Göz Kor Təsadüflərin Yox,
Üstün Ağıl Sahibi Rəbbimizin Əsəridir

göz, yaratılış

1. Görüntünün meydana gəldiyi torlu qişa göz almasının arxasında yerləşir

2. Göz alması işığın asanlıqla ötürülməsini təmin edən şəffaf jeleyəbənzər mayedən ibarətdir.

3. Buynuz qişa şəffaf və xaricə doğru qabarıqdır.

4. Qüzehli qişa

5. Göz bülluru fokuslandığı əşyaya görə nazikləşir və ya qalınlaşır.

6. Torlu qişa göz almasının yuxarı hissəsində olsa idi...

7. Göz bülluru görüntünü çatdıracaq yer tapa bilməzdi, görüntü yaranmazdı...

8. Göz almasından büllura açılan boşluq başqa bir yerdə olsaydı, görüntü yaranmazdı...

◉ Gözlər altı əzələ çıxıntısı ilə kəllə sümüyünə birləşən, kənarları xüsusi toxumalarla əhatələnmiş göz çuxurlarının daxilində, qoruyucu yağ yastıqları üzərində yerləşdirilmişdir.

◉ Gözlər çox yaxşı mühafizə edilməsi ilə yanaşı, bədəndə görmə prosesini ən ideal və ən rahat formada təmin edən yerdədir. Görəsən, gözlər üzün başqa yerində, məsələn, burnun altında olsa idi, nə olardı? Həm təhlükəsizlik baxımından riskli olar, həm də çox çirkin görünüş yaranardı. Görmə bucağı da indikindən çox aşağı olardı.

◉ Gözlər hər cəhətdən mümkün olan ən ideal yerdədir, simmetrik formada olmaları da estetik cəhətdən çox münasibdir. İki gözün arası təxminən bir gözün ölçüsü qədərdir. Bu nisbət pozulduqda, yəni gözlərin arası daha geniş və ya daha qısa olduqda üzdəki ifadə tamamilə dəyişir.

◉ Göz sahib olduğu bütün xüsusiyyətləri ilə Allahın insanı yaratdığını sübut edən dəlildir. Allah Quranda belə bildirir:

Sizin üçün yeri məskən, göyü də tavan edən, sizə surət verib surətlərinizi gözəl şəklə salan, sizə pak nemətlərdən ruzi verən Allahdır. Budur sizin Rəbbiniz olan Allah. Aləmlərin Rəbbi olan Allah nə qədər xeyirxahdır! (Ğafir surəsi, 64)

Təkamülçülər isə iddia edirlər ki, göz bu qüsursuz quruluşa təsadüfi mutasiyaların təsiri ilə malik olmuşdur. Bu iddiaya əsasən, milyonlarla il ərzində ard-arda kor və şüursuz təsadüflər baş vermiş və göz bu mükəmməl quruluşa sahib olana qədər milyonlarla fərqli anormal formalara düşmüşdür. Məsələn, insanın kəlləsində deyil, ayağında və ya kürəyində yerləşən, iki simmetrik gözün əvəzinə arılardakı kimi pətək (fasetli) göz sisteminə malik, göz yaşı vəziləri olmadığına görə qısa müddətdə quruyub kor olan, buynuz qişası şəffaf olmadığına görə işığı keçirməyən və buna görə də görmə funksiyası olmayan, qüzehli qişası inkişaf etmədiyinə görə kiçik işıq dəyişikliyində belə görmə qabiliyyətini itirən gözlər əmələ gəlməli idi. Bundan əlavə, bunlar əmələ gələ biləcək anormallıqların çox kiçik hissəsidir. Gözün bütün hissələrini və fəaliyyətini düşündükdə bu cür milyonlarla anormal göz forması təsəvvür etmək mümkündür.

Halbuki bu günə qədər bəhs edilən anormal və pozulmuş quruluşa sahib olan bircə canlı belə tapılmamışdır. Fosil qeydlərindəki bütün canlılar özünəməxsus göz sistemlərinə sahibdirlər. Bu həqiqət onu göstərir ki, təkamül nəzəriyyəsinin kiçik dəyişikliklərlə əmələ gələn canlılar iddiası tamamilə yanlışdır.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Fosil Nedir? (1/2)
  • Fosil Nedir? (2/2)
  • Fosil Qeydləri Təkamülü Təkzib Edir
  • Darvin Yanıldı: Növlər Dəyişməmişdir
  • Keçid Fosili Əsli Olmayan Iddiadır
  • Göz Kor Təsadüflərin Yox, Üstün Ağıl Sahibi Rəbbimizin Əsəridir
  • Fosil Qeydləri Yaradılışı Sübut Edir
  • Selakant (Coelacanthus) Fosillər Üzərindəki Spekulyasiyaları Susdurmuşdur
  • Sıçramalı Evrimin Çıkış Noktası
  • Təkamülçülərin Ara Keçid Forma Iddiası
  • Kembri Dövrünə Aid Fosillər və Növlərin Yaradılışı
  • Bəzi Media Qurumlarının “İtmiş Halqa Tapıldı” Başlıqlardan İstifadəsi Elmdən Kənar Uydurmadır
  • Darvinin Məntiqdən və Elmdən Kənar Formulu
  • Nəticə
  • Dəniz Canlılarından Fosil Nümunələri
  • Bitki Fosillərindən Nümunələr
  • Kəllə Qutusu Fosillərindən Nümunələr
  • Quş Fosillərindən Nümunələr
  • Buğumayaqli Fosillərindən Nümunələr