Fosillərin meydana gəldiyi mühitlərdən biri də kəhrəbalardır. Kəhrəba içindəki fosillər ağaclardan ifraz edilən ağac şirəsinin canlının üzərində donması və canlının o ankı vəziyyətinin qorunması ilə yaranır. Ağac şirəsi kimyəvi olaraq müxtəlif üzvi maddələrdən meydana gəlir. Suda həll olmur, hava ilə təmas etdikdə isə çox qısa müddətdə donur. Daha sonra polimerləşmə (monomer molekullarının üçölçülü zəncirlər meydana gətirmək üçün kimyəvi reaksiyaya girməsi) prosesi başlayır və ağac şirəsi milyonlarla il ərzində bərkiməyə davam edir. Ağac şirəsinin üzərinə töküldüyü canlı da o ankı halı ilə milyonlarla il boyunca qalır.
Hazırda dünyada 100-dən çox kəhrəba yatağı var. Livanda əldə edilən ən qədim kəhrəba nümunələri Livan dağlarında olan, Tabaşir dövrünə aid 130–120 milyon il əvvələ aid kəhrəbalardır. Son dövrlərdə aparılan araşdırmalar Mezozoy dövrünə aid bəzi yeni kəhrəba yataqlarını üzə çıxarmışdır. Bunlardan bəziləri təxminən 120 milyon yaşındakı İordaniya kəhrəbaları, təxminən 80 milyon yaşındakı Nyu-Cersi kəhrəbaları, 80–75 milyon il əvvələ aid olan Sidar gölü kəhrəbaları, 70 milyon illik Fransa kəhrəbaları və 100 milyon illik Pireney kəhrəbalarıdır. Bir çox digər kəhrəba yatağında əldə edilən fosil nümunələrinin çoxu isə Eosen-Miosen dövrlərinə (54–5 milyon il) aiddir.
Dominikan Respublikasında əldə edilən kəhrəba fosilləri isə daha çox Eosen-Miosen dövrlərinə aiddir. Dominikanda iki mühüm kəhrəba yatağı var. Bunlardan biri Santyaqo şəhərinin şimalında yerləşən dağlıq bölgədir. Digəri isə Santo-Dominqo şəhərinin şimal-şərqində yerləşən El-Valye qəsəbəsi yaxınlarındakı yataqlardır. Dominikan kəhrəbaları hymenaea cinsindən ağacların şirəsindən yaranır. Dominikan kəhrəbalarının ən mühüm xüsusiyyətlərindən biri fosilləşmiş canlı növlərinin növbənöv olmasıdır. Kəhrəbanın içində çoxlu sayda fosilləşmiş həşərat növü, eləcə də qurbağa, kərtənkələ, əqrəb nümunələri də var.
Dominikan Respublikasında tapılan on minlərlə kəhrəba fosili bütün digər fosillər kimi çox mühüm həqiqəti göstərir: canlılar milyonlarla il ərzində heç bir dəyişikliyə uğramamış, yəni qətiyyən təkamül keçirməmişlər. Ağcaqanadlar həmişə ağcaqanad, qarışqalar həmişə qarışqa, arılar həmişə arı, iynəcələr həmişə iynəcə, hörümçəklər həmişə hörümçək olublar. Qısası, bütün canlılar meydana çıxdıqları andan etibarən həmişə eyni xüsusiyyətlərlə, eyni şəkildə varlıqlarını davam etdiriblər. Milyonlarla il əvvəl yaşamış və kəhrəba içində qorunmuş canlılarla dövrümüzdəki nümunələri tamamilə eynidir. Bu həqiqət təkamül nəzəriyyəsinə böyük zərbə vurur və yaradılış həqiqətini aşkara çıxarır.
Qanadlı QarışqaDövr: Oliqosen Qanadlı qarışqaların 5-8 mm uzunluğunda iki uzun qanadı var. Yuvalarını su və qida qaynaqlarına yaxın yerdə qururlar. Bu qarışqalar milyonlarla ildir ki, heç bir dəyişikliyə uğramamışdır. 25 milyon illik kəhrəba içindəki qanadlı qarışqa fosili sözügedən canlıların milyonlarla il ərzində eyni qaldıqlarını, yəni təkamül keçirmədiklərini göstərir. |
Sselionid MiniciDövr: Oliqosen Sselionid minicilər çox vaxt yerə tökülmüş yarpaqlar altında yaşayırlar. Bu minicilərin bir çox həşərat növünə, xüsusilə onların yumurtalarına zərər verdikləri məlumdur. Şəkildəki sselionid minicisi uçan vəziyyətdə fosilləşmişdir. Dövrümüzdəki nümunələrindən heç bir fərqi yoxdur. 25 milyon illik sselionid minicisi kəhrəbası digər canlılar kimi minicilərin də təkamül keçirmədiyini göstərir. |
Qanadlı QarışqaDövr: Oliqosen 25 milyon illik qanadlı qarışqalarla günümüzdəki nümunələri arasında heç bir fərq yoxdur. Milyonlarla il keçməsinə baxmayaraq, dəyişməyən qanadlı qarışqalar təkamülün olmadığının dəlillərindəndir. |
HörümçəkDövr: Oliqosen Dövrümüzdəki hörümçəklərə aid bütün xüsusiyyətlərə milyonlarla il əvvəl yaşayan hörümçəklər də malikdir. 25 milyon illik kəhrəba içindəki hörümçək fosili bu həqiqətin sübutudur. |
Meyvə AğcaqanadıDövr: Oliqosen Kəhrəbanın içindəki fosilləşmiş meyvə ağcaqanadıdır (detritçi). 25 milyon ildir ki, dəyişməyən bu canlılar təkamülçülərin iddialarını darmadağın edir. |
MilçəkDövr: Oliqosen Milçəklər həmişə milçək olublar, hər hansı bir canlıdan törəməyiblər və hər hansı bir keçid mərhələdən keçməyiblər. Bu həqiqətin dəlillərindən biri də şəkildəki 25 milyon yaşındakı kəhrəba içindəki milçək fosilidir. |
MilçəkDövr: Oliqosen Milçəklər həmişə milçək olublar, hər hansı bir canlıdan törəməyiblər və hər hansı bir keçid mərhələdən keçməyiblər. Bu həqiqətin dəlillərindən biri də şəkildəki 25 milyon yaşındakı kəhrəba içindəki milçək fosilidir. |
AyaqquyruqluDövr: Oliqosen 25 milyon il əvvəl yaşamış ayaqquyruqluların günümüzdəki nümunələrindən heç bir fərqi yoxdur. |
Qanadlı TermitDövr: Oliqosen Termitlər qarışqalara bənzər canlılar olsalar da, əslində, onlardan çox fərqli xüsusiyyətlərə və bacarıqlara sahibdirlər. Termitlər milyonlarla il ərzində koloniya həyatı yaşayan, quruluşlarında heç bir dəyişiklik olmadan günümüzə qədər gəlib çatan canlılardır. 25 milyon illik termit fosilləri bunun dəlillərindən biridir. Milyonlarla il əvvəl yaşamış bütün termitlər indiki termitlərlə eyni xüsusiyyətlərə malikdir. 25 milyon il əvvəlki işçi termitlər də hazırda yaşayan termitlər kimi fədakarlıq edir, sürfələri, əsgərləri, kraliçaları qida ilə təmin edir, gözləri görmədiyi halda, metrlərlə uzunluqda yuvalar inşa edirlər. Bugünkü termitlərin xüsusiyyətləri milyonlarla il əvvəl yaşayan hər termit üçün eynidir. |
QısqacDövr: Oliqosen Milyonlarla fosil darvinizmi tamamilə susdurmuşdur. Darvinistləri aciz vəziyyətə salan bu fosillərdən biri şəkildəki 25 milyon illik kəhrəba içindəki qısqac (qulağagirən) fosilidir. Bütün digər fosil tapıntıları kimi bu fosil də təkamülün əsassız olduğunu göstərir. |
Yumşaqbədənli BöcəkDövr: Tabaşir Yumşaqbədənli böcəklər kimyəvi müdafiə mexanizminə malikdir. Cantharidae fəsiləsinə daxil olan şəkildəki böcək canlıların 100 milyon il əvvəl də kimyəvi müdafiə mexanizmlərindən istifadə etdiyini göstərən mühüm dəlildir. Oreqon Universitetindən kəhrəba mütəxəssisi Corc Poynarın yayımladığı elmi məqalələrə görə, fosil izlərində daha əvvəl də kimyəvi müdafiə mexanizmindən istifadə edən canlı nümunələri tapılmışdır. Məsələn, Yura dövrünə aid bəzi mürəkkəbbalığı fosillərinin zəhər kisələri, Dominikan kəhrəbaları içində əsgər termitlərin müdafiə ifrazatları, həmçinin Dominikan kəhrəbaları içində bu mexanizmdən istifadə edən bəzi soxulcan növləri tapılmışdır. Ancaq bu qədər qədim tarixə aid yumşaqbədənli böcək növünün sahib olduğu bu mexanizmdən istifadə edərkən fosilləşmiş halına bundan qabaq heç rast gəlinməmişdir. |
Ssidmenid BöcəyiDövr: Tabaşir 100 milyon il bir canlının təkamül mərhələlərini tamamlaması üçün olduqca uzun müddətdir. Əgər təkamülçülər doğru söyləsə idi, keçən 100 milyon il ərzində ssidmenid böcəkləri dəyişilərək çox fərqli bir canlıya çevrilməli, bugünkü böcəklər ilə aralarında heç bir bənzərlik olmamalı idi. Ancaq 100 milyon il keçməsinə baxmayaraq, bütün digər canlılar kimi ssidmenid böcəkləri də ən kiçik dəyişiklik belə keçirməmişdir. 100 milyon il əvvəlki böcəklər necə idisə, dövrümüzdə yaşayan nümunələri də elədir. Bu halda, təkamüldən bəhs etmək mümkün deyil. |
UzunburunDövr: Eosen Curculionoidea üst fəsiləsinə daxil olan uzunburunların fərqli fəsilələr altında toplanmış 60 mindən çox növü var. Fosillərdən uzunburunların hər zaman uzunburun olduqlarını, başqa bir canlıdan törəmədiklərini, on milyonlarla il ərzində heç dəyişmədiklərini və başqa bir canlıya da çevrilmədiklərini görmək olur. Bu həqiqəti sübut edən dəlillərdən biri də şəkildə olan dövrümüzdə yaşayan uzunburunlardan heç bir fərqi olmayan 54-37 milyon yaşındakı uzunburun fosilidir. |
Yoğunayaqlı AğcaqanadDövr: Eosen Yoğunayaqlı ağcaqanad milyonlarla il ərzində dəyişməyən quruluşu və görünüşü ilə təkamülçülərin iddialarını yerlə-yeksan edir. Təxminən 3-12 mm ölçüdə olan bu ağcaqanadlar yazda üzə çıxırlar. Torpaq səthinə yaxın yerdə yaşayan növləri bitkilərə zərər verir. Bu fəsiləyə daxil olan canlılar məlum olan ən qədim ağcaqanad növlərindəndir. |
Yarpaqşəkilli (Phasmatidae)Dövr: Eosen Phasmatidae fəsiləsinə daxil olan bu canlıların mühüm xüsusiyyətlərindən biri rəng dəyişdirə bilmək qabiliyyətidir. İşığın, istiliyin, nəmin, hətta qidanın vəziyyətinə görə rənglərini dəyişdirə bilirlər. Bu dəyişmə piqment sıxlığının yer dəyişdirməsi və ya piqmentlərin yenidən təşkil olunması ilə yaranır.* Şəkildəki 50 milyon yaşındakı yarpaqşəkilli həşərat eynilə bu gün yaşayan nümunələri kimi rəngini dəyişdirə bilirdi. Dövrümüzdə yaşayan yarpaqşəkillilər hansı xüsusiyyətlərə malikdirsə, 50 milyon il əvvəl yaşayanlar da eyni xüsusiyyətlərə sahib idi. Bu həqiqət qarşısında təkamülçülərin ibtidaidən aliyə doğru irəliləyiş, mərhələ-mərhələ inkişaf kimi iddiaları tamamilə mənasız olur. * Ali Demirsoy, “Yaşamın Temel Kuramları”, II cild, II fəsil, səh. 406 |
Parıldayan Böcək (Nitidulidae)Dövr: Oliqosen Nitidulidae (parıldayan böcəklər) fəsiləsinə daxil olan böcəklərin yalnız çiçəklər üzərində yaşayan növləri zərərli qəbul edilir. Növlərin böyük əksəriyyəti tozcuqlar və bitki şirələri ilə qidalanır. Dövrümüzdə yaşayan parlaq böcəklərin sahib olduğu bütün xüsusiyyətlərə bundan milyonlarla il əvvəl yaşamış olanlar da sahib idilər. Fosil tapıntıları ilə sübut edilmiş bu həqiqət həmin böcəklərin mərhələlərlə yaranmadığını, yəni təkamül keçirmədiyini göstərir. |
HörümçəkDövr: Tabaşir Təkamül nəzəriyyəsi hər cür elmi dəlillərdən məhrum, heç bir etibarlı sübuta əsaslanmayan, tamamilə mücərrəd bir iddiadır. Bütün iddiası hər canlının saysız təsadüflərlə yarandığı kimi ağıldan və elmdən kənar təməl üzərində qurulmuşdur. Elmi tədqiqatlar da vəziyyətin belə olduğunu göstərir. Məsələn, fosillər araşdırıldıqda təkamülçülərin iddia etdiyi kimi bir prosesin heç vaxt yaşanmadığı aşkar olur. Canlıların ard-arda gələn dəyişikliklərlə inkişaf etmədikləri, sahib olduqları bütün xüsusiyyətlərlə bir anda ortaya çıxdıqları aydın olur. Bu da canlıların təkamül keçirmədikləri, yəni yaradıldıqları deməkdir. |
SinəsixortumluDövr: Tabaşir Yer üzündə məlum olan 1 milyon həşərat növü, 15 min isə fosil növü məlumdur. Hər il bir neçə min yeni həşərat növü də kəşf edilir. Bu həşərat növlərinin hər biri fərqli sistemə, maddələr mübadiləsinə və həyat tərzinə malikdir. Təkamülçülər bütün bu növlərin kiçik dəyişikliklərlə tədricən bir-birlərindən meydana gəldiyini iddia edirlər. Ancaq həşəratların ilk primitiv əcdadının nə olduğunu da, növlər arasındakı xəyali qohumluq əlaqəsini də göstərə bilmirlər. Bunu göstərə biləcəkləri fosilləri ümidsiz şəkildə axtarırlar. Ancaq əldə edilən hər fosil bütün həşərat növlərinin özünəməxsus xüsusiyyətlərlə yoxdan var olduqlarını, yəni yaradıldıqlarını; on milyonlarla, hətta yüz milyonlarla il boyunca da dəyişmədiklərini, yəni təkamül keçirmədiklərini gözlər önünə sərir. Bunun dəlillərindən biri də şəkildəki 125 milyon yaşındakı sinəsixortumlu həşərat fosilidir. Günümüzdəki nümayəndələrinin tamamilə eynisi olan bu fosil təkamülü təkzib edir. |
İynəcəDövr: Tabaşir İynəcənin qanad quruluşu və uçuş mexanizminin üstünlüyü dövrümüzdəki texnologiya ilə belə tam olaraq təqlid edilə bilmir. İynəcələr 125 milyon il əvvəl də, bu gün də sahib olduğu sistemlərin eynisindən istifadə edərək eyni mükəmməllikdə uçur və manevrlər edirdi. Bu həqiqətin sübutu olan şəkildəki fosil darvinistləri təkzib edir, bütün canlıların Allahın əsəri olduğu həqiqətini bir daha ortaya qoyur. |
Cırcır BöceğiDövr: Tabaşir Əgər sisəklər təkamülçülərin iddia etdiyi kimi, başqa həşəratlardan əmələ gəlmişdirlərsə, o zaman sisəyə yeni çevrilməyə başlamış yarı sisəklərin bir çox fosil izləri tapılmalı idi. Halbuki indiyə qədərki bütün sisək fosilləri tam və əskiksiz quruluşları ilə hazırkı nümunələrinin eynisidir. Canlıların ortaq bir əcdaddan törədiyi iddiası isə xəyal olaraq qalmışdır. Paleontologiya professoru Stiven Stenli bunu belə dilə gətirir: “Bir zamanlar digər canlılara çevrildiyi güman edilən növlərin sonradan xəyali əcdadları ilə üst-üstə düşdüyü aydın oldu. Əslində isə canlıların bir-birlərinə çevrildiklərini göstərən tək bir inandırıcı nümunə göstərə bilməyiblər”. (Stanley, S.M., The New Evolutionary Timetable: Fossils, Genes, and the Origin of Species, 1981, səh. 95) |
DəvədəlləyiDövr: Tabaşir Mantodea yarımdəstəsində olan bu həşəratların 2 340 növü məlumdur. Çoxu tropik və subtropik bölgələrdə yaşayan bu canlılar növlərinə görə kamuflyaj olaraq yaşıl və ya qurumuş yarpağa, parlaq rəngli çiçəyə, qarışqaya, incə budağa və ya şibyəyə bənzər görünüşə bürünə bilər. Dəvədəlləyilər həşəratlar arasında boyunlarını iki istiqamətə hərəkət etdirə bilən tək həşərat qrupudur. Yuxarıdakı şəkildə kəhrəba içindəki 100 milyon illik dəvədəlləyi fosili dəvədəlləyilərin bütün xüsusiyyətləri ilə birlikdə yaradıldıqlarını göstərən dəlildir. |
EşşəkarısıDövr: Tabaşir “Ümumi paleontologiya” kitabının müəllifi A. Brauer darvinizmin fosillər qarşısındakı məğlubiyyətini belə bildirir: “Ötən əsrin ən mənfi paleontoloji nəticələrindən biri keçid formaların, demək olar ki, heç görünməməsidir. Darvinin dövründə bunun paleontoloji tapıntıların qeyri-kafiliyi və məlumat əskikliyindən qaynaqlandığı düşünülə bilərdi. Amma həmin vaxtdan dövrümüzə qədər saysız-hesabsız fosillər əldə edilmişdir. Keçid formaların olmaması üçün bu gün artıq başqa bir bəhanə olmalıdır”. (Brouwer, A., “General Paleontology”, [1959], Transl. Kaye R.H., Oliver & Boyd: Edinburgh & London, 1967, səh. 162-163) Təkamülçülər Brauerin bildirdiyi kimi bəhanə tapmamalı, gerçəkləri görməlidirlər. Şəkildəki 125 milyon illik eşşəkarısı fosili kimi saysız-hesabsız fosil təkamülün baş vermədiyini, canlıların yaradıldığını göstərir. |
QızılgözlüDövr: Tabaşir Qızılgözlü torqanadlılar dəstəsinin chrysopidae fəsiləsinə aiddir. Şimali Amerika və Avropada məşhur olan bu canlı ən az yüz milyon ildir ki, heç bir dəyişikliyə uğramadan günümüzə qədər gəlib çatmışdır. Təkamülçülər canlıların vaxt keçdikcə tədrici dəyişikliklərlə fərqli növlərə çevrildiklərini iddia edilər. Lakin bu nümunədən də göründüyü kimi, canlılar ilk yaradıldıqları andan etibarən heç bir dəyişiklik keçirməyiblər. |
BulaqçıDövr: Tabaşir Bulaqçılar trichoptera dəstəsinə daxil olan canlılardır. Bu canlıların sürfələrindən tez-tez balıqçılıqda yem kimi istifadə edilir. Bulaqçılar 100 milyon ildir ki, heç bir dəyişikliyə uğramayıblar. Bu fosil də darvinistlərə zərbə vurur. 100 milyon illik bu bulaqçı həşərat heç bir dəyişiklik keçirməyib. 100 milyon il əvvəl hazırkı xüsusiyyətlərə sahib olaraq bir anda yaradılmışdır. |
Sselionid Minici (Scelionidae)Dövr: Eosen Kiçik və ya böyük canlıların hamısı olduqca üstün təchizatlara və hərtərəfli davranış formalarına sahibdirlər. Bu gerçək canlıların təsadüfən meydana gələ bilməyəcəyini, onların xüsusi olaraq yaradılmış varlıqlar olduqlarını açıq şəkildə göstərir. Onların hüceyrələrinin hər birində ayrıca işləyən sistemlər yaradan və onlara özünəməxsus, üstün ağıla dayanan davranışlar ilham edən hər şeyi yoxdan yaradan Allahdır. Bu xüsusiyyətlər 50 milyon il əvvəl yaradılan bu minicilərin genlərində kodlanmışdır, belə ki, bu canlı da eynilə milyonlarla digər canlılar kimi heç bir dəyişikliyə uğramamış və təkamül keçirməmişdir. |
Mimarid Minici (Mymaridae)Dövr: Tabaşir 100 milyon illik bu mimarid minicisinin o vaxtkı anatomik quruluşu necə olubsa, hazırda yaşayan mimaridlərin də anatomik quruluşları eynidir. Allah bu canlıları qüsursuz şəkildə yaratmışdır. Heç bir canlı təkamül mərhələlərindən keçməmiş və heç bir dəyişikliyə uğramamışdır. |
Bərabərayaqlı (isopod)Dövr: Oliqosen Toxunduqda qıvrılaraq top şəklini aldığı üçün bəzən muncuq böcəyi kimi adlandırılan bu canlılara dünyanın bir çox yerində tez-tez rast gəlinir. Yan səhifədəki şəkildə görünən 25 milyon illik kəhrəba içində fosilləşmiş bərabərayaqlı hazırda yaşayan bərabərayaqlılar ilə tamamilə eyni xüsusiyyətləri daşıyır. Canlılar heç bir dəyişiklik keçirməyiblər, onları hər şeyi bilən uca Allah yaratmışdır. |
Sərtqanadlılar Dəstəsindən Bir HəşəratDövr: Tabaşir Coleoptera, yəni sərtqanadlılar həşəratların ən böyük dəstəsini təşkil edir. İndiyə qədər müşahidə olunan bütün sərtqanadlı fosilləri dövrümüzdə yaşayanlarla tamamilə eynidir. Tarixdə yaşamış heç bir canlının dəyişikliyə məruz qalmadığı kimi, sərtqanadlılar da eynilə yaradıldıqları şəkildə bu gün varlıqlarını davam etdirirlər. |
HörümçəkDövr: Oliqosen Heyvanlar aləminin ən izdihamlı qruplarından olan hörümçəklərin bir çox möcüzəvi xüsusiyyətləri var. Bunlardan biri də Allahın onlara ilham etdiyi həndəsi bilik və bu bilik əsasında hazırlayıb qurduqları arxitektura möcüzəsi olan torlardır. 25 milyon illik bu hörümçək fosilinin dövrümüzdə yaşayanlarla eyni olması bu canlının sahib olduğu bütün xüsusiyyətlərlə bir anda yaradıldığını və heç bir dəyişiklik keçirmədiyini sübut edir. |
DəvəcikDövr: Tabaşir 150 növü olduğu ehtimal edilən dəvəciklər bütün canlı növlərinin birdən ortaya çıxdıqlarını və heç dəyişmədən günümüzə gəldiklərini sübut edən nümunələrdən biridir. 125 milyon illik bu dəvəcik fosili hazırda yaşayan dəvəciklərlə tamamilə eyni görünüşə və eyni möhtəşəm xüsusiyyətlərə malikdir. |
Qamçıquyruq HörümçəkDövr: Tabaşir Qamçıquyruq hörümçəklər zəhərli deyildir. Ancaq təhlükə hiss etdikdə qarınlarının arxa hissəsindəki vəzilərdən sirkə turşusu və kaprilat turşusu məhlulundan bir maddəni 80 sm-dən uzaq məsafəyə qədər püskürdə bilirlər. Bu maddə düşmənlərini çəkindirəcək tərzdə təsirli silah funksiyasını yerinə yetirir. 125 milyon il əvvəl də eynilə hazırda sahib olduqları xüsusiyyətlərə sahib olan qamçıquyruq hörümçəklər təkamülə zərbə vuran dəlillərdən biridir. |
Su BöcəyiDövr: Tabaşir Gyrinidae fəsiləsinə aid olan bu böcəklərin böyük əksəriyyəti şirin sularda yaşayır. Narahat edilmədikləri müddətcə su üzərində izdihamlı qruplar şəklində gəzən bu böcəklər hücuma uğradıqda sürətlə suya dalaraq suyun altında üzə bilirlər. Bu canlılar da bütün digər canlı növləri kimi özünəməxsus xüsusiyyətlərlə birlikdə yaradılmışdır. Şəkildəki 125 milyon illik su böcəyi fosilinin dövrümüzdə yaşayan nümunələri ilə heç bir fərqi yoxdur. Bütün canlıları yaradan Allahdır. |
SuölçənDövr: Tabaşir Təkamülçülərin iddia etdiyi dəyişikliklər tarix boyunca əsla baş verməmişdir və canlıların hər biri əskiksiz olaraq bir anda yaradılmışlar. Suda qaçmaq kimi bir qabiliyyətə sahib bu həşərat da bundan 125 milyon il əvvəl eynilə indiki sistemlərə sahib olaraq mövcud olmuşdur. |
Uzunayaqlı AğcaqanadDövr: Tabaşir Tez-tez rast gəlinən ağcaqanad qrupu olan uzunayaqlı ağcaqanadların bu günə qədər gəlib çatan bir çox fosil nümunələri vardır. Fosillər bizə bu canlıların 125 milyon il əvvəl də eynilə indiki anatomik quruluşa sahib olduqlarını göstərir. Canlılar təkamül keçirməmiş, hər birini uca Allah yaratmışdır. |
QızılgözlüDövr: Tabaşir Zərif görünüşlü bu canlı torqanadlılar dəstəsinin qızılgözlülər (chrysopidae) fəsiləsinə mənsubdur. Ən çoxu Şimali Amerika və Avropada yaşayan bu canlıların yarasaların ultrasəs dalğalarını duymaq qabiliyyəti var. Yarasanın uçarkən onları təsbit edə biləcəyini anlamalarını təmin edən ultrasəs dalğası ilə qarşılaşdıqda qanadlarını bağlayıb yerə düşürlər və yarasadan xilas olurlar. Bu qeyri-adi xüsusiyyətə sahib canlılar milyonlarla il əvvəl eynilə bu gün sahib olduqları xüsusiyyətlərlə yaradılmışlar. |
ŞalaDövr: Tabaşir Tettigoniidae fəsiləsinə daxil olan şalaların böyük əksəriyyəti tropik bölgələrdə yaşayırlar. Təkcə Şimali Amerikada 225-dən çox növü var. Şalalar milyonlarla ildir ki, dəyişmədən eyni şəkildə qalmışdır. Şəkildə fosili görünən 125 milyon yaşındakı şala da bu gerçəyin mühüm dəlillərindəndir. |
Astaca (Tenebrionidae)Dövr: Tabaşir Fosillər digər canlılar kimi astacaların (dozanqurduların) da hər hansı bir təkamül keçirmədiyini sübut etmişdir. Şəkildə görünən fosildən də aydın olduğu kimi, 100 milyon illik bu astaca istər görünüş, istərsə də quruluş olaraq bugünkü astacalarla tamamilə eynidir. Bütün canlıları sahib olduqları bütün xüsusiyyətlərlə əskiksiz və qüsursuz olaraq uca Allah yaratmışdır, fosil qalıqları da bu həqiqəti dəstəkləyir. |
Hörümçək GənəsiDövr: Tabaşir Şəkildə 100 milyon illik fosili görülən hörümçək gənələri adi gözlə görülməsi çətin olan kiçik canlılardır. Ölçüləri sancağın başından balacadır. Bu canlıların fosil izlərində birdən ortaya çıxmaları, heç bir dırnaqarası təkamül keçirən əcdada sahib olmamaları, olduqca kompleks orqanlara sahib olmaları və ən əhəmiyyətlisi də bu qədər çox müxtəliflik göstərmələri təkamül nəzəriyyəsi üçün cavablandırılması mümkün olmayan sualların ortaya çıxmasına səbəb olmuşdur. Təkamülçülər mikrobiologiya və entomologiyanın inkişafı ilə ortaya çıxan bu detallar qarşısında çarəsizliklərini gizlədə bilmirlər. Bütün canlılar heç bir dəyişikliyə uğramadan bir anda fosil izlərində ortaya çıxırlar. Bu isə canlıları Allahın yaratdığının bir dəlilidir. |
Yalançı ƏqrəbDövr: Tabaşir Bu canlı qısqaclarının əqrəblərə olan oxşarlığına görə yalançı əqrəb adlandırılır. Kiçik ölçülərinə baxmayaraq, bəzən adi gözlə də görmək olur. Allah bu kiçik canlını bir çox xüsusiyyətlə yaratmışdır. Yer üzündəki heç bir canlıda əskiklik, patologiya və ya anormal quruluş olmadığı kimi, bu 100 milyon illik yalançı əqrəbdə də heç bir əskiklik, anormal quruluş və ya patologiyaya rast gəlinmir. Canlının hər orqanı mütənasib və simmetrikdir. Təsadüflər nəticəsində belə bir simmetriya və mükəmməllik meydana gələ bilməz. Bütün canlılarda görünən möhtəşəm simmetriya və nisbət uca Allahın yaratdıqlarıdır. |
Cephalotes QarışqasıDövr: Miosen Təbiət tarixini araşdırdıqda qarşımıza fərqli anatomik quruluşa doğru təkümül keçirən canlılar yox, yüz milyonlarla il ərzində heç dəyişmədən qalan canlılar çıxır. Fosil izlərindəki bu dəyişməzlik alimlər tərəfindən stasis (sabitlik) olaraq müəyyən olunmuşdur. Yaşayan fosillər və nəsli kəsilən, amma dünya tarixinin bir-birindən fərqli dövrlərində qalıq qoyan canlılar fosil tapıntılarındakı sabitliyin konkret dəlilləridir. Fosil tapıntılarındakı sözügedən sabitlik mərhələli təkamül prosesinin baş vermədiyini bizə göstərir. Sanki zirehli bir təchizata sahib olan bu qarışqa da 20 milyon il əvvəl yaşayan nümunələri ilə tamamilə eynidir. Fiziki quruluşunda heç bir dəyişiklik olmamış bu canlı təkamül keçirməmişdir. |
Adi Ağacovan (Anobium)Dövr: Eosen Ağacovanlar (anobiidae) fəsiləsindən zərərverici sərtqanadlı həşərat növü olan adi ağacovanlar (anobium) qidalanmadan bir il yaşaya bilərlər. Bu dayanıqlı böcəklərə dünyanın bir çox bölgəsində rast gəlinir. Şəkildəki ağacovan 50 milyon il əvvəl Polşada kəhrəba içində qorunub saxlanmış və günümüzə qədər fosilləşərək gəlib çatmışdır. Bu nümunədən də görünür ki, canlılar heç bir zaman dəyişikliyə uğramamış, təkamül keçirməmişlər. Fosillər canlıların Allahın yaratmasındakı üstün ağıl, sənət və qüdrətini bizə göstərməklə təkamülü müdafiə edənlərin necə çıxılmaz vəziyyətə düşdüklərini göstərir. |
Yırtıcı TaxtabitiDövr: Tabaşir Əldə edilən 350 milyondan çox fosil canlıların mərhələlərlə bir-birlərindən törəmədiklərini, heç bir şəkildə təkamül keçirmədiklərini göstərmişdir. Yuxarıda gördüyünüz 100 milyon illik yırtıcı taxtabiti fosili heç bir dəyişikliyə uğramadan bu günə qədər gəlib çıxmışdır. Darvinistlərin heç dəyişməmiş milyonlarla fosili görmələrinə baxmayaraq, hələ də təkamülün baş verdiyini iddia etmələri onların bir doqmaya ovsunlanmış şəkildə inandıqlarını göstərir. Təkamülçülərin səyləri heç bir fayda verməmiş, 21-ci əsr fosil elmi ilə təkamül nəzəriyyəsi tamamilə çökmüşdür. |
Peyin Ağcaqanadı (Scatopsidae)Dövr: Oliqosen 25 milyon illik peyin ağcaqanadının möhtəşəm fasetli (pətək) göz quruluşunun kəhrəba içində heç dəyişmədən qalması möcüzədir. Bu canlının gözlərində minlərlə büllurun olması, bundan başqa gördüklərinə məna verəcək beyin sisteminə sahib olması ağcaqanaddakı mükəmməl yaradılışı göstərir. Mükəmməl gözlərə sahib olan bu canlılar təxminən 390 milyon ildir ki, mövcuddurlar. Kompleks göz quruluşuna 530 milyon il əvvəl Kembri dövründə yaşamış trilobitlərdə də rast gəlinir. Olduqca kompleks orqan olan göz təkamülçülərin haqqında danışmaqdan ən çox qaçdıqları, nəzəriyyələrini yerlə-yeksan edən mövzulardan biridir. Bütün bu büllurların görüntünü birləşdirib tək görüntüyə çevirməsi Allahın yaratma sənətinin üstünlüyünü göstərir. Milyonlarla il əvvəl yaşayan peyin ağcaqanadının belə kompleks orqana sahib olması təkamül keçirmədiyini, Allahın onu möhtəşəm bir sənətlə yaratdığını göstərir. |
Göbələk AğcaqanadıDövr: Tabaşir Fosil tapıntılarının ən mühüm xüsusiyyətlərindən biri canlıların fosil izlərində qaldıqları geoloji dövrlər ərzində dəyişikliyə uğramamalarıdır. Yəni bir canlı növü fosil izlərində ilk dəfə necə qalmışdırsa, bu cür yox olana qədər və ya günümüzə gəlib çatana qədər də on milyonlarla, hətta yüz milyonlarla il ərzində heç bir dəyişikliyə uğramamış, eyni quruluşu qoruyub saxlamışdır. Bu, o deməkdir ki, təkamül yoxdur. Milyonlarla il ərzində dəyişmədən varlığını davam etdirən canlılardan biri də göbələk ağcaqanadlarıdır. Şəkildəki 100 milyon yaşındakı göbələk ağcaqanadıdır. |
GündəcəDövr: Eosen Gündəcələr şəkildəki 45 milyon illik fosildə də olduğu kimi, bu günə qədər əldə edilən bütün fosil nümunələrində hazırda sahib olduğu bütün xüsusiyyətlərlə birlikdə görülür. Bu da təkamül iddialarını tamamilə əsassız edir. Elmi tapıntılar gerçək təkamülün heç bir zaman yaşanmadığını göstərir. Bütün canlıları yaradan Allahdır. |
İşıldaquşDövr: Oliqosen İşıldaquşlar öz bədənlərində soyuq işıq istehsal edə bilən möcüzəvi canlılardır. İşıq insan həyatı üçün çox vacibdir. İnsanlar əsrlər boyunca işıq əldə etmək üçün bir çox müxtəlif üsullara əl atmış, müxtəlif vasitələrdən istifadə etmişlər. İşıldaquş isə öz bədənində kənardan gələn heç bir kimyəvi maddədən istifadə etmədən, heç bir elmə və təcrübəyə əsaslanmadan maksimum səmərəli olan bu soyuq işığı istehsal edə bilir. Alimlər illərlə apardıqları araşdırma və tədqiqatlarla işıldaquşların istehsal etdikləri qədər məhsuldar işıq istehsal etməyə çalışırlar. İşıqdan maksimum səmərə əldə edən və demək olar ki, heç bir enerji itirməyən işıldaquşlar bu xüsusiyyətlərinə görə illərlə tədqiqat obyekti olublar. Allah canlılarda belə mükəmməl xüsusiyyətlər yaratmış və insanlar üçün onları örnək etmişdir. Uca Allahın təfərrüatlar yaratmasının hikmətlərindən biri də insanları düşündürməkdir. |
Göbələk AğcaqanadıDövr: Oliqosen Bu 25 milyon illik göbələk ağcaqanadı fosilindəki bütün xüsusiyyətlərinin qorunmuş olması insanı heyrətə salır.
Bu fosildə görə biləcəyiniz kimi, ağcaqanad mükəmməl fasetli (pətək) göz sisteminə malikdir. Pətək gözləri olan canlılar “ommatidi” adlanan kiçik gözləri sayəsində 360 dərəcəlik bir bucaqla dünyanı görürlər. Çünki hər ommatid fərqli bir istiqamətə baxır. Məsələn, qara milçəkdə 4000 kiçik göz var. İşıldaquşların dişilərində 300, may böcəklərində 5100, bəzi həşəratlarda 10 000-28 000, hətta 56 000-ə qədər göz olur. Hər ommatidiyə 8 duyğu hüceyrəsi bağlıdır və pətək göz saniyədə təxminən 100 görüntü qəbul edə bilir. |
ƏqrəbDövr: Tabaşir 1300 növü olan bu canlı 400 milyon ildir ki, eyni anatomik xüsusiyyətlərə sahib olaraq dünyada mövcuddur. 2 gün su altında yaşaya bilən bu canlılar gecə ov edirlər. Şəkildəki 125 milyon illik əqrəb fosili indiki əqrəblərlə eyni xüsusiyyətlərə malikdir. Əqrəblər heç bir zaman təkamül keçirməmiş, onları da Allah yaratmışdır. |
StafilinidDövr: Oliqosen Əgər bir canlı milyonlarla il əvvəlki bütün xüsusiyyətləri ilə günümüzdə də qüsursuz şəkildə yaşayırsa və heç bir dəyişiklik keçirməmişdirsə, bu, mərhələli təkamül modelini tamamilə aradan qaldıracaq güclü dəlildir. Belə ki, yer üzündə bunu sübut edə biləcək tək bir nümunə deyil, milyonlarla nümunə var. Canlılar milyonlarla il, hətta bəzən yüz milyonlarla il əvvəl mövcud olduqları vəziyyətlərindən heç də fərqlənmirlər. Bu hal Nils Eldricin açıq şəkildə bildirdiyi kimi, paleontoloqların hələ də müdafiə olunan təkamül fikirlərindən artıq qaçmaqlarına səbəb olur: “Paleontoloqların təkamüldən bu qədər uzun müddət qaçmaqları heç də təəccüblü deyil. Təkamül heç vaxt baş verməmiş kimi görünür…” (http://members.iinet.net.au/~sejones/fsslrc02.html) Fosil izlərindəki sabitlik, həqiqətən də, təkamül müdafiəçiləri üçün ən böyük problemdir. Çünki təkamülçülər xəyali təkamül prosesi üçün lazım olan dəlilləri fosil izlərində axtarırlar. Ancaq fosillər gözlənilən keçid formaları nümunələrini vermir, əksinə, yüz milyonlarla il ərzində dəyişiklik keçirdiyi iddia edilən bir canlının, əslində, heç bir təkamül keçirmədiyini sübut edir. |
UzunburunDövr: Eosen Dövrümüzdə kənd təsərrüfatına zərərvericilik xüsusiyyəti ilə tanınan uzunburun böcəklər təkamülü təkzib edən dəlillərdən biridir. Bu canlılar dünyada mövcud olduqları gündən bəri heç bir dəyişikliyə məruz qalmamışlar. Allah digər canlılar kimi uzunburun böcəkləri də bütün xüsusiyyətləri ilə birlikdə bir anda yaratmışdır. |
"Sən pak və müqəddəssən!
Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik.
Hər şeyi bilən, hökm və hikmət sahibi Sənsən"
("Bəqərə" surəsi, 32)