Düşünün, bütün həyatınız boyu unutmamalı olduğunuz nə qədər çox hadisə var. Hələ səhər oyandığınız andan etibarən, gün boyu: "bunu qətiyyən unutmamalıyam" deyə, özünüzə təlqin etdiyiniz bir çox mövzunu düşünürsünüz. Yaxşı, bəs bunlarla müqayisə edilə bilməyəcək qədər mühüm mövzunu unutmuş olsanız necə?...
Bu mövzu, bu dünyada hansı məqsəd üçün mövcud olduğunuz mövzusudur.
İnsan unutqandır. Başı hadisələrə qarışıb iradəsindən istifadə etməzsə, əsil diqqət yetirməli olduğu mövzulardan uzaqlaşar. Həmçinin, Allahın hər tərəfdən onu əhatə etdiyini, hər an izlədiyini, dinlədiyini, etdiyi bütün əməllərə görə Allaha hesab verəcəyini, ölümü, məzarı, cənnət və cəhənnəmin varlığını, taledə olandan başqa heç bir hadisənin baş verə bilməyəcəyini və qarşılaşdığı hər şeydə bir xeyir olduğunu unudar. Bu kitabın məqsədi isə unudulmaması lazım olan bu əsas həqiqətləri xatırlatmaqdır.
Bu kitabda sizə xatırladılacaqlar: “unutmasam yaxşı olar” deyib keçə biləcəyiniz şeylər deyil. Unutmayın ki, bunları xatırladığınız müddət boyu Allaha layiqincə qulluq edə bilərsiniz. Həmçinin unutmayın ki, təkcə bu yolla dünya və axirətdə xilas ola bilərsiniz.