Fosil Nedir? (1/2)

Fosil uzun müddət əvvəl yaşamış canlıların qalıqlarının təbii şərait nəticəsində qorunaraq dövrümüzə qədər çatan izidir. Fosillər bəzən canlının bir hissəsinin, bəzən də canlının həyatda ikən qoyduğu izlərin (bunlar iz fosil adlanır) dövrümüzə qədər gəlib çatmasıdır. Ölən heyvan və bitkilərin çürümədən, qorunaraq yer qabığının bir hissəsinə çevrilməsi ilə fosil əmələ gəlir. Fosilləşmənin baş verməsi üçün heyvan və ya bitki, əsasən, palçıq təbəqəsi ilə örtülərək ani şəkildə sürətlə gömülməlidir. Bu gömülmədən sonra kimyəvi proses başlayır. Bu prosesdə baş verən mineral dəyişikliyi ilə fosil qorunur.

huş ağacı yaprağı, kurbağa, fosil

Montanada tapılmış və Paleosen dövründən (65,5-55 milyon il) qalma bu ağcaqayın ağacı fosili üçölçülüdür.

50 MİLYON İLLİK QURBAĞA FOSİLİ
50 milyon il əvvəl yaşamış qurbağalarla dövrümüzdə yaşayanlar arasında fərq yoxdur.

Fosillər canlılar tarixinin ən mühüm dəlillərindəndir. Dünyanın müxtəlif bölgələrindən əldə edilmiş yüz milyonlarla fosil var. Fosillər canlıların tarixi və quruluşu haqqında əsaslı məlumat verir. Milyonlarla fosil canlıların ani surətdə, kompleks quruluşda və tam şəkildə ortaya çıxdığını və milyon illər boyu heç bir dəyişikliyə məruz qalmadığını göstərir. Bu isə canlıların yaradıldığının mühüm dəlilidir. Canlıların mərhələ-mərhələ əmələ gəldiyini, yəni təkamül keçirdiyini göstərən heç bir fosil yoxdur. Təkamülçülərin keçid fosili olduğunu iddia etdikləri fosil nümunələri bir neçə ədəddir və bunların əsassızlığı da elmi cəhətdən sübut edilmişdir.

fossil layers

1. Canlının ölümündən sonra ilk mərhələdə yumşaq toxumaları deformasiya olmağa başlayır, geridə yalnız sümüklər və dişlər kimi sərt hissələr qalır. Sümüklərin deformasiya olmaması üçün isə gömülmə çox sürətli olmalıdır.

2. Aradan keçən uzun dövrlərdən sonra sümüklər çöküntünün alt laylarına gömülür. Sümüklər yeraltı sularda tapılan minerallarla yerini dəyişdirməyə başlayır və canlının cəsədi fosilləşir.

3. Ərazinin yavaş-yavaş hərəkət etməsi ilə fosilin yarandığı qaya qatı yer üzünə doğru çıxmağa başlayır.

4. Səthə yaxınlaşan fosil ya öz-özünə üzə çıxır, ya da paleontoloqların tədqiqatları nəticəsində tapılır.

Eyni zamanda darvinistlərin ara fosil kimi dünyaya tanıtdığı bəzi nümunələrin saxta çıxması bu sahədə saxtakarlıq edəcək qədər çarəsiz olduqlarını göstərir. 150 ildən çoxdur ki, dünyanın hər tərəfində aparılan qazıntılarda əldə edilən fosillər balıqların daima balıq, həşəratların həşərat, quşların quş, sürünənlərin də sürünən olduğunu sübut etmişdir. Canlı növləri arasında keçid olduğunu, yəni amfibiyaların sürünənlərə, sürünənlərin quşlara çevrildiyini göstərən heç bir fosil tapılmamışdır. Qısası, fosillər təkamül nəzəriyyəsinin əsas iddiası olan növlərin uzun proseslər nəticəsində dəyişikliyə məruz qalaraq bir-birindən törəməsi iddiasını tamamilə təkzib edir.

yengeç fosili

38-23 milyon il əvvələ aid yengəc fosili

Fosillər canlılar haqqında məlumatla yanaşı, materik təbəqələrinin hərəkətinin Yer kürəsinin səthini necə dəyişdirməsi, Yer kürəsində tarixən hansı iqlim dəyişikliklərinin baş verməsi haqqında da mühüm məlumatlar verir.

Fosillər qədim yunan dövründən bəri tədqiqatçıların diqqətini cəlb etmiş, ancaq XVII əsrin ortalarından etibarən fosillərin tədqiq olunması bir elm sahəsi kimi formalaşmışdır. Tədqiqatçı Robert Hukun (Robert Hook) əsərləri (“Micrographia” (Mikroqrafiya), 1665; “Discourse of Earthquakes” (Zəlzələdən mühazirələr), 1668), Nils Stensenin (Nikolay Steno kimi tanınır) fəaliyyətləri ilə davam etmişdir.

trilobite fossil

490-443 milyon illik dəniz ulduzu fosili yüz milyonlarla ildir eyni olan bu canlıların təkamül keçirmədiklərini söyləyir.

Huk və Stenonun fosillər üzərində tədqiqat apardığı dövrlərdə mütəfəkkirlərin böyük əksəriyyəti fosillərin, həqiqətən, yaşamış canlıların izləri olduğuna inanmır, təbiətin canlıları təqlid etdiyini iddia edirdilər. Fosillərin həqiqi canlıların izi olub-olmadığı ilə bağlı mübahisənin kökündə fosillərin yerləşdiyi bölgələrin həmin dövrün geoloji məlumatı ilə açıqlana bilməməsi dururdu. Fosillər, əsasən, dağlıq bölgələrdə yerləşir, lakin balığın su səviyyəsindən bu qədər yüksək yerdə necə fosilləşməsi açıqlana bilmirdi. Steno eynilə keçmişdə Leonardo da Vinçinin irəli sürdüyü kimi, tarix boyu su səviyyəsində geri çəkilmələr olduğunu iddia edirdi. Huk isə dağların okean təbəqələrindəki zəlzələlər və daxili isinmə nəticəsində əmələ gəldiyini deyirdi.

Huk və Stenonun fosillərin keçmişdə yaşamış canlıların izləri olduğunu göstərən açıqlamalarından sonra 18 və 19-cu əsrlərdə geologiyanın formalaşması ilə fosil yığma və araşdırma sistemli elm sahəsinə çevrilməyə başladı. Fosillərin təsnif edilməsi və şərh edilməsində Stenonun müəyyən etdiyi prinsiplər əsas götürüldü. Xüsusilə 18-ci əsrdə dağ-mədən sənayesinin inkişaf etməsi və dəmiryol inşaatının artması yer altının daha çox və dərindən tədqiq edilməsinə imkan yaratdı.

Fossils, amber, winged ant

20-15 MİLYON İLLİK QANADLI QARIŞQA

Canlıların üzərini ağac şirəsinin örtməsi ilə yaranan kəhrəba içindəki fosillər də təkamül nəzəriyyəsini təkzib edir.

Müasir geologiya yer səthinin “təbəqə” adlanan qatlardan təşkil olunduğunu, bu təbəqələrin qitələri və okean dibini daşıyaraq Yerin üzərində hərəkət etdiyini, təbəqələr hərəkət etdikcə Yerin coğrafiyasında dəyişikliklər baş verdiyini, dağların da böyük təbəqələrin hərəkəti və toqquşması nəticəsində meydana gəldiyini ortaya qoydu. Yerin coğrafiyasında uzun dövrlər ərzində meydana gələn dəyişikliklər indi dağlıq olan bəzi bölgələrin bir zamanlar su ilə örtülü olduğunu da göstərirdi.

Beləliklə, məlum oldu ki, qaya təbəqələrində tapılan fosillər yer üzünün müxtəlif dövrləri haqqında məlumat əldə etmə vasitələrindən biridir. Geoloji məlumatlar öldükdən sonra çöküntü içində qorunan canlı izlərinin, yəni fosillərin çox uzun dövrlər ərzində süxurlar əmələ gələrkən yer qabığına doğru qalxdığını göstərirdi. Fosillərin tapıldığı süxurların bəzilərinin yüz milyon il yaşı var idi.

Tədqiqatlar zamanı müəyyən fosil növlərinin ancaq müəyyən təbəqələrdə və süxurlarda olduğu müşahidə edildi. Üst-üstə yığılmış süxurların hər birində həmin süxurun bir növ özünəməxsus imzası olan fosil qrupları olduğu məlum oldu. Bu “imza fosillər” həm geoloji dövrlərə, həm də əraziyə görə fərqlənirdi. Məsələn, eyni dövrə aid fosil yatağında biri qədim göl yatağı, digəri mərcan süxuru olan iki müxtəlif mühitə və çöküntüyə rast gəlinirdi. Yaxud əksinə, bir-birindən kilometrlərlə uzaqda iki müxtəlif süxurda eyni fosil imzasına rast gəlinirdi. Bu izlərdən əldə olunan məlumatlarla dövrümüzdə hələ də istifadə edilən geoloji dövrlər cədvəli tərtib edildi.

deniz yıldızı, karides, fosil

250-70 milyon il əvvəl yaşayan krevetlərlə dövrümüzdə yaşayan krevetlər eynidir. Milyonlarla ildir dəyişməyən krevetlər təkamülün heç vaxt baş vermədiyini göstərir.

490-443 milyon illik dəniz ulduzu fosili yüz milyonlarla ildir eyni olan bu canlıların təkamül keçirmədiklərini söyləyir.

Avstraliyadakı Ediakara fosil araşdırmasında çalışan tədqiqatçı

satellite, Earth, image trilobite, Ordovician

(Sol Resim) Yer üzünün peykdən görünüşü

(Sağ Resim) Kayaların oluşum tarihini tespit etmekte kullanılan, yaşı belirli fosillere indeks fosilleri denir. Bu fosillerin çoğunluğu, sadece belli bir dönemde yaşayan, yaygın olarak rastlanabilen ve kolay tanımlanan fosillerdir.

historical, formation, Himalayas

A. Hindistan
B. Avrasiya
C. Hindistan

D. Avrasiya
E. Dənizin quru altına girməsi
F. Hindistan

G. Dəniz Layları
H. Himalay Dağları
I. Toqquşmanın Layları Yuxarı Itələməsi

Geoloji araşdırmalar yer üzü təbəqələrinin hərəkət etdiyini və dağların böyük təbəqələrin hərəkətləri və toqquşmaları nəticəsində yarandığını sübut etmişdir. Yuxarıdakı şəkildə Himalay dağlarının tarixən yaranması izah olunur. Bundan təxminən 145 milyon il əvvəl Avrasiyaya doğru hərəkət etməyə başlayan Hindistan bölgəsinin Avrasiyaya çatması ilə birlikdə dəniz torpağı Avrasiyanın altına girmişdir. Avrasiya ilə tam qovuşan Hindistan dəniz dibi laylarının qitələr arasında sıxılmasına səbəb olmuş və sıxılan laylar yuxarı doğru itələnərək bugünkü Himalay dağlarının yer üzünə çıxmasına səbəb olmuşdur.

fossil, evolution

Keçid Fosili Yoxdur

Fosil tapıntıları bu şəkillərdəki xəyali canlıların heç vaxt yaşamadığını göstərir. Canlılar malik olduqları bütün xüsusiyyətlərlə birlikdə fosil qeydlərində birdən-birə üzə çıxır və o növün həyatı davam etdiyi müddət ərzində heç bir dəyişikliyə məruz qalmır.

Darvinistlər canlıların milyonlarla il ərzində kiçik dəyişikliklər keçirərək bir-birlərindən törədiyini iddia edirlər. Elmi tapıntıların alt-üst etdiyi bu iddiaya əsasən, balıqlar amfibiyalara, sürünənlər quşlara çevrilmişdir. Bu vəziyyətdə milyonlarla il davam etdiyi hesab edilən həmin dəyişiklik dövrünün fosil qeydlərində bir çox dəlili olmalıdır. Yəni yarı balıq, yarı amfibiya; yarı hörümçək, yarı milçək; yarı kərtənkələ, yarı quş olan bir çox qəribə varlığın fosilləri yüz illərdir davam edən intensiv çalışmalar nəticəsində ortaya çıxmalıdır. Lakin yer üzünün, demək olar ki, hər tərəfinin qazılmasına baxmayaraq, darvinistlərin növlər arasında keçid mərhələsini göstərə biləcəkləri tək bir fosil belə yoxdur. Digər tərəfdən, hörümçəklərin həmişə hörümçək, milçəklərin həmişə milçək, balıqların həmişə balıq, timsahların həmişə timsah, dovşanların həmişə dovşan, quşların həmişə quş olaraq mövcud olduqlarını göstərən saysız-hesabsız fosil nümunəsi vardır. Yüz milyonlarla fosil canlılar aləminin təkamül keçirmədiyini, yaradıldığını sübut edir.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Fosil Nedir? (1/2)
  • Fosil Nedir? (2/2)
  • Fosil Qeydləri Təkamülü Təkzib Edir
  • Darvin Yanıldı: Növlər Dəyişməmişdir
  • Keçid Fosili Əsli Olmayan Iddiadır
  • Göz Kor Təsadüflərin Yox, Üstün Ağıl Sahibi Rəbbimizin Əsəridir
  • Fosil Qeydləri Yaradılışı Sübut Edir
  • Selakant (Coelacanthus) Fosillər Üzərindəki Spekulyasiyaları Susdurmuşdur
  • Sıçramalı Evrimin Çıkış Noktası
  • Təkamülçülərin Ara Keçid Forma Iddiası
  • Kembri Dövrünə Aid Fosillər və Növlərin Yaradılışı
  • Bəzi Media Qurumlarının “İtmiş Halqa Tapıldı” Başlıqlardan İstifadəsi Elmdən Kənar Uydurmadır
  • Darvinin Məntiqdən və Elmdən Kənar Formulu
  • Nəticə
  • Dəniz Canlılarından Fosil Nümunələri
  • Bitki Fosillərindən Nümunələr
  • Kəllə Qutusu Fosillərindən Nümunələr
  • Quş Fosillərindən Nümunələr
  • Buğumayaqli Fosillərindən Nümunələr