Kembri Dövrünə Aid Fosillər və Növlərin Yaradılışı

Kembri təbəqəsi kompleks canlıların fosillərinə rast gəlinən ən qədim yer təbəqəsi olub, yaşı 543-490 milyon ildir. Kembri dövründən daha qədim laylarda birhüceyrəli canlılardan və bir neçə sadə çoxhüceyrəlidən başqa heç bir canlının fosilinə rast gəlinmir. Kembri dövründə isə bir-birindən fərqli canlı növləri ani surətdə yaranmışdır. Meduzalar, dəniz ulduzları, trilobitlər, ilbizlər, dəniz lalələri və balıqlar kimi otuzdan çox canlı qrupu bir anda üzə çıxmışdır.

Bundan əlavə, ani surətdə yaranan bu canlılar təkamül nəzəriyyəsinin fərziyyələrinin əksinə olaraq, sadə deyil, son dərəcə kompleks bədən quruluşuna sahibdirlər.

Təkamül nəzəriyyəsinin iddiasına əsasən, canlı növləri ibtidai canlılardan təkamül keçirməlidir. Halbuki Kembri dövrünə aid canlılardan əvvəl heç bir kompleks canlı yoxdur. Kembri dövrünə aid canlılar heç bir əcdadları olmadan bir anda mövcud olmuşdurlar.

Təkamül nəzəriyyəsinin yaşayan ən məşhur tərəfdarı olan ingilis zooloq Riçard Dokinz bununla bağlı bu etirafı etmişdir:

“(Kembri dövrünə aid canlılar), sanki heç bir təkamül tarixi keçmədən, elə oradaca yaranıblar”.48

kambriyen dönemi
380 Milyon İllik Trilobit Fosili

Trilobitlər Kembri dövründə ortaya çıxan canlıların ən mühümlərindən biridir. Dünyanın müxtəlif bölgələrində yaşamış, Kembri dövrünün ən çox iz buraxan canlılarındandır. Trilobitlərin ən heyranlıq doğuran xüsusiyyətlərindən biri isə çoxbüllurlu gözləridir. Bu gözlər saysız vahidlərdən təşkil olunub. Hər vahidin öz bülluru var. Bunların hər biri fərqli bir görüntü qəbul edir və bunlar birləşib vahid görüntü yaradır.

Aparılan araşdırmalar bir trilobit gözündə üç mindən çox büllur olduğunu göstərmişdir. Üç mindən çox büllur üç mindən çox fərqli görüntünün bu canlıya çatması deməkdir. Bu da 530 milyon il əvvəl yaşayan bir canlının göz və beyin quruluşunun nə qədər mürəkkəb olduğunu və təkamüllə heç bir şəkildə meydana gələ bilməyəcək qüsursuz sistem nümayiş etdirdiyini açıq şəkildə göstərir.

Bu vəziyyət təkamül nəzəriyyəsini tamamilə əsassız edir. Çünki Darvin “Növlərin mənşəyi” adlı kitabında belə qeyd etmişdir:

“Əgər eyni sinfə aid növlər həyata bir anda və birlikdə başlayıbsa, bu, təbii seçmə ilə ortaq əcdaddan törəmə nəzəriyyəmə öldürücü zərbə olardı”.49

Darvinin qorxduğu bu öldürücü zərbə fosil qeydlərinin başladığı Kembri dövründən gəlmişdir.

Kembri dövründən sonrakı fosil təbəqələrində də canlı növləri bir anda və qüsursuz formada üzə çıxmışdır. Balıqlar, suda-quruda yaşayanlar, sürünənlər, quşlar və məməlilər kimi əsas canlı qrupları və bunlara daxil olan yüz minlərlə müxtəlif növ canlı yer üzündə bir anda və qüsursuz formada yaranmışdır. Bu qrupların arasında təkamülçülərin xəyal etdikləri keçid formalarından isə əsər-əlamət yoxdur.

Fosil qeydləri sübut edir ki, canlılar nə funksional, nə də görünüş baxımından sadədən mürəkkəbə doğru təkamül keçirmişdir. Onların hər birini Allah yaratmışdır. Təkamülçü paleontoloq Mark Çarnetski bunu belə etiraf edir:

“Nəzəriyyəni (təkamül nəzəriyyəsini) sübut etməyin qarşısındakı böyük bir problem fosil qeydləri olmuşdur… Bu qeydlər heç bir zaman Darvinin fərziyyəvi keçid formalarına aid izləri üzə çıxarmamışdır. Bunun yerinə, növlər qəfildən üzə çıxır və yox olur və bu anomaliya yaradılışçıların hər növün Allah tərəfindən yaradılması arqumentinə təkan vermişdir…”50

Qeydlər

48– Richard Dawkins, The Blind Watchmaker, 1986, səh. 229

49– Charles Darwin, The Origin of Species, 1-ci nəşr, səh. 302

50– Mark Czarnecki, “The Revival of the Creationist Crusade”, McLean's, 19 yanvar 1981, səh. 56

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Fosil Nedir? (1/2)
  • Fosil Nedir? (2/2)
  • Fosil Qeydləri Təkamülü Təkzib Edir
  • Darvin Yanıldı: Növlər Dəyişməmişdir
  • Keçid Fosili Əsli Olmayan Iddiadır
  • Göz Kor Təsadüflərin Yox, Üstün Ağıl Sahibi Rəbbimizin Əsəridir
  • Fosil Qeydləri Yaradılışı Sübut Edir
  • Selakant (Coelacanthus) Fosillər Üzərindəki Spekulyasiyaları Susdurmuşdur
  • Sıçramalı Evrimin Çıkış Noktası
  • Təkamülçülərin Ara Keçid Forma Iddiası
  • Kembri Dövrünə Aid Fosillər və Növlərin Yaradılışı
  • Bəzi Media Qurumlarının “İtmiş Halqa Tapıldı” Başlıqlardan İstifadəsi Elmdən Kənar Uydurmadır
  • Darvinin Məntiqdən və Elmdən Kənar Formulu
  • Nəticə
  • Dəniz Canlılarından Fosil Nümunələri
  • Bitki Fosillərindən Nümunələr
  • Kəllə Qutusu Fosillərindən Nümunələr
  • Quş Fosillərindən Nümunələr
  • Buğumayaqli Fosillərindən Nümunələr