Quş Fosillərindən Nümunələr

Darvinistlərin Quşların və Uçuşun Mənşəyi ilə Bağlı Saxtakarlığı

fosiller, evrimcilerin hayali çizimleri, ara geçiş fosili

Təkamül ssenarisinin iddialarından biri də quşlarla bağlıdır. Bu ssenariyə görə, suda-quruda yaşayan canlılardan –amfibiyalardan– bir qismi sürünənlərə çevrilərək tamamilə quruda yaşayan canlı halına gəlmişdir. Bu canlılardan bir qismi də quşlar qrupunu yaratmışdır.

Təkamülçü iddialara görə, quşlar təxminən 150-200 milyon il əvvəl sürünən əcdadlarından törəmişlər. Quşa çevrilməyə hazırlaşan bu canlılar tamamilə quş olana qədər mərhələ-mərhələ yeni xüsusiyyətlər qazanmışlar.

Beləliklə, ssenariyə görə, uçma bacarığı da bugünkü mükəmməl vəziyyətinə mərhələ-mərhələ inkişaf edərək gəlmişdir. Amma təkamülçülərin yaşadıqlarını zənn etdikləri yarı quş, yarı sürünən canlıların izinə – 1,5 əsrdir davam edən cəhdlərə baxmayaraq – heç bir yerdə rast gəlinməmişdir. Yer üzünün təbəqələrində yarısı pulcuq, yarısı lələklə əhatəli olan dərilərə malik və ya tək qanadlı və ya yarım qanadlı keçid formalarına rast gəlinmədiyi kimi, iddiaların əksinə, yalnızca mükəmməl quruluşda, qüsursuz, tam canlılara aid fosillər tapılmışdır.

Əlbəttə ki, bu vəziyyət təkamülçülərin iddiaları baxımından olduqca müəmmalıdır. Çünki bu elmdən kənar hekayəni təsdiq edən heç bir dəlil olmamasına baxmayaraq, təkamülçülər bu iddialarını israrla davam etdirirlər. Bir gün bu xəyallarının gerçək olacağını ümid edirlər. Təkamülçülərin heç bir şəkildə reallaşmayan xəyallarına dəstək vermə cəhdləri növbəti bölmələrdə geniş şəkildə izah edəcəyimiz təhriflərdən, qərəzli şərhlərdən başqa bir şey olmamışdır.

Dino Kuslar

A. Dino-quşlar sadəcə xəyaldan ibarətdir

B. Xəyali illüstrasiya

(1) Fosil qeydlərində çox sayda nümunələrinə rast gəldiyimiz tam bir dinozavr.
(2) (3) Təkamülçülər quşların dinozavrlardan təkamül keçirdiklərini sübut etmək üçün aşağıdakı şəkillərdə görünən dırnaqarası keçid formalarının fosillərini tapmış olmalıdırlar. Ancaq fosil izlərində dinozavrlara və quşlara aid bir çox fosil olmasına baxmayaraq, xəyali dino-quşlardan əsər-əlamət yoxdur.
(2, 3, 4) Bu cür yarı inkişaf etmiş canlıların keçmişdə yaşadıqlarına dair ən kiçik dəlil belə yoxdur.
(5) Minlərlə nümunəsini gördüyümüz bir quş.

Təkamülçülərin keçid forma problemi quşların mənşəyi üçün də qüvvədədir. Təkamülçülərin iddialarına görə, quşlardan əvvəl tək qanadlı, yarım qanadlı canlılar yaşamış olmalıdır. Halbuki belə canlılar yaşamış olsa idi, fosillər bunu dəstəkləyərdi. Amma təkamül ssenarilərinin qəhrəmanı olan bu canlılar xəyali təsvirlərdən və heç bir elmi dəlilə əsaslanmayan xəbərlərdən o yana keçə bilməyiblər.

Quşlarda Gördüyümüz Mükəmməl Xüsusiyyətlər Təkamülü Təkzib Edir

fosiller, evrimcilerin hayali çizimleri, ara geçiş fosili

Yer üzündə on mindən çox quş növü yaşayır. Bu quşlar bir-birindən fərqli xüsusiyyətlərə malikdir. Şahinin iti gözləri, geniş qanadları və iti uclu caynaqları var. Yüzlərlə metr yüksəklikdə uçarkən yuxarıdan bala dovşanı görə biləcək qədər iti gözlərə malikdir.

Bir neçə qramlıq qonurqanad çovdarçılar hər il qışı keçirmək üçün 4000 km-lik yolu 88 saat boyunca qanad çırparaq və okean üstündə yollarını itirmədən qət edirlər.

Tutuquşu səs təqlidi qabiliyyəti ilə ən zəkalı bir neçə canlıdan biridir. Tutuquşular çox fərqli səs orqanı anatomiyaları olduğu halda – misal üçün, dişləri və dodaqları olmamasına baxmayaraq, insanların çıxartdıqları səslərə çox bənzəyən səslər çıxarda bilirlər.

Ən kiçik quş olması ilə tanınan kolibri uzun dimdiyi vasitəsi ilə çiçək nektarı ilə və çiçəklərin içindəki kiçik həşəratlarla qidalanır. Qidanı tuta bilmək üçün çiçəyin qarşısında havada asılmış şəkildə qalmalıdır və malik olduğu xüsusi yaradılışla bunu edə bilən tək quş kolibridir.

Bayquş isə zərif, amma iti olmayan lələklərindəki xüsusi yaradılış sayəsində gecə ov uçuşları zamanı tam səssizlik əldə edir. Bayquş qanadları dövrümüzdə hava burulğanının – səs-küyün qarşısını alması ilə alimlərin təqlid etməyə çalışdıqları dizaynlardan biridir.

Ən uzun qanadlara (3,5 m) sahib olan albatroslar həyatlarının 92%-ini sularda keçirir və demək olar ki, heç quruya enmirlər. Albatrosların uzun müddət durmadan uça bilməsi qanadlarını mümkün qədər geniş açıb qanad çırpmadan hava cərəyanlarından istifadə etmələri ilə mümkün olur.

Quşların müəyyən xüsusiyyətləri vaxt keçdikcə yavaş-yavaş qazanmaları mümkün deyil, çünki bu prosesin keçid mərhələlərində sağ qala bilməzlər. Belə ki, təkamülçülərin iddia etdiyi kimi, tədricən mükəmmələ doğru gedən canlı yoxdur. Əksinə, müxtəlif canlı qrupları yer üzü qatlarında ilk meydana çıxdıqları andan etibarən indiki mükəmməl halları ilə mövcud olublar.

Bütün bunlar quşların yaradıldığının elmi dəlilləridir. Bu dəlillər insanlara Quranda bildirilən bir həqiqəti təsdiq edir: bu canlıları sahib olduqları qabiliyyətlərlə və buna uyğun dizaynlarla yaradan hər şeyin yaradıcısı olan Allahdır. Allah Quranda “... Elə bir canlı yoxdur ki, (Allah) onun kəkilindən tutmuş olmasın...” (Hud surəsi, 56) ayəsi ilə canlılar üzərindəki hökmranlığını bildirir.

Quşların xüsusiyyətləri göylərin və yerin Rəbbi olan Allahın sənətinin və elminin qüsursuz nümunələrini göstərir.

Konfutsiusornis

Dövr: Tabaşir
Yaş: 125 milyon il
Bölgə: Çin

Təkamül nəzəriyyəsi quşların kiçik quruluşlu və ətyeyən teropod dinozavrlardan, yəni sürünənlərdən törədiyini iddia edir. Halbuki həm quşlarla sürünənlər arasında aparılan anatomik müqayisələr, həm də fosil izləri bu iddianı təkzib edir. Şəkillərdəki fosil ilk nümunəsi 1995-ci ildə Çində tapılan konfutsiusornis (confuciusornis sanctus) adlanan nəsli kəsilmiş bir quş növünə aiddir.

Konfutsiusornisin 125 milyon illik fosili bizə bu canlı haqqında çox mühüm məlumatlar verir. Dişləri olmayan bu quşun dimdiyi, lələkləri və skelet quruluşu dövrümüzün quşları ilə eynidir. Konfutsiusornisdə uçuş zamanı quyruq lələklərinə dəstək verən struktur da var.

Qısa şəkildə desək, arxeopterikslə təxminən eyni dövrdə yaşayan konfutsiusornis dövrümüzdəki quşlara çox bənzəyir. Konfutsiusornis quşların təkamülü ssenarisini qəti şəkildə təkzib edir.

Darvinistlərin ictimaiyyətə ən qədim uçan dinozavr kimi təqdim etdikləri bu fosil faktiki olaraq tez-tez rast gəlinən dimdikli quşlara aid növdür.

125 milyon il əvvəldən günümüzə qədər gəlib çatan konfutsiusornisin bütün xüsusiyyətləri canlının təkamül keçirmədiyini, ilk meydana çıxdığı andan etibarən uçan quş olduğunu bizə göstərir.

Milyonlarla il əvvəldən günümüzə qədər gəlib çatan konfutsiusornisə bənzər fosillər dinozavr-quş təkamülü iddialarını qəti şəkildə qüvvədən salır.

Təkamülçülərin gerçəyi qəbul etməyərək ona qarşı çıxmaları nəzəriyyənin kor-koranə müdafiə olunduğunu göstərir.

Konfutsiusornis

Dövr: Tabaşir
Yaş: 125 milyon il
Bölgə: Çin

125 milyon il əvvəl yaşamış, tez-tez rast gəlinən dimdikli quşlardan biri olan konfutsiusornisin dişləri yoxdur, dimdiyi və lələkləri isə dövrümüzün quşları ilə eyni xüsusiyyətdədir. Skelet quruluşu da dövrümüzün quşları ilə eynidir. Bu quşun qanadlarında caynaqlar var. Bundan başqa, quyruq lələklərinə dəstək olan piqostil adlı orqan bu quşda da müşahidə olunur. Bütün bunlar dövrümüzdə yaşayan quşlarda da mövcud olan xüsusiyyətlərdir.

Bu və buna bənzər fosillər müxtəlif quş növlərinin bir-birlərindən təkamül keçirmədiklərini göstərir. Əksinə, dövrümüzün quşlarının və arxeopteriksə bənzər bəzi özünəməxsus quş növlərinin birgə yaşadıqlarını sübut edir. Bu quşların bəzilərinin, məsələn, konfutsiusornis və ya arxeopteriksin nəsilləri kəsilmiş, dövrümüzə ancaq müəyyən sayda quş növü gəlib çata bilmişdir. Nəsli kəsilən quşlar təkamülçülər tərəfindən spekulyasiya obyektinə çevrilir. Ancaq darvinistlərin səyləri əsassızdır, çünki fosil izlərində çox ətraflı şəkildə göründüyü kimi, konfutsiusornisin dövrümüzün quşlarından fərqi yoxdur.

Quşların və digər uçan canlıların quruda yaşayan canlılardan təkamül keçirmələrinə dair heç bir elmi sübut yoxdur. Əksinə, kompleks quruluşları və fosil izlərində birdən-birə ortaya çıxmaları bu canlıların lazımi uçuş sistemləri ilə birgə yaradıldıqlarını göstərir.

Konfutsiusornis

Dövr: Tabaşir
Yaş: 120 milyon il
Bölgə: Çin

Təkamül nəzəriyyəsi quşların kiçik quruluşlu və ətyeyən teropod dinozavrlardan, yəni bir sürünən qrupundan törədiyini iddia edir. Halbuki həm quşlarla sürünənlər arasında aparılan anatomik müqayisələr, həm də fosil izləri bu iddianı təkzib edir.

Şəkildəki fosil ilk nümunəsi 1995-ci ildə Çində tapılan, konfutsiusornis adlanan nəsli kəsilmiş quş növünə aiddir. Dövrümüzdəki quşlara çox bənzəyən konfutsiusornis təkamülçülərin illər boyunca irəli sürdükləri quşların təkamülü ssenarisini məhv etmişdir.

Lyaoninqornis

Dövr: Tabaşir
Yaş: 140 milyon il
Tapıldığı yer: Çin

Təkamülçülərin quşların mənşəyi mövzusundakı iddialarını əsassız edən tapıntılardan biri də şəkildə görünən lyaoninqornis (liaoningornis) quşu fosilidir. 1996-cı ilin noyabr ayında ilk dəfə Çində tapılan 130 milyon yaşındakı lyaoninqornis adlı bu quşun mövcudluğu paleontoloqlar Lyanhe Hou, Martin və Alan Feduççia tərəfindən “Science” jurnalında nəşr olunan bir məqalə ilə ictimaiyyətə çatdırılmışdır.

Lyaoninqornis dövrümüzdəki quşlarda olan uçuş əzələlərinin söykəndiyi döş tilinə sahib idi. Digər xüsusiyyətləri ilə də bu canlının dövrümüzdəki quşlardan fərqi yoxdur. Tək fərqi ağzında dişlərinin olmasıdır. Bu hal dişli quşların heç də təkamülçülərin iddia etdikləri kimi primitiv bir quruluşa sahib olmadıqlarını göstərirdi. Alan Feduççia “Discover” jurnalında nəşr olunan şərhində lyaoninqornisin quşların mənşəyinin dinozavrlar olması iddiasını qüvvədən saldığını bildirmişdi. (“Old Bird”, Discover, 21 Mart 1997)

Liaxiornis

Dövr: Tabaşir
Yaş: 120 milyon il
Bölgə: Çin

Əldə edilən bütün fosillər quşların hər zaman quş olaraq yaşadıqlarını, hər hansı bir canlıdan törəmədiklərini göstərir. Quşların quruda yaşayan canlılardan törədiyi iddiasında olan darvinistlər də, əslində, bu həqiqətin fərqindədirlər. Onlar qanadların və uçma mexanizminin təkamül mərhələləri ilə və mutasiya kimi təsadüfi mexanizmlərlə necə yarandığını açıqlaya bilmirlər.

Türk bioloq Engin Korur qanadların təkamül keçirməsinin qeyri-mümkünlüyünü belə qəbul edir:

“Gözlərin və qanadların ortaq xüsusiyyəti budur ki, onlar ancaq tamamilə təkmilləşmiş olduqları təqdirdə funksional olur. Başqa sözlə, natamam gözlə görmək olmaz, yarımçıq qanadla uçmaq olmaz. Bu orqanların necə əmələ gəldiyi təbiətin hələ yaxşı anlaşılmayan sirlərindən biri kimi qalmışdır”. (Engin Korur, “Gözlerin ve Kanatların Sırrı”, Bilim ve Teknik, no. 203, oktyabr 1984, səh. 25)

Qanadların döş tilinə möhkəm birləşməsi, quşu havaya qaldırmağa, havadakı müvazinətini və hər istiqamətə hərəkətini təmin etməyə əlverişli quruluşda olması zəruridir. Quşun qanad və quyruq lələklərinin yüngül, çevik və bir-biri ilə mütənasib quruluşda olması, qısaca, uçuşa imkan verən mükəmməl aerodinamik nizamda olması da vacibdir. Məhz təkamül nəzəriyyəsi burada çıxılmaz vəziyyətə düşür: qanadların bu cür qüsursuz quruluşunun necə olub ki, bir-birini izləyən təsadüfi mutasiyalar nəticəsində yaranması sualı tamamilə cavabsızdır. Bir sürünənin ön ətraflarının genlərində əmələ gələn pozulma (mutasiya) nəticəsində necə qüsursuz bir qanada çevriləcəyi təkamül nəzəriyyəsi ilə əsla izah edilə bilmir.

Əvvəlki səhifədəki sitatdan da göründüyü kimi, yarımçıq qanadla uçmaq olmaz. Bu səbəbdən əgər hər hansı bir mutasiyanın sürünənin ön ətraflarında naməlum dəyişiklik etdiyini fərz etsək belə, bundan əlavə, yeni mutasiyalarla təsadüfən bir qanad əmələ gələ biləcəyini düşünmək tamamilə ağıldan kənardır. Çünki ön ətraflarda yaranacaq bir mutasiya canlıya işlək qanad qazandırmadığı kimi, onu ön ətraflarından da məhrum qoyacaq. Bu isə canlının eyni növdən olan digər nümayəndələrinə görə daha əlverişsiz (yəni şikəst) bədənə sahib olması deməkdir.

Üstəlik, biofizika tədqiqatlarına görə, mutasiyalar çox nadir reallaşan dəyişikliklərdir. Bu səbəbdən bu şikəst canlıların milyonlarla il ərzində qüsurlu və səriştəsiz qanadlarının kiçik mutasiyalarla tamamlanmasını gözləmələri hər baxımdan qeyri-mümkündür.

Konfutsiusornis

Dövr: Tabaşir
Yaş: 120 milyon il
Bölgə: Çin

Hazırda yaşayan quşlarla eyni olan confuciusornis sanctus adlandırılan bu quş barədə “Science et Vie” adlı jurnalda belə bəhs olunur:

“Confuciusornis sanctus adlandırılan bu fosili araşdıran Çin və ABŞ paleontoloqlarına görə… birinci dərəcəli kəşfdən söhbət gedirdi. Su fərəsi ölçüsündəki bu uçan quşun təxminən 157 milyon il yaşı var… arxeopteriksdən daha qədimdir”. (Jean Philippe Noel, es Oiseaux de la Discorde Science et Vie, no. 961, oktyabr 1997, səh.83).

Bu kəşf bir həqiqəti bəyan edir: konfutsiusornis quşunun guya quşların əcdadı hesab olunan bir canlı ilə eyni bir dövrdə yaşaması və hazırda yaşayan quşlara həddindən çox bənzəməsi təkamülçülərin iddialarının əsassız olduğunu göstərir.

Quşlarla sürünənlər arasında quruluşca çox fərq var. Bunların ən mühümü sümüklərin quruluşudur. Təkamülçülərin quşların əcdadı hesab etdiyi dinozavrlar böyük və cüssəli olduqlarına görə sümükləri qalın və içi doludur. İstər yaşayan, istərsə də nəsli tükənmiş, demək olar ki, bütün quşlarda sümüklərin içi boşdur və bunun sayəsində sümüklər çox yüngüldür. Belə yüngül sümük quruluşu quşların uçması üçün çox vacibdir.

Sürünənlər və quşlar arasındakı digər fərq isə metabolik quruluşdur. Sürünənlər canlılar aləmində ən zəif, quşlar isə ən yüksək maddələr mübadiləsinə malikdir (dinozavrların istiqanlı olduğu və sürətli maddələr mübadiləsi olduğu iddiası fərziyyədir). Məsələn, bir sərçənin bədən temperaturu sürətli maddələr mübadiləsi (metabolizma) səbəbindən bəzən 48°C-yə çatır. Lakin sürünənlər öz bədən temperaturlarını özləri əmələ gətirmir, bədənlərini Günəşdən gələn istiliklə isidirlər. Sürünənlər təbiətdəki ən az enerji sərf edən canlılardır, quşlar isə ən çox enerji istifadə edən canlılardır.

Şimali Karolina Universitetinin professoru Alan Feduççia təkamülçü olmasına baxmayaraq, elmi kəşflərə əsaslanmaqla quşların dinozavrlarla qohum olması iddiasına qətiyyətlə qarşı çıxır. Feduççia sürünən-quş ssenarisi haqqında fikirlərini belə ümumiləşdirir:

“25 il boyunca quşların kəllə sümüklərini təhlil etmişəm və dinozavrlarla aralarında heç bir bənzərlik görmürəm. Quşların dördayaqlılardan təkamül yolu ilə törəməsi nəzəriyyəsi paleontologiya sahəsində XX əsrin ən böyük rüsvayçılığı olacaqdır”. (Pat Shipman, “Birds Do It... Did Dinosaurs?”, New Scientist, 1 fevral 1997, səh.28)

Messel Quşu

Dövr: Eosen
Yaş: 50 milyon il
Bölgə: Almaniya

Şəkildəki quş fosili məşhur Messel formasiyasında tapıldığı üçün bu adla xatırlanır. Quruda yaşayan canlılardan tamamilə fərqli quruluşda olan bu quşların heç bir bədən mexanizmi mərhələli təkamül modeli ilə açıqlana bilməz. Hər şeydən əvvəl quşu quş edən ən mühüm xüsusiyyət olan qanadlar təkamül nəzəriyyəsi üçün çox böyük problemdir. Təkamülçülər bir sürünənin uça bilməsinin qeyri-mümkünlüyünü və bu iddianın fosil izləri ilə ziddiyyət təşkil etdiyini özləri dilə gətirirlər. Məsələn, ornitoloq Alan Feduççia belə deyir:

“Bu qədər böyük iki ayağı, qısaldılmış ön ayaqları və ağır quyruğu olan bir canlının təkamül keçirərək uçması biofiziki cəhətdən qeyri-mümkündür”. (“Jurassic Bird Challenges Origin Theories”, Geotimes, vol. 41, Yanvar, 1996, səh.7)

Quşların fosilləşməsi sümük strukturlarına görə (quş sümüklərinin içi boşdur), ümumiyyətlə, çətin mərhələdir. Almaniyadakı Messel formasiyasında isə bütün üzvləri ilə birlikdə yaxşı qorunmuş quş fosillərinə tez-tez rast gəlinir. Şəkildə görünən messelornis cristata ən çox rast gəlinən quşlardan biridir. Təxminən su fərəsi ölçüsündə olan bu quş, adətən, durnakimilər dəstəsinə daxil edilir. Qısa lələkləri, uzun ayaqları və qısa caynaqları var. Quyruq lələkləri isə olduqca uzundur. Baş qismində dəbilqə tüklərini xatırladan pipiyi olur. Ümumi skelet uzunluğu 25-30 sm-dir.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Fosil Nedir? (1/2)
  • Fosil Nedir? (2/2)
  • Fosil Qeydləri Təkamülü Təkzib Edir
  • Darvin Yanıldı: Növlər Dəyişməmişdir
  • Keçid Fosili Əsli Olmayan Iddiadır
  • Göz Kor Təsadüflərin Yox, Üstün Ağıl Sahibi Rəbbimizin Əsəridir
  • Fosil Qeydləri Yaradılışı Sübut Edir
  • Selakant (Coelacanthus) Fosillər Üzərindəki Spekulyasiyaları Susdurmuşdur
  • Sıçramalı Evrimin Çıkış Noktası
  • Təkamülçülərin Ara Keçid Forma Iddiası
  • Kembri Dövrünə Aid Fosillər və Növlərin Yaradılışı
  • Bəzi Media Qurumlarının “İtmiş Halqa Tapıldı” Başlıqlardan İstifadəsi Elmdən Kənar Uydurmadır
  • Darvinin Məntiqdən və Elmdən Kənar Formulu
  • Nəticə
  • Dəniz Canlılarından Fosil Nümunələri
  • Bitki Fosillərindən Nümunələr
  • Kəllə Qutusu Fosillərindən Nümunələr
  • Quş Fosillərindən Nümunələr
  • Buğumayaqli Fosillərindən Nümunələr