlaşan ayaqlar, bədənində fosilləşmiş yağ kisəsinin isə ibtidai ağciyər olduğunu iddia etdilər. Dəlil sıxıntısı yaşayan təkamülçülər üçün selakant, sanki xilaskar idi. Təkamülçülər canlı üzərində aparılan xəyali iddialar nəticəsində milyonlarla olmalı olan itmiş halqalardan birini əldə edəcəkdilər.

Selakant haqqında illərlə tədqiqat aparan fransız təkamülçü dr. Jak Miyo (Jacques Millot) bu canlıya xilaskar kimi sığındıqlarını belə ifadə etmişdir:

“Təkamülün ən böyük problemlərindən biri balıqlarla onların qurudakı nəsilləri arasındakı anatomik keçidi tapmaq idi... Uzun müddətdir ki, təkamülçülər balıqlarla amfibiyalar arasındakı bu böyük boşluğa görə narahat idilər. Lakin bu boşluq köhnə balıqlar üzərindəki tədqiqatlar sayəsində aradan qalxdı və selakant işə qoşuldu”.16

Lakin təkamülçülərin bu həvəsi çox uzun çəkmədi. 1938-ci ildə balıqçılar tərəfindən selakantın canlı nümunəsinin tutulması təkamülçülərə böyük təəssüf hissi yaşatdı. Rods Universitetinin kimya fakültəsinin dosenti, həmçinin İngiltərənin cənub sahillərindəki müxtəlif balıq muzeylərinin fəxri prezidenti Ceyms Leonard Brirli Smit (James Leonard Brierley Smith) tutulan selakant qarşısında təəccübünü belə ifadə etmişdir:

Coelacanth ve fosili
Coelacanth ve fosili

Aşağıdakı şəkildə C.L.B.Smit canlı şəkildə tutulmuş selakantın üstündə işləyərkən görünür. Digər şəkildə isə Şərqi London Muzeyindən C.L.B.Smitə mövzu ilə əlaqədar göndərilmiş məktublar və C.L.B.Smitin selakant ovçularına göndərdiyi elan görünür.

“... Balığı ilk dəfə görəndə bu mənzərə məni parlaq, ağappaq bir partlayış kimi mat qoydu... Elə bil, daşa dönüb qalmışdım. Bəli, cüzi də şübhə yox idi ki, hər bir pulcuğuna, hər sümüyünə və hər üzgəcinə qədər bu, əsl selakant idi”.17

İnsanın əcdadları ilə yaxından əlaqəsi olduğuna inandıqları bu xəyali keçid fosilinin, yəni selakantın yaşayan fosil kimi tapılması darvinistlər üçün çox böyük hadisə idi. Çünki təkamül nəzəriyyəsinin ən böyük xəyalı olan keçid dəlili bir anda yox olmuşdu. Sudan quruya olan xəyali keçidin ən böyük namizədi bu gün dənizlərdə yaşayan və heç bir keçid forma xüsusiyyəti nümayiş etdirməyən kompleks canlı idi. Darvinin nəzəriyyəsi bu canlı nümunə qarşısında ağır zərbə aldı. 1939-cu il mart ayının ortalarında canlı mətbuata təqdim edildi və Nyu-Yorkdan Şri-Lankaya qədər bütün qəzet və jurnallarda bununla bağlı həftələrlə məqalələr yayımlandı. “London Illustrated News” qəzetində canlının özü ölçüsündə şəkilləri dərc edildi. Şəklin yanında Britaniya Muzeyindən dr. E.İ.Uaytın (E.I.White) bir məqaləsi vardı. Məqalənin başlığı isə belə idi: “İyirminci əsr təbiət tarixinin ən vacib hadisələrindən biri”. Məqalə bu kəşfi həyəcan verici hadisə kimi təqdim edir və Mezozoy dövrünün 2,5 metrlik seysmozavr dinozavrının canlı nümunəsinin kəşf edilməsi qədər təəccüblü olduğunu qeyd edirdi.18

C.L.B.Smit qalan ömrünü selakant üzərində apardığı saysız-hesabsız tədqiqatlara həsr etmişdi. Selakantı canlı formada tapmaq və daxili orqanlarını ətraflı araşdırmaq üçün dünyanın müxtəlif yerlərindəki tədqiqat qruplarına rəhbərlik etdi. (Tutulan ilk selakant uzun müddət sonra Smitin tədqiqatına verildiyi üçün daxili orqanlarını mühafizə etmək mümkün olmamışdı).

Növbəti illərdə ikinci selakant ilə qarşılaşmaq mümkün oldu. Canlı yaşadığı dərin sulardan dayaz və ilıq sulara çıxarıldığı üçün qısa müddət sonra ölmüşdü. Lakin daxili orqanlarını araşdırmaq mümkün oldu. Araşdırma aparan dr. Jak Miyo və həmkarları gözlədiklərindən daha fərqli həqiqətlərlə qarşılaşdılar. Canlının daxili orqanları, düşündükləri kimi, ibtidai xüsusiyyətlər nümayiş etdirmir və xəyali ibtidai əcdadı təmsil edən keçid xüsusiyyətlərinə sahib deyildi. Təkamülçülərin iddia etdiyi kimi, ibtidai ağciyəri yox idi. Təkamülçü tədqiqatçıların ibtidai ağciyər olduğunu düşündükləri orqan balığın bədənindəki yağ kisəsi idi.19 Həmçinin sudan quruya çıxmağa hazırlaşan canlı olaraq təqdim edilən bu balıq okeanın ən dərin sularında yaşayan və 180 metrdən yuxarı çıxmayan canlı idi.20 Canlının dayaz sulara çıxarılması belə onun ölümünə səbəb olmuşdu. Qısası, Miyoya görə, itmiş halqanı təmsil etməli olan bu canlı heç bir ibtidai xüsusiyyətə malik deyildi.21 Başqa sözlə desək, bu balıq keçid forması deyildi və 400 milyon il ərzində dərin sularda eyni kompleks xüsusiyyətləri ilə yaşamışdır.

Coelacanth ve fosili

410 MİLYON İLLİK selakant fosili

Selakant Dərin Sularda Yaşayan Dib Baliğidir

1938-ci ildən sonra da selakantın dəfələrlə canlı nümunəsi tapılıb. Selakantın okeanın dərin sularında yaşayan, 180 metr dərinliyin üstünə çıxmayan bir balıq olduğu aşkar edilib. Selakantın darvinistlərin iddia etdiyi kimi, bir keçid canlı deyil, 400 milyon il boyunca forması heç dəyişmədən varlığını davam etdirmiş yaşayan fosil olduğu ortaya çıxıb.

Piter Fori (Peter Forey) adlı təkamülçü paleontoloq “Nature” jurnalında yayımlanan məqalədə mövzu ilə bağlı bunları bildirmişdir:

“Selakantın dördayaqlıların əcdadına yaxın olduğu ilə bağlı fikirlər uzun müddətdir ki, qəbul edildiyi üçün latimeriyanın (selakant) tapılması ilə balıqlardan amfibiyalara keçid haqqında birbaşa məlumatlar əldə ediləcəyinə ümid edilmişdi... Lakin latimeriyanın anatomiya və fiziologiyası üzərində aparılan araşdırmalar onu göstərdi ki, bu əlaqə sadəcə arzudan ibarətdir və selakantı itmiş halqa kimi təqdim etmək əsassızdır”.22

Bundan sonra dəfələrlə rast gəlinən və öz yaşadıqları mühitdə müşahidə edilən bütün selakantlar bu həqiqəti yenidən və daha geniş şəkildə ortaya qoydu. Canlının yerimək üçün dəyişiklik keçirən üzgəcləri iddiası sadəcə yanıltma idi. Maks Plank İnstitutundan alman təkamülçü zooloq Hans Frik (Hans Fricke): “Etiraf edirəm ki, məyusam, lakin heç vaxt selakantı üzgəcləri üzərində yeriyərkən görmədik”, – deyə bildirmişdi.23

Onsuz da, yaşayan fosillərin tapılması və çoxluğu darvinistlər üçün problem idi. Lakin keçid forması kimi təqdim etdikləri, istədikləri kimi təbliğat apardıqları və insanlara ən böyük dəlil kimi göstərdikləri selakantın yaşayan fosil olaraq qarşılarına çıxması onlar üçün problemlərin, bəlkə də, ən böyüklərindən biri idi.

Bu, təkamülçülərin yaşayan fosillər haqqında hazırladıqları bütün nəzəriyyələri də əsassız edirdi. Darvinistlər bir canlının dəyişmədən qala bilməsi üçün ümumiləşmiş olmalı olduğunu iddia etmişdilər. Başqa sözlə, canlının dəyişməməsi üçün hər mühitdə yaşaya bilməsi və hər formada qidalana bilməsi lazım gəlirdi. Lakin selakant son dərəcə kompleks və xüsusiləşmiş canlıdır. Selakant dərin sularda yaşayır və xüsusi mühitə və qidalanma formasına sahibdir. Məhz buna görə də təkamülçülərin bu iddiaları əsassız oldu.

Bu canlı təkamül iddialarına əsasən, yer üzündə baş vermiş dəyişikliklərə qarşı necə müqavimət göstərmiş, necə dəyişmədən qala bilmişdi? Xəyali təkamülə əsasən, təqribən 250 milyon il əvvəl dəyişikliyə məruz qalan qitələr 400 milyon ildir nəsli kəsilməyən selakantlara da təsir etməli idi. Lakin nəyə görə isə, dəyişən mühitə baxmayaraq, canlılar hər hansı dəyişikliyə məruz qalmamışdılar. “Focus” jurnalı bunu belə izah edirdi:

“Elmi məlumatlara əsasən, təqribən 250 milyon il əvvəl bütün qitələr bütöv idi. “Pangeya” adı verilən bu böyük quru parçasını bircə nəhəng okean əhatə edirdi. Təqribən 125 milyon il əvvəl qitələrin yerdəyişməsi nəticəsində Hind okeanı əmələ gəldi. Hazırda selakantların təbii mühitlərinin əsas hissəsini təşkil edən Hind okeanındakı vulkanik mağaralar da qitə hərəkətlərinin təsiri ilə ortaya çıxdı. Bütün bu məlumatlar sayəsində daha bir həqiqətlə də qarşılaşırıq. O həqiqət ki, təbii şəraitdə baş verən bu qədər dəyişikliyə baxmayaraq, təqribən 400 milyon ildir mövcud olan bu canlılar dəyişməmişdir!”

Coelacanth ve fosili

240 milyon illik selakant fosili Madaqaskarda tapılmışdır.

Şəkildəki fosildə selakantın pulcuqlarının belə çox təfsilatlı şəkildə fosilləşdiyi görünür. Yanda isə yaşayan bir selakantın pulcuqları görünür. Aradan keçən yüz milyonlarla ilə baxmayaraq, selakantın quruluşunda heç bir dəyişiklik olmamışdır.

Bu vəziyyət hər hansı bəhanəyə məhəl qoymadan canlının milyonlarla il ərzində dəyişmədən qaldığını, yəni təkamül keçirmədiyini təsdiq edir. Prof. Kit S.Tomson (Keith S.Thomson) “The Story of the Coelacanth” (Selakantın hekayəsi) adlı əsərində mövzu ilə bağlı bunları qeyd etmişdir:

“Məsələn, məlum olan ən qədim selakant da (diplocercides) eyni formada rostral orqana (bu termin zooloqlar tərəfindən işlədilir, kəllə qutusunda içi jelatin kimi maddə ilə dolu kisə və ona bağlı olan altı borucuğu təsvir edir), xüsusi kəllə oynaqlarına, içi boş notoxordaya və az sayda dişə malik idi. Bütün bunlar qrupun Devon dövründən bəri (400 milyon ildir), demək olar ki, heç dəyişmədiyini göstərdiyi kimi, fosil qeydləri arasında böyük bir boşluğun olduğunu da göstərir. Çünki selakantların hamısında görünən ortaq xüsusiyyətlərin ortaya çıxmasını göstərən əcdad fosillər zəncirinə sahib deyilik”.24

Selakantla Bağlı Yeni Məlumatlar

Selakantın heç bir əcdadı olmadan qəflətən ortaya çıxması və milyonlarla il boyunca heç bir dəyişikliyə məruz qalmaması ilə yanaşı, bu canlının mürəkkəb quruluşu da təkamülçülər üçün böyük problemdir. Cənubi Afrikada yerləşən dünya miqyasında tanınmış C.L.B.Smit adına İxtiologiya İnstitutunun rəhbəri professor Maykl Bruton selakantın kəşf edilən mürəkkəb xüsusiyyətləri ilə bağlı bunları deyir:

“Doğuş bu canlıların mürəkkəb xüsusiyyətlərindən biridir. Selakantlar balalarını doğaraq dünyaya gətirirlər. Portağal böyüklüyündəki yumurtaları balığın daxilində olarkən çatlayır. Özü də balaların ananın bədənindən ciftə bənzər bir orqan sayəsində qidalandıqlarına dair tapıntılar mövcuddur. Cift anadan balaya oksigen və qida ötürməklə yanaşı, balanın bədənində tənəffüs və həzmdən artıq qalan maddələri uzaqlaşdıran mürəkkəb bir orqandır. Daş kömür dövrünə aid (360-290 milyon il əvvəlki dövr) rüşeym fosilləri belə mürəkkəb sistemin məməlilərin meydana gəlməsindən çox əvvəl mövcud olduğunu göstərir”.25

Digər tərəfdən, selakantların ətrafdakı elektromaqnit sahələrinə həssas olduğunun müəyyən edilməsi bu canlılarda mürəkkəb bir duyğu orqanının da varlığını göstərmişdir. Alimlər balığın rostral orqanının beyinə bağlandığı sinirlərə baxaraq bu orqanın elektromaqnit sahələrini qavrama vəzifəsini yerinə yetirdiyini qəbul edirlər. Bu möhtəşəm orqanın ən qədim selakant fosillərində belə mövcud olması digər mürəkkəb quruluşlarla birlikdə qiymətləndirildikdə, təkamülçülərin öhdəsindən gələ bilməyəcəyi bir problem ortaya çıxır. “Focus” jurnalında bu problem belə ifadə edilmişdir:

“Fosillərə görə, balıqların peyda olduğu tarix dövrümüzdən təxminən 470 milyon il əvvələ aiddir. Selakantın ortaya çıxması isə bu tarixdən 60 milyon il sonradır. Çox ibtidai xüsusiyyətlərə malik olması gözlənilən bu varlığın həddindən artıq mürəkkəb quruluşda olması təəccüb doğurur”.26

Mərhələli təkamül prosesini irəli sürən təkamülçülər üçün xəyali ibtidai canlıların tapılmasını gözlədikləri vaxtda kompleks quruluşlu selakantın ortaya çıxması, əlbəttə ki, çaşqınlıq yaradır. Lakin ağılla düşünən, bütün canlıları üstün, kompleks quruluşları ilə, dilədiyi vaxtda və dilədiyi formada bir anda Allahın yaratdığını dərk edən insan üçün burada çaş-baş qalmalı heç bir şey yoxdur. Allahın qüsursuz yaratdığı nümunələr Allahın gücünü və qüdrətini təqdir etmək üçün vasitədir.

1966-cı ildə tutulan və dondurulan selakant isə canlının qan tərkibi ilə bağlı yeni məlumatlar verib. Selakantdan başqa, bütün sümüklü balıqlar (osteichthyes) dəniz suyu içib, artıq duzu bədənlərindən kənarlaşdıraraq su tələbatını ödəyirlər. Selakantın bədənindəki sistem isə qığırdaqlı balıqlar (chondrichthyes) sinfinə aid olan akulanın bədənindəki sistem kimidir. Akula zülalların parçalanması nəticəsində meydana gələn ammonyakı sidik cövhərinə çevirir və insan üçün ölümcül ola bilən ölçülərdə sidik cövhərini qanda saxlayır. Ətrafdakı suyun duzluluq nisbətinə görə qandakı bu maddələrin nisbəti nizamlanır, nəticədə, qan dəniz suyu ilə izotonik vəziyyətə gəldiyinə görə (daxildəki və xaricdəki suyun osmotik təzyiqi bərabərləşdiyi, yəni eyni nisbətə çatdıqları üçün) xaricə su itkisi olmur. Selakantın qaraciyərinin sidik istehsal etmək üçün lazım olan fermentlərə malik olduğu da üzə çıxarılmışdır. Yəni selakant daxil edildiyi sinifdə başqa heç bir növdə mövcud olmayan və ancaq on milyonlarla il sonra akulalarda müşahidə edilən səciyyəvi qan xüsusiyyətlərinə sahibdir. 27

Bütün bunlar bir həqiqəti göstərir: canlıların təkamülündə ən böyük halqanı təşkil etdiyi iddia edilən selakant hazırda yaşayan saysız-hesabsız canlı nümunəsi ilə təkamülçülərin bütün iddialarını təkzib edir. Bu, onu göstərir ki, təkamülçülər bircə fosil üzərindən hər hansı qəti dəlilə əsaslanmadan necə təbliğat apara bilir və bu yalanı necə yaya bilirlər. Selakantın canlı nümunəsinin tapılmasına baxmayaraq, iddialarından əl çəkməmələri və canlı üzərində yerimək üçün dəyişikliyə məruz qalan üzgəc axtarışlarını davam etdirmələri də diqqət çəkicidir. Saysız-hesabsız kompleks xüsusiyyətləri ilə yaradılmış selakantın ara forma olması ilə bağlı heç bir dəlil tapılmamışdır. Onlar Allaha qarşı dəlillər ortaya atmağa çalışmış, lakin Allah onların saxta dəlillərini ortadan qaldırmışdır. Bunun əvəzinə qarşılarındakı həqiqət mükəmməl yaradılış dəlilidir.

Qeydlər

16– Jacques Millot, “The Coelacanth”, Scientific American, cild 193, dekabr 1955, səh. 34 – http://www.creationscience.com/onlinebook/ReferencesandNotes64.html

17– Samantha Weinberg, A Fish Caught in Time; The Search For the Coelacanth, Perennial Publishing, 2000, səh. 20

18– Samantha Weinberg, A Fish Caught in Time; The Search For the Coelacanth, Perennial Publishing, 2000, səh. 28-30

19– www.ksu.edu/fishecology/relict.htm (selakantın ağciyəri olmayıb)

20– Bilim ve Teknik, noyabr 1998, no. 372, səh. 21

21– Samantha Weinberg, A Fish Caught in Time; The Search For the Coelacanth, Perennial Publishing, 2000, səh. 102

22– P. L. Forey, Nature, cild 336, 1988. səh. 7

23– Hans Fricke, "Coelacanths: The Fish That Time Forgot", National Geographic, cild 173, no. 6, iyun 1988, səh. 838 – http://www.creationscience.com/onlinebook/ReferencesandNotes64.html

24– Focus, aprel 2003

25– Focus, aprel 2003

26– Focus, aprel 2003

27– Focus, aprel 2003

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Fosil Nedir? (1/2)
  • Fosil Nedir? (2/2)
  • Fosil Qeydləri Təkamülü Təkzib Edir
  • Darvin Yanıldı: Növlər Dəyişməmişdir
  • Keçid Fosili Əsli Olmayan Iddiadır
  • Göz Kor Təsadüflərin Yox, Üstün Ağıl Sahibi Rəbbimizin Əsəridir
  • Fosil Qeydləri Yaradılışı Sübut Edir
  • Selakant (Coelacanthus) Fosillər Üzərindəki Spekulyasiyaları Susdurmuşdur
  • Sıçramalı Evrimin Çıkış Noktası
  • Təkamülçülərin Ara Keçid Forma Iddiası
  • Kembri Dövrünə Aid Fosillər və Növlərin Yaradılışı
  • Bəzi Media Qurumlarının “İtmiş Halqa Tapıldı” Başlıqlardan İstifadəsi Elmdən Kənar Uydurmadır
  • Darvinin Məntiqdən və Elmdən Kənar Formulu
  • Nəticə
  • Dəniz Canlılarından Fosil Nümunələri
  • Bitki Fosillərindən Nümunələr
  • Kəllə Qutusu Fosillərindən Nümunələr
  • Quş Fosillərindən Nümunələr
  • Buğumayaqli Fosillərindən Nümunələr