Bəzi Media Qurumlarının “İtmiş Halqa Tapıldı” Başlıqlardan İstifadəsi Elmdən Kənar Uydurmadır

Hər hansı qəzetdə fosillə bağlı “itmiş halqa tapıldı” başlıqlı xəbər görsəniz, əmin ola bilərsiniz ki, oxuyacağınız xəbər heç bir elmi mənbəyə əsaslanmır. Ciddi elm xadimləri itmiş halqa fikrinin və fosillərə əsaslanan təkamül hekayələrinin elmə zidd olduğunu illər əvvəl qəbul etmiş və bu terminin istifadəsindən imtina etmişlər.

Dünyanın ən məşhur elmi jurnallarından biri olan “Nature” jurnalının redaktoru və eyni zamanda paleontoloq olan Henri Ci (Henry Gee) 1999-cu ildə nəşr edilən “In Search of Deep Time” (Keçmiş dövrlərin axtarışında) adlı kitabında bu həqiqət haqqında bunları yazır:

kambriyen dönemi

Çinin Çentszyan bölgəsində ortaya çıxarılan Kembri canlılarındakı müxtəliflik və özünəməxsus quruluşlar olduqca diqqətçəkəndir. Bu canlılar müxtəlif hissələrdən ibarət bədənə, xüsusi funksiyaları olan bığcıqlara, ov etmə bacarığına və olduqca mürəkkəb anatomik quruluşa malikdir. Təxminən yarım milyard il əvvəl belə canlıların yaşaması həqiqəti təkamül nəzəriyyəsini tamamilə əsassız edir.

“Jurnalistlərin və köşə yazıçılarının əcdad axtarışları və itmiş keçid halqalarının kəşfi ilə bağlı hər yerdə gəzən boşboğazlıqlarını nəzərə alsaq, bunu öyrənmək təəccüblü gələ bilər: professional paleontoloqların çoxu canlı həyatın tarixini ssenarilər və rəvayətlərə görə araşdırmırlar. Onlar təkamül tarixinin nağılvari izah formasını elmdən kənar olduğuna görə otuz ildən çoxdur ki, rədd ediblər”.51

yalan evrim haberleri

Təkamülçü mediada tez-tez qarşınıza çıxan darvinist yönlü xəbərlər fərziyyə və təbliğatdan ibarətdir. Bu xəbərlər darvinizmin məğlub olduğu həqiqətini gizlədə bilmək məqsədi ilə hazırlanır.

Bu xəbərləri yaymaqda məqsəd təkamül fərziyyəsinin kəşfə bağlı olduğunu göstərməkdir. Lakin bir əsrdən çoxdur, aparılan qazıntı işləri növlər arasındakı keçid formalarının tapılacağı fikrini nəticəsiz qoymuşdur. Tanınmış paleontoloqlardan A.S.Romer bu həqiqəti qəbul edərək 1949-cu ildə bunları söyləmişdir:

“Əlaqələr tam olaraq onlara ən çox ehtiyacımız olan yerdə itib və böyük ehtimalla, bir çox əlaqələr yenə də itkin qalacaq”.52

Paleontoloqlar itmiş halqaları hələ də itmiş siyahısında saxlayırlar. Etirafları da bəzi media qurumlarının təqdim etdiklərindən tamamilə fərqlidir. Məsələn, ABŞ-ın tanınmış paleontoloqlarından olan Harvard Universitetindən Nils Eldric və Amerika Təbiət Tarixi Muzeyindən Yan Tattersollun bu sözləri mediadakı ümid dolu xəbərlərin tam əksidir:

“Canlıların təkamül tarixlərinin, əsasən, kəşflərə bağlı olması düşüncəsi bir əfsanədir. Əgər belə olsa idi, əminliklə gözləmək olardı ki, daha çox hominid qalığı tapıldıqca insanın təkamülü hekayəsi daha da aydınlaşacaq. Amma xeyr, nə oldusa, gözlənilənin əksi oldu”.53

Qısası, itkin halqa kəşf məsələsi deyil, paleontoloqlar üçün mahiyyətini itirmiş fikirdir və elmi araşdırma obyekti ola bilməz. Bəs nə üçün təkidlə bu elmdən kənar əfsanənin təbliğatı aparılır?

Bu sualın cavabı təkamül nəzəriyyəsinin təmsil etdiyi dünyagörüşü ilə bağlıdır. Darvinin təkamül nəzəriyyəsi 19-cu əsrdə ortaya atılmasından bəri materialistlərin və ateistlərin bütün gücləri ilə yaşatmağa çalışdıqları nəzəriyyədir. Çünki bu nəzəriyyə tamamilə xəyali ssenariyə əsaslanmasına baxmayaraq, materialistlərə dırnaqarası elmi varlıq hekayəsi təqdim etmişdir.

Təkamülçü mütəfəkkir Meri Micli (Mary Midgley) bu həqiqəti belə bildirmişdir: “Təkamül nəzəriyyəsi bizim varlıq hekayəmizdir... Bizə buraya necə gəldiyimizi deyir və biz onun bizə nə olduğumuzu söyləməsini ümid edirik”.54

Darvinist bioloq Eduard O.Uilson müəllifi olduğu biologiya dərsliyi olan “Life on Earth” (Yer üzündə həyat) kitabının sonunda irəli sürdüyü təkamül iddiaları üçün bu etirafı dilə gətirmişdir:

“Hər bir nəslin özünə aid varlıq hekayəsinə ehtiyacı var və bunlar da bizimkidir”.55

kınkanatlı böcek ve fosili

Fosil izlərində qüsursuz quruluşları ilə bir anda ortaya çıxan həşəratların mühüm xüsusiyyəti qeyri-adi uçuş texnikalarıdır. Bu həşəratlar ilk yaradıldıqda hansı qanad quruluşuna malik idisə, 125 milyon il sonra, yəni hal-hazırkı dövrümüzdə də eyni mükəmməl qanad quruluşuna malikdirlər. Heç bir təkamül keçirməyiblər. 125 milyon il əvvəl yaşayan bu sərtqanadlı həşərat qaya üzərində hər təfərrüatı ilə birlikdə daşlaşmışdır.

İtkin halqa təbliğatı Micli və Uilsonun bildirdiyi varlıq nağılını cəmiyyətdə yaşatmaq üçün davam etdirilən saxtakarlıqdır. Materialistlər təkamülün təbliğatı ilə fikirlərini yaşatmağa cəhd edirlər. İtmiş halqa anlayışı da Darvinin nəzəriyyəsinin vəd etdiyi xəyali ortaq əcdadlar fikri üçün açar sözdür. Buna görə də təkamülçülər bu anlayışı nə qədər gündəmdə saxlaya bilirlərsə, materialist inanclarına o qədər çox dəstək veriləcəyini ümid edirlər. İtmiş halqa başlıqları ilə darvinizmin çökdüyünü gizlətməyə çalışmalarının səbəbi də budur.

Təkamülçü medianın bütün səylərinə baxmayaraq, itmiş halqa başlıqları ilə təqdim edilən fosillər nə itmiş halqadır, nə də bunların Darvinin nəzəriyyəsini təsdiq edən bir cəhəti var. Bu xəbərlər nəsli kəsilmiş növlərə aid yeni fosillər üzərində aparılan elmdən kənar spekulyasiyalardan ibarətdir. Bu təbliğat bir həqiqəti dəyişə bilməyəcək: təkamülçü alimlər itmiş halqa fikrinin heç bir elmi əsasının olmadığını və fosil qeydlərində keçid formalarının yoxluğunu özləri etiraf edirlər. Fosil qeydləri təkamülün heç vaxt baş vermədiyini göstərir.

Bu kitabın növbəti səhifələrində on milyonlarla, hətta yüz milyonlarla ildir heç dəyişməyən canlıların fosillərini və bunların hazırkı nümunələrini görəcəksiniz. Bu gün nümunələri tapılmış yaşayan fosillərin təkamülçü mətbuat orqanlarında təqdim edilməməsinin, bunun əvəzinə, xəyali itmiş halqa xəbərlərinə yer verilməsinin son dərəcə qərəzli təbliğat olduğunun şahidi olacaqsınız. Elmi yenilikləri elan etmək adı altında müxtəlif saxtakarlıqların, doğru olmayan iddiaların gündəmdə saxlanılmasının materialist düşüncənin məhsulu olduğu həqiqəti ilə qarşılaşacaqsınız.

Həmçinin milyonlarla ildir mükəmməl və kompleks xüsusiyyətləri ilə tam və qüsursuz şəkildə varlıqlarını davam etdirən canlıların açıq-aydın yaradılışın dəlili olduğunu da heç bir şübhə yeri qalmadan oxuyacaqsınız.

“Hər şeydən əvvəl eqoizm və zorakılıq daxilimizdə olan təbii hisslərdir, ən uzaq heyvan əcdadlarımızdan bizə miras qalmışdır... Deməli, zorakılıq insan üçün təbiidir; təkamülün bir məhsuludur”.

Təkamülçü alim F.C.Darlinqtonun bu sözləri darvinizmin əsl zehniyyətini göstərir. Başda kommunizm və faşizm olmaqla, cəmiyyətləri sanki heyvan sürüləri kimi qiymətləndirən, insani və əxlaqi dəyərləri heçə sayan, güc və iqtidar üçün hər cür yolun məqbul olduğunu müdafiə edən darvinist ideologiyaların bəşəriyyətə gətirdiyi fəlakət çox böyük olmuşdur.

evrimci kişiler

Qanlı kommunist diktatorlardan Stalinin: “Gənc nəsillərin zehnini yaradılış düşüncəsindən təmizləmək üçün onlara tək bir şeyi öyrətməliyik: Darvinin təlimlərini”, – sözləri, həmçinin Çində on milyonlarla insanı amansızcasına qətl etdirən, bir o qədərinin də aclığa məhkum olmasına səbəb olan Maonun: “Çin sosializminin təməli Darvinə və təkamül nəzəriyyəsinə əsaslanır”, – etirafı darvinizmdən ilham alan qanlı marksist, leninist və maoçu ideologiyaların ayaqda qalmasının labüdlüyünü göstərir.

Faşist lider Adolf Hitler “Mənim mübarizəm” adlı məşhur kitabında ari irqinin təbiət tərəfindən üstün edildiyini iddia etmiş, bu kitabın adını seçərkən Darvinin yaşamaq uğrunda mübarizə fikrindən ilham almışdır. Hitler 1933-cü ildə məşhur Nürnberq mitinqində üstün irqin zəif irqləri idarə etdiyini, bunun təbiətdə haqq olduğunu və tək məntiqli haqq olduğunu dilə gətirmişdir. Tanınmış təkamülçü Stiven Cey Quldun Almaniyada darvinizmin müharibə səbəbinə çevrildiyi diaqnozu isə olduqca əhəmiyyətlidir.

Hitlerin ən böyük müttəfiqi olan Benito Mussolini isə 1935-ci ildə başlatdığı Efiopiya işğalını Darvinin irqçi görüşlərinə və yaşamaq uğrunda mübarizə anlayışına əsaslandıracaq, İngiltərə İmperiyasının zəifləməsinin səbəbi kimi təkamülün ən mühüm hərəkətverici qüvvəsi olan müharibədən qaçmağa çalışmasını göstərəcək qədər qatı darvinist idi.

Qeydlər

51– Henry Gee, In Search of Deep Time, Beyond the Fossil Record to a New Hıstory of Life, The Free Press, A Division fo Simon & Schuster, Inc., 1999, səh. 5

52– A.S. Romer, Genetics, Paleontology and Evolution (1949), səh. 114

53– Niles Eldredge, Ian Tattersall, The Myths of Human Evolution, səh. 126-127

54– Midgley M., Evolution as a Religion: Strange Hopes and Stranger Fears (1985), Methuen: London, 1986. səh. 154

55– Wilson E.O., et. al., Life on Earth (1973), Sinauer Associates: Sunderland MA, 1975, üçüncü nəşr, səh. 624

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Fosil Nedir? (1/2)
  • Fosil Nedir? (2/2)
  • Fosil Qeydləri Təkamülü Təkzib Edir
  • Darvin Yanıldı: Növlər Dəyişməmişdir
  • Keçid Fosili Əsli Olmayan Iddiadır
  • Göz Kor Təsadüflərin Yox, Üstün Ağıl Sahibi Rəbbimizin Əsəridir
  • Fosil Qeydləri Yaradılışı Sübut Edir
  • Selakant (Coelacanthus) Fosillər Üzərindəki Spekulyasiyaları Susdurmuşdur
  • Sıçramalı Evrimin Çıkış Noktası
  • Təkamülçülərin Ara Keçid Forma Iddiası
  • Kembri Dövrünə Aid Fosillər və Növlərin Yaradılışı
  • Bəzi Media Qurumlarının “İtmiş Halqa Tapıldı” Başlıqlardan İstifadəsi Elmdən Kənar Uydurmadır
  • Darvinin Məntiqdən və Elmdən Kənar Formulu
  • Nəticə
  • Dəniz Canlılarından Fosil Nümunələri
  • Bitki Fosillərindən Nümunələr
  • Kəllə Qutusu Fosillərindən Nümunələr
  • Quş Fosillərindən Nümunələr
  • Buğumayaqli Fosillərindən Nümunələr